Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

 
Sahəcə  daha  iri  obyektlər  (  adətən,  kənd  təsərrüfatı 
sahələri) distansion  metodlar  vasitəsi daim tədqiq olunmalıdır. 
Aerokosmik  zondlama  verilənləri  yerüstü  etalon  sahələrin 
tədqiqi ilə nəzarətdə saxlanmalıdır. 
 
Torpaqda  kimyəvi  maddələrin  insan  üçün  zərərsiz  olan 
kompleks göstəricisi kimyəvi maddənin torpaqda yol verilən 
qatılıq həddi YVQH ) adlanır. 
 
Kimyəvi maddənin torpaqda YVQH–nin əsaslandırılması 
təcrübədə  təyin  olunan  4  əsas  zərərlik  göstəricisi  ilə 
əlaqədardır: 
 
   maddənin  torpaqdan  bitkiyə  keçidini  xarakterizə  edən 
translokasiya
 
   maddənin torpaqdan qrunt sularına  və  su  mənbələrinə 
keçid qabiliyyətini xarakterizə edən suya miqrasiya
 
   maddənin  torpaqdan  atmosfer  havasına  keçidini 
xarakterizə edən havaya miqrasiya
 
   çirkləndirici  maddənin  torpağın  özünütəmizləmə 
qabiliyyətinə  və  onun  bioloji  aktivliyinə  təsirini  xarakterizə 
edən ümumsanitar
 
Torpağın  kimyəvi  maddələrlə  çirklənməsinin  gigienik 
qiymətinin  əsas  meyarı  yol  verilən  qatılıq  həddi  (YVQH)  və 
təqribi yol verilən qatılıqdır (TYVQ). 
 
Torpaq  bir  çox  maddələrlə  çirkləndikdə,  çirklənmənin 
təhlükə  dərəcəsinin  qiyməti  daha  toksiki  elementin  torpaqda 
maksimum miqdarı ilə qəbul edilir. 
 
Ümumiyyətlə,  hər  hansı  bir  ərazinin  ekoloji  cəhətdən 
zonalaşdırılmasında  əhalinin  sağlamlığına  zərərli  təsirin 
indikatoru  kimi,  torpağın  kimyəvi  çirklənmə  səviyyəsinin 
qiymətindən  istifadə  etmək  iki  göstəriciyə  əsasən  aparılır: 
kimyəvi  maddənin  qatılıq  əmsalı  (  K
C
  )  və  çirklənmənin  cəm 
göstəricisi ( Z
C
 ). 
 
K
C
  –nin  qiyməti  torpaqda  müəyyən  olunan  maddənin 
mq/kq  –la  faktiki  miqdarının  (  C
i
  ),  regionun  fon  qiymətinə 
(C
fi
) olan nisbəti ilə təyin olunur. 


 
fi
i
C
C
C

                                                         ( 2.4 ) 
 
 
 
Çirklənmənin  cəm  göstəricisi,  kimyəvi  elementlərin 
qatılıq  əmsallarının  cəminə  bərabərdir  (  bu  göstərici  həmçinin 
torpağın  ağır  metallarla  çirklənməsini  qiymətləndirmək  üçün 
də istifadə olunur ): 
 







n
i
C
C
n
K
Z
i
1
1                                         ( 2.5 ) 
 
Burada  n  –  müşahidə  olunan  çirkləndiricilərin  sayı, 
i
C
K

çirklənmənin i –inci komponenetinin qatılıq əmsalıdır. 
                                                                                  Cədvəl 2.3 
Çirklənmənin cəm göstəricisinə əsasən torpağın çirklənmə 
dərəcəsinin qiymət şkalası 
Torpağın 
çirklənmə 
dərəcəsi 
Çirklənmənin 
cəm göstəricisi 
       Z
C
  
Əhalinin 
sağlamlıq 
göstəricilərinin 
dəyişməsi 
Yol verilən 
      

 16 
Uşaq  xəstəliklərinin  aşağı  səviyyəsi  və 
funksional  dəyişmələrin  baş  verməsinin 
minimal tezliyi 
Mülayim 
təhlükəli 
       16 -32 
Ümumi xəstəliklərin artması 
Təhlükəli 
       32 - 128 
Tez-tez  xəstələnən,  xroniki  xəstəliyə 
tutulan,  ürək-damar  xəstəlikli  uşaqların 
sayının artması 
Fövqəlada 
təhlükəli 
       

128 
Uşaq 
xəstəliklərinin, 
qadınların 
reproduktiv 
funksiyalarının 
pozulmasının 
 
(hamiləliyin 
toksikozluğunun, 
vaxtından 
əvvəl 
doğulmaların,  ölü  doğulmaların  və  s.) 
sayının artması  
 
 
 
 


                                              
 
Son zamanlar YSP, lazer və radar texnikasının tətbiqi ilə 
bağlı məsafədən zondlama metodları geniş vüsət almışdır. 
 
Lazer  və  radar  aeroçəkiliş  landşaft  xüsusiyyətlərinin  ən 
güclü ümumiləşdirici öyrənilmə üsuludur. 
 
Yer  təkinin  geoloji  quruluşunun  tədqiqi,  faydalı 
qazıntıların  yatağının  axtarışı  və  kəşfiyyatı  üçün  məsafədən 
çəkilişim  bir  çox  metodlarından  istifadə  olunur:  fotoçəkiliş, 
maqnit  üsulları,  qamma-çəkiliş,  elektrokəşfiyyat,  qravitasiya 
kəşfiyyatı, radio- və lazer lokasiyası. 
 
Məsafədən 
zondlama 
metodları 
kənd 
təsərrüfatı 
sektorunda  bitki  örtüyünün,  ekosistemlərə  daxil  olan  enerji 
axınlarının  statistik  məlumatlarının  alınmasına,  fitopatogen 
amillərin  yayılma  ocaqlarının  sahəsinin  ölçülməsinə  və  s. 
imkan yaradır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
     3. Geofiziki monitorinq 
 
 
3.1. Geofiziki monitorinqin metod və vasitələri 
 
 
Təbii mühitin vəziyyəti  və çirklənmə  səviyyəsi haqqında 
obyektiv  informasiyanın  alınması  üçün  ekoloji  monitorinqin 
etibarlı vasitələrinə və metodlarına malik olmaq lazımdır. Təbii 
mühitin vəziyyətinə nəzarətin effektivliyinin əldə edilməsindən 
ötrü aşağıdakı tədbirlər görülməlidir: 
 
• 
ölçmələrin 
məhsuldarlığını 
və 
operativliyini 
yüksəltmək; 
 
• ölçmələrin müntəzəmliyini artırmaq; 
 
• eyni zamanda nəzarətə alınmanın miqyasını artırmaq; 
 
• texniki vasitələri və nəzarət prosesini avtomatlaşdırmaq 
və optimallaşdırmaq. 
 
Kimyəvi, fiziki-kimyəvi, mikrobioloji analiz metodları və 
müşahidələrin digər növləri vasitəsilə atmosfer havasının, quru 
ərazilərin  səth  sularının,  torpaqların,  dəniz  suyunun,  geoloji 
mühitin 
tərkibi 
və 
texnogen 
çirklənmələri, 
həmçinin 
antropogen  təsir  mənbələrinin  vəziyyəti  və  davranışı  daimi 
olaraq  izlənilir.  Burada  monitorinq  texnoloji  nəzarətin 
funksiyaları ilə üst-üstə düşür. 
 
İnkişaf  etmiş  sənaye  ölkələrində  su  və  hava  mühitinin 
keyfiyyətinə  cihaz  nəzarət  texnikası  sürətlə  təkmilləşir.  Hava 
çirkləndiricilərinin  konsentrasiyalarının  avtomatik  surətdə 
izlənilməsinin  fasiləsiz  kommutasiya  sistemləri,  axarların 
avtomatik  ekspress-analiz  texnikası,  axarların  mənsəblərinin 
emissiyalarının  telemetrik  spektral  analizatorları,  həmçinin 
müxtəlif  portativ  indikator  cihazları  işlənilir  və  tətbiq  edilir. 
Son  zamanlar  İnternet  sistemində  Qərbi  Avropa  ölkələrində, 
ABŞ-da,  Kanadada  və  Yaponiyada  ekoloji  monitorinq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə