Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə53/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   111

______________Milli Kitabxana_____________ 

 191


obrazları üstünlük təşkil etmişdir. Qədim  İran mədəniyyət 

nümunələrində isə mifoloji şahların təsvirinə daha çox yer 

verilmişdir. Həmin  şahları  təsvir edən eposlar içərisində 

Firdovsinin «Şahnamə»si mühüm yer tutur. Qədim yazılı 

abidələrdə, o cümlədən «Şahnamə»də mifoloji şahlar həmçinin 

mədəni qəhrəmanlar rolunda çıxış edir. «Şahnamə»də ilk mifoloji 

şah kimi Kəyumərs təsvir olunur. 

Kəyumərs paltarı  kəşf edir, çiy ət yeməkdən bişmiş  ət 

yeməyə keçməkdən ötrü odu kəşf edir. Kəyumərs  Əhrimənin 

yaratdığı divlərlə mübarizə edir, bu yolda onun oğlu Siyamək 

qurban gedir. Yalnız Siyaməkin oğlu, Kəyumərsin nəvəsi Huşəng 

atasının intiqamını alır. Huşəng surəti bir mifoloji şah surəti kimi 

mürəkkəb obrazdır. Qədim  İran mifologiyasının mədəni 

qəhrəmanları içərisində Huşəng özünəməxsus yer tutur. 

«Pardaxta» titulunun Huşəngə aid olması ehtimalı mövcuddur. 

«Avesta»da bu titul Huşəngin adı ilə yanaşı çəkilir. Sülalə anlayışı 

verən «Pardaxta» əvvəllər Huşəngin adı olmuş, sonradan isə onun 

tituluna çevrilmişdir, daha sonralar isə  İranın bütün mifoloji və 

əfsanəvi hakimlərinə, o cümlədən  İranın  əbədi düşmənləri olan 

Əfrasiyaba, hətta Zöhhaka da aid edilmişdir. 

Xaoşyanqa (Huşəng «Avesta»da belə adlanır) Pardaxta 

Ahura Məzdanın göstərişi ilə 7 ölkəni idarə edən ilk insan 

olmuşdur. (7 ölkə anlayışı iranlıların və  qərbi türklərin xalq 

yaradıcılığında «bütün dünya» kimi başa düşülür). Huşəng təkcə 

adamlar üzərində deyil, həmçinin divlər və cadugərlər üzərində 

ağalıq edirmiş. Huşəng divlərin qoşununu elə darmadağın etdi ki, 

onlar birdəfəlik zülmətdə gizlənməli oldular. O, iki dəfə 

Mazandaran divlərinə qalib gəlir, sonra Ahura Məzdaya böyük 

qurban verir. Huşəng odu kəşf edir, balta, mişar icad edir, 

adamlara torpağı  əkib becərməyi öyrədir, oda sitayişin  əsasım 

qoyur. O, əlindəki daşı dağdakı  vəhşi ilana atır, ilan daşdan 

yayınır, lakin daş qayaya dəydikdən sonra oradan od çıxır. 

Ağır zərbə aldı, qaya partladı, 

Toxunduqda daşa od parladı, 

İlan ölmədi, oldu bu sirr faş 

Ki, od mənbəyidir təbiətdə daş. 




______________Milli Kitabxana_____________ 

 192


Çöküb diz, göyə açdı əl hökmdar, 

Dedi, afərin, şükür, pərvərdigar. 

Hədiyyə mənə vermisən böylə nur 

Bu gündən belə xalqa qiblə odur. 

Dedi: - Xalqın nurudur od, yəqin, 

Cahanda pərəstiş oda eyləyin. 

Hesab edirlər ki, adamları ovçuluğa da o, öyrətmişdir. 

Yaşayış  məskəni tikən, su üçün quyu qazdıran da odur. Huşəng 

astronomiya elmi ilə tanış olmuşdur. Həmin sülalədən olan 

Təhmurəz onun oğlu olmuşdur. O, qoyun yunundan libas, xalça, 

palaz düzəltdirir, atı, eşşəyi, quşu, toyuğu, xoruzu əhliləşdirir. Ot, 

arpa, saman topladır. 

Dedi: - Qırxın, hər yerdə vardır qoyun, 

Qoyunlar ki, qırxıldı, ayrıldı yun, 

O yundan hazırlatdı xalça, libas, 

Döşətdi yerə çoxlu xalça, palaz.  

Atı, eşşəyi tutdu, ram eylədi 

Ot, arpa, saman topladı, yemlədi. 

Seçib vəhşi heyvanları birbəbir, 

Tazıdan, tuladan götürdü xeyir. 

Tutub onları dağda tədbir ilə, 

Gətirdi o, ram etdi zəncir ilə, 

Uçuşda baxıb yoxladı hər quşu,  

Edib qırğını, şahini əl quşu.  

Tutub verdi təlim, ova başladı,  

Bu tədbirini aləm alqışladı. 

Toyuqla, xoruzdan tutunca xəbər  

Ki, xoş banlayırlar açılacaq səhər 

Gətirdi, dedi: - Saxlayın bunları, 

Toyuq saxlayan xalqın artar varı. 

Əfsanəyə görə, Huşəng təkcə xalqına çox şey verən mifik 

şah, mədəni qəhrəman deyil, həmçinin Zöhhakla birlikdə 

iranlıların əcdadıdır. 

İran imperiyası dünyanın  ən iri, çoxsaylı etnoslarının 

imperiyası olmuşdur. E.ə. 559-cu ildən başlayaraq 30 il ərzində 

Əhəmənilər tərəfindən nəhəng imperiya maşını yaradıldı. 




______________Milli Kitabxana_____________ 

 193


Yunanıstandan başlayaraq Həbəşistana, Liviyadan başlayaraq 

Hindistana qədər uzanan bu imperiya bir dildə, aramey dilində 

danışırdı.  Əhəmənilər sülaləsinin nümayəndələri Kir, Kambiz, I 

Dara və başqaları müdrik dövlət müşavirləri vasitəsilə dövlət 

idarəçiliyində böyük uğurlar qazanmışdılar. Midiyanı, Babilistanı 

və Misiri işğal edərək həmin ölkələri öz hakimiyyəti altına 

salmışdılar. Bu ölkədə Zərdüştlü kimi dualist dini hakim din idi. 

Həmin dində xeyir allahı Ahuraməzda,  şər allahı  Əhrimən 

arasında  əbədi mübarizə gedir. Bu isə  həm mədəniyyət və 

incəsənətdə, habelə müqəddəs dini kitab olan «Avesta»da öz 

əksini tapmışdır. Persepol şəhərinin saraylarındakı  təsvirlər, 

Bisütundakı yazılar diqqəti cəlb edir. 

Məlum olduğu kimi, Qədim  İran çoxallahlığın hökm 

sürdüyü bir ölkə olmuşdur. Lakin Zərdüştlük təkallahlığa doğru 

böyük addım hesab oluna bilər. Bu isə mifologiyada, şifahi və 

yazılı ədəbiyyatda öz əksini tapmışdır. 

Haxamanişlərin dövründə  İranın cənubunda Pasarqad və 

Persepol  şəhərləri salınmışdı. Pasarqad şəhərinin tikilməsini II 

Kuruşun adı ilə bağlayırlar. Pasarqal haxamanişlərin müqəddəs 

şəhəri hesab edilirdi. Burada şahlara tacqoyma mərasimi 

keçirilirdi.  Şəhərdə gözəl  şah sarayları tikilmişdi. Onu qala 

divarları  əhatə edirdi. Burada böyük bir sahəni tutan qülləli bina 

inşa edilmişdi, yan-yörəsində ibadət üçün tikintilər vardı. Bu 

sahəni farslar Təxti-Süleyman, qülləni isə Zendan-i Süleyman 

adlandırırlar. Saray divarlarında dörd qanadlı heyvan təsvir 

olunmuşdu, üstündə isə "Mən Kuruşam, Haxamaniş  şahıyam" 

yazılmışdı. Saraylardan aralı bir yerdə Kuruşun məqbərəsi 

tikilmişdi. Saraylar qara və ağ daşdan bəzədilir, divarlara müxtəlif 

mövzulu naxışlar vurulurdu. 

Persepol  Şirazdan 50 km aralı,  şimalda yerləşirdi.  Şəhərin 

salınması I Daranın adı ilə bağlıdır. Persepolun xarabalığı orta 

əsrlərdə  Təxti-Cəmşid adlanırdı. Burada böyük saray dəsti 

yaradılmışdı. Saraylar yaşayış binalarından və ziyafət otaqlarından  

(apadana) ibarət idi. Sarayın özülünə 9.6 kq ağırlığında qızıl və 

gümüş lövhələr qoyulmuşdu. Lövhələrdə üç dildə (Elam, Babil və 

qədim fars) yazı  həkk olunmuşdu. Divarlarda müxtəlif səhnələr 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə