Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

 
112 
 
verir.  Hegelə  görə  «heyvani  maqnetizm»  hadisəsinin 
əsas  mahiyyəti  bir  «mən»in  başqa  «mən»in  təsir 
obyektinə çevrilməsidir.  
Heyvani  maqnetizm  hadisəsinə  böyük  önəm 
verən  Hegel  bu  hadisəni  müxtəlif  vəziyyətlərdə, 
müxtəlif  situasiyada  izah  edir.  Tarixdə  zaman 
kahinlərinin bu işi  mükəmməl bildiyinə və bu hadisə 
ilə  yüksək  düşüncəli  adamların  məşğul  olduğuna 
nümunələrlə  sübut  etməyə  başlayır.  Əsas  mahiyyəti 
ruhun  gipnoz  altına  almaqdan  ibarət  olan  bu  hadisə 
ruhi  və  cismani  olanı  vəhdətə  olmasına  bariz 
nümunədir. Bu olayın heyvanlar üzərində təsir etməsi 
onlarla ruhi olanın varlığına bir daha sübutdur.  
Hegel  ruhi  xəstəliklərin  mahiyyətini  izah 
edərkən qeyd edir ki, bu yalnız orqanizmin hansısa bir 
üzvünün  fizioloji  yaşamının  məhvi  ilə  ortaya  çıxa 
bilər. Çünki, orqanizmi bütün bir sistem təşkil edir, bu 
sistemin  pozulması  ilə  müxtəlif  səpkidə  psixi 
xəstəliklər  ortaya  çıxır.  Hegel  nəinki  ruhi 
xəstəliklərin,  hətta,  psixoloji  hadisələrin  izahını 
verərkən  P.K.  Anoxinin  nəzəriyyələrinə  isnad  edir. 
Ruhi 
xəstəliklərin 
ağılzəifliyi, 
dağınıqfikirlik, 
anlamazlıq,  sərsərilik,  ağılkütlüyü,  azğınlıq  və  ya 
quduzluq  kimi  formaları  olduğunu  göstərir,  bunların 
hər birinin xarakteristikasını verir. Bu xəstəliklərin hər 
biri  üçün  ortaq  cəhət  insanın  ruhi  həyatının  sağlam 
şüurdan,  dərakədən  ayrı  düşməsidir.  Bu  zaman  insan 
öz mənəviyyatı ilə ziddiyyətdə olur, öz-özü ilə uzlaşa 
bilmir. Nəticədə isə hansısa bir müəyyənlik tərəfindən 


 
113 
 
əsarət  altına  alınan  orqanizm  hansısa  bir  kənar 
qüvvənin təsiri altına düşür. 
Hegelin  ruhi  xəstəliklərin  mahiyyəti  haqqında 
verdiyi  izah  məşhur  fransız  psixiatrı  Filip  Pinelin 
fikirləri  ilə  üst-üstə  düşür.  Hegelə  görə  düşüncəli 
şüurun  qeyri-adi  hərəkətini  dəlilik  kimi  izah  etmək 
olmaz,  dəlilik  yalnız  duyan  şüurun  üzərində  təsir 
obyektinə  malikdir.  Düşüncəli  insanın  özü  və  ətraf 
aləm  barəsində  yanılması  hadisəsi  heç  də  dəliliyə 
dəlalət  eləmir,  insan  dərin  düşüncəyə  az  əhəmiyyətli 
hadisələrə  diqqət  yetirməməsi  hadisəsi  Arximed  və 
Nyuton  kimi  dahilərdə  də  təsadüf  edilən  bir  psixi 
prosesdir.  
Hegelin  yaratdığı  məntiqi  inkişaf  prosesində 
«düha» və «dəlilik»dən sonra «vərdiş» anlayışı ortaya 
çıxır. Ruhun inkişafında ali pillə təbəqəsini təşkil edən 
vərdiş  maddiliyin  ideallığa  çevrilmiş  formasıdır. 
«Ruhun  özünü  beləliklə  abstrak  ən  ümumi  varlıq 
hesab  etməsi  və  hissdəki  (həmçinin  şüurdakı)  bütün 
xüsusini  yalnız  ondakı  bir  tərifə  müncər  etməsi  - 
vərdiş  adlanır.  Beləliklə  ruh  məzmuna  malik  olur  və 
onu özündə elə saxlayır ki, belə təriflərdə o duyan ruh 
kimi  mövcud olmayıb, ona müəyyən bir münasibətdə 
olur,  onlardan  fərqlənməyib,  onlara  dalmış  olmayıb 
ancaq onları özündə saxlayır və onlarda hər bir duyğu 
kimi qeyri - şüuri hərəkət edir» (18, səh.244-245). Bu 
fikri ilə vərdişi ideallaşdıran Hegel duyan ruhu gerçək 
ruha  çevirir,  elə  burada  da  antropologiya  haqqındakı 
fikirlərini  bitirərək  inkişaf  dialektikasının  final 


 
114 
 
mərhələsinə çatdırır. Burada «mən» bədəni özünə tabe 
etsə də fiziki və maddi olandan tam azad ola bilmir və 
öz cismaniliyini qoruyub saxlaya bilir.  
Ümumiyyətlə Hegelin vərdiş anlayışına verdiyi 
izah  burada  «Təbiət  fəlsəfəsi»ndə  verdiyi  izahdan 
tamamilə  fərqlənir,  antropologiyada  ruhun  inkişafı 
kimi izah edildiyi halda «Təbiət fəlsəfəsi»ndə ölümün 
ilk  təzahürü  kimi  göstərilirdi.  Antropologiyada  isə 
vərdiş  «hiss  edən  ruh»  «gerçək  ruha»  çevrilməsi 
prosesində bir körpü rolunu oynayır.  
Ruhun  fəaliyyətinin  bütün  mərhələlərində 
təsadüf  edilən  vərdişin  sayəsində  bədən  ruhun  nüfuz 
dairəsinə  tabe  edilir  və  nəticədə  təbii  ruhun  insan 
üzərində 
hökmranlığı 
yaranır. 
Bu 
insanın 
mimikasında, 
vərdişin 
yaratdığı 
digər 
fiziki 
hərəkətlərdə  də  müşahidə  olunur.  Artıq  təbii  ruhda 
cismani  və  maddi  hərəkətlər  öz  dəyərini  itirir,  bu  isə 
insanda  şüurun  və  mənlik  şüurunun  yaranmasına  bir 
işarə  hesab  oluna  bilər.  Antropologiyanın  inkişafında 
üçüncü  və  sonuncu  mərhələ  olan  gerçək  ruh  insanda 
iradi  hərəkətlərin  yaranmasına  səbəb  olur.  İmkan 
halında  olan  «mən»  burada  artıq  «gerçək  mən» 
formasında  ortaya  çıxır,  təbii  ruh  burada  artıq  öz 
inkişafını başa vurur. 
Antropologiyadan  sonra  baş  verən  proseslər 
«Ruhun  fenomenologiyası»  adı  altında  adlandırılır. 
Hegel    «Ruhun  fenomenologiyası»  deyə  adlandırdığı 
bu  bölümdə  şüur  və  şüur  hadisələrini  müzakirə  edir, 
fenomologiyanın inkişaf mərhələləri olan şüur, mənlik 


 
115 
 
şüuru  və  ağıl  haqqında  məlimat  verir.  Artıq  burada 
təbii  ruhun  yaratdığı  təbiilik  və  maddilik  tamamilə 
ortadan  qalxmışdır.  Maddiliyin,  cismaniliyin  aradan 
götürülməsilə ruhun inkişaf tarixində antropologiya öz 
inkişaf  dövrünü  başa  vurmuşdur.  Ruhun  inkişafında 
yeni  mərhələni  təşkil  edən  fenomenologiyada  ruhu 
mütləq  ruha  doğru  yol  alır.  Lakin  fenomenologiyada 
da ruh hələ də öz xalis formasında deyildir, yəni, hələ 
də  mahiyyət  deyil,  təzahür  kimi  ortaya  çıxır. 
Fenomenologiyada  predmetlərin  idrakını  qarşıya 
qoyan  ruh  bu  təzahürü,  bu  görüntüyü  də  öz  maraq 
dairəsinə  cəlb  edir.  Hegelə  görə  predmetin  dərki  ilə 
idrakın dərki arasında heç bir fərq yoxdur, predmetin 
dərki elə idrakın dərki deməkdir. Bunun əsas səbəbini 
onunla izah edir ki, şüur, subyekt, ruh öz fəaliyyətini, 
dərk  olunacaq  predmetləri  özü  seçir.  Duyğular 
vasitəsilə  əldə  edilmiş  müxtəlif  məlumatlardan, 
təsəvvürlərdən ruhun özünə lazım olanlar seçilir, eyni 
zamanda  seçilən  məzmunlardan  yeni  bir  mahiyyət 
ortaya çıxarmağa müvəffəq olur. 
Ruhun  fenomenologiyasının  izahına  hissi  şüur 
anlayışının izahı ilə başlayan Hegel qeyd edirdi ki, bu 
şüurun  inkişafında  ilkin  mərhələni  təşkil  edir.  Hissi 
şüurun  əsas  fərqləndirici  xüsusiyyəti  obyektin  ona 
yalnız  və  yalnız  hisslər  vasitəsilə  çatmasıdır.  Burada 
obyekt  bilavasitə  formasında  özünü  göstərən  mövcud 
olan 
obyektdir. 
Bu 
bilavasitəlikdə 
həqiqət 
olmadığından  obyektin,  predmetin  mühüm  olan 
varlığına diqqət yetirmək vacibdir. Hegel bunu onunla 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə