Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə29/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   25   26   27   28   29   30   31   32   ...   445

ÇIXIŞ 8:18

50

ÇIXIŞ 9:19



tozu mığmığaya döndü.

18

Sehrbazlar da öz sehrləri ilə mığmığalar gətirmək istədilər, ancaq bunu



bacarmadılar. İnsanların da, heyvanların da üstünə mığmığalar qondu.

19

* Sehrbazlar firona dedilər:



«Bunda Allahın əli var». Ancaq Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və o qulaq asmadı.

Dördüncü cəza: mozalanlar

20

Rəbb Musaya dedi: «Səhər tezdən qalx. Firon suya tərəf gedəndə onun qarşısına gedib belə söylə:



“Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!

21

Əgər sən onları azad etmək istəməsən,



sənin, əyanlarının, xalqının üzərinə və evlərinin içinə mozalan yığınları göndərəcəyəm. Misirlilərin

evləri, yaşadıqları torpaq mozalanlarla dolacaq.

22

Ancaq o gün xalqımın yaşadığı Qoşen torpağını



ayıracağam ki, orada mozalanlar olmasın. Bundan biləcəksən ki, bu ölkədə Rəbb Mənəm.

23

Sənin



xalqınla Öz xalqım arasında fərq qoyacağam. Bu əlamət sabah olacaq”».

24

Rəbb belə də etdi. Fironun



sarayını, əyanlarının evlərini, bütün Misir torpağını ağır mozalan yığını basdı. Mozalanların əlindən

ölkə viran oldu.

25

Firon Musanı və Harunu çağırıb dedi: «Gedin, bu ölkədə öz Allahınıza qurban gətirin».



26

Ancaq


Musa dedi: «Belə etmək olmaz, çünki bizim Allahımız Rəbbə qurban kəsməyimiz Misirlilərdə

ikrah hissi oyadacaq. Misirlilərin qabağında ikrah oyadan qurbanlar kəssək, onlar bizi daşqalaq

etməzlərmi?

27

Biz istəyirik ki, səhrada üç gün yol gedək və Allahımız Rəbbin bizə əmr etdiyi kimi



qurban gətirək».

28

Firon dedi: «Mən sizi buraxıram ki, səhrada Allahınız Rəbbə qurban gətirəsiniz,



ancaq çox uzağa getməyin. Mənim üçün də yalvarın».

29

Musa dedi: «Mən sənin yanından gedirəm.



Rəbbə dua edəcəyəm ki, sabah fironu, əyanlarını və xalqını mozalanlardan qurtarsın. Ancaq qoy firon

xalqı Rəbbə qurban gətirməyə buraxmamaqla yenə də bizi aldatmasın».

30

Musa fironun yanından



gedib Rəbbə yalvardı.

31

Rəbb Musanın sözünə əməl etdi. Fironu, əyanlarını və xalqını mozalanlardan



qurtardı. Daha mozalan qalmadı.

32

Ancaq bu dəfə də firon ürəyində inadkarlıq etdi və xalqı



buraxmadı.

9

Beşinci cəza: qırğın

1

Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı



burax ki, Mənə ibadət etsin!

2

Əgər sən onları buraxmaqdan boyun qaçırıb saxlamağı davam etsən,



3

budur, Rəbb tarlanda olan heyvanların – at, eşşək, dəvə, mal-qara və qoyun-keçinin üzərinə əlini

qaldıracaq; çox ağır qırğın olacaq.

4

Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin



heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək”».

5

Rəbb vaxt təyin edib dedi: «Rəbb bunu ölkədə sabah edəcək».



6

Məhz bunu da Rəbb səhəri gün etdi. Misirlilərin bütün heyvanları öldü. Ancaq İsrail övladlarının

heyvanlarından heç biri ölmədi.

7

Firon vəziyyəti soruşdu və İsrail övladlarının heyvanlarından heç



birinin ölmədiyi barədə xəbər aldı. Ancaq fironun ürəyi inadkar oldu və o, xalqı buraxmadı.

Altıncı cəza: irinli çibanlar

8

Rəbb Musaya və Haruna dedi: «Kürədən əlinizə ovuc-ovuc qurum götürün. Qoy Musa onu fironun



gözü önündə göyə səpsin.

9

Bütün Misir torpağında toz qalxacaq, insanların və heyvanların bədənində



irinli çibanlar əmələ gətirəcək».

10

* Onlar kürə qurumunu götürüb fironun hüzurunda dayandılar. Musa onu göyə qədər səpdi,



insanların və heyvanların bədəninə irinli çibanlar çıxdı.

11

Sehrbazlar da bu cəzaya görə Musanın



qabağında dayana bilmədilər, çünki sehrbazların və bütün Misirlilərin bədənlərinə çibanlar çıxmışdı.

12

Rəbbin Musaya söylədiyi kimi oldu: Rəbb fironun ürəyini inadkar etdi və firon onlara qulaq asmadı.



Yeddinci cəza: dolu

13

Rəbb Musaya dedi: «Sabah səhər tezdən qalx və fironun qarşısına gedib ona belə söylə:



“İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!

14

Çünki Mən bu dəfə sənin



ürəyinə, əyanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki,

bütün dünyada Mənə bənzər yoxdur.

15

Əgər indi əlimi uzadıb səni və xalqını qırğınla cəzalandırmış



olsaydım, yer üzündən silinib atılardın.

16

* Amma ona görə səni qoruyub saxladım ki, Öz gücümü



sənə göstərim və adım bütün dünyaya elan edilsin.

17

Sən hələ də Mənim xalqıma qarşı durmusan



və onu buraxmırsan.

18

Budur, Mən sabah bu vaxt çox güclü bir dolu göndərəcəyəm: elə bir dolu



ki Misir qurulandan indiyə qədər orada olmayıb.

19

İndi heyvanlarını və çöldə olan hər şeyini apar,



çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yağacaq və

öləcəklər”».

*

8:19 Luka 11:20



*

9:10 V


ə

hy 16:2 *

9:16 Rom. 9:17



ÇIXIŞ 9:20

51

ÇIXIŞ 10:20



20

Fironun əyanlarından bəzisi Rəbbin sözündən qorxub öz qul və heyvanlarını tələsik evlərinə

gətirdi.

21

Rəbbin sözünə etinasızlıq edənlər isə öz qul və heyvanlarını tarlada qoydular.



22

Rəbb Musaya dedi: «Əlini göyə uzat. Qoy bütün Misir torpağına və orada olan insanların,

heyvanların və bütün tarla bitkilərinin üzərinə dolu yağsın».

23

Musa əsasını göyə qaldırdı. Rəbb



ildırımla dolu göndərdi və yerə od düşdü; Rəbb Misir torpağı üzərinə dolu yağdırdı.

24

* Beləliklə, çox



güclü bir dolu yağdı. Dolu içində od alışırdı; Misir milləti mövcud olduğu vaxtdan bəri burada belə

dolu olmamışdı.

25

Dolu bütün Misir torpağında insandan tutmuş heyvana və tarla bitkilərinə qədər



hər şeyi məhv etdi. Çöldə bitən bütün otlar və ağaclar tələf oldu.

26

Ancaq İsrail övladlarının yaşadığı



Qoşen torpağına dolu yağmadı.

27

Firon Musanı və Harunu çağırtdırıb onlara dedi: «Bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən



və xalqım isə haqsızıq.

28

Kifayətdir! Rəbbə yalvarın ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi



azad edərəm, daha burada qalmayın».

29

Musa ona dedi: «Şəhərdən çıxanda əlimi Rəbbə tərəf



qaldıracağam, ildırım dayanacaq və daha dolu yağmayacaq. Bundan biləcəksən ki, dünya Rəbbə

məxsusdur.

30

Ancaq mən bilirəm ki, sən və əyanların yenə də Rəbb Allahdan qorxmursunuz».



31

Bu vaxt kətan və arpa məhsulu məhv oldu, çünki arpa dən gətirmiş, kətan isə qozalanmışdı.

32

Ancaq buğda və pərinc məhsulu məhv olmadı, çünki onlar gec yetişir.



33

Musa fironun yanından ayrılıb şəhərdən çıxdı və əlini Rəbbə tərəf qaldırdı; ildırım və dolu

dayandı və yerə yağış yağmadı.

34

Firon yağışın, dolunun və ildırımın dayandığını görüb yenə də



günah etməyə başladı, özü və əyanları ürəklərini inadkar etdilər.

35

Rəbbin Musa vasitəsilə söylədiyi



kimi fironun ürəyi inadkarlaşdı və o, İsrail övladlarını buraxmadı.

10

Səkkizinci cəza: çəyirtkə

1

Rəbb Musaya dedi: «Fironun yanına get. Mən fironun və əyanlarının ürəyini ona görə inadkar



etmişəm ki, onların arasında Öz əlamətlərimi göstərim.

2

Sən isə Misirdə nə cür işlər etdiyimi və



onlara göstərdiyim əlamətləri oğluna və nəvənə nəql edərsən. Onda biləcəksiniz ki, Rəbb Mənəm».

3

Musa və Harun yenə fironun yanına gəlib ona söylədilər: «İbranilərin Allahı Rəbb belə deyir: “Nə



vaxta qədər qarşımda özünü aşağı tutmaqdan imtina edəcəksən? Xalqımı burax ki, Mənə ibadət etsin!

4

Əgər sən Mənim xalqımı azad etməsən, Mən sabah ölkənə çəyirtkələr göndərəcəyəm.



5

Çəyirtkələr

yer üzünü elə örtəcək ki, torpağı görmək olmayacaq. Dolu yağandan sonra sizə qalan şeyləri də

onlar yeyəcəklər; tarladakı ağaclarınızın verdiyi zoğları da yeyəcəklər.

6

Onlar sənin, əyanlarının və



bütün Misirlilərin evlərini dolduracaqlar. Belə şeyi nə ataların, nə də babaların bu torpaqda məskən

saldıqları gündən indiyə qədər görməmişdilər”». Musa dönüb fironun yanından çıxdı.

7

Fironun əyanları ona dedilər: «Nə vaxta qədər bu adam bizə tələ quracaq? Bu adamları burax, qoy



onlar özlərinin Allahı Rəbbə ibadət etsinlər. Məgər sən hələ bilmirsən ki, Misir məhv olur?»

8

Musanı və Harunu yenə fironun yanına çağırdılar. Firon onlara dedi: «Gedin, Allahınız Rəbbə



ibadət edin. Ancaq deyin görək kimlər gedəcək?»

9

Musa dedi: «Uşaq, qoca, oğul, qızlarımız, qoyun-



keçi və mal-qaramızla birgə gedəcəyik, çünki Rəbbə bayram etməliyik».

10

Firon onlara dedi: «Əgər



mən sizi arvad-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var.

11

Belə olmaz! Siz kişilər gedin və Rəbbə ibadət edin. Məgər bunu istəmirsiniz?» Sonra firon onları öz



hüzurundan qovdu.

12

Onda Rəbb Musaya dedi: «Əlini Misir torpağının üzərinə uzat. Qoy Misir torpağına çəyirtkələr



hücum etsin və bütün ölkənin bitkilərini, dolu yağandan sonra qalan hər şeyi yesinlər».

13

Musa



ə

sasını Misir torpağının üzərinə uzatdı. Rəbb ölkəyə bütün o günü və gecəni davam edən şərq küləyi

göndərdi. Səhər açılanda şərq küləyi özü ilə çəyirtkələr gətirdi.

14

* Çəyirtkələr Misir ölkəsinə hücum



edərək bütün Misir torpağına yayıldılar. Onlar o qədər çox idi ki, bu qədəri heç vaxt olmayıb və

bundan sonra da olmayacaq.

15

Çəyirtkələr bütün yer üzünü elə bürüdü ki, torpaq görünmürdü.



Onlar ölkənin bütün bitkilərini və dolu yağandan sonra qalan bütün meyvələrini yedilər; bütün

Misir torpağında nə ağaclarda, nə də çöllüklərdə heç bir yaşıllıq qalmadı.

16

Firon tələsik Musanı və



Harunu çağırıb onlara dedi: «Allahınız Rəbbə və sizə qarşı günah etdim,

17

xahiş edirəm, təkcə bu



dəfə günahımı bağışlayın və Allahınız Rəbbə yalvarın ki, bu ölümcül bəla məni tərk etsin».

18

Musa



fironun yanından çıxıb Rəbbə yalvardı.

19

Rəbb küləyi döndərib çox güclü qərb küləyi göndərdi və



külək çəyirtkələri aparıb Qırmızı dənizə atdı və bütün Misir ölkəsində bir çəyirtkə belə, qalmadı.

20

Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını buraxmadı.



*

9:24 V


ə

hy 8:7; 16:21 *

10:14 Yoel 2:2; V

ə

hy 9:2-3




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə