İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   2   3   4   5   6   7   8   9   ...   38

 
11 
verdi.  Əmirin  siması  dəyişdi,  gözlərindəki  parıltı  sönükləşdi, 
sifəti sallanıb uzandı, dodaqları büzülüb kiçildi. – Qəzənfərdə bu 
duyğuları  yaratmaq  çətindir,  çünki  onun  bacısı  yoxdur.  Bacı 
namusunu  çiyinlərində  daşımayan  bir  adamdan  başqa  qızlara 
qarşı hərəkətlərində insaflı, vicdanlı olmağı tələb etmək!? Bacısı 
olmayan  bacı  qədri  bilərmi?!  Qəzənfərə  desəm  ki,  Aliyə  ilə 
evlənmək  fikrin  yoxdursa,  onu  başqalarına  söz  yeri,  söhbət 
mövzusu eləmə. Görəsən, nə cavab verər? Özgə vədə soruşsam 
o  ağlına  ayrı  şey  gətirməzdi.  İndi  elə  biləcək  ki,  özümə  yol 
açmaq, öz məqsədimi eyhamla ona çatdırmaq istəyirəm. Yaxşısı 
budur  susum,  dillənməyim.  Qəzənfərin  pis  niyyətdə  olduğunu 
duyanda  onu  danlaram.  Qızdan  əl  çəkməsə  Aliyəni  xəbərdar 
edərəm.  Qızları  pis  niyyətlilərdən  qorumaq  lazımdır.  Axı, 
mənim  də  bacım  var.  Bacının  namusu  ləkələnincə  qardaşa 
havayı  bir  güllə  dəysə  yaxşıdır.»  Qəzənfər  kurilkaya  girdi.  O, 
Aliyəyə  qorxu,  ürək  döyüntüsü  vermişsə  özü  də  sarsılmış, 
peşmançılıqdan möhkəmcə tərləmişdi. Onun başının seyrək sarı 
tükləri  sudan  çıxarılmış  qarğıdalı  saçaqları  kimi  islanmışdı. 
Üzünə  də  elə  bil  su  çilənmişdi.  Avazımış  sifətindəki  damcılar 
tərə oxşamırdı.  
–  Bayaqdan  bəri  elə  bircə  papiros  çəkmisən?  –  deyə  o 
qayğı,  maraq,  təəccüb  xatirinə  deyil,  günahkarcasına  dilləndi  – 
zəhmət olmasa birini də mənə ver.  
–  Ağzını  acı  eləmə.  Əmirin  papirosamı,  yoxsa  Qəzənfərin 
canınamı heyfi gəlirdi?  
– Sənin ağzın acı olanda yaxşıdır, mənimki pis!?  
– Belə-belə öyrənəcəksən.  
– Öyrənmərəm. Əmir ona bir papiros verdi. Qəzənfər yerini 
dəyişib  Əmirlə  üzbə-üz  oturdu.  Onlar  bir-birinin  üzünə  baxa 
bilmirdilər.  Əmir  aşağı  illüminatorlara  boylananda,  Qəzənfər 
yuxarı  qapıya  sarı  vurnuxurdu.  Elə  bil  haçansa  küsüşmüş,  bir 
məcburiyyət  qarşısında  qalıb  qabaq-qabağa  oturmuş,  danışıb 
barışa bilmir, biri üzünü o yana döndərəndə, digəridə yönünü bu 


 
12 
yana  çevirdi.  Qəzənfər  ciyərlərinə  gedən  tüstüdən  boğulub 
öskürdü.  
–  Gözüm...  öhə...  kəlləmə...  öhö.ö.ö...  çıxdı.  Qəzənfər 
papirosu çəlləyə atdı.  
–  Əmir  papirosu  təzə  öyrənəndə  səni  də  belə  öskürdürdü? 
Əmir başını yırğaladı: hə.  
– Bu, cana qəsd eləməkdir.  
– Özgəyə qəsd eləməkdən bu yaxşıdır.  
– Necə dedin?  
–  Eşitmədinsə  bir  də  deyim.  –  Əmir,  –  deyə  Qəzənfər 
dostluğun pozulacağından qorxan adam ehtiyatlılığı ilə səsləndi. 
–  özüm  ölüm  ki,  bayaq  mən  sənə  başqa  mənada  gülməmişəm. 
Tutalım elə-belə olub, sən mənə az gülmüsən? Uşaq deyilsən ki! 
Atmaca  ilə  danışmağı  haçandan  öyrənmisən?!  Axı,  biz  bir-
birimizə  yadındadırmı,  lap  çoxdan  söz  verdik  ki,  istər  kiçik 
olsun,  istər  böyük,  heç  bir  səhvimizin  üstündən  keçməyək, 
deyək, düzəldək, yadındadırmı? Əmir üzünü Qəzənfərə çevirdi. 
Onun  dodaqları  dartınırdı,  gözlərində  əsəbi  bir  çılğınlıq  vardı. 
Qəzəb alovu onu yandırır. O bilmirdi qəlbinin vaxtından qabaq 
baş  qaldırmış  namünasib  səsini  necə  boğsun.  O  bilmirdi 
oyanmış  ürəyinin  naqafil  üsyanını  nə  ilə  yatırtsın.  Əmir 
söyləsinmi  ki,  Qəzənfər  o  qızı  almayacaqsansa  ona  dəyib-
dolaşma, yazıqdır, bəlkə, birisilə xoşbəxt olacaq. Alacaqsansa... 
Əmir, Qəzənfərin etibarına inanmırdı. Özü də bu etiqad onda bu 
gün  yaranmışdı.  Sanki  Əmirə  belə  bir  əhvali-ruhiyyəni  Aliyə 
gətirmişdi.  Əmir  indi  məngənə  arasında  qalmış  kimi  sıxılırdı. 
Qəlbini  didən  bir  duyğunun  gücü,  hökmü  onu  çaşdırmışdı.  O 
kimi müdafiə etməlidir? Köhnə dostunumu, yoxsa, bu gün gəlib 
Əmirin qəlbinə anlaşılmaz hisslər axıdan tanımadığı bir qızmı? 
Müdafiəçiyə  ehtiyac  yoxdur.  Qəzənfəri  nigarançılıqdan 
qurtarmaq lazımdır. Ox atılmışdır, özü də hədəfə düz dəymişdir. 
Ancaq bu ox elə bir yaydan sıçramışdır ki, onu atanın özü belə, 
bunu nə məqsədlə elədiyini tam aydınlığı ilə dərk də bilmirdi.  


 
13 
–  Əmir,  eşitmədin?  –  Başın  haqqı  elə-belə  dedim,  ağlına 
ayrı şey gəlməsin.  
– Təki elə olsun. – deyə Qəzənfər təsəlli tapmış adam kimi 
köksünü ötürdü. – Əmir onu bil ki, biz küsüb barışası olmasaq, 
mən  bu  gəmidə  qalmaram.  –  Küsüşmərik.  –  Nədənsə,  kefin 
yoxdur. – Heç özüm də bilmirəm.  
–  Evdən  təzə  məktub  almamısan?  –  Almışam.  –  Sağlıq-
salamatlıqdırmı?  –  Hı.  Onlar  indi  sükutda  qalmağı  sevmirdilər. 
Bu  sükunət  onları  sıxıntıya  məhkum  edirdi.  İndiki  səssizlik 
sanki  qurğuşun  olub  onların  göz  qapaqlarından  asılırdı.  –  Dur 
gedək yataq, – deyə Qəzənfər Əmirin qolundan tutdu. – Çaya bir 
saat  qaldı.  Bir  saat  da  qənimətdir.  –  Yuxum  gəlmir.  –  Uzanaq, 
yatmasaq da dincələk. – Sən get uzan, mən bir papiros da çəkib 
gəlirəm. – Yaxşı, çək qurtar bir yerdə gedək. – Məni gözləmə. – 
Gözləyəndə  bəyəm  bir  şey  itirirəm!?  –  Sənə  dedim  mənə  görə 
yuxusuz  qalma.  Qəzənfər  əlini  Əmirin  çiyninə  qoydu:  –  Qalx 
gedək. Əmir  çiynini  onun əlinin altından  acıqla qaçırtdı:  – Sən 
nə lazımdır! Qəzənfər kənara çəkilib incik bir səslə: – Heç nə, – 
dedi,  –  getmirsən  getmə.  Qəzənfərin  baxışları  əvvəlki  kimi 
təmiz  deyildi.  O  nəzərlər  Əmirə  qabaqkı  səmimiyyətlə 
dikilmirdi. O gözlər indi ləkəli, hiyləli idi. Əmiri də hirsləndirən 
həmin bu ifadələr oldu.  
–  Dilin-ağzın  varmı?!  Sözü  dillə  söyləyərlər,  əllə 
danışmazlar. – Belə oldu? – deyə Qəzənfər ona qəzəbli bir nəzər 
salıb  ayağa  qalxdı.  –  Qarnına  azarın  dolduğunu  bilirəm,  amma 
dostluqda bu yaxşı iş deyil. Əmir əlini yelləyib ona: «Cəhənnəm 
olub  get,  zəhləmi  tökmə»  işarəsi  elədi.  Qəzənfərin  zəhərlənə 
biləcəyi  qorxusu  canından  çıxmayan  Aliyə,  onların  kal 
söhbətləri  qurtaran  zaman  danışıq  səsinə  kurilkanın  qarşısına 
gəlmiş, qapının qənşərində dayanmışdı. O elə güman etmişdi ki, 
Qəzənfər  bayaq  onun  xətrinə  dəymək  istəməmiş,  sancıya 
dözməyi  gəmiyə  təzə  gələn  qızın  qanını  qaraltmaqdan  üstün 
tutmuşdu.  Aliyə  Qəzənfərin  yaşadığı  kayutu  tanımırdı. 
Matroslar  yaşayan  kayutların  hərəsinin  ağzında  bir  az  ayaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə