5
tayfaların məişətini, həyat tərzini, Şərq ölkələri ilə iqtisadi-mədəni
əlaqələrini öyrənmək üçün zəngin material vermişdir. I Kültəpənin Neolit
təbəqəsindən aşkar olunan Xalaf tipli boyalı qab Naxçıvanın qədim
sakinlərinin Şimali Mesopotamiya ilə iqtisadi mədəni əlaqələrini göstərir.
Bir qrup tədqiqatçılar arxeoloji materiallara əsaslanaraq müəyyən əhali
qrupunun Şimali Mesopotamiyadan Naxçıvana gəldiyini söyləmişdir.
Eneolit abidələrinin tədqiqi Mesopotamiyada formalaşan Ubeyd mədəniyyəti
ilə olan əlaqələri də öyrənməyə imkan verir. Bu mədəniyyətin təsiri ilə
Naxçıvanda boyalı keramika məmulatı ortaya çıxmışdır. Ovçulartəpəsində
bir ədəd idxal malına da rast gəlinmişdir. Ovçulartəpəsindən, Xələc, Şortəpə
və Uçan Ağıldan aşkar olunan boyalı keramikanın əksəriyyəti yerli istehsalın
məhsuludur. Bu isə bəzi tədqiqatçıların iddia etdiyi kimi Eneolit
mədəniyyətinin gətirilmədiyini, yerli istehsalın məhsulu olduğunu göstərir.
Ovçulartəpəsində aparılan araşdırmalar Eneolit dövrünün sonunda
Naxçıvanda yaşayan tayfaların iqtisadi-mədəni və sosial həyatında baş verən
dəyişiklikləri izləmək üçün dəyərli nəticələr vermişdir. Araşdırmalar bu
dövrdə ibtidai icma quruluşunun dağılma ərəfəsində olduğunu göstərir.
Arxeoloji tədqiqatlar zamanı Naxçıvan MR ərazisində Erkən Tunc
dövrünə aid I Kültəpə, II Kültəpə, Ovçulartəpəsi, I Maxta Kültəpəsi, II
Maxta Kültəpəsi, Şortəpə, Sədərək və onlarla digər yaşayış yerləri, Dizə
nekropolu, Qarabulaq nekropolu, Plovdağ nekropolu və Xornu nekropolu
kimi qəbir abidələri tədqiq edilmişdir. Erkən Tunc dövrü abidələrindən
aşkar olunmuş arxeoloji mədəniyyət Kür-Araz mədəniyyəti adlandırılmışdır.
Naxçıvanın Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi bu mədəniyyətin
mənşəyi, xronologiyası və inkişaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərə
aydınlıq gətirmişdir. Qafqaz, o cümlədən Azərbaycan arxeologiyasında
mübahisəli olan bu məsələnin aydınlaşdırılmasında Naxçıvan abidələrinin
müstəsna əhəmiyyəti olmuşdur. Ovçulartəpəsi yaşayış yerinin tədqiqi
zamanı arxeoloji ədəbiyyatda “Proto Kür-Araz keramikası” adlandırılan
mədəniyyət aşkar olunmuş və bu tapıntılardan sonra I Maxta Kültəpəsi,
Ərəbyengicə, Xələc, Sədərək və digər abidələrdən aşkar olunan, Kür-Araz
mədəniyyətinin formalaşma dövrünə aid materialları dəyərləndirmək
mümkün olmuşdur. Tədqiqatların nəticələri Naxçıvanın Kür-Araz
mədəniyyətinin formalaşdığı əsas regionlardan biri olduğunu göstərmişdir.
Orta Tunc dövrünə aid arxeoloji abidələrin tədqiqi bu dövrdə
Naxçıvanın Urmiya hövzəsi daxil olmaqla Azərbaycanın cənubu və Şərqi
Anadolu ilə vahid iqtisadi-mədəni rayona daxil olduğunu göstərir. Bu dövrdə
Naxçıvan boyalı qabları ilə fərqlənən Orta Tunc dövrü mədəniyyətinin
mərkəzinə çevrilir. Iqtisadiyyatın, xüsusilə sənətkarlıq və ticarətin inkişafı
6
şəhər tipli yaşayış yerlərinin və şəhər dövlətlərin formalaşması ilə
nəticələnir. Naxçıvan ərazisindəki arxeoloji abidələr Yaxın Şərqdə
formalaşan Orta Tunc dövrü mədəniyyətinin bir sıra xarakterik cəhətlərini
müəyyən etməyə imkan verir. Orta Tunc dövründə Yaxın Şərqdən fərqli
olaraq Naxçıvanda oturaq həyat fasiləyə uğramada davam edir və qala tipli
yaşayış yerləri meydana çıxır. Bunlar arasında II Bəzəkli qalası, Göynük
qalası, Qazançıqala, Qızqalası, Qurddağ qalası strateji cəhətdən əlverişli
mövqedə yerləşmiş yaşayış yerləridir. Bu tip abidələr cəmiyyətin
iqtisadiyyatında və ictimai quruluşunda meydana gələn dəyişiklikləri
izləməyə imkan verir.
Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrünə aid arxeoloji abidələri
bu dövrdə Azərbaycanın cənub rayonlarında baş verən sosial-mədəni
prosesləri, habelə şimal və cənub rayonları arasındakı iqtisadi-mədəni
əlaqələri öyrənmək baxımından əhəmiyyətlidir. Araşdırmalar Son Tunc
dövründə Naxçıvanda boyalı qablarla xarakterizə edilən mədəniyyətin
davam etdiyini, eyni zamanda Azərbaycanın şimal rayonlarında yayılan
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan xüsusiyyətlərin bu
əraziyə daxil olduğunu göstərir. Naxçıvan və Xudafərin ətrafında aparılan
araşdırmalar Xocalı-Gədəbəy mədəniyyətinin Azərbaycanın cənubuna doğru
yayıldığını göstərir. Fikrimizə görə bu, e.ə. II minilliyin sonu və I minilliyin
əvvəlində Azərbaycanın cənub rayonlarıda baş verən siyasi dəyişikliklər, o
cümlədən yerli tayfaların xarici işğal təhlükəsinə qarşı birləşməsi prosesi ilə
bağlı olmuşdur. Bu dövrdə Naxçıvan ərazisində I Kültəpə, II Kültəpə,
Şahtaxtı, Sədərək, Xələc, Şortəpə kimi iri yaşayış yerləri mövcud olmuşdur.
Orta Tunc dövründə olduğu kimi bu dövrdə də qala tipli yaşayış yerləri
mövcud olmuşdur. Əhali müdafiə olunmaq üçün Orta Tunc dövrünün
qalaları ilə yanaşı yeni qalalar da inşa etmişdir. Sədərəkqala, Oğlanqala,
Çalxanqala bu tip abidələr sırasına daxildir.
Dəmir dövrünün inkişaf etmiş mərhələsinə aid abidələr bu dövrün
siyasi və iqtisadi mənzərəsini aydınlaşdırmaq üçün ən dəyərli mənbələrdir.
Bu dövrə aid tədqiq edilmiş abidələr başlıca olaraq Şərur və Ordubad
rayonları ərazisindədir. Xaraba-Gilanda yerləşən Xalı-Keşan, Mərdangöl,
Muncuqlutəpə nekropollarının materialları bu dövrün xarakteristikasını
vermək üçün dəyərli mənbədir. Bu dövrün tarixini öyrənmək üçün ən dəyərli
abidə Oğlanqala yaşayış yeridir. 2008-2011-ci illərdə birgə Azərbaycan-
Amerika ekspedisiyasının apardığı araşdırmalar zamanı Naxçıvan tarixinin
öyrənilməsi üçün maraqlı faktlar aşkar olunmuşdur. Müəyyən olunmuşdur
ki, Oğlanqala e.ə. IX-VI əsrlərdə Şərur düzündə meydana gələn kiçik bir
şəhər dövlətin paytaxtı olmuş və Urartu işğalçılarına qarşı mübarizə
Dostları ilə paylaş: |