sakitləşdirici mavi, yaşıl, sarı rəng çalarlarına uyğun olmalıdır. Otaqda canlı otaq bitkilərinin
olması, heç də az əhəmiyyətə malik deyildir. Psixoloqun iş yerində 3 zona olmalıdır.
1-zona uşaqlarla iş zonasıdır. Burada müvafiq mebel və avadanlıqlar, stimul
yaratmaq üçün
yaşamüvafiq diaqnostik, korreksiya edici materialların ( test və sorğu dəstələri ), köməkçi
materialların ( həndəsi fiqur dəstələri, oyuncaqlar,uşaq kitabları) həmçinin texniki materialların
(rəngli kağızlar, qayçı, adı və rəngli qələmlər , flomasterlər, ağ kağız dəsti,
plastilin, karton və.s )
olması vacib şərtlərdən biridir.
2-zona yaşlılarla (valideyn və müəllimlər) qarşılıqlı fəaliyyət zonası adlanır. Burada komnukativ
fəaliyyət üçün zəruri olan vasitələr, yumşaq divan və kreslolar, diaqnostik- korreksiya-edici
metodiklar və testlər, psixologiya aid müxtəlif ədəbiyyatlar və informasiya materialları (
psixonevroloq,
psixiatr, laqopedik rəyləri, xəstəxanadan verilmiş arayış və rəylər və.s)
yerləşdirilir.
3-zona psixoloqun təşkilati- planlaşdırma işinin təşkilinə xidmət edən vasitələrlə təchiz edilir.
Bu zonada mebel və avadanlıqlar,
kompüter və çap vasitələri, yazı stolu və stullar, əsasnamə,
təşkilatı-metodik sənədlər , psixoloji ədəbiyyatlar və dövrü çap məhsulları (qəzet və jurnallar)
müxtəlif
proqramlar, psixoloji testlər, psixoloji xəritələr, illik və aylıq iş planları , yekun
hesabatlar və.s saxlanılır.
Dostları ilə paylaş: