məlumatların ilkin emalını da yerinə yetirir. Lokal və mərkəzi
hesablama mərkəzlərində modellər üzrə əsas və köməkçi
inqrediyentlərə görə mühitin çirklənmə səviyyəsi hesablanır,
izoxəttlər xəritəsi qurulur, proqnozlar hesablanır, ehtimal
edilən çirklənmə mənbələri tapılır və s.
Çirklənmələrin
monitorinq
şəbəkəsinin
hesablama
mərkəzi aşağıdakı funksiyaları yerinə yetirir:
• operativ, fırtına rejimində və iş qabiliyyətinin
yoxlanması rejimində yerüstü ölçmələr şəbəkəsinin işininin
idarə edilməsi;
• çirklənmə nəzarətinin stasionar məntəqələr və səyyar
laboratoriyalarından informasiyanın toplanması;
• informasiyanın etibarlı saxlanmasının təmin edilməsi və
icazə verilməyən daxil olmadan mühafizəsi ilə əlaqədar
informasiyanın operativ və uzunmüddətli saxlanmasının
məlumatlar bankının yaradılması,;
•
proqnozların
hesablanması,
mühitin
ekoloji
vəziyyətinin inteqral qiymətləndirilməsi məqsədilə ümumi
çirklənmə vəziyyətinin alınması üçün informasiyanın emalı və
s.;
• planlı qaydada toplu cədvəl, kartoqrafik material və s.
şəklində çirklənmələr haqqında informasiyanın hazırlanması və
verilməsi;
• informasiyanın avtomatik rejimdə baş hesablama
mərkəziniə ötürülməsi.
Ekoloji monitorinq stansiyalarından yerüstü ölçmə
məlumatların ötürülmə şəbəkəsi aşağıdakı məsələləri həll edir:
• stasionar məntəqə və səyyar laboratoriyalardan ölçmə
məlumatlarının müntəzəm surətdə ötürülməsi (10 dəqiqədə, 30
dəqiqədə, 1 saatda və s.-də bir dəfə);
• əhalidən gələn həyacanlı və qəza vəziyyətləri haqqında
məlumatların ötürülməsi;
• rabitə kanalları vasitəsilə informasiyanın hesablama
mərkəzindən istifadəçilərə ötürülməsi (icra hakimiyyətinə,
əhaliyə və s.).
Stasionar məntəqə və səyyar laboratoriyalardan ötürülən
məlumatlar həcmcə böyük deyil (yüz baytlarla), lakin kifayət
qədər tez-tez ötürülür. Məlumatların ötürülmə sürəti – saniyədə
yüz bitdir. Ötürülən məlumatların etibarlığına qoyulan tələblər
o qədər də sərt deyil, çünku atmosferdə və suda gedən
proseslərin yayılma sürəti on dəqiqələr, saatlar təşkil edir.
Məlumatlar
hesablama
mərkəzindən
istifadəçilərə
sutkada 1-2 dəfə göndərilməlidir, onların həcmi kifayət qədər
böyükdür (vahid və on kilobaytlarla). Ona görə də
məlumatların ötürülmə sürəti və məlumatların ötürülməsinin
etibarlıq tələbləri kifayət qədər yüksəkdir.
Kompleks ekoloji monitorinq sisteminin informasiya
təminatı aşağıdakılara malik olmalıdır:
• informasiya axınlarının nizamlı strukturu (giriş, daxili,
çıxış);
•
informasiya
məlumatlar
bazasının
məxsusi
infrastrukturu;
• stasionar və səyyar məntəüələrdən məlumatların
toplanma metodikası;
• lidarlar da daxil olmaqla müxtəlif səviyyəli
məntəqələrdən alınmış məlumatların ötürülmə metodikası;
• ətraf mühitin vəziyyətinin məlumatlarının emalı və
inteqral göstəricilərin hesablanma metodikası;
• tullantı mənbələrinin müəyyən edilməsi metodikası;
•
istifadəçi
təşkilatlar
şəbəkəsinin
və
istismar
xidmətlərinin strukturu.
Kompleks ekoloji monitorinq səbəkəsinin proqram
təminatına daxildir (şək. ):
• inkişaf etmiş əməliyyat sistemləri;
• standart məlumatlar bazası;
• kartoqrafik və qrafikqurma təminatı;
• məlumatların toplanmasının idarə edilməsi üçün
monitorlar.
Müəyyən bir istehlakçının tətbiqi sistemlər tərəfindən
istifadə etdiyi yığılıb saxlanmış əməliyyat məlumatlarının
məcmusu məlumatlar bazası adlanır. Məlumatlar bazasının
layihələndirilməsində və ya strukturunun seçilməsinin əsasını
məlumatların təqdimat modeli təşkil edir.
Məlumatlar bazasının təşkili üsuluna görə relyasiya,
iyerarxik və şəbəkə məlumatlar bazası fərqləndirilir.
Relyasiya məlumatlar bazası məlumatların relyasiya
modeli
əsasında
nəzəri-çoxluq
münasibətləri
riyazi
anlayışından istifadə edilməklə qurulur. Bu zaman məlumatlar
bazası cədvəllərin toplusu şəklində təqdim edilir.
İyerarxik məlumatlar bazası məlumatları sadə səcərə
strukturuna malik olan iyerarxik model əsasında qurulur. Bu
zaman məlumatlar bazası səcərələrin məcmusu şəklində təqdim
edilir.
Məlumatların şəbəkə bazası istiqamətlənmiş qraf
strukturuna malik olan məlumatların şəbəkə modeli əsasında
qurulur. Məlumatlar bazası istiqamətlənmiş şəbəkə ilə təqdim
edilir.
Konkret məlumatlar bazasının seçimi, yerinə yetirilən
məsələlərin
xarakterindən
asılıdır.
Yerüstü
ölçmələr
şəbəkəsinin ümumi strukturuna müvafiq olaraq, aşağıdakı əsas
məlumatlar bazası yaradılmalıdır: hava üzrə, tullantı və
atılmalar üzrə, su obyektləri üzrə, kartoqrafiya və s. Onların
əksəriyyətini relyasion kimi qurmaq məqsədəuyğundur. Eyni
zamanda qeyd edək ki, kartoqrafik sistemlər üçün iyerarxik
növ məlumatlar bazasından istifadə edilə bilər.
Dostları ilə paylaş: |