Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
10 
münasibətlərinə,  Dağlıq  Qarabağ  məsələsinə  münasibəti  bir  cür  (gözləmə;  qızıĢdırma;  daha  çox  Ermənistana 
üstünlük  vermə;  problemi  SSRĠ-nin  ərazisi  daxilində  bir  parça  torpağın,  yəni  Azərbaycan  torpağının  bir 
respublikadan  baĢqasına  -  Ermənistana  verilməsi;  buna  qədər  Krım  Rusiya  Federasiyasının  tərkibindən 
çıxarılaraq  Ukraynaya  verilmiĢdi  və  bununla  presedent  yaradılmıĢdı),  «yenidənqurma»nın  dalana  dirəndiyi 
vaxtlarda isə baĢqa cür olmuĢdur. 
Bu hadisə əslində birdən-birə deyil, uzun illər ərzində diqqətlə hazırlanmış, ciddi siyasi-maliyyə dəstəyi 
alan partiya, sovet orqanları tərəfindən himayə edilən bir addım olmuşdur. 
Xocalı  hadisələrinə  qədər  Ağdam,  Sumqayıt  və  s.  bu  kimi  hadisələr  baĢ  vermiĢdi.  Bəzi  publisistlər, 
politoloqlar  belə  hesab  edirlər  ki,  əgər  Sumqayıt  hadisəsinə  qədər  Qorbaçov  Dağlıq  Qarabağı  Ermənistana 
verməyə  daha  çox  meylli  idisə,  bu  hadisə  və  Azərbaycan  xalqının  sərt  müqaviməti  onun  tərəddüd  etməsinə 
səbəb oldu. O, bundan sonra problemi kompromis yolu ilə həll etməyə üstünlük verdi. 
Əslində Rusiya hökuməti Xocalı faciəsini planlaşdırıb həyata keçirməklə xalqımızın müstəqillik əzmini 
sındırmaq  niyyətində  idi.  Ancaq  nə  qədər  çətin  də  olsa  xalqımız  mübarizə  əzmini  daha  da  artırmaqla 
düşmənin öz niyyətinə çatmasına imkan vermədi. 
Xocalı faciəsi ümumilikdə Rusiyanın ġərq siyasətinin, müsəlman, türk dünyasına qarĢı yeritdiyi siyasətin 
nəticəsidir. Bu siyasətin icraçısı isə ruslar tərəfindən XIX əsrin I rübündən Azərbaycana köçürülüb yerləĢdirilən 
ermənilər olmuĢdur. «Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarĢı apardığı 
soyqırım siyasətinin qanlı səhifəsidir» (3). 
SSRĠ-nin  dağılması  ərəfəsi  və  ondan  sonrakı  dövrdə  Ermənistan  beynəlxalq  hüquq  normaları  və  BMT 
nizamnaməsini  kobud  Ģəkildə  pozaraq  Moskvanın  himayəsi  ilə  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan 
Dağlıq Qarabağı iĢğal etmək məqsədilə məkrli fəaliyyətə baĢladı. 
Azərbaycan torpaqlarının bir hissəsi olan Qarabağ Aran və Yuxarı, yaxud Dağlıq hissədən ibarətdir (Bax: 
Xəritə 2). Azərbaycana gəlmə olan ermənilər Qarabağın dağlıq ərazisinin hamısında deyil, yalnız bir hissəsində 
yaĢamıĢlar.  Təsadüfü  deyil  ki,  «Dağlıq  Qarabağ»  ifadəsi  termin  kimi  I  dünya  müharibəsinin  sonlarından 
iĢlənməyə  baĢlanmıĢdır.  (Daha  geniĢ  məlumat  üçün  bax:  19;  32).  Rusiya  Kommunist  (bolĢeviklər)  partiyası 
Zaqafqaziya  Ölkə  Komitəsinin  Dağlıq  Qarabağda  milliyətcə  erməni  olan  məsul  nümayəndəsi  ġ.ġaduns  bütün 
Qarabağın Azərbaycan Xalq Cümhuriyyətinə daxil olduğunu bildirərək 20 dekabr 1922-ci ildə yazırdı: «elə bu 
dövrdə  daĢnaklar  tərəfindən  yaradılmıĢ  yeni  termin  -  Dağlıq  Qarabağ  əmələ  gəldi.  DaĢnaklar  Ermənistanda 
hakimiyyəti  ələ  aldıqdan  sonra  yenidən  Dağlıq  Qarabağ  uğrunda  mübarizəyə  giriĢir»  (sitat  K.  ġükürovun 
«Dağlıq Qarabağ: anlayıĢı və ərazisi haqqında (tarix və müasirlik)» məqaləsindən götürülmüĢdür. Bax: 32, 103). 
Beləliklə, ermənilər Qarabağın dağlıq ərazisinin bir  hissəsindən ibarət olan Dağlıq Qarabağı coğrafi 
anlam kimi deyil, siyasi termin kimi irəli atmaqla onu ələ keçirmək uğrunda mübarizəyə başladılar. 
Ġstedadlı Azərbaycan tarixçisi K.ġükürov yazır: «Lakin Muxtar Dağlıq Qarabağ Vilayətinin (Azərbaycan 
Mərkəzi Ġcraiyyə Komitəsinin 1923-cü  il 7 iyul  dekabrında qurum rəsmən belə adlanır)  yaradılması  ilə  onun, 
yəni  Qarabağın  bütövlüyü  yenidən  və  qəti  Ģəkildə  pozulur.  Muxtar  Dağlıq  Qarabağ  Vilayətinin  ərazisi  elmi-
coğrafi  yox,  volyuntarist  prinsip  əsasında  formalaĢdırılıb.  Yəni  o,  erməni  yaĢayan  məskənlərin  üstün  olduğu 
lokal əraziləri  muxtar qurum adı altında birləĢdirməklə təĢkil  edilmiĢdir. (Qeyd  etmək lazımdır ki, bu prinsipi 
əsas götürməklə dünyanın əksər ölkəsi və ya iri Ģəhərində kompakt yaĢayan hər hansı gəlmə əhalinin inzibati-
siyasi  qurumunu  təĢkil  etmək  mümkündür.  Belə  ki,  Nyu-Yorkda  Çin  məhəlləsi  əsasında  çinlilərlə,  yaxud 
müvafiq qaydada yaponlara muxtariyyət tələb etmək olar). (32, 104). 
Görkəmli QafqazĢünas M.A.Skibitski 1899-cu ildə Tiflisdə  nəĢr  etdirdiyi  «Материалы для устройства 
казенных  летних  и  зимних  пастбищ  и  для  изучения  скотоводства  на  Кавказа»  adlı  kitabında  Qarabağla 
bağlı çox maraqlı məlumatlar vermiĢdi. O, burada onverstlik miqyasda (müasir ölçülərlə 1:420 000) tərtib etdiyi 
xəritəni  də  vermiĢdir.  Bu  xəritələrdən  biri  də  «Kapта  Карабахских  казенных  летних  пастбищ»  adlanır.  O, 
yazır: «Qarabağın yay otlaqları Qarabağ adlanan, 1828-ci ildə Rusiyaya birləĢənədək (iĢğal edilənədək - Boran 
Əziz)  xüsusi  Qarabağ  xanlığını  təĢkil  edən  torpaqlarda  yerləĢmiĢdir.  O...  uzunluğu  102.4  verst, ...  enlikdə  isə 
146  verst  uzanır.*  ...Təsvir  edilən  yaylaqlardan  istifadə  edənlərin  ümumi  sayı  452  kənd  arasında  paylanmıĢ 
26038  təsərrüfatdır,  onlardan  4048  təsərrüfat  Cəbrayıl  qəzasının  81  kəndində,  5064  təsərrüfat  CavanĢir 
qəzasının  102  kəndində,  331  təsərrüfat  Yelizavetpol  (Gəncə)  qəzasının  4  kəndində,  9432  təsərrüfat  Zəngəzur 
qəzasının 75 kəndində, 5223 təsərrüfat ġuĢa qəzasının 81 kəndində 1940 təsərrüfat Cavad qəzasının 9 kəndində 
yaĢayırdı». 
Skibitskinin  fikrincə  tayfa  tərkibinə  görə  Qarabağ  yaylaqlarından  istifadə  edənlər  azərbaycanlılar, 
ermənilər  və baĢqaları  olmuĢdur. O, yazır ki, 18919 təsərrüfatdan ibarət azərbaycanlılar-tüklər bütün Qarabağ 
ərazisində  səpələnmiĢ  333  kənddə  və  Gəncə  ovalığında  olan  2  kənddə;    3408  təsərrüfatdan  ibarət  ermənilər 
CavanĢir, Zəngəzur və Cəbrayıl uyezdlərinin yüksəklik hissəsində 47 kənddə yaĢayırdı.** 
1986-cı  ilin  ortalarında  Dağlıq  Qarabağ  erməniləri  özlərinin  Yerevandakı  və  xaricdəki  havadarlarının 
köməyilə separatçılıq hərəkatına yenidən baĢladılar. Azərbaycanın tərkibindəki siyasi, iqtisadi, sosial və mədəni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə