Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   2   3   4   5   6   7   8   9   10   ...   36

məlumatların  ilkin emalını da  yerinə  yetirir. Lokal  və  mərkəzi 
hesablama  mərkəzlərində  modellər  üzrə  əsas  və  köməkçi 
inqrediyentlərə  görə  mühitin  çirklənmə  səviyyəsi  hesablanır, 
izoxəttlər  xəritəsi  qurulur,  proqnozlar  hesablanır,  ehtimal 
edilən çirklənmə mənbələri tapılır və s.  
 
Çirklənmələrin 
monitorinq 
şəbəkəsinin 
hesablama 
mərkəzi aşağıdakı funksiyaları yerinə yetirir: 
 
•  operativ,  fırtına  rejimində  və  iş  qabiliyyətinin 
yoxlanması  rejimində  yerüstü  ölçmələr  şəbəkəsinin  işininin 
idarə edilməsi; 
 
•  çirklənmə  nəzarətinin  stasionar  məntəqələr  və  səyyar 
laboratoriyalarından informasiyanın toplanması; 
 
• informasiyanın etibarlı saxlanmasının təmin edilməsi və 
icazə  verilməyən  daxil  olmadan  mühafizəsi  ilə  əlaqədar  
informasiyanın  operativ  və  uzunmüddətli  saxlanmasının 
məlumatlar bankının yaradılması,;  
 
• 
proqnozların 
hesablanması, 
mühitin 
ekoloji 
vəziyyətinin  inteqral  qiymətləndirilməsi  məqsədilə  ümumi 
çirklənmə  vəziyyətinin alınması üçün  informasiyanın emalı  və 
s.;  
 
•  planlı  qaydada  toplu  cədvəl,  kartoqrafik  material  və  s. 
şəklində çirklənmələr haqqında informasiyanın hazırlanması və 
verilməsi; 
 
•  informasiyanın  avtomatik  rejimdə  baş  hesablama 
mərkəziniə ötürülməsi.  
 
Ekoloji  monitorinq  stansiyalarından  yerüstü  ölçmə 
məlumatların ötürülmə şəbəkəsi aşağıdakı məsələləri həll edir: 
 
•  stasionar  məntəqə  və  səyyar  laboratoriyalardan  ölçmə 
məlumatlarının müntəzəm surətdə ötürülməsi  (10 dəqiqədə, 30 
dəqiqədə, 1 saatda və s.-də bir dəfə); 
 
• əhalidən gələn həyacanlı və qəza vəziyyətləri haqqında  
məlumatların ötürülməsi; 


 
•  rabitə  kanalları  vasitəsilə  informasiyanın  hesablama 
mərkəzindən  istifadəçilərə  ötürülməsi  (icra  hakimiyyətinə, 
əhaliyə və s.).  
 
Stasionar  məntəqə  və  səyyar  laboratoriyalardan  ötürülən 
məlumatlar  həcmcə  böyük  deyil  (yüz  baytlarla),  lakin  kifayət 
qədər tez-tez ötürülür. Məlumatların ötürülmə sürəti – saniyədə 
yüz  bitdir. Ötürülən  məlumatların etibarlığına qoyulan tələblər 
o  qədər  də  sərt  deyil,  çünku  atmosferdə  və  suda  gedən 
proseslərin yayılma sürəti on dəqiqələr, saatlar təşkil edir.  
 
Məlumatlar 
hesablama 
mərkəzindən 
istifadəçilərə  
sutkada  1-2  dəfə  göndərilməlidir,  onların  həcmi  kifayət  qədər 
böyükdür  (vahid  və  on  kilobaytlarla).  Ona  görə  də 
məlumatların  ötürülmə  sürəti  və  məlumatların  ötürülməsinin 
etibarlıq tələbləri kifayət qədər yüksəkdir. 
 
Kompleks  ekoloji  monitorinq  sisteminin  informasiya 
təminatı aşağıdakılara malik olmalıdır: 
 
•  informasiya  axınlarının  nizamlı  strukturu (giriş,  daxili, 
çıxış); 
 
• 
informasiya 
məlumatlar 
bazasının 
məxsusi 
infrastrukturu; 
 
•  stasionar  və  səyyar  məntəüələrdən  məlumatların 
toplanma metodikası; 
 
•  lidarlar  da  daxil  olmaqla  müxtəlif  səviyyəli 
məntəqələrdən alınmış məlumatların ötürülmə metodikası; 
 
•  ətraf  mühitin  vəziyyətinin  məlumatlarının  emalı  və 
inteqral göstəricilərin hesablanma metodikası; 
 
• tullantı mənbələrinin müəyyən edilməsi metodikası; 
 
• 
istifadəçi 
təşkilatlar 
şəbəkəsinin 
və 
istismar 
xidmətlərinin strukturu. 
 
Kompleks  ekoloji  monitorinq  səbəkəsinin  proqram 
təminatına daxildir (şək. ): 
 
• inkişaf etmiş əməliyyat sistemləri; 
 
• standart məlumatlar bazası; 
 
• kartoqrafik və qrafikqurma təminatı; 


 
•  məlumatların  toplanmasının  idarə  edilməsi  üçün 
monitorlar. 
 
Müəyyən  bir  istehlakçının  tətbiqi  sistemlər  tərəfindən 
istifadə  etdiyi  yığılıb  saxlanmış  əməliyyat  məlumatlarının 
məcmusu  məlumatlar  bazası  adlanır.  Məlumatlar  bazasının 
layihələndirilməsində  və  ya  strukturunun  seçilməsinin  əsasını 
məlumatların təqdimat modeli təşkil edir.    
 
 Məlumatlar  bazasının  təşkili  üsuluna  görə  relyasiya, 
iyerarxik və şəbəkə məlumatlar bazası fərqləndirilir.  
 
Relyasiya  məlumatlar  bazası  məlumatların  relyasiya 
modeli 
əsasında 
nəzəri-çoxluq 
münasibətləri 
riyazi 
anlayışından  istifadə edilməklə qurulur. Bu zaman  məlumatlar 
bazası cədvəllərin toplusu şəklində təqdim edilir.   
 
İyerarxik  məlumatlar  bazası  məlumatları  sadə  səcərə 
strukturuna  malik  olan  iyerarxik  model  əsasında  qurulur.  Bu 
zaman məlumatlar bazası səcərələrin məcmusu şəklində təqdim 
edilir.   
 
Məlumatların  şəbəkə  bazası  istiqamətlənmiş  qraf 
strukturuna  malik  olan  məlumatların  şəbəkə  modeli  əsasında 
qurulur.  Məlumatlar  bazası  istiqamətlənmiş  şəbəkə  ilə  təqdim 
edilir.  
 
Konkret  məlumatlar  bazasının  seçimi,  yerinə  yetirilən 
məsələlərin 
xarakterindən 
asılıdır. 
Yerüstü 
ölçmələr 
şəbəkəsinin ümumi strukturuna müvafiq olaraq, aşağıdakı əsas 
məlumatlar  bazası  yaradılmalıdır:  hava  üzrə,  tullantı  və 
atılmalar  üzrə,  su  obyektləri  üzrə,  kartoqrafiya  və  s.  Onların 
əksəriyyətini  relyasion  kimi  qurmaq  məqsədəuyğundur.  Eyni 
zamanda  qeyd  edək  ki,  kartoqrafik  sistemlər  üçün    iyerarxik 
növ məlumatlar bazasından istifadə edilə bilər.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə