Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   2   3   4   5   6   7   8   9   10   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 

SSRĠ-də milli münaqiĢələrin qızıĢması yönündə edilən hərəkətlərə qarĢı mərkəz tərəfindən heç bir tədbir 
görülmürdü. Problemlə bağlı apardığımız tədqiqat və hadisələrin müqayisəli təhlili bunun iki başlıca səbəbinin 
olduğunu göstərir. Bu səbəblər eyni zamanda baş verən, bir-birilə bağlı olan proseslər olmuşdur. Bunlardan 
birincisi  -  SSRİ-nin  rəhbərliyinə  daxil  olan  adamların  əksəriyyəti  milli  münaqişələr  vasitəsilə  Sovet 
imperiyasının  bütövlüyünü  qoruyub  saxlamaq  niyyətində  idi.  Onlar  əzəli  Azərbaycan  torpağı  olan  Qarabağı 
ermənilərə  vəd  etməklə  erməni-Azərbaycan  müharibəsinə  start  vermiĢ  oldular.  Bu  yolla  ruslar  həm 
Azərbaycanı, həm də erməniləri əllərində saxlamağı düĢünürdülər. Ölkəmizin müstəqillik uğrunda mübarizəyə 
qalxması və suverenliyini elan etməsi Qarabağın iĢğalına təkan verdi. Rus-erməni birgə iĢğalı Dağlıq Qarabağın 
azərbaycanlılar yaĢayan kiçik məntəqələrindən baĢlandı. 
Qeyd  edək  ki,  XX  yüzildə  Rusiya  iqtisadi-siyasi  cəhətdən  zəiflədikdə  bu  imperiyanın  bütövlüyünü 
qoruyub  saxlamaq  üçün  bir  neçə  dəfə  milli  münaqiĢələr,  qırğınlar  törətmək  siyasətindən  «uğurla»  istifadə 
etmiĢdir. Xalqımız bu siyasətin ağrı-acısını bir neçə dəfə - 1905-1907, 1917-1920-ci illərdə dadmıĢdır. Çar və 
sovet  Rusiyası  «parçala,  hökm  sür»  siyasəti  həyata  keçirməklə  xalqları,  o  cümlədən  azərbaycanlıları  əsarət 
altında saxlamaq, onları  milli-azadlıq  mübarizəsindən  yayındırmaq, Rusiya əsarətindən qurtarmaq  niyyətindən 
uzaqlaĢdırmaq siyasəti yeritmiĢdi.  
İkinci mühüm səbəb birincidən heç də az əhəmiyyət daşımayan, ilk baxışda ona zidd görünən, ancaq 
mahiyyətcə  onunla  sıx  bağlı  olan  Sovet  İttifaqının  dağılmasına  təkan  verən  proses  olması  idi.  Bəzi 
politoloqlar  və  siyasətçilər  belə  hesab  edir  ki,  bu  prosesdə  beynəlxalq  güclərin  və  böyük  dövlətlərin  rolu  çox 
olmuĢdur.  Onlar  milli  münaqiĢələr  vasitəsi  ilə  silah  gücünə  məğlub  etməyin  mümkün  olmadığı  SSRĠ-ni 
dağıtmaq  niyyətində  idilər  və  sovet  rəhbərliyinə  daxil  olan  bir  çox  adamlar  da  hələ  də  dəqiqləĢməyən 
səbəblərdən  onlara  yardımçı  oldu.  Maraqlıdır  ki,  1987-ci  ilin  yanvarında  ABġ  prezidenti  Karterin  sabiq 
köməkçisi  Zbiqnev  Bjezinski  «VaĢinqton  Tayms»  qəzetinin  bir  qrup  müxbiri  və  redaktoruna  «..  Ģər 
imperiyasının»» gələcəyi ilə bağlı demiĢdir: «Gələcək 20-30 ildə dünyada milli və etnik münaqiĢələrin mərkəzi 
Sovet  Ġttifaqı  olacaqdır.  Burada  millətçilik  canlı  dinamik  qüvvəyə  çevriləcəkdir.  Sovetlər  öz  millətlərinin 
problemini  nəzarətdə  saxlaya  bilməyəcəklər.  Onların  sistemi  ölümcül  böhran  ərəfəsindədir».  (Sitat  üçün  bax: 
27, 13). 
Qeyd edək ki, bir neçə il sonra bu məĢhur siyasətçinin dünyada baĢ vermiĢ qlobal dəyiĢikliyə həsr olunan 
«MöhtəĢəm iflas: XX əsrdə kommunizmin doğulması və məhvi» kitabı çapdan çıxdı. 
Avropada  və  Amerikada  ermənilərin  separatçı  hərəkətləri  «yenidənqurmanın»  ilk  dövrlərində 
demokratiya, insan haqları uğrunda mübarizə adı altında mütərəqqi, sovet totalitarizminə qarĢı çıxan qüvvə kimi 
müdafiə  və  təbliğ  olunmağa  baĢlandı.  Öz  torpaqlarını  müdafiə  edən,  separatizmin  əleyhinə  olan  Azərbaycan 
xalqı  isə  guya  SSRĠ-ni  qoruyub  saxlamaq  istəyən  mühafizəkar,  dindar,  islam  fundametalistləri  kimi  təqdim 
edildi. 
Bəzi  tədqiqatçılar  belə  hesab  edir  ki,  əslində  beynəlxalq  güclər  erməni  lobbisi  vasitəsilə  SSRĠ-ni 
dağıtmağa  görə  gördüyü  iĢlər  müqabilində  Qarabağı  ermənilərə  vəd  etmiĢdir.  Məhz  buna  görə  ABġ  Səddam 
Hüseyni  150-yə  yaxın  Ģiəni  qətlə  yetirdiyinə  görə  edam  etdirdiyi  halda,  minlərlə  azərbaycanlını  insanlığa 
yaraĢmayan  vəhĢiliklə  qətlə  yetirən  ermənilərə  heç  bir  söz  demir,  Avropa  dövlətləri  ermənilərin  törətdikləri 
qətliamlara, özgə torpaqlarını iĢğal etmələrinə göz yumur. 
Dünyanın  qloballaĢması  sükanı  arxasında  dayanmıĢ  BMT  və  onun  Təhlükəsizlik  ġurası  isə  özünün  4 
mötəbər qərarının arxasında dayanmır. 
Sovet  imperiyasının  rəhbərliyi  milli  münaqiĢələrdən  istifadə  edərək  SSRĠ-nin  bütövlüyünü  qoruya 
bilmədilər. 
Bir  çox  analitiklər  doğru  olaraq  belə  hesab  edir  ki,  Dağlıq  Qarabağdakı  hadisələr  müstəqilliyimizin 
əleyhinə yönəlmişdir və Xocalı soyqırımı da həmin prosesin kulminasiya nöqtəsi idi. Bu, əslində xalqımızın 
müstəqillik  mübarizəsinin  məhv  olması  üçün  hazırlanmış  ssenari  olsa  da,  bu  ssenarinin  həyata 
keçirilməsində alət rolunu oynayan ermənilər planı soyqırım kimi həyata keçirdilər. 
1986-cı  ildə  Moskva  Qazaxıstana  D.Ə.Kunayevin  yerinə  milliyyətcə  rus  olan  Gennadi  Kolbini  birinci 
katib  təyin  etdi.  Bu,  Qazaxıstanda  böyük  narazılığa,  xalqın  etirazına  səbəb  oldu.  Bu  əslində  Qorbaçovun  türk 
xalqlarına  qarĢı  ilk  fitnəkarlığı  idi.  Bir  qədər  sonra,  1987-ci  ilin  əvvəllərində  «Literaturnaya  qazeta»  da  Ġqor 
Belyayevin  «Ġslam»  adlı  məqaləsi  dərc  edildi.  Müəllif  məqaləsində  göstərirdi  ki,  islam  dini  SSRĠ  üçün 
təhlükəlidir  və  düĢməndir,  ümumiyyətlə,  müsəlmanlar  çox  məkrli  və  xaindirlər.  Bir  qədər  sonra,  həmin  ilin 
fevral və  may aylarında Sov.ĠKP-nin  orqanı  olan «Pravda»  qəzetində  da  eyni  məzmunda yazı  çap olundu. Bu 
yazıda  qazaxlar,  qırğızlar  «milli  qapalılıq  meylinə,  milli  lovğalılıq  əhval-ruhiyyəsinə»,  «ayrı-ayn  millətçilik 
təzahürlərinə» görə ciddi tənqid olunurdu. Beləliklə, Moskva tərəfindən qatar hərəkətə gətirildi.  
Xocalıda  həyata  keçirilən  soyqırım  və  bütövlükdə  «Dağlıq  Qarabağ  problemi»  SSRİ  rəhbərliyinin 
ümumilikdə Azərbaycan siyasətinin tərkib hissəsi idi. Bu siyasəti özlüyündə bir neçə mərhələyə bölmək olar. 
Belə  ki,  o  vaxtkı  mərkəzin,  yəni  Moskvanın  «yenidənqurmanın»  ilk  dövrlərində  Azərbaycan-Ermənistan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə