İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

 
41 
karidorlarında  görünmürdü.  Qəzənfər  ayaqlarının  ucunda 
Aliyənin  qapısının  açar  yerindən  içəri  baxmaq  istədi.  Lakin 
nəgahani  bir  lərzə,  titrəmə  onun  qətiyyətini  qırdı,  o  ixtiyarsız 
halda  göyərtəyə  çıxdı.  Məhəccərə  söykənib  fikrə  getmiş  Əmiri 
görəndə  utandı.  Öz-özünə:  «Kar  könlündəkini  anlar».  –  dedi. 
Dinməzcə  ona  yaxınlaşıb  dirsəklərini  məhəccərə  dayadı.  Nəfəs 
alıb  verirmiş  kimi  görünən  dənizin  qabarıb  çökələn  sinəsinə 
baxmağa  başladı.  Mühərrikləri  soyudub  dənizə  tökülən  suyun 
şırıltısı, maşınların gumbultusu qəlbi qara sirli gecəyə əfsanələr 
danışırdı.  Gəmi  azacıq  yanlara  əyilib  düzəlir,  yatanlara  beşik 
olur,  oyaqlara  layla  çalırdı.  Ongünlük  ayparanın  qabarmalara 
qalxıb çökmələrlə enən əyrim-üyrüm solğun sarı lentləri sularda 
yuyunurdu.  Aliyənin  göyərtəyə  növbə  matrosu  ilə  birgə  çıxıb 
orta  tikintiyə  sarı  getməsi  aşiqləri  heyrətləndirirdi.  Aliyəni 
kapitanmı,  yoxsa,  böyük  şturmanmı  çağırtdırıb?  Onlar  keçid 
körpüsündən  keçib  ikinci  mərtəbəyə  qalxan  Aliyənin  ayaq 
səslərini,  şturmanın  açılıb-örtülən  qapısının  şaqqıltısını 
dinlədilər.  Aliyə  görünməz  olandan  sonra  bir-birinə  baxdılar: 
Şturman  Aliyəni  gecə  vaxtı  niyə  çağırtdırıb?  Şturmanın 
aynasının  pərdəsi  salınmışdı.  Pərdəyə  divanda  oturan  Aliyənin 
başının  kölgəsi  düşmüşdü.  Bir  əlin  kölgəsi  isə  onun  başı 
üzərində  tərpənirdi.  Elə  bil  o  əl  Aliyənin  başına  ətir  çiləyirdi. 
Əlin hərəkəti dayandı, pərdədən silinib yox oldu. Çox keçmədi 
ki,  pərdədə  iki  əlin  kölgəsi  yenidən  oynadı.  Əllər  Aliyənin 
başına  toxundu,  deyəsən,  onun  saçlarını  tumarlayırdı.  Sonra 
ikinci  bir  başın  kölgəsi  yan  tərəfdən  Aliyənin  çiyninə  doğru 
uzandı.  Görünür  bayaqdan  ayaq üstə  olan  şturman  qızla  yanaşı 
oturub  ona  nəsə  deyirdi.  Bu,  böyük  şturmanın  armud  saplaqlı 
nazik  boğazının  üstündə  duran  yekə,  pırpız  saçlı  başı  idi.  – 
Əclafın  işinə  bax!  –  deyə  böyük  şturmanın  hərəkətindən 
hiddətlənən  Qəzənfər,  Əmirin  qolunu  xışmaladı.  –  Öpür,  öpür! 
Əmir isə yumruğu ilə havanı hədələdi:  
– İlanın  ağzına da  lənət, qarasına  da! Bu qız axmağın biri 
imiş ki. Elə bilirdim... Ona bax, ora bax! Kölgənin biri böyüyüb 


 
42 
pərdəni,  tamamilə,  örtdü.  Aliyə  ayağa  qalxıb  kayutdan 
çıxmaqmı istəyirdi? Yox, belə deyildi. Pərdədə əllərin, qolların, 
bədənlərin  kölgələri  çapalayıb  parpılamağa  başladı.  Onlar  yəni 
zarafatlaşırdılar?  Birdən  bağırtı  eşidildi.  Bu,  böyük  şturmanın 
qışqırtısı idi. Qapı açıldı. Koridorun qarşı tərəfdəki divarına işıq 
heykəl  kimi  dayanan  Aliyənin  kölgəsi  düşdü.  Karidorun  o 
başından  da  Təyyarın  qapısı  açıldı.  O  yüyürə-yüyürə  baş 
şturmanın  kayutuna  girdi.  Əmirlə  Qəzənfər  də  ora  qaçışdılar. 
Aliyənin  saçları  üzünə  dağılmışdı.  Kayuta  dolmuş  ətir  qoxusu 
adamı boğurdu. Aliyənin donunun yaxası cırılmışdı. Onun sinəsi 
qəzəb  və  hiddətdən  partlayıb  dağılacaqmış  kimi  həyəcanla 
çırpınırdı.  Gözlərindən  nifrət,  kin-küdurət  yağırdı.  Rəngi  qar 
kimi ağırmışdı. Böyük şturman isə bayılmış halda yıxılmışdı. O 
titrəyir,  udqunur,  dişlərini  xırçıldadır,  yumruqlarını  döşəməyə 
çırpırdı.  Onun  gözləri  qapalı  idi,  kiprikləri  səyriyirdi.  Təyyar 
şturmanın  sinəsinə  su  səpir,  dişləri  sınmasın  deyə  ağzını 
açmağa, dişləri arasına dəsmal qoymağa çalışırdı. Şturmanın da 
çənəsi  bir-birinə  elə  kilidlənmişdi  ki,  onu  aralamaq  qeyri-
mümkün  idi.  Şturmanın  əlləri  açılandan,  bədəni  süstləşəndən 
sonra  Təyyar  ayağa  qalxdı.  Bir  əlilə  sinəsini  örtüb  saçlarını 
üzündən  yığan  Aliyəyə  baxdı.  O  sanki  qeyrətli,  namuslu 
bacısına baxırdı. 6. Hadisədən hamı xəbər tutmuşdu. Hər kəs öz 
fərziyyə  və  gümanlarını  müxtəlif  şəkilə  salsa  da  danışıqların 
çoxu  birinci  şturmana  qarşı  çevrilən  ittihamlardan  ibarət  idi.  – 
Şturman bəlkə kefli imiş. O dünən şəhərə getmişdimi?  
– Getmişdi.  
–  Səkkiz  yazmırdı  ki?  –  Ağlı  başında  idi,  heç  doqquz  da 
yazmırdı. – Bəs, niyə belə sarsaqlıq eləyib? – Guya tanımırsan, 
köhnənin  əli  uzunudur.  Bunun  bir  niyəsi  yoxdur  ki!  Qızı  nə 
üçünsə kayutuna çağırtdırıb, qızın gözləri onun canına od salıb, 
o da özünü saxlaya bilməyib. Yazıq şturman neynəsin, Aliyəyə 
canüstə  olan  xəstənin  də  tamahı  düşər.  Amma  gərək  böyük 
şturman  özünü  belə  aparmayaydı.  O  tərbiyəçidir,  gəmidə 
kapitandan  sonra  ikinci  adamdır.  Gəmidə  qanun-qayda  tələb 


 
43 
eləyənin özü naqis olanda başqalarına nə deyəsən!?  – Görəsən, 
qızı heyvan kimi birdən qucaqlayıb? – Əvvəlcə başına ətir səpib, 
saçlarında  əl  gəzdirib,  qızın  özünü  özünə  tərifləyib.  Aliyənin 
dillənməməsi,  –  Allah  bilir,  bəlkə  də,  çox  söz  deyib.  Əlbəttə 
deməmiş  olmaz.  –  gülümsünməsi  şturmana  cürət  verib.  Amma 
Aliyə  başqa  mənada  gülümsəyirmiş:  özünü  yorma,  bir  şey 
çıxmaz!  Şturman  yola  gətirdiyini  güman  eləyib  qızı  öpmək 
istəyib.  Aliyə  başına  dolandığım  da  klassik  bir  yumruqla  onu 
yerə uzadıb. – Harasından vurub? – Orasından. – Lap orasından, 
ha.  –  Hə,  sərrast  zərbə  olub.  Təyyar  gecəykən  radioqram 
göndərib  idarədən  böyük  şturmana  əvəz  istəmişdi.  Aliyənin, 
özünün,  Qəzənfər  və  Əmrin  iştirakı  ilə  akt  tərtib  edib  əhvalatı 
olduğu  kimi  yazmışdı.  Gəmi  Bakıya  çatan  kimi  aktı  götürüb 
rəisin  yanına  gedəcək,  hadisəni  ən  kiçik  təfərrüatını  qədər  ona 
danışacaqdı.  Aliyə  akta  acıqlı  vaxtı  qol  çəkmiş,  sonra  isə 
peşman  olmuşdu:  «Mükafatını  aldı.  Mən  ondan  şikayət 
eləməyəcəm.  Təqsir  onda  yox,  onu  pis  öyrədən  pozğun 
qadınlardadır.  Gəmidə  işləməyə  gələn  qadınlar  özlərini  yaxşı 
aparmış  olsaylar,  mənim  də  başıma  bu  iş  gətirilməzdi.  Nolar, 
hamı  səhv  eləyə  bilər,  dünyada  qüsursuz  adam  tapılmaz. 
Şturmanın  təkcə  özünü  yox,  onun  ailəsini  də  düşünmək 
lazımdır.  Eşitmişəm  ki,  arvad-uşağı  var.  İşdən  qovsalar,  arvadı 
bu  həngaməni  bilməmiş  olmayacaq.  Hər  halda  bunun  səbəbini 
də  öyrənəcək.  Sonra?  Ailə  zidiyyəti,  ayrılıq,  uşaxların  yetim 
qalması  kimi  bədbəxtliklər  onların  qarşısına  çıxacaq.  Mən  onu 
arvad-uşağının  xatirinə  bağışlayıram.»  Aliyə  başına  sonradan 
gələn  ağılı  Təy  yara  bildirəndə  o  demişdi:  –  Bacım,  mənim 
ağıllı,  mərhəmətli,  mənim  insaflı,  rəhimli  bacım,  o  bu  gəmidə 
qala  bilməz!  Belə  bir  hoqqadan  sonra  onu  burada  necə 
saxlayaq?!  Bunun  üstünü  bu  gün  malalasam  sabah  matroslar 
sənə  sataşsalar  onlara  nə  deyə  bilərəm?!  Şturmanı 
cəzalandırmasam  onlardan  nizam-intizamı  hansı  haqla,  hansı 
ixtiyarla  tələb  edərəm?!  Bu  şturman  sarsaq  adamdır,  üçüncü 
dəfədir  ki,  gəmidə  qadına  sataşır.  İki  dəfə  onu  tək  mən  yox, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə