Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə9/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   5   6   7   8   9   10   11   12   ...   189

Çarın  xarici  içlər  naziri  bunu  dönə-dönə  Sisianova  xatırladırdı.  Sonuncu  isə,  öz 

növbəsində,  Xəzər  dənizi  üzərində  Rusiyanın  tam  hərbi  ağalığını  bərqərar  etmək 

hüququnu rəhbər tutur və bu məqsədlə də yerli tacirlərin ticarət gəmilərinin burada 

görünməsinə yol vermirdi. 

Apreldə  desant  general  Zavalışının  rəhbərliyi  altında  Rəşt  istiqamətində 

yola  düşdülər.  Bu  qoşunların  qarşısını  Ənzəli  və  Bakını  tutmaqdan  başqa,  ötən 

kompaniyada əsir düşmüş adamların və gürcü knyazlarının geri alınmasını şahdan 

tələb  etmək  vəzifəsi  qoyulurdu.  İyunun  23-də  donanma  Ənzəli  limanına  çatdı. 

Desant  çıxarmaq  və  Rəşti  tutmaq  üçün  göstərilən  uğursuz  cəhddən  sonra  rus 

eskadrası  avqustun  12-də  Bakı  rayonuna  yaxınlaşdı.  Qalanın  təslim  edilməsi 

barədə danışıqlar başladı. Zavalişin rədd cavabı alaraq, avqustun 15-də qalanı atəşə 

tutmağa,  avqustun  22-də  isə  şəhəri  mühasirəyə  almağa  başladı.  Avqustun  29-dək 

xanlığın mühüm strateji məntəqələri tutuldu. 

İranla  əlaqə  saxlayan  Bakı  hakimi  Hüseynqulu  xan  kömək  şah  sarayına 

müraciət  etdi.  İran  tarixçisi  Nəsir  Nəcminin  məlumatına  görə,  Abbas  Mirzənin 

urmiyalı  Əsgər  xana  Bakı  xanına  kömək  üçün  qoşunlarla  birlikdə  dərhal  yoloa 

düşməyi  əmr  etdi.  Qubalı  Şeyxəli  xan  da  Hüseyqulu  xana  kömək  etməyə 

hazırlaşırdı [10]. 

General  Zavalişin  Bakıya  –  Hüseynqulu  xana  Urmiya  və  Qubadan 

köməyin yaxınlaşmasından qorxaraq, qalanı ələ keçirmədən Lənkəran xanlığındakı 

Sara  adasına  çəkildi.  1806-cı  ilin  fevralın  əvvəllərində  Sisianov  artilleriyası  olan 

böyük qoşun dəstəsi ilə Bakının 2 km-də general Zavalişinin desant dəstəsi birləşdi 

və Naxır-bulaqda düşərgə saldı. Sisianov qalanın təslim edilməsini tələb etdi. 

Sisianovun  təklif  etdiyi  şərtlərə  görə,  Bakı  xanlığı  Rusiya  təbəəliyini 

qəbul etməli,  xanlığın  ərazisi  Rusiyaya birləşdirilməli,  xanlığın bütün  gəlirləri çar 

xəzinəsinə göndərilməli, xan isə ildə 10 min manat məbləğində məvacib almalıydı. 

Şəhər xüsusi qaydalar üzrə idarə olunmalı idi. Bakı qalasında toplarla birlikdə altı 

yüz  min  əsgərdən  ibarət  qarnizonunun  yerləşdirilməsi  nəzərdə  tutulurdu.Xarici 

siyasət  və  hərbi  məsələlərdə  xan  Qafqazdakı  rus  qoşunları  baş  komandanlığının 

sərəncamlarına tabe olmalı idi. 

Bakılı  Hüseynqulu  xan  bu  şərtlərlə  razılaşdı.  Fevralın  8-də  Sisianov 

polkovnik  Eristavinin  müşayiəti  ilə,  demək  olar  ki,  mühafizəsiz  şəkildə  onu  lap 

qalanın  yanında  gözləyən  xanla  görüşmək  üçün  yola  düşdü.  Görüşdə  o, 

Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü. 

General  Zavalişin  rus  qoşunlarını  Bakıdan  Sara  adasına,  sonra  isə 

Kızılyara aparmağa məcbur oldu. 

Bakıda  Sisianovun  öldürülməsindən  sonra  Zaqafqaziyadakı  rus 

qoşunlarının  vəziyyəti  ağırlaşdı.  Cənubi  Qafqazda  da  şərait  mürəkkəbləşdi. 

Xanların  çoxu  tərəddüd  etməyə  başladı.  Dağıstanın  bəzi  feodal  hakimləri  bu 

məqamdan istifadə edərək, tələsik Zaqafqaziyaya soxulmaq üçün hazırlıq görməyə 

başladılar.  Qazıqumux  hakimi  Surxay  xan  Azərbaycana  soxuldu.  Lakin  rus 



qoşunlarının  Şimali  Qafqazdakı  fəallığı  üzündən  digər  Dağıstan  hakimləri  Kürə 

yaxınlaşan,  Mingəçevir  yaxınlığındakı  keçidi  ələ  keçirməyə  ümid  bəsləyən,  lakin 

tələsik  geri  qayıtmağa  məcbur  olan  Surxay  xana  kömək  göstərməyə  cürət 

etmədilər. 

1806-cı  ilin  yazında  İran  qöşunları  yenidən  fəallaşdı.  Napoleonun  vəd 

etdiyi  kğmək  burada  az  rol  oynamadı.  İran  qoşunları  Arazı  keçərək  Qarabağa 

yeridi. 

İyunun 8-də rus və İran qoşunları arasında 1806-cı ilin kampaniyasının ilk 

silahlı toqquşması baş verdi. Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi 

4000 İran sərbazı iləm qarşılaşdı. Rus dəstəsi İran qoşununu sıxışdırdı və Əsgəranı 

tutaraq, Şuşaya doğru irəlilədi. 

Abbas  Mirzə  İbrahimxəlil  xanı  öz  tərəfinə  çəkmək  üçün  elçilərini  onun 

yanına göndərdi. Bu dövrdə Şuşada yerləşən mayor Lisaneviçin başçılıq etdiyi rus 

qarnizonunun  azlığı  üzündən  İbrahimxəlil  xan  xanlığın  var-yoxdan  çıxarılmasına 

yol  verməmək  üçün  əvvəlcədən  Lisaneviçlə  razılaşaraq,  rus  qoşunları  gəlib 

çıxanadək  iranlılarla  mülayim  rəftar  etməyi  qərara  aldı.  Rus  qoşunlarının  gəlib 

çıxmasının  xeylim  gecikməsi  İran  qoşunlarının  lap  qalaya  yaxınlaşmasına  səbəb 

oldu.  İbrahimxəlil  xan  öz  ailəsinin  təhlükəsizliyini  təmin  etmək  üçün  onu  Şuşa 

qalası  yaxınlığındakı  Xankəndinə  köçürdü.  XIX  əsrin  birinci  yarısında  yaşamış 

Azərbaycan  tarixçisinın  yazdığı  kimi,  ―bəzi  bədniyyətli  adamlar  xanı  mayora  elə 

şərləmişdilər ki,  mayor gecə ikən bir dəstə döyüşçü ilə onun məskəninə  yollandı, 

burada fələyin zalım hökmü ilə İbrahim xan bəzi ailə üzvləri və yaxın adamları ilə 

birlikdə  öldürüldü‖.  Bu  qətl  çar  zabitlərinin  müstəmləkəçi  vəhşiliyini 

səciyyələndirən  parlaq  misaldır.  Belə  yolla  həm  tərəddüd  edən  feodallar,  həm  də 

əhali ruslardan uzaqlaşdırıldı. Təsadüfi deyil ki, bu hadisələrdən dərhal sonra şəkili 

Səlim  xan  Rusiya  ilə  əlaqələri  kəsdi,  ―əhalini  üsyana  qaldırdı  və  rus  qoşunlarını 

xanlıqdan getməyə məcbur etdi‖ [11]. 

Həmin  günlərdə  1806-cı  ilin  hərbi  əməliyyatların  yay  kampaniyası 

qızışmışdı.  Abbas  Mirzənin  qoşunları  Qarabağ  və  Şirvanda  idi,  gürcü  şahzadəsi 

Aleksandr başda olmaqla 15 minlik digər ordu isə iyunun sonlarında Gəncənin 45 

km-liyində  düşərgə  salmışdı.  Şahzadə  Tiflis,  Qarakilsə  və  Gəncə  istiqamətləri  ilə 

Gürcüstana girməyə hazırlaşırdı. 

Lisaneviçin  amansızlığına  və  atasının  xaincəsinə  öldürülməsinə 

baxmayaraq,  Mehdiqulu  xan  general  Nebolsinin  komandanlığı  altında  rus 

qoşunları  ilə  birləşməyə  məcbur  oldu  bə  Əsgəran  qalasının  yaxınlığında  düşərgə 

saldı.  Tezliklə  ruslar  Xanaşır  aşırımında  İran  qoşunlarını  əzdilər  və  İran 

qoşunlarının qalıqları tələsik Arazın o tayına çəkildi. 1806-cı ilin qışında yeni baş 

komandan  təyin  olunmuş  general  Qudoviç  Qarabağın  idarə  olunması  haqqındakı 

fərmanı Mehdiqulu xana təqdim etdi. 

Qəsbkarlar  geri  çəkilərkən  dinc  sakinlərdən  ibarət  kütlələri  zorla  qovub 

əsirliyə aparırdılar. Təkcə Şirvandan  İrana 6 min nəfər aparılmışdı. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə