Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə60/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   111

______________Milli Kitabxana_____________ 

 217


sahillərində, düşməndən müdafiə üçün əlverişli yerlərdə  məskən 

salırdılar. Bəzi məskənlərdə  hətta güclü müdafiə istehkamları 

mövcud idi. Belə  məskənlər Fizulidə, Təbriz yaxınlığında və 

Urmiya gölü tərəfdə aşkar edilib. 

Neolit və eneolit dövrlərində olduğu kimi Kür-Araz mədəni 

dövründə  də evləri çiy kərpicdən, lakin artıq çaylaq daşlarından 

bünövrə üzərində tikirdilər. Naxçıvandakı II Gültəpəni belə 

məskən nümunəsi kimi göstərmək olar. Divarlarına ustalıqla mala 

çəkilmiş, mehrablı, xüsusi böyük ibadət binaları meydana gəldi. 

Belə ibadətgahlar Naxçıvanda Gültəpə, Xaçmazda Sərkərtəpə, 

Qazaxda Babadərviş məskənlərində aşkar edilib. Əkinçilik surətlə 

inkişaf edirdi. Toxanı xış əvəzlədi. Əkin əraziləri genişləndi, süni 

suvarma meydana gəldi. Şumlamada heyvanlardan istifadə etməyə 

başladılar. Biçin, üyütmə alətləri təkmilləşir. Yığılma lövhə 

oraqlar ilə yanaşı bütöv bürünc oraqlar da meydana gəlir. Taxılı 

nəhəng küplərdə və xüsusi çalarlarda saxlayırdılar. Daş həvəng və 

dən üyüdənlər meydana gəldi. Maldarlıq da surətlə inkişaf edirdi. 

Mal-qaranın sayı, cinslərinin çeşidi artır, atdan geniş istifadə 

olunur, yaylaq və  qışlaqlardan istifadə ilə  əlaqədar mal-qaranın 

otlaqlara köçürülməsi yer alır. Birinci ictimai əmək bölgüsü, 

əkinçiliyin maldarlıqdan ayrılması baş verir. Əmək məhsuldarlığı 

artımı artıq məhsul ehtiyatlarının əmələ gəlməsinə səbəb oldu, bu 

da məhsul mübadiləsinə  təkan verdi. Maldarlar arasında 

təbəqələşmə sürətlənir. Mil düzənliyinin Üçtəpə yüksəkliyində 

aşkar edilmiş  qəbilə başçısının məzarı buna sübutdur. Məzar 

yüksəkliyinin yaşı III minilliyin II yarısı kimi müəyyən edilib. Alt 

tunc dövründə  sənətlər arasında dulusçuluq, metal emalı  və 

toxuculuq daha surətlə inkişaf edirdi. Dulusçuluqda parıltılı  və 

naxışlı qab növləri meydana gəldi. Babadərviş  məskəni 

qazıntılarında dulusçu sobaları, tökmə  qəlibləri aşkar edilib. 

Üstünlük təşkil edən bürünc alətlərlə yanaşı daş  və sümükdən 

düzəldilmiş alətlər də  işlənirdi. Qoyunçuluğun inkişafı 

toxuculuğun da inkişafını sürətləndirdi. Eneolit dövründən fərqli 

olaraq Kür-Araz alt bürünc mədəni dövründə  mərhumları 

məskənlərdən kənarda dəfn edirdilər. Qəbirlər üzərində təpəliklər 

yüksəldirdilər. Meyitləri yandırma və kollektiv dəfn etmə 




______________Milli Kitabxana_____________ 

 218


mərasimləri meydana gəldi.  Əkinçilik, maldarlıq və  sənətlərin 

inkişafı ictimai münasibətləri dəyişdirdi. 

İstehsalat daha çox qüvvə  və dözüm tələb etməyə başladı. 

Xış arxasına kişi keçdi, o sürü otarır, dəmirçilik, dulusçuluq 

edirdi.  İqtisadiyyatda aparıcı rola kişi sahib oldu. Beləliklə 

patriarxat dövrü başladı, kişi ailənin, nəslin başçısı oldu.  

E. ə. III minilliyin əvvəlində Azərbaycanda orta tunc dövrü 

başladı. Bu dövrdə burada ayrı-ayrı etnos-mədəni birliklər 

meydana gəldi.  İctimai və mülki bərabərsizlik gücləndi. 

Məskənlər daha böyük, qəbilələr arası əlaqələr isə daha sabit oldu. 

Naxçıvanda II Gültəpə, Ağdam rayonunda Üzərlik təpə, Göytəpə 

və Çinartəpə məskənləri, Naxçıvanda Oğlan qala və Çalağan təpə 

qalaları, Borsunlu, Gəncəçay və digər məzar təpəlikləri həmin 

dövrün tətbiq edilmiş abidələridir. Artıq 3500 il bundan əvvəl ( e. 

ə. II minilliyin ortası) Naxçıvan  şəhəri meydana gəlmişdir. O, 

qədim  Şərqin  şəhər-dövlətlərini xatırladır. Hazırda o, 

Naxçıvançay və Ceyrançay arasındakı ərazidə yerləşən II Kültəpə 

kimi məlumdur. O, 10 ha ərazini tutur. Azərbaycanın ilk şəhər-

dövlətlərindən birinin mərkəzi olub. Üzərliktəpə, Oğlanqala və 

Qarakəpəktəpə kimi məskənlərdə güclü müdafiə istehkamları 

aşkar edilmişdir. Onlar nəhəng daş bloklarından tikilib. Bu 

məskənlərdəki bəzi binalar bir neçə otaqdan ibarətdir. Ehtimal ki, 

bu evlər kübar ailələrə məxsus olub. Orta tunc dövründə bağçılıq, 

bostançılıq, üzümçülük və  şərabçılıq meydana gəldi. Süni 

suvarma qurğuları yaradıldı, əmək alətləri təkmilləşdirildi, xırman 

lövhələri icad olundu, onlara heyvan qoşurdular. Həmin dövrün 

məskənlərində iri gil küplərində arpa, buğda və darı qalıqları 

tapılmışdır. Maldarlıqda xırda buynuzlu heyvan üstünlük təşkil 

edirdi. Atdan qoşqu və minik məqsədilə geniş istifadə olunurdu. 

Yun parçaların istehsalı artırdı. Orta tunc dövründə  sənət ayrıca 

fəaliyyət növünə çevrildi. Sənətin kənd təsərrüfatından ayrılması 

ilə ictimai-icma dövründə ikinci ictimai əmək bölgüsü baş verdi. 

II Kültəpə  məskəninin qazıntılarında da bütöv sənətkar 

məhəllələri və dulusçu sobaları  aşkar edilmişdir. Dulusçuluqda 

həm oyma, həmdə mineral boyalar çəkmə üsulu ilə müxtəlif 

naxışlar bəzədilmiş yüksək bədii üslublu məmulatlar yaradıldı. 




______________Milli Kitabxana_____________ 

 219


Metaləritmədə mislə qalayın xəlitəsi olan klassik bürünc meydana 

gəldi. Dəmirçilər tökmə, döymə, qaynaq, basmaqəlib və s. 

üsullara yiyələndilər. Qızıl və gümüş məmulatlar meydana gəldi. 

Metaldan silah, alət, məişət  əşyaları istehsal edirdilər. Böyük 

məharətlə  işlənmiş külli miqdarda tayı olmayan bürünc 

məmulatlar tapılmışdır. Qazıntılar zamanı iplikbənd, iynə, cida 

kimi toxuculuğa aid çoxlu əmək alətləri aşkar edilib. Gürz, dən 

üyüdən, həvəng və bu kimi daşdan düzəldilmiş  bəzi  əşyalar da 

qorunub saxlanırdı. Ovçuluq və balıqçılıq təsərrüfat fəaliyyətinin 

yardımçı sahəsi kimi qalırdı. Qəbilə başçıları  və  nəsil 

ağsaqqallarının hökmranlığı sürətlə güclənirdi. Qəbilə ittifaqları 

meydana gəldi. Məzarlar güclü təbəqələşmənin mövcudluğuna 

dəlalət edir. Başçıların məzar təpəliklərindəki dəfn əşyaları zəngin 

və çeşidlidir. Mərhumların üzərinə çox vaxt qırmızı oxra boyası 

səpələyirdilər, yandırma mərasimi də geniş vüsət almışdı. Dində 

şamançılıq və ovsun geniş yayılmışdı. Qobustan, Gəmiqaya və 

İstisu abidələrinin bir çox rəsmləri buna dəlalət edir. İbtidai 

incəsənət  əhəmiyyətli dərəcədə inkişaf etmişdi. Məmulat zəngin 

surətdə heyvan, insan təsvirləri ilə, bitkivari və  həndəsi naxışla 

bəzədilirdi. 

II minilliyin II yarısından başlayaraq Azərbaycanda ibtidai 

icma quruluşunun inkişafında son mərhələ başlandı. Onu iki 

hissəyə - e. ə. XIV-XII əsrlər üst tunc və e. ə. XI –VIII əsrlər alt 

dəmir dövrlərinə ayırırlar. Dəmirin tətbiqi cəmiyyətdə  kənd 

təsərrüfatının sürətli inkişafı, mübadilənin genişlənməsi, qonşu 

ölkələrlə  əlaqələrin möhkəmlənməsi, qəbilə icmasının süqutu, 

sinfi cəmiyyətə keçid kimi bir çox dəyişikliklərə  gətirib çıxardı. 

Artıq eneolit dövründə Şərqin bir çox ölkələrində (Misir, Çayarası 

ərazi) sinfi cəmiyyətin yarandığı  məlumdur. Qarabağ, Naxçıvan, 

Gəncə-Qazax və  Şəki-Zaqatala bölgələrində üst bürünc və alt 

dəmir dövrlərinə aid olan külli miqdarda təpəlik və digər (daş 

yeşiklər, torpaq qəbirlər) tipli məzarlar aşkar edilib. Burada çoxlu 

silah, kənd təsərrüfatı alətləri, sənətkar alətləri, zinət əşyaları və s. 

tapılıb. Həmin dövrün məskənləri də geniş  ərazilərdə yerləşirdi. 

Təsərrüfatda yarımköçəri maldarlıq ön plana çıxır. Maldarlar 

dağlara qalxır, burada məskən salır və nəhəng qurğular tikirdilər. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə