Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   2   3   4   5   6   7   8   9   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 

Xocalı soyqırımının səbəbləri 
 
XX yüzildə Azərbaycan türklərinin tarixində xeyli sevincli, Ģərəfli günlər olmuĢdur. Belə qürur doğuran 
günlərə,  illərə  misal  olaraq  Yaxın  və  Orta  ġərqdə  müsəlman  və  türk  dünyasında  ilk  dəfə  xalqımız  tərəfindən 
yaradılmıĢ Azərbaycan Cümhuriyyətinin mövcud olduğu (1918-1920), Sovet iĢğal rejimindən qurtardığı (1991) 
və  s.  kimi  illəri  göstərmək  olar.  Tariximizdəki  belə  sevincli  günlər  təsadüfən  olmayıb,  kimsənin  hədiyyəsi 
deyildi.  O,  illərlə  aparılan  əzablı,  çətin  milli  mübarizənin  nəticəsində  yaranmıĢdı.  XX  yüzildə  milli  haqları 
uğrunda  mübarizə  aparan  xalqımız  sevincli  günlərlə  bərabər  bir  çox  faciələrlə  də  üzləĢmiĢdir.  Xalqımızın 
qarĢılaĢdığı belə faciələrdən biri də 1992-ci ilin fevralında baĢ vermiĢ Xocalı qırğınıdır. «Xocalı faciəsi təsadüfi 
hadisə  deyildi.  DəhĢətli  Xocalı  faciəsini  törətməklə  ermənilər  xalqımızı  qorxutmaq,  mübarizə  əzmini  qırmaq, 
onu  tarixi  torpaqlarımızın  bir  qisminin  itirilməsi  ilə  barıĢmağa  məcbur  etmək  istəyirdilər.  Lakin  hiyləgər 
düĢmən  məqsədinə  çata  bilmədi.  Xalqımız  öz  dövlətinin  suverenliyi  və  ərazi  bütövlüyü  uğrunda  mübarizədə 
daha da mətnləĢdi, qəhrəmanlıq və dəyanət nümayiĢ etdirdi» (2). 
XX yüzildə ermənilərin Osmanlı Ġmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarĢı 
ərazi iddiaları irəli sürməsi qanlı toqquĢmalara səbəb olmuĢdur. Bu torpaqların onlara məxsusluğunu iddia edən 
ermənilər  əslində  "Dənizdən-dənizə  Ermənistan"  planını  həyata  keçirmək  istəyirdilər.  Bu  amili  nəzərdə  tutan 
Ö.F.Nemanzadə hələ 1905-ci ildə "ĠrĢad" qəzetində yazırdı: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi 
Ġrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalıĢacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa 
əl  ata  bilərlər.  Onlar  qəsdən  müsəlmanları  öz  üzərlərinə  qaldıracaq,  onların  hücumuna  və  özlərinin  bir  qədər 
artıq itkisinə Ģərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeĢ bir xalq olmalarına cəlb edəcəklər. 
Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar". 
Ermənilərin  bu  metodu  tarix  boyu  onların  bütün  torpaq  iddialarında  mühüm  rol  oynamıĢdır  və  indi  də 
oynayır. 
Məlumdur  ki,  ermənilər  yaĢadıqları  ölkələrdə həmiĢə  türklərin  onlara qarĢı soyqırım apardığı  iddiası ilə 
hay-küy salmıĢ, təbliğat Ģousu  düzənləmiĢlər. Bu  iddia tarixi həqiqətdən uzaqdır. Əksinə,  ermənilər özləri  XX 
yüzildə  türk  xalqlarına,  o  sıradan  Azərbaycan  türklərinə  qarĢı  insanı  dəhĢətə  gətirən  qətliamlar  törətmiĢlər. 
Ancaq  biz  taleyimizdəki  bu  kədərli  və  faciəli  günlər  haqqında  dünya  ictimaiyyətinə  vaxtında  xəbər 
çatdırmamıĢıq,  bunu  özümüzə,  qürurumuza  sığıĢdırmamıĢıq.  Bu  əslində  mənəviyyatımız,  əxlaqımız  və 
aldığımız tərbiyədən irəli gəlmiĢdir. Xarakterimizdəki bu cəhəti hələ 1991-ci ildə Ə.TopçubaĢov Parisdə, Versal 
sülh  konfransına  təqdim  etdiyi  memorandumda  çox  doğru  göstərmiĢdir:  "Azərbaycanlıların  səciyyəvi 
xüsusiyyəti  bu  millətin  hədsiz  təvazökarlığıdır  ki,  bu  da  onların  özlərini  reklama  doğru  atıla  biləcək  hər  bir 
addımının  qarĢısını alır. Azərbaycanlılar özlərini  gözə soxmağa, baĢqalarına nisbətən  onların payına daha çox 
düĢən dərd və fəlakətləri uca səslə elan etməyə, hamıya çatdırmağa öyrənməmiĢlər. Bütün bu dərd və fəlakətləri 
onlar  səslərini  çıxarmadan,  mətbuat  vasitəsilə  dünyaya  car  çəkmədən,  millətlərə  və  dövlətlərə  ağlayıb-
sıtqamadan öz içlərində çəkirlər. 
Bu vəziyyət bir neçə cəhətdən qüsur sayılmalıdır. Məhz azərbaycanlıların xarakterindəki bu cəhət onların 
bir sıra fəlakətlərinin  mənbəyinə çevrilmiĢ, bu xalqa öz  milli  varlığını bütün  dolğunluğu ilə göstərməyə  mane 
olmuĢdur. Azərbaycanlılar haqqında Avropanın və Amerikanın bir sıra mətbuat orqanlarında yalan məlumatlar 
yayılmasına da bu Ģərait əsas vermiĢdir". 
XX yüzilliyin 80-ci illərinin sonunda dünyada və o cümlədən SSRĠ-də baĢ verən iqtisadi-siyasi proseslər 
nəticəsində sosializm sistemi iflasa uğradı. SSRĠ dünyada oynadığı hegemon rolunu itirməyə baĢladı. Belə bir 
vaxtda digər amillərlə yanaĢı, Sovet Ġmperiyasına qarĢı ərazisi ruslar tərəfindən iĢğal edilərək zorla bu dövlətə 
birləĢdirilən xalqlar tərəfindən baĢladılan milli azadlıq hərəkatı Sovetlər Birliyinin çöküĢünü sürətləndirdi və o 
sonda  öz  siyasi  nəticəsini  verdi.  Xalqımızın  illərlə  uğrunda  mübarizə  apardığı  müstəqillik  arzusu  gerçəkliyə 
çevrildi.  Lakin,  SSRĠ  süqut  etdikdən  sonra  müstəqil  milli  dövlət  quruculuğu  dövrünə  qədəm  qoyan 
Azərbaycanın  vəziyyəti,  həm  götürdüyü  xarici  siyasi  kurs,  həm  də  1988-ci  ildən  başlayan  erməni  təcavüzü 
nəticəsində xeyli ağırlaĢdı. 
Qeyd  edək  ki,  milli  azadlıq  hərəkatının  gücləndiyi  ərəfədə  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində 
Moskvanın və erməni lobbisinin təhriki ilə ərazimizin bir hissəsinin qoparılması istiqamətində fəaliyyət planı iĢə 
düĢdü. 
MünaqiĢənin ilkin vaxtlarında Moskva DQMV-nin nə Ermənistana birləĢdirilməsinə, nə də Azərbaycanın 
tərkibində qalmasına aid qəti bir söz söyləmirdi. Bunu o dövrdə Sov.ĠKP MK-nın Dağlıq Qarabağ haqqındakı 
qərarlarında,  Sov.ĠKP  MK-nın  BaĢ  Katibi  M.  Qorbaçovun  1988-ci  il  26  fevral  çıxıĢında  da  görürük.  Ġlkin 
baxıĢda belə təəssürat yaranır ki, BaĢ Katibin SSRĠ-nin milli-ərazi quruculuğu prinsipləri haqqında kifayət qədər 
aydın  mövqeyi,  məlumatı  yoxdur.  Ancaq  hadisələrin  sonrakı  gediĢi  və  təhlili  göstərir  ki,  M.  Qorbaçov 
düĢünülmüĢ, dəqiq plan əsasında fəaliyyət göstərmiĢdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə