Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   73   74   75   76   77   78   79   80   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
138 
uĢaq  hər  iki  valideynini,  130  nəfər  valideynlərindən  birini  itirdi.  Faciə  baĢ  verən  gecə  1275  nəfər  dinc  sakin 
girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil. 
Xocalının  iĢğalı  ġuĢa  istiqamətində  ermənilərin  əl-qolunu  açdı.  Bu  hadisədən  sonra  erməni  silahlı 
birləĢmələri Azərbaycana qarĢı apardıqları iĢğalçılıq siyasətini daha da geniĢləndirdilər. 
Bir  daha  qeyd  edək  ki,  Xocalı  faciəsində  Ģəhid  olmuĢ  soydaĢlarımızın  cəsədlərinin  vəziyyəti  nümayiĢ 
etdirdi ki, ermənilər Xocalı əhalisinə insanlığa zidd olan metodlarla iĢgəncələr veriblər. Belə ki, bəzi insanların 
baĢ  dəriləri  soyulmuĢ,  digərlərinin  gözləri  çıxarılmıĢ,  qulaqları  və  digər  orqanları  kəsilərək  vəhĢicəsinə  qətlə 
yetirilmiĢdir. 
Ermənilərin  Xocalıda  törətdikləri  soyqırım  dünya  mətbuatı  tərəfindən  də  iĢıqlandırılmıĢdır.  Xarici 
mətbuat nümayəndələri Xocalıda Ģahidi olduqları tükürpərdici mənzərədən dəhĢətə gəlmiĢdilər. Jurnalist Tomas 
Qoltz  Xocalı  soyqırımını  "VaĢinqton  Post"  ("Washington  Post")  qəzetində  iĢıqlandırmıĢdır.  Onun  yazdığı 
"Azərbaycan  gündəliyi"  ("Azerbaijan  Diary")  kitabının  Xocalıya  həsr  olunmuĢ  bölməsində  də  ermənilərin 
törətdikləri dəhĢətli qətliam barəsində ətraflı məlumat verilir. 
Əsir, Girov GötürülmüĢ və Ġtkin DüĢmüĢ VətəndaĢlarla ĠĢ üzrə Dövlət Komissiyası tərəfindən toplanılan 
materiallar  da  bir  daha  təsdiq  edir  ki,  ermənilər  Azərbaycanın  sivil  əhalisinə  və  əsirlərə  qarĢı  soyqırım  aktı 
həyata  keçirmiĢlər.  Ermənilərin  törətdikləri  dəhĢətli  terror  və  iĢgəncələr  insanlığa  zidd  olan  əməllərdir.  Bu 
vəhĢiliyi heç bir Ģəkildə ört-basdır etmək olmaz. 
Maraqlısı odur ki, Ermənistanın hazırkı prezidenti, qondarma DQR-in o vaxt müdafiə naziri olmuĢ Serj 
Sərkisyan  Xocalı  hadisələri  barədə  danıĢarkən  orada  törədilmiĢ  vəhĢiliyi  soyuqqanlı  Ģəkildə  belə  təsvir  edir: 
"Xocalıya  qədər  azərbaycanlılar  düĢünürdülər  ki,  ermənilər  mülki  əhaliyə  əl  qaldırmağı  bacarmazlar.  Biz  bu 
stereotipləri sındırmağı bacardıq". Bir dövlətin baĢında duran Ģəxsin bu cür sərsəm açıqlama verməsi onun hansı 
təfəkkürə malik olması haqqında aydın təsəvvür yaradır. Bu, bir daha sübut edir ki, Ermənistan terror üzərində 
qurulmuĢ  dövlətdir,  onun  baĢında  duran  insanlar  isə  hərbi  cinayətkarlardır.  Beynəlxalq  hüquq  normalarına 
əsasən isə hərbi cinayətkarlar məhkəmə qarĢısında cavab verməlidirlər. 
Hüquqi nöqteyi-nəzərdən Xocalıda baĢ vermiĢ qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz 
bilərəkdən  və  düĢünülmüĢ  Ģəkildə  həyata  keçirilmiĢdir.  Müasir  dünyamızda  qəbul  edilmiĢ  mənasına  görə 
soyqırım  bir  millətin  dil,  din,  məzhəb  və  milli  fərqləri  ilə  əlaqədar  olaraq  məqsədli  Ģəkildə  məhv  edilməsi 
prosesidir. Bu prosesin  hər  hansı ölkənin  hökuməti tərəfindən  həyata keçirilməsi  əsas Ģərt olaraq qəbul  edilir. 
Soyqırımın beynəlxalq səviyyədə  qəbul  edilmiĢ tərifi  onu  deməyə əsas verir  ki, Xocalı  hadisələri  Azərbaycan 
xalqına qarĢı törədilmiĢ soyqırım aktıdır. Dünyada qəbul olunmuĢ beynəlxalq konvensiyalar və qanunlar Xocalı 
faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Bu gün Ermənistanda mühüm dövlət postlarını 
tutan  Serj  Sərkisyan,  Seyran  Ohanyan,  eləcə  də  sabiq  prezident  Robert  Köçəryan  və  digərləri  baĢ  vermiĢ 
soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarĢısında cavab verməlidirlər. Bu soyqırıma dünya birliyi 
siyasi-hüquqi  qiymət  verməli  və  cinayətdə  əli  olan  hərbi  cinayətkarların  Beynəlxalq  Ədalət  Məhkəməsi 
tərəfindən  ittiham  olunmasına  nail  olmalıdır.  Heç  bir  cinayət,  əsasən  də  insanlığa  qarĢı  törədilmiĢ  cinayət 
cəzasız qalmamalıdır. 
Artıq Ġslam Konfransı TəĢkilatı (ĠKT) kimi nüfuzlu bir qurum Xocalı hadisələrinə qiymət verib. Belə ki, 
Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının iĢğal olunmuĢ ərazilərində islam 
tarixi  və  mədəniyyət  abidələrinin  dağıdılması  və  məhv  edilməsi  haqqında  ĠKT-nin  qəbul  etdiyi  qətnamə 
ölkəmizin  haqlı  mövqeyinin  beynəlxalq  səviyyədə  tanınmasına  Ģərait  yaradır.  Həmçinin  ĠKT  Parlament 
Assambleyasının  "Xocalıya  ədalət"  beynəlxalq  kampaniyasını  dəstəkləyən  qətnaməni  qəbul  etməsi  və  Xocalı 
qətliamını insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanıması da çox əlamətdar hadisədir. Qəbul edilmiĢ qətnamə 
51 dövlətin parlamentini bu qətliamı insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanımağa, bu kampaniyanı milli və 
beynəlxalq səviyyədə  dəstəkləməyə çağırır. Bu  qətnamə  Azərbaycan üçün çox  önəmlidir. Çünki, birincisi,  ilk 
dəfədir ki, beynəlxalq Parlament Assambleyası Xocalı soyqırımını insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanıdı. 
Ġkincisi, bu, hüquqi  və siyasi  nöqteyi-nəzərdən böyük əhəmiyyət  kəsb  etməklə Xocalı soyqırımının  gələcəkdə 
beynəlxalq səviyyədə tanınmasına təkan verəcəkdir. 
Sonda  bir  daha  qeyd  etmək  istərdik  ki,  Ermənistan  Respublikası  Dağlıq  Qarabağ  münaqiĢəsində 
Azərbaycan xalqına qarĢı etnik təmizləmə və soyqırım siyasəti həyata keçirmiĢdir. Azərbaycanın tərkib hissəsi 
olan Dağlıq Qarabağa iddia edən Ermənistan orada xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas tutaraq, 
onu  öz  ərazisinə  birləĢdirmək  istəməklə  bütün  beynəlxalq  hüquq  normalarını  və  prinsiplərini  kobud  Ģəkildə 
pozmuĢdur.  Ermənistandan  fərqli  olaraq,  Azərbaycan  öz  müqəddəratını  təyinetmə  prinsipinə  öz  real,  həqiqi 
mənasında  yanaĢır,  Dağlıq  Qarabağın  erməni  və  azərbaycanlı  icmalarının  təhlükəsiz  sülh  və  əməkdaĢlıq 
Ģəraitində yaĢamasını nəzərdə tutur. Azərbaycanın bu mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır və bütün 
dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 
Azərbaycan xalqı çox humanistdir. Biz həyatda öz amalımıza sülh yolu ilə çatmağa çalıĢırıq. Ġnanırıq ki, 
Dağlıq  Qarabağ  münaqiĢəsi  sülh  yolu  ilə  öz  həllini  tapacaq  və  Xocalı  soyqırımı  .tezliklə  öz  siyasi  və  hüquqi 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
139 
qiymətini  alacaqdır.  Əks  təqdirdə,  hər  bir  Azərbaycan  vətəndaĢı  öz  doğma  torpaqlarını  iĢğalçı  erməni 
qüvvələrindən hərb yolu ilə təmizləmək üçün Ali BaĢ Komandan cənab Ġlham Əliyevin bir əmrinə müntəzirdir. 
Prezident  Ġlham  Əliyevin  qeyd  etdiyi  kimi:  "Heç  vaxt  Dağlıq  Qarabağ  müstəqil  olmayacaq.  Bunu  biz  də 
deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız olmadan Dağlıq Qarabağ heç vaxt müstəqil 
ola bilməz. Biz isə buna heç vaxt razılıq verməyəcəyik". 
 
“Analitik baxıĢ”.-2010.-№1.-S.32-35. 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
140 
 
Xocalı soyqırımına gedən yol 
 
MöhtəĢəm  tarixi  keçmiĢə  malik  Azərbaycan  zaman-zaman  üzləĢdiyi  ən  ağır  sınaqlardan  belə  Ģərəflə 
çıxmağı bacarıb. Bununla mövcudluğunu, milli varlığını daha da möhkəmləndirib, illər, əsrlər keçdikcə 
geridə hər zaman zəngin bir keçmiĢ qoyub. Elə bu səbəbdəndir ki, hər bir azərbaycanlı öz tarixi ilə, ata-
babalarının keçdiyi yolla fəxr edir. Lakin keçmiĢimizin güzgüsü olan tarixin səhifələri heç də həmiĢə ağ 
vərəqlərə həkk olunmayıb. Bəzən qanla elə qanlı səhifələrdə yazılan tarix xalqımızın həm də hansı böyük 
faciələrlə üzləĢdiyini, hansı dəhĢətlər yaĢadığını real faktlar əsasında gözlər önünə sərgiləyir. 
 
Ermənilərə qarĢı ən böyük sipər  
 
 Müxtəlif  vaxtlarda  Azərbaycan  xalqına  qarĢı  törədilmiĢ  və  çox  zaman  da  ən  qəddar  vəhĢiliklərlə  müĢayiət 
olunmuĢ soyqırımları da tariximizin qan və dəhĢət saçan səhifələrindəndir. Bəzi soyqırımı tarixlərinin müasirləri 
olmağımız,  yaĢananlara  canlı  Ģahidlik  etməyimiz  isə  bu  müsibətlər  olaylarının  nə  dərəcədə  geniĢmiqyaslı 
faciələr  olduğunu  daha  aydın  təsəvvür  etməyə  imkan  verir.  Lakin  yaĢanan  faciələrin  Azərbaycan  tarixində 
qoyduğu  izlər  bununla  məhdudlaĢmır.  Daim  sülhün,  əmin-amanlığın  tərəfdarı  olan  xalqımıza  qarĢı  dəfələrlə 
törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi-siyasi qiymətini almaması da illər boyu ən böyük 
ədalətsizliklərdən  biri  olub.  Halbuki,  Azərbaycan  torpaqlarının,  eləcə  də  xalqının  bölünməsinin  əsasını  qoyan 
Gülüstan,  Türkmənçay  müqavilələrindən  sonra  ölkəmiz  mərhələli  Ģəkildə  təkcə  etnik  yox,  həm  də  mənəvi 
soyqırımlara məruz qalıb. Bu soyqırımlara hüquqi-siyasi qiymət verilməməsi isə yaĢanmıĢ faciələrin özü qədər 
dəhĢətlidir.  
Yalnız ümummilli lider Heydər Əliyevin xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qaydıĢından 
sonra yaĢanan soyqırımları haqda daha təfsilatlı araĢdırmalar aparıldı. Eyni zamanda bu hadisələrə hüquqi-siyasi 
qiymətin  verilməsi  prosesi  baĢlandı.  Dünyaya  xalqımızın  üzləĢdiyi  fəlakətlər  barədə  ətraflı,  fakt  və  sübutlarla 
zəngin  olan  məlumatlar  çatdırıldı.  Bütün  bunlar  ulu  öndərin  Azərbaycan  xalqı  qarĢısında  göstərdiyi  çoxsaylı 
tarixi  xidmətlərdən  birinə  çevrildi.  XX  əsrin  ən  dəhĢətli  hadisələrindən  olan  Xocalı  faciəsinin  də  həm  bir 
soyqırımı  olaraq  təsbit  edilməsi,  həm  də  bu  barədə  həqiqətlərin  dünyaya  çatdırılması  məhz  Heydər  Əliyevin 
sayəsində mümkün oldu.  
Tarixin ironiyası isə ondan ibarətdir ki, ötən əsrin sonlarında Dağlıq Qarabağ münaqiĢəsinin baĢlanması ilə 
Azərbaycan  xalqının  üzləĢdiyi  yeni  faciələr,  yaĢadığı  soyqırımları  elə  Heydər  Əliyevin  hakimiyyətdən 
uzaqlaĢdırılmasından  sonra  baĢ  verdi.  Həmin  vaxta  qədər  keçmiĢ  SSRĠ  rəhbərliyinin  hərtərəfli  dəstəyini  alan 
ermənilərin Azərbaycana qarĢı məkrli planlarının reallaĢmasının qarĢısını məhz ulu öndər Heydər Əliyev alırdı. 
Ermənilər  və  onların  himayədarları  yaxĢı  baĢa  düĢürdülər  ki,  Heydər  Əliyev  hakimiyyətdə  olduğu  müddət 
ərzində Azərbaycana qarĢı heç bir iddialarını reallıĢdıra bilməycəklər.  
 
Dağlıq Qarabağ münaqiĢəsinin baĢlanğıcı  
 
 Artıq  sübut  olunmuĢ  tarixi  həqiqətdir  ki,  ölkəmizin  ermənilər  tərəfindən  ərazi  bütövlüyünə  qəsd  planı 
əvvəlcədən  hazırlanmıĢdı.  SSRĠ-yə  rəhbərlik  edən  Qorbaçovun  yanında  və  Kremldə  mərkəzi  rəhbərlikdə  yer 
alan  ermənilər  tərəfindən  müdafiə  olunan  planın  reallaĢması  üçün  ciddi  iĢlər  görülürdü.  Lakin  planın  praktik 
mərhələyə  keçməsi  Azərbaycan xalqının böyük  oğlunun SSRĠ-də  mühüm rəhbər postlardan birində  yer aldığı 
müddət ərzində mümkünsüz idi və bu həqiqətlə ermənilər, onların himayədarları da birmənalı Ģəkildə barıĢırdı. 
Bu  səbəbdən  ermənilərin  təhriki  və  diktəsi  ilə  hərəkət  edən  Qorbaçov  ilk  növbədə  Heydər  Əliyevin  tutduğu 
vəzifədən uzaqlaĢdırılmasına çalıĢırdı və təəssüf ki, istəyinə də nail oldu. Mərhum Ģair Bəxtiyar Vahabzadənin 
təbirincə  deyilsə,  bu,  Moskvada  Azərbaycanın  yeganə  və  ən  böyük  qalasınıın  yıxılması  demək  idi.  Heydər 
Əliyevin  hakimiyyətdən  uzaqlaĢdırılmasının  əsas  səbəblərindən  biri  SSRĠ  siyasi  rəhbərliyini  ələ  almıĢ  erməni 
lobbisinin  təsir  və  təzyiqləri  idisə,  digər  önəmli  səbəb  Qorbaçovun  subyektiv  hisslərinin  əsiri  olması,  ondan 
daha yaxĢı idarəçilik qabiliyyətinə, səriĢtəyə malik bir Ģəxsin Kremldə olmasını həzm edə bilməməsi idi.  
Azərbaycanın  böyük  oğlunun  Siyasi  Bürodan  uzaqlaĢdırılmasından  cəmi  15  gün  sonra  Qorbaçovun  xeyir-
duası  ilə  ermənilər  Azərbaycana  qarĢı  qəsd  planlarının  icrasına  baĢladılar.  1987-ci  ilin  noyabrında 
M.Qorbaçovun  məsləhətçisi  olan  qatı  Ģovinist  A.Aqanbekyanın  Parisdə  "Humanite"  qəzetindəki  bəyanatında 
bildirilirdi  ki,  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibindən  çıxarılıb  Ermənistana  verilməsinə  dair  artıq 
Moskvanın razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: "Siyasi Bürodan istefa verdikdən 
15  gün  sonra  Qarabağ  məsələsi  ortaya  çıxdı.  Qorbaçovun  ən  yaxın  adamı,  iqtisadi  məsələlər  üzrə  müĢaviri, 
milliyyətcə  erməni  olan  professor  Aqanbekyan  Parisdə  keçirdiyi  bir  mətbuat  konfransında  "Dağlıq  Qarabağ 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
141 
Ermənistana  verilməlidir"  -  demiĢ,  bu  məsələ  ilə  əlaqədar  Qorbaçovu  da  qızıĢdırmıĢdır.  Moskvanın  Qarabağ 
əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə baĢladı. Deməli, bu plan hələ 
əvvəlcədən hazırlanmıĢ, lakin tətbiq olunmasına mən ciddi maneə imiĢəm".  
SSRĠ  rəhbərliyinin  Dağlıq  Qarabağın  Ermənistana  verilməsinə  dair  razılığının  olduğu  1988-ci  ilin 
əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan baĢda olmaqla bir qrup Ģovinist erməni ilə görüĢü zamanı da üzə 
çıxdı.  Bunun  ardınca  Xankəndidə,  Yerevanda  antiazərbaycan  və  antitürk  ruhlu  mitinqlər  geniĢləndi.  Bundan 
sonra  erməni  "Qarabağ  Komitəsi",  onun  Dağlıq  Qarabağ  Muxtar  Vilayətindəki  separatçı-terrorçu  təĢkilatı 
"Krunk"  gizli  fəaliyyətlərinə  son  qoyaraq  açıq  Ģəkildə  niyyətlərini  bəyan  etməyə,  Azərbaycana  qarĢı  ərazi 
iddiaları  səsləndirməyə  baĢladı.  Bunun  nəticəsi  olaraq  ermənilər  tərəfindən  "Miatsum"  adlanan  hərəkat  da 
formalaĢdırıldı.  
O  dövrdə  Azərbaycana  rəhbərlik  edən  Ģəxslər  artıq  özünü  qabarıq  formada  və  aydın  Ģəkildə  büruzə  verən 
Dağlıq  Qarabağ  münaqiĢəsinin  çözümü  istiqamətində  hansısa  praktik  addımların  atılmasında  acizlik  nümayiĢ 
etdirirdi. Yalnız Kremlin göstəriĢləri əsasında atılan addımlar Azərbaycan ərazilərinin qəsb olunması prosesini 
sürətləndirirdi. Qarabağ məsələsinin  ortaya çıxması isə elə ilk dövrlərdə Moskvada olan Heydər Əliyevi ciddi 
narahat  edirdi.  Bu  səbəbdən  Qorbaçovla,  onunla  mümkün  olmadıqda  Liqaçovla,  Çebrikovla,  Kryuçkovla 
görüĢüb  problemin  həllinə  çalıĢırdı.  Qarabağın  əzəli  Azərbaycan  torpağı  olmasına  dair  əlindəki  sənəd  və 
sübutları  da  Kreml  rəhbərliyinə  təqdim  etmək  istəyən  Heydər  Əliyevə  Moskvanın  cavabı  belə  oldu:  "Biz 
Qarabağda erməni-azərbaycanlı münaqiĢəsi ilə bağlı problemi özümüz həll edəcəyik".  
 
Bakıya, Moskvaya ünvanlanmıĢ saysız-hesabsız  
cavabsız teleqramlar 
 
Belə Ģəraitdə Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, təslimçilik mövqeyi ölkəmizin əzəli və tarixi ərazisi 
olan  Dağlıq  Qarabağda  Ermənistanın  mövqeyinin  daha  da  güclənməsinə  gətirib  çıxarırdı.  Erməni 
separatçılarının  bu  yerlərdə  mövqelərinin  güclənməsi  və  ona  qarĢı  rəhbərlik  səviyyəsində  ciddi  tədbirlərin 
görülməməsi isə ölkə ərazilərinin itirilməsinə, yaĢanacaq faciələrə, o cümlədən Xocalı soyqırımına gedən yolun 
baĢlanğıcını qoyurdu. Amma nə yazıq ki, o dövrkü rəhbərlik bunu dərk etməkdə acizlik göstərirdi.  
Bu vəziyyətdə SSRĠ rəhbərliyi Dağlıq Qarabağın tədricən Azərbaycandan ayrılması üçün müvafiq addımlar 
atmağa baĢladı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iĢtirakı 
ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi 
bölgüsünə  daxil edilməsi barədə qərar qəbul  etdi. Azərbaycan SSR Ali Soveti Konstitusiyaya zidd olan  qərarı 
rədd  etdikdən  sonra  Ermənistanın  millətçi  rəhbərləri  "DaĢnaksütyun"  partiyasının  "Türksüz  Ermənistan" 
proqramını  həyata  keçirməyə  baĢladılar.  Bu  isə  tarixi  Azərbaycan  torpaqlarında  yaranan  indiki  Ermənistan 
ərazisində olan on minlərlə azərbaycanlıya qarĢı böyük qəddarlıqlarla müĢayiət olunan etnik təmizləməyə rəvac 
verilməsi demək idi. 1988-ci ilin fevralından  Yerevanda baĢlanan kütləvi  mitinqlərdə iĢtirakçılar "Ermənistanı 
türklərdən  təmizləməli",  "Ermənistan  yalnız  ermənilər  üçündür"  kimi  Ģüarlar  səsləndirirdi.  Mitinqlər 
baĢlandıqdan  sonra  Yerevanda  salamat  qalan  yeganə  məscid  binası,  eləcə  də  azərbaycanlı  Ģagirdlərin  təhsil 
aldığı orta məktəb, teatr binası yandırıldı. Buna qarĢı etiraz edən azərbaycanlıların da evlərinə od vuruldu. Lakin 
əsl faciə hələ qabaqda idi. 
Elə həmin dövrdə ermənilərin Dağlıq Qarabağda da separatçı fəaliyyəti geniĢlənirdi. Ölkə rəhbərliyindən heç 
bir  kömək  görməyən  azərbaycanlılar  isə  yaĢadıqları  ərazilərin  müdafiəsi  məqsədilə  özləri  könüllü  fəaliyyətə 
baĢlamıĢdı.  Ermənilərin  qəsbkarlıq  niyyəti  bir  çox  yaĢayıĢ  məntəqələri  kimi  Xocalını  da  özünümüdafiəsini 
gücləndirməyə  vadar  etdi.  1988-ci  il  fevralın  12-də  Xocalı  rəhbərliyi  Əsgəranda  keçirilən  yığıncağa  dəvət 
olundu. Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi V.Konovalovun, Ģöbə 
müdiri  M.Əsədovun  iĢtirakına  baxmayaraq,  ermənilər  Ermənistana  birləĢmək  istədiklərini  açıq  Ģəkildə  bəyan 
etdilər.  Xocalının  sabiq  icra  baĢçısı  Elman  Məmmədov  xatırlayır  ki,  həmin  yığıncaqdan  çıxıb  Xocalıya 
gəldikdən  sonra  ağsaqqallar  və  ziyalılarla  təcili  görüĢ  keçirərək  vəziyyəti  onlarla  müzakirə  edib.  Elə  həmin 
gündən Xocalının və ətraf kəndlərin müdafiəsi üçün Müdafiə Komitəsi yaradıldı. Həmçinin Xocalının müdafiəsi 
məqsədilə  müdafiə  postları  formalaĢdırıldı.  Bu  postlara  çıxan  dəstələrin  isə  silahları  yalnız  ov  tüfənglərindən 
ibarət idi. Ermənilərin Xocalı və bütövlükdə Dağlıq Qarabağ üçün yaratdığı təhlükə ilə bağlı Bakıya, Moskvaya 
saysız-hesabsız teleqramlar vurulsa da, nəticə yox idi. 
 
Rasim BAYRAMOV 
 
Azərbaycan‖.-2011.-16 fevral.-N 36.-S.4. 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə