İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

 
23 
ehtirası  ilə  Aliyəni  bərk-bərk  qucaqladım,  üzümü-üzünə 
sürtdüm,  öpmədimsə  də  dodaqlarım  dodaqlarına  toxundu. 
Bunları  da  ləngər  elədi?!  Qollarımı  onun  belinə  dolayan  da 
ləngər  oldu?!  Axmaq  iş  gördüm,  sarsaqlıq  elədim  Aliyənin 
əvəzinə başqa qız olsa ağlayar, söyər, qışqırar  başıma bir  oyun 
gətirərdi  ki,  canımı  qoymağa  yer  tapmazdım.  Amma  o  yalnız 
iki,  üç  dəfə  qışqırmaqla  kifayətləndi.  Buna  baxmayaraq  onun 
varlığı coşğun bir böhran, daşqın bir üsyan ərəfəsində idi. Yaxşı 
ki,  ləngər  onu  da  mənə  çırpdı.  Belə  olmasa  o,  bəlkə  də  heç 
yumşalmazdı.  «Açıq  sinə,  titrəyən  döşlər,  yastığın  üstünə 
səpələnmiş  ətirli  qızılı  saçlar,  mələfənin  altında  hiss  olunan 
qüvvətli  baldırlar,  yırğalanan  ət-əndam  kimin  səbrini  əlindən 
almaz?!  Kimi  cinayətə,  vəhşiliyə  sövq  etməz?!  Kişi  üçün 
dünyada  ən  qüvvətli  maqnit  qadın  gözəlliyidir!  Ondan  kənarda 
qalmaq,  onun  sehirləyici  qüdrətindən  uzaqlaşmaq  hər  kişinin 
hünəri  deyil!  Mən  nə  edəydim?!  Aliyənin  hələ  paltarda  ikən 
valehedici  cizgilərinin  çoxunu  bütün  çılpaqlığı  ilə  görəndə 
özümü  necə  saxlayaydım?!  Yox,  adam  özünü  saxlaya  bilər. 
Amma  mən  o  məqamda  nədənsə  şüursuz,  iradəsiz  oluram. 
Gərək  sabah  özümü  elə  aparam  ki,  guya  pis  iş görməmişəm,  o 
məsələdə mənim heç bir təqsirim yoxdur. Aliyə ilə bu mövzuda 
söhbət  eləmək  də  lazım  deyil.  Çox  and  içmək  də  yaramaz. 
Adam  çox  and-aman  eləyəndə  inam  yarada  bilməsi  bir  yana 
dursun, özünə qarşı olan şübhəni daha da artırır. Hər şeyin təhəri 
var,  həddini  aşan  andlar  adi  sözlərdən  təsirsiz  olur.»  Əmir  isə 
gözlərini  yummuşdu.  Onun  xəyalında  əlvan  dairələr  uçuşurdu. 
Dairələr  gah  böyüyür,  gah  kiçilir,  gah  da  sapa  düzülüb  çevrə 
halında  dövr  edir,  bəzəkli  bir  haşiyə  yaradırdı.  Bu  haşiyənin 
içərisində  Aliyənin  xəyalın  canlanır,  o  get-gedə  Əmirə 
yaxınlaşıb  parlaq,  gülümsər  gözlərilə  ona  baxırdı.  Aliyənin 
gözləri  bəzən  böyüyür,  bəzən  kiçilir,  xəyal  xəyaldan  uzaqlaşıb 
əriyir, görünməz olub yenidən canlanırdı. Budur Aliyə ilə yanaşı 
oturmuşdur. Aliyə ona baxıb gülümsəyir. Əmir qızarıb tərləyir, 


 
24 
kürüklərindən  qalxan  hərarəti  ürəyindən  keçib  canına  yayılan 
toxdadıcı bir sərinlik söndürür.  
–  Əmir,  səndəmi  məni  sevirsən?  Bu  necə  sualdır?  Bu 
istehzadırmı?  Aliyənin  gözlərindəki  o  gülüşün  mənası  nədir? 
Aliyə  nə  üçün  həyəcansızdır?  Bu  sualı  həyəcanlanmadan 
söyləmək olarmı?  
– Əmir, bu barədə heç fikirləşmisənmi? Əmir titrəyir. Aliyə 
əlini  Əmirin  çiyninə  qoyub  özünü  onun  üstünə  yıxır.  Aliyənin 
şişkin sinəsi Əmirin çiynində yoğrulur. Oradakı çırpıntılar Əmiri 
sıxır,  elə  bil  o,  ağır  yük  altında  qalmışdır.  –  Əmir,  mən  səni... 
Sən də məni... eləmi? Aliyənin gül qoxulu, cənnət havalı nəfəsi 
Əmirin üzünü oxşayır. Əmir onun nəfəsini udmaq istəyir, amma 
nədənsə  boğulur.  Aliyə  birdən  başını  Əmirin  sinəsinə  qoyur, 
süzülüb gedən baxışlarını onun gözlərinə dikib pıçıldayır:  
–  Mən  səninəmmi?  Səninəmmi?  İstəyirsənmi  mən  sənin 
olam?  Hə-ə-ə?  Əmirin  sevincindən  başı  gicəllənir.  Aliyənin 
ətirli  qızıl  saçları  onun  boyun-boğazını  qıdıqlayır.  Aliyə  gül 
yanağını  Əmirin  qaysaqlanmış  dodaqlarına  yaxınlaşdırır. 
Xəyalın  rahiyəsi  Əmiri  bihuş  edəndə  onları  işə  çağırdılar.  İki 
fikir  yorğunu  növbəti  təhvil  götürməyə  getdi.  Onlar  iş  başında 
olanda hava ağarmış, günəş, xəzərin aynasında süzən öz əksinə 
boylanmağa  başlamışdı.  Günəşin  çəpəki  şüaları  sulara 
səpələnmişdi. Axşamkı fırtınadan sonra yorulub yatmış dənizin 
hamar sinəsi gözqamaşdırıcı parıltılar saçırdı. Parıltılar oynaşır, 
parıltılar qaynaşır, parıltılar axışırdı. Elə bil dənizin üzündə irili-
xırdalı  qızıl  pullar  üzüşür,  artıb  çoxalırdı.  Gəminin  yaratdığı, 
getdikcə  uzanıb  dənizin  üzünə  yayılan,  kotan  şırımlarına  oxşar 
arxa-arxaya söykənən ləpələr bu sakit, bu şairanə ahəngi pozur, 
suların  bəzəyini  silir,  balıqlar  səltənətinin  əlvan  süfrəsini 
süpürüb  aparırdı.  Gəmi  körpüyə  yan  alan  kimi  geyinib-keçinib 
şəhərə  getməyə  bayaqdan  hazırlaşanların  dəstəsi  yola  düzəldi. 
Körpünün  taxtaları  onların  tələsən  təmkinli  addımları  altında 
yatıb  qalxdı,  cırıldayıb  şikayətləndi.  Asfalt  cığıra  döyülən 
dabanların  guppultusu  nəhəng  neft  çənlərində  əks-səda  tapdı. 


 
25 
Təyyarla Aliyə də bu dəstənin arasında idi. Təyyarın sağ yanı ilə 
Aliyə, sol yanı ilə isə Qəzənfər irəliləyirdi. Əmir hamıdan dalda 
gedirdi. Təyyar, Aliyənin birinci dəfə gördüyü bu şəhərlə bağlı 
olan öz müharibə təəssüratlarını söyləyirdi. Yanacaq götürərkən 
düşmən  təyyarələrinin  necə  şığıdığını,  onların  gəmisini  necə 
bombaladığını,  necə  xilas  olduqlarını  danışırdı.  Gəmi  yanıb 
dağılarkən  yaralıları  da  qayıqlara  doldurub  fırtınalı  havada 
sahilə can atdıqlarını söyləyəndə Aliyə soruşdu: – Dünənkindən 
də  pis  fırtına  idi?  –  Dünənki  fırtına  deyildi  ki!  Beş  bal  xəzri 
əsirdi.  Amma  onda  tufan  qopmuşdu.  Hə,  sahil  uzaq  idi. 
Uşaqların  çoxu  yaralanıb  şil-axsaq  olmuşdu.  Cəmisi  beş  altı 
adam  avar  çəkirdi.  Ölüm-zülüm  sahilə  yaxınlaşanda  təyyarələr 
üstümüzə yenidən od ələdi. Bombalar o yan-bu yanımızda suya 
düşüb  partladı.  Təyyarələr  qayıqların  üstünə  bir  də  cumanda  o 
dağı görürsənmi? – Bu tərəfdəki alçaq dağı, yoxsa... – Yox, lap 
o  hündür  dağın  dalından  bizimkilər  çıxdı.  Göy  üzündə 
təyyarələrin vuruşması çox maraqlı olur, bu şərtlə ki, elə biləsən 
zarafatlaşır, yaxud məşq eləyirlər. Onlarınkı beş idi, bizimki on 
beş. Onlar gördülər ki, iş ayrı  cürdür, bizdən  əl çəkib  tez göyə 
milləndilər, bizimkilər də onların dalınca. Göydə bir parta-part, 
bir gurha-gur vardı, daha nə deyim! Orada atılan güllələr burada 
yağış  kimi  bizim  yanımıza  səpələnirdi.  –  Axırı  nə  oldu  –  deyə 
Aliyə  söhbətin  ürəyə  sıxıntı  gətirən  ağırlığından  darıxdı  – 
hansılar  qalib  gəldi?  –  Əlbəttə  bizimkilər!  Onlar  susdular. 
Stansiyaya  uzanan  asfalt  səkidə  onların  izi  qalırdı.  Fısıldayan 
qatarlar fit verib təkərlərini fırıldadaraq ağır yüklü vaqonları öz 
arxasınca  dartırdı.  Şəhərlə  dəmir  yol  stansiyasını  bir-birindən 
ayıran  yaşıl  donlu  dağın  sinəsilə  avtolar  şütüyürdü.  Təyyarla 
Aliyənin  arxasınca  gələn  Qəzənfərlə  Əmir  nəzərlərilə  bir-birini 
təhdid edirdilər. Onlar baxışları ilə Aliyəni bir-birindən qoruyur, 
«Ona baxma!»  – deyirdilər. Bəzən çiyin-çiyinə dəyir, bəzən də 
saymazyanalıqla  biri  digərinin  qarşısına  keçərək  qısqandığı 
gözlərin yolunu bədənilə kəsirdi. – O zaman mən gəmidə ocaqçı 
idim.  Ekipajımızın  ən  cavanı,  ən  cansızı,  ən  qorxağı,  ən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə