Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə7/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   2   3   4   5   6   7   8   9   10   ...   189

süqutundan sonra Rusiya təbəəliyini qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya 

1000 çervon, yəni 3 min manat bac verməyi öhdəsinə götürdü. 

 

 

§ 2. BĠRĠNCĠ RUSĠYA – ĠRAN MÜHARĠBƏSĠ 



 

Gürcüstanın,  Şimali  Azərbaycanın  bir  hissəsinin  bir  hissəsinin  Rusiya 

tərəfindən  işğalı  İran  və  Türkiyənin,  habelə  onların  arxasında  duran  İngiltərə  və 

Fransanın  narahatlığına  səbəb  oldu.  XIX  əsrin  birinci  yarısında  yaşamış 

Azərbaycan  tarixçisi  A.Bakıxanovun  yazdığına  görə,  ―İran  rusların  sürətli 

müvəffəqiyyətlərə  dəhşətlə  baxırdı.  İran  şahı  70  minlik  qoşununu  Zaqafqaziya 

sərhədlərində cəmləşdirdi‖ [8]. 

Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə 

müqavilə  bağladıqdan  sonra  hazırlaşırdı.  Elə  həmin  ilin  sentyabrında  Ənzəlidə 

sahil istehkamları quruldu. 

Fətəli  şah  Zaqafqaziyanı  tutmağa  hazırlaşaraq,  əvvəlcə  Gürcüstan  və 

Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini ələ keçirmək niyyətində idi. 

O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara 

aldı.  Fətəli  şah  Avropa  kralları  və  imperatorlarına  məktubla  müraciət  edərək 

kömək almağa çalışdı. 

Lakin İranın daxilində baş vermiş çaznaşmalar və İngiltərə tərəfindən real 

köməyin olmaması davakar əhvali-ruhiyyəli şah sarayına soyuducu təsir göstərirdi. 

İngiltərə isə I Pavelin öldürülməsindən və xüsusən də  Fransa qoşunlarının Suriya 

və Misirdən getməsindən belə qənaətə gəldi ki, Hindistana yürüş planı Napoleonun 

Şərq  siyasətinin  gündəliyindən  çıxarılmışdır  və  şaha  köməyə  ehtiyac  qalmayıb. 

Ona görə də İngiltərə vəd verməkdən uzağa getmirdi. Bununla belə o, İranı Rusiya 

ilə müharibəyə qızı.dırırdı. 

İran sarayı Rusiya ilə müharibəyə hazırlaşaraq Gürcüstanı Rusiyaya qarşı 

birgə  çıxışa  cəlb  etmək  məqsədilə  öz  nümayəndələrini  buraya  göndərdi. 

Zaqafqaziyanın hər yerinə şahın Gəncə və Gürcüstan üzərinə yerimək niyyətindən 

xəbər verən, xanlardan itaət və kömək göstərilməsini tələb edən fərman göndərildi. 

O  yazırdı  ki,  taxt-tac  varisi  Abbas  Mirzənin  50  minlik  ordusu  Rusiyaya 

birləşdirilmiş  vilayətləri  qoparıb  almaq  üçün  Zaqafqaziyaya  yeridiləcəkdir. 

Kızılyaradək  bütün  ölkələri  ―kafir  ruslardan‖  təmizləyəcəyinə  lovğalıqla  bəyan 

etmiş şahın özü də başlıca qüvvələrlə birlikdə Abbas Mirzənin qoşunlarının ardınca 

hərəkət etməyə hazırlaşırdı. 

1804-cü  ilin  mayında  Fətəli  şah  başda  olmaqla  İranın  yuxarı  feodal 

təbəqələri  rus  qoşunlarının  Zaqafqaziyadan  çıxarılmasını  tələb  etdi.  Tələb  rədd 

olundu  və  1804-cü  il  iyulun  10-da  Rusiya  ilə  İran  arasında  diplomatik  əlaqələr 

kəsildi, 10 il davam etmiş Rusiya-İran müharibəsi başlandı. 



Azərbaycanın  yerli  əhalisinin  Rusiya-İran  müharibəsinə  münasibəti  eyni 

cür  deyildi.  Azərbaycanın  bəzi  feodal  hakimləri,  habelə  feodalların  da  bir  hissəsi 

öz  hakimiyyətlərini  itirməkdən  qorxaraq,  müharibəyə  öz  xilaskarı  kimi  baxır  və 

şah İranın qalib gələcəyi təqdirdə öz hakimiyyətlərini saxlayacaqlarını düşünərək, 

ona  kömək  etməyə  hazır  idilər  və  imkan  daxilində  kömək  göstərirdilər  Həm 

daxildən,  həm  də  xaricdən  törədilən  sonsuz  müharibələrdən  xilas  yolu  axtaran  və 

bunu Rusiyanın sayəsində əldə edə biləcəyini zənn edən əhalinin bir hissəsi isə rus 

qoşunlarına  kömək  göstərmək  istəyirdi.  Ümumiyyətlə  isə  əhali  nə  İranın,  nə  də 

Rusiyanın  istilasına  məruz  qalmaq  istəmir,  öz  xanlarına  müraciət  edərək, 

istilaçılara qarşı mübarizədə onlara hər cür kömək göstərməyi vəd edirdilər. 

Müharibənin 

başlanğıcında 

Zaqafqaziyadakı 

rus 


qoşunlarının 

komandanlığı  müharibə  aparmağın  hücum  planını  seçdi.  İlk  döyüş  1804-cü  il 

iyulun 2-də İrəvan xanlığının ərazisində, Eçmiədzin divarları yanında baş verdi. 12 

topu  olan  3600  nəfərlik  piyada,  süvari  eskadronu  və  2  kazak  yüzlüyündən  ibarət 

rus  qoşunu  20  minlik  İran  qoşunu  ilə  qarşılaşdı.  Rus  qoşunları  gürcü  süvari 

dəstələrinin köməyi ilə üstünlük qazandılar. 

İkinci  döyüş  İrəvan  yaxınlığında,  Qəmərli  kəndinin  yanında  baş  verdi, 

1804-cü il iyulun 29-dan 30-na keçən gecə rus qoşun dəstəsi ilə İran qoşunlarının 

böyük  birləşməsi  arasında  qanlı  döyüş  oldu.  Rus  qoşunları  tutduqları  mövqeləri 

qoruyub  saxlaya  bildilər.  Lakin  azuqənin  çatışmazlığı,  qoşunların  azlığı,  habelə 

İran  qoşunlarının  kiçik  rus  dəstəsi  yerləşmiş  Gəncəyə  tərəf  irəliləməsi  üzündən 

sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi. 

Gəncənin 

alınması,  rus  qoşunlarının  sonrakı  müvəffəqiyyətləri 

Azərbaycan  xanlıqlarının  istilasının  sürətlənməsində  mühüm  rol  oynadı.  General 

Sisianov  hələ  1804-cü  ilin  əvvəlində  mayor  Lisaneviçi  Qarabağa  İbrahimxəlil 

xanın  yanına  göndərərək  ondan  ―Rusiya  təbəəliyinə‖  keçməyi  tələb  etdi. 

İbrahimxəlil  xan  İran  qoşunlarının  hücumunun  qarşısını  almaq  üçün  Sisianovdan 

hərbi  kömək  xahiş  edib,  ―Rusiyaya  kömək  göstərmək  və  ona  sadiq  qalmaq‖  vədi 

verdi. Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş İran sarayı 

İbrahimxəlil  xanın  oğlu  Əbülfət  xanı  500  nəfərlik  dəstə  ilə  Qarabağa  göndərdi. 

Lakin  İbrahimxəlil  xan  onu  düşməncəsinə  qarşıladı  və  onun  dəstəsini  Dizax 

yaxınlığında əzdi. 

Qarabağ  xanının  bu  qələbəsindən  sonra  Sisianov  onun  xahişinə  görə 

Qarabağa mayor Lisaneviç başda olmaqla dəstə göndərdi. Eyni zamanda o. Rusiya 

təbəəliyini qəbul etmək barədə cavabı sürətləndirməyi tələb etdi. İbrahimxəlil xan 

xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. General 

Sisianov  Gəncə  yaxınlığındakı  Kürək  çayının  sahilinə  gəldi  və  düşərgə  saldı. 

İbrahimxəlil  xan  da  buraya  gəldi  və  1805-ci  il  mayın  14-də  Sisianovla  görüşdü. 

Görüşdə  müqavilə  imzalandı.  Bu  müqaviləyə  əsasən  xan.  Onun  varisləri  və 

xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına 

sadiq  qalmaq  təhəddüdü  qoyulurdu.  Çar  isə,  öz  növbəsində,  bu  xan  sülaləsinin 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə