Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   2   3   4   5   6   7   8   9   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 

tərəfdən  baĢsız  qalmıĢ  ölkənin  baĢçısının  fəaliyyətə  gələcəyini  gözləməklə,  cəbhə  xəttində  tutarlı  dönüĢ 
yaratmaq əzmiylə  çalıĢırdılar. Təpədən  dırnağadək silahlanmıĢ  erməni-rus hərbi birləĢmələrinin Xocalını  iĢğal 
etməsinin  qarĢısını  almaq  üçün  rayonda  yetərincə  silah-sursat  olmasa  da,  qeyrətli  oğullar  Əsgərana  hücum 
etməklə, heç olmasa dinc sakinləri ölümün pəncəsindən xilas etməyin yollarını arayırdılar. 
 
Ağdamda. 
 
Məlum  olduğu  kimi, o vaxt  mərkəz bilərəkdən, planlı Ģəkildə  Ağdamdakı könüllü dəstələr arasına nifaq 
salaraq  gücümüzü  parçalamağa  nail  olmuĢdu.  Ona  görə  də  ermənilərə  qarĢı  hansısa  geniĢmiqyaslı  hücum 
əməliyyatının  keçirilməsi böyük risk tələb  edirdi. Məhz bu baxımdan Bakı-da yaĢayan ağdamlı ziyalıların  bir 
qrupu,  o  cümlədən  mərhum  Ģairimiz  Famil  Mehdi,  professor  Nəriman  Nərimanov  və  baĢqaları  fevralın 
əvvəllərindən  Ağdama  gələrək  könüllü  dəstələr  arasında  birlik  yaratmaq  üçün  xeyli  iĢ  görmüĢdülər.  Bunun 
nəticəsi olaraq, Əsgəran üzərinə hücum əməliyyatının planı hazırlandı. 
Fevralın əvvəllərindən baĢlayaraq, Xocalının mühasirə həlqəsi daha da daralmağa baĢlamıĢdı. Malıbəyli, 
QuĢçular və Qaradağlı  kəndlərinin  iĢğalın-dan sonra Yuxarı Qarabağda ən strateji  məntəqələr kimi, Xocalının 
iĢğalı ermənilərin qarĢısında dayanan mühüm məsələ idi. Ona görə də buna ciddi Ģəkildə hazırlaĢırdılar. Və bu 
hücumdan  Azərbaycan  rəhbərliyi  də  hali  idi.  Ancaq  hələ  ki,  heç  bir  tədbir  görülmürdü.  Əlac  yenə  yalnız 
Ağdama və rayonun könüllü dəstələrinə qalmıĢdı... 
Hər gün rayonun baĢ meydanına toplaĢan sakinlər, eləcə də burda məskunlaĢmıĢ qaçqın-köçkünlər təcili 
olaraq Əsgərana hücum etməklə, Ağdam-Xocalı yolunun açılmasını tələb edirdilər. 
Belə mitinqlərin birində - fevralın 18-də keçirilən mitinqdə yaĢlı bir qadının tribunadan Vətənin qeyrətli 
oğullarına, ölkə baĢçısına müraciəti bu gün də qulağımda səslənir. Xocalıdan vertolyotla çıxarılan ağbirçək ana 
ağlaya-ağlaya  deyirdi:  "Xocalını  itirmək  üzrəyik.  Heç  olmasa,  qadınları,  uĢaqları  xilas  etmək  lazımdır. 
Ermənilər Ģəhəri dörd tərəfdən mühasirəyə alıblar. Orda keĢik çəkən oğulların isə canlı köməyə, həm də silah-
sursata  ehtiyacı  böyükdür.  Bu  gün,  sabah  Əsgərana  hücum  edilməsə,  ermənilər  əsrin  ən  böyük  faciəsini 
törədəcəklər.  Alın  baĢımdakı  yaylığı!  Ya  onu  bayraq  edib,  hücuma  keçərək,  Xocalını,  ordakı  qız-gəlini, 
günahsız körpələri, qocaları xilas edin, ya da onu baĢınıza örtük edin!" , 
Bu çıxıĢdan sonra meydan coĢub-çağladı, hamı "Hücum! Hücum!" deyə hayqırırdı. Hücum əmrindən isə 
hələ də xəbər yox idi. 
Ancaq  jurnalist  çevikliyi  ilə  ələ  keçirdiyimiz  məlumatlardan  aydın  olmuĢdu  ki,  Əsgəran  üzərinə  hücum 
fevralın  20-nə  planlaĢdırılıb.  Nə  fayda  ki,  o  vaxtkı  hakimiyyətin  bütün  vədləri  kimi,  bu  vədi  də  yerinə 
yetirilmirdi.  Sonra  bu  tarixi  22,  daha  sonra  isə  25-i  əvəzlədi.  Deyilirdi  ki,  fevralın  25-də  Əsgərana  hücum 
edilərək Ağdam-Xocalı yolu açılacaq və Xocalı xilas olacaq. 
 
Xocalı xilas oldumu? 
 
Səbri  tükənmiĢ  əhali  meydanı  tərk  etmirdi,  hamı  hücum  əmrini  gözləyir-di.  Ġnanıram  ki,  bu  əmr 
verilsəydi, nəinki könüllü dəstələrin döyüĢçüləri, hətta əliyalın sakinlər belə çomaqla olsa da, Əsgəran üzərinə 
yeriyəcəkdi.  Çünki  artıq  səbr  kasası  dolmuĢdu,  insanlar  yağı  düĢmənə  cavab  verilməsinin  vaxtı  çatdığını 
anlayırdılar. 
Fevralın  25-də  səhər  tezdən  meydana  toplaĢan  camaat  xoĢ  bir  müjdə  gözləyirdi  -  nəhayət,  Əsgərana 
hücum edilərək, Xocalı azad olunacaq. Amma... 
Həmin  gün  səhər  saat  10  radələrində  meydana  toplaĢanların  qarĢısına  -  tribunaya  bir  az  əvvəl  mülki 
formada  Xalq  Cəbhəsinin  nümayəndəsi  kimi  təqdim  edilmiĢ,  indi  isə  artıq  leytenant  rütbəsində  olan  Fəhmin 
Hacıyev  çıxdı.  Düzdü,  o  da  vəziyyətin  ağır  olduğundan,  Xocalının  xilas  edilməsinin  vacibliyindən  danıĢdı  və 
bildirdi  ki,  bunun  yeganə  yolu  Əsgəranın  ermənilərdən  təmizlənməsidi.  Və  bir  də  elan  etdi  ki,  hələlik  hücum 
etmək  olmaz,  sabahı  gözləmək  lazımdır.  Onun  bu  son  sözləri  izdiham  tərəfindən  fitlə  qarĢılansa  da,  hansısa 
qüvvələrin  Fəhminə  verdiyi  səlahiyyət  hər  Ģeyi  həll  etdi.  Elə  Xocalının  taleyini  də.  Fəhmin  Ağdamda  son 
çıxıĢını  baĢa  vurduqdan  sonra  yox  oldu.  Bir  də  fevralın  26-da  -  Xocalı  faciəsi  baĢ  verən  gün  onu  "Moskviç" 
markalı  avtomobillə  Bakıya  qaçanda  Uzundərədə  görə  bilmiĢdilər.  Bu,  onun  son  gediĢi  və  Qarabağ 
müharibəsində məğlubiyyətimizin baĢlanğıcı oldu. 
 
Xəyanət 
 
Xocalının tarixinə qara hərflərlə yazılan bir günü - 26 fevralı yaĢamaq zorunda qoydu bizləri. Elə həmin 
gün  Ağdam  bir-birinə  dəydi.  Əsgəran  istiqamətinə  axıĢan  könüllü  dəstə  əsgərləri,  əliyalın  camaat  ermənilərin 
vəhĢicəsinə  Xocalı  üzərinə  yeridiyindən  xəbər  tutan  kimi,  soydaĢlarımızın  dadına  çatmağa,  onları  ölümün 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 

pəncəsindən  xilas  etməyə  çalıĢırdılar.  Bütün  cəbhə  xətti  boyunca  səpələnmiĢ  insanlar  müxtəlif  istiqamətlərdə 
Xocalıdan  qaçıb-qurtara bilmiĢ sakinlərə  köməyə tələsirdilər. Bəlkə  də bu axın  olmasaydı, Xocalıdan  heç  kəs 
sağ çıxa bilməyəcəkdi. 
 
HaĢivə: 
Qeyd  edim  ki,  o  vaxt  Ayaz  Mütəllibov  hakimiyyətini  devirmək  üçün  dəridən-qabıqdan  çıxan  Xalq 
Cəbhəsinin  liderləri  üçün  bu  qətliam  həlledici  mərhələ  oldu.  Qara  qüvvələr  yüzlərlə  dinc  sakinin,  Vətənin 
müdafiəsində  qeyrəti,  namusu  ilə  silahlanaraq,  mərdliklə  dayanan  oğulların  qanı  bahasına  istəklərinə  nail 
oldular.  Qarabağın  qumara  qoyulduğu  məhz  həmin  günlərdən  aydın  oldu.  "Qarabağ"  kartı  Azərbaycanı  ələ 
keçirmək niyyətində olan böyük dövlətlərin, ölkə daxilində isə hakimiyyətə can atan siyasi qüvvələrin əlində ən 
güclü  silaha  çevrilmiĢdi.  Bu  silah  kimlərisə  istəyinə  çatdırır,  qarabağlıları  isə  yurdsuz-yuvasız  qoyur,  onlara 
"qaçqınlıq-köçkünlük" damğası vururdu. Xocalı da bu oyunda bir "gediĢ" idi və həm ermənilər, həm ruslar, həm 
də içimizdəki xainlər tərəfindən ustalıqla dəf edilirdi. 
 
Soyqırımı 
 
Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilmiĢdi. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhĢiliklər 
törədilməsi, təhqir edilməsi, ermənilərin vəhĢiliyi barədə ötən 18 ildə çox yazıldığından, yenidən təkrarlamağa 
lüzum yoxdur. Sadəcə, bu yazını  qələmə almaqla bir daha diqqətə  çatdırmaq istəyirəm  ki, o  vaxt Azərbaycan 
dövləti  soyqırımının  qarĢısını  ala  bilərdi,  amma  nədənsə  (?!)  almadı.  Xəyanət  Xocalı  boyda  bir  yurdun  yer 
üzündən silinməsinə, ən baĢlıcası isə Qarabağ müharibəsində insanların gözünün qırılmasına səbəb olmuĢdu. Və 
bir  də  onu  demək  istədim  ki,  Xocalı  faciəsi  xarici  düĢmənlərimiz  və  daxili  xəyanətkar  canilərin  əvvəlcədən 
hazırladığı geniĢmiqyaslı bir planın tərkib hissəsi kimi törədilmiĢdi. 
Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaĢmasına Ģəriət  yaradan ən böyük amillərdən biri 
idi. 
Bütün bunlar qarĢıda bizi gözləyən daha böyük itkilərin baĢlanğıcı oldu. Növbədə ġuĢa idi... 
 
S
arvan ġAMĠLOĞLU 
 
“Qarabağ”.-2010.-12-24 fevral.-N.3.-S.4.,26 fevral-11 mart.-N 4.-S.4. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə