etdikləri monoqrafiyaları qeyd olunmalıdır. İ.A.Talıbzadənin XIX – XX əsrin
əvvəllərində suvarma və sudan istifadəyə, D.İ.İsmayılzadənin XIX əsrin 30-cu illər
XX əsrin başlanğıcında rus kəndlilərinin Azərbaycana köçürülməsi, Hacı Murad
İbrahimbəylinin Azərbaycanın XIX əsr hərbi tarixinə həsr olunmuş əsərlərini
göstərmək olar.
Sonrakı dövrü, yəni 70-ci illərin sonu – 90-cı illər tarixşünaslığı
məsələlərinə toxanmazdan əvvəl bir məsələnin üzərində dayanmaq zəruridir.
XX əsr Azərbaycan tarixinin bir sıra məsələləri adları çəkilən
əsərlərin çoxunda sovet dövrünün kommunist ideologiyasının hakim
―konsepsiyasının‖ təsiri altında müəyyən istiqamətdə təhrif olunmuşdu. Göstərilən
məsələlərdən biri Azərbaycanın XIX əsrin birinci onilliklərində yazılmış əsərlərdə,
həm rus, həm də Azərbaycan tarixşünaslığında bu məsələ, yəni çar Rusiyasının
Azərbaycanı istila etməsi düzgün qiymətləndirilmişdir. Lakin 40-cı illərdən sonra
istər Rusiya, istərsə də Azərbaycan tarixşünaslığında ―hakim‖ ideologiyasının
diktəsi ilə dəyişiklik aparılmış, Azərbaycanın çar Rusiyası tərəfindən zəbt
olunması, onunucqar müstəmləkə olması ―birləşmə‖ məfhumu ilə əvəz edilmişdi.
Azərbaycan tarixşünaslığında hələ 1950-ci illərdə ―Azərbaycanın Rusiyaya
birləşdirilməsi və onun iqtisadiyyat və mədəniyyət sayəsində mütərəqqi nəticələri‖
əsəri, bir sıra məqalələr nəşr olunmuşdur. Bundan başqa, 1964-cü ildə
―Azərbaycanın Rusiyaya daxil olmasının‖ 150 illiyi respublikada təntənəli qeyd
edilmişdir. Fəqət elmi həqiqət bərpa olundu. 80-cı illərdə tarixşünaslığımızda əsaslı
dəyişiklik baş verdi, hadisələr həqiqi surətdə təhlil olundu, Azərbaycanın çar
Rusiyası tərəfindən istilası məsələsi də düzgün işıqlandırıldı.Başqa misallar da
gətirmək olar. Məlum olduğu kimi, çar Rusiyasının işğalından sonra 1804-cü ildə
Car-Balakəndə, 1826-cı ildə Gəncədə, 30-cu illərdə Car-Balakəndə, Qubada,
sonrakı illərdə, həmçinin Şeyx Şamilin Dağıstanda üsyanı zamanı Azərbaycanın
Dağıstanla sərhəd rayonlarında (Zaqatala. Şəki və b.) üsyanlar baş vermişdi. Bu
üsyanlara tarixşünaslıqda 1940-1970-ci illərdə düzgün qiymət verilməmiş, hətta
bəzi hallarda onlar qiyam belə adlandırılmışdı. Halbuki bu üsyanlarəsasən çar
müstəmləkəçiliyinə qarşıyönəldilmişdi. Eyni sözləri XIX əsrin son rübündə baş
vermiş qaçaq hərəkatına da aid etmək olar.
Sonrakı illərdə, xüsusən 80-cı illərin ikinci yarısından, SSRİ-
nin süqutundan başlayaraq, tarixi tədqiqatlarda həqiqətlər bərpa olunmağa başladı.
Bu baxımdan 80-ci və 90- cı illərin tarixşünaslığında ilk növbədə Tarix
İnstitutunun kollektivi tərəfindən Azərb. EA müxbir üzvi İ.H.Əliyevin
redaktorluğu ilə 1993-cü ildə azərbaycanca, 1995-ci ildə rusca işıq üzü görmüş
―Azərbaycan tarixi‖ kitablarını qeyd etmək lazımdır. 1994-cü ildə akademik
Z.M.Bünyadov və professor Yusif Yusifovun redaktəsi altında nəşr olunmuş
―Azərbaycan tarixi‖ kitabında XIX əsr dövrü Azərb. EA müxbir üzvü
M.Ə.İsmayılov tərəfindən yazılmışdı. Bundan başqa, M.Ə.İsmayılov 1992-1997-ci
illərdə üç dəfə, eyni zamanda 1995-ci ildə rus dilində, yenə həmin ildə Dubayda
ərəb dilində ―Azərbaycan tarixi‖ kitablarını nəşr etdirmişdir. Bu kitablarda da XIX
əsr Azərbaycan tarixi özünün xüsusi təhlilini tapmışdır.
70-90-cı illərdə çoxsaylı ixtisaslı tarixçilərimizin Azərbaycab
tarixinin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi üzrə xeyli əsərləri nəşr olundu.
Lakin təəssüf ki, XIX əsr tarixinə dair monumental, ümumiləşdirici monoqrafiya
və digər əsərlər azdır. Çapdan çıxmış əsərlərin çoxu Azərbaycanın sosial-iqtisadi
tarixinə həsr olunmuşdur Bu məsələlərdən XIX – XX əsrin əvvəllərində
Azərbaycanın sosial-iqtisadi quruluşu, Azərbaycan kəndinin sosial-iqtisadi
inkişafının səviyyəsi, neft sənayesinin tarixi, Azərbaycanda kənd təsərrüfatı
alətlərinin istehsalı, torpaq sahibliyi və torpaqdan istifadə, neft istehsalı və Rusiya
iqtisadiyyatı, mülkədar təsərrüfatı və s. Problemlər M.Ə.İsmayılov, Q.C.Cavadov,
Y.İ.Ələsgərov, V.H.Kərimov, V.A.Səmədov, M.M.Gülmalıyev və Ə.A.Umayevin
əsərlərində öz əksini tapmışdır.
Tarixi əsərlər içərisində Azərbaycanın Rusiya ilə münasibətləri,
ümumiyyətlə, ölkənin siyasi tarixinə dair də əsərlər vardır. Bu istiqamətdə
XV_XIX əsrlərdə Azərbaycan – Rusiya münasibətləri, çarizmin siyasətini
Azərbaycanda həyata keçirənlər, rus kəndlilərinin Zaqafqaziyaya, o cümlədən
Azərbaycana köçürüməsi və s. Mövzulara tarixçilərdən, F.M.Əliyev, F.Əsədov,
D.İ.İsmayılzadə, S.Kərimova öz əsərlərində geniş yer vermişlər. Tarixçi alimlər,
başqa sahələrin tədqiqatçıları Azərbaycanda təhsil və bununla bağlı məsələlərin
tədqiqinə də çox diqqət yetirmişlər. Rusiya ali məktəblərində təhsil alan
azərbaycanlılar, XIX əsrdə Azərbaycan ziyalıları, Azərbaycanda siyasi təhsil,
Azərbaycan məktəbləri, maarif, Azərbaycan burjuaziyasının maarifçilik fəaliyyəti
və s. Məsələlər E.S.Əliyev, D.S.Hüseynova, M.F.Məlikov, A.Q.Mustafayev,
N.A.Tahirzadə və S.Talıbova kimi tarixçilərin əsərlərində şərh olunmuşdur.
Tarixçilər və digər ixtisasçılar Azərbaycan mədəniyyətinin bir çox
sahələri, dövri mətbuat, görkəmli siyasi və mədəniyyət xadimləri barəsində xeyli
əsərlər yazmışlar. Bunlardan Azərbaycanın dövri mətbuatı, M.Şaxtaxtinskinin rus
dövri mətbuatında fəaliyyəti, Azərbaycan teatrı, onun inkişaf mərhələləri, H.Cavid,
Ü.Hacıbəyov haqqında, mədəniyyət, mətbuatda Azərbaycanda ədəbi tənqid
məsələləri N.Axundov, K.Zeynalova, İ.Kərimov, Q.Məmmədli, S.Mövlayeva,
K.Talıbzadə tərəfindən tədqiq olunmuşdur.
Tarixşünaslıqda XIX əsr tarixinə dair, şəhərlərin tarixi, şəhərlərin su və s.
Ilə təchizatı məsələləri və digər mövzular üzrə də xeyli işlər görülmüşdür.
Bunlardan Bakı (N.Məmmədov və M.Ə.Musayev), Şimali Azərbaycan şəhərləri
(E.B.Muradəliyeva),
Şəki
(M.Ə.İsmayılov),
Gəncə
(kollektiv),
Şuşa
(G.N.İsmayılova) şəhərlərin tarixini göstərmək olar. Bununla yanaşı, XIX əsrdə
Azərbaycanda şəhər tikintisi, memarlıq, şəhərlərin təchizatı məsələlərinə də
tədqiqatlar həsr olunmuşdur (V.Xanəliyev, Ş.S.Fətullayev).