2
Şəkil 12.1. Azərbaycan üçün KBA balları
1. Sahibkarlığın tədrisi
və
qadınların
sahibkarlıq fəaliyyəti
2.
Müflisləşmə
və
KOS-lar üçün ikinci
fürsət
3.KOS
siyasətinin
formalaşdırılması üçün
tənzimləyici çərçivə
4.
KOS-lar
üçün
əməliyyat mühiti
5A.
KOS-lar
və
startaplar üçün dəstək
xidmətləri
5B. dövlət satınalmaları
6.
KOS-lar
üçün
maliyyə
resurslarına
çıxış
7. Standartlar və texniki
reqlamentlər
8A.
Sahibkarlıq
bacarıqları
8B. İnnovasiya
9.
KOS-lar
iqtisadi
cəhətdən
təmiz
iqtisadiyyatda
10.
KOS-lar
üçün
beynəlmiləşmə
Başlıca qənaətlər
2012-ci il qiymətləndirməsindən bəri Azərbaycan kiçik və orta sahibkarlığın inkişafına daha çox
diqqət ayırmışdır. Ölkənin neft ixracından güclü asılılığı və nəticədə xarici mənşəli sarsıntılara məruz
qalması iqtisadiyyatın şaxələndirilməsini hökumət proqramının ön sırasında daşımış və bir sıra sahələrdə
islahatlara təkan vermişdir. Hökumətin təşəbbüsləri xüsusilə biznes üçün əlverişli mühiti daha da
təkmilləşdirmişdir və ölkə Dünya Bankının Biznes Fəaliyyəti (Doing Business) hesabatının (məsələn,
biznesin başladılması, əmlakın qeydiyyatı) bəzi göstəricilərinə görə ən yüksək nəticəni əldə etmişdir.
Qabaqcıl praktikaya uyğun hökumət portalının yaradılması ilə e-hökumət xidmətləri də genişlənmişdir.
Bundan əlavə, kiçik və orta sahibkarlıq üçün innovasiya çərçivəsi həm infrastruktur (məsələn, sənaye
parkları, texnologiya parkları və biznes inkubatorlar), həm də maliyyə dəstəyi (informasiya və
kommunikasiya texnologiyası - İKT sektoru üçün xüsusi fondun yaradılması ilə) vasitəsilə
təkmilləşdirilmişdir. Eyni zamanda, intensiv qanunvericilik proqramı izlənilib və özəl kredit bürosunun və
girov reyestrinin yaradılması, müflisləşmə mexanizminin təkmilləşdirilməsi, biznes lisenziyaları və
icazələri üçün tələblərin asanlaşdırılması və tənzimləyici təsirin qiymətləndirilməsinin tətbiqi daxil
olmaqla, bir neçə başqa sahədə qanunvericilik layihələri hazırlanıb. Hökumət həmçinin 2015-ci ilin iyun
ayında kiçik və orta müəssisələrin yenilənmiş tərifini təqdim etmiş və ilk dəfə orta müəssisələri tanımış,
məşğulluq meyarları ilə yanaşı dövriyyə meyarlarını əlavə etmişdir.
Azərbaycanın biznes mühiti ilə bağlı islahatların icrasındakı müvəffəqiyyəti onun 2016 KOS Siyasəti
İndeksinin 4-cü Göstəricisi üzrə nail olduğu güclü nəticədə aydın nəzərə çarpır (Bu göstərici üzrə Şərq
Tərəfdaşlığı ölkələri arasında ən yüksək bal əldə edilmişdir). Kiçik və orta müəssisələrin rəqabət
3
qabiliyyəti üçün dəstək alətlərinin hazırlanmasında, o cümlədən innovasiya və beynəlmiləşdirmə
sahələrində irəliləyiş 5a, 8b və 10 saylı göstəricilərdə nail olunan yüksək ballarda əksini tapır, baxmayaraq
ki, daha yüksək təkmilləşmə hələ də mümkündür. Bu, həmçinin nəzərə çarpan inkişafa nail olunan insan
kapitalı göstəricilərinə (1 və 8a göstəriciləri), o cümlədən qadınların sahibkarlıq fəaliyyətinə şamil edilə
bilər. Maliyyə resurslarına çıxış imkanı ilə bağlı çətinliklərin davam etməsi 6-ci Göstəricidəki məhdud
irəliləyişin səbəbidir. 9-cu Göstərici üzrə nəticələrin təkmilləşməsi üçün kiçik və ortaq müəssisələrin
ekoloji vəziyyətin yaxşılaşdırılması təşəbbüslərinin təşviq edilməsi tövsiyə olunur.
İqtisadiyyatın şaxələndirilməsi məqsədilə kiçik və orta sahibkarlığın potensialının tam inkişaf
etdirilməsi üçün Azərbaycan hökuməti öz kiçik və orta müəssisələrlə bağlı siyasət çərçivəsinə bir sıra əlavə
düzəlişlər etməyi nəzərdə tuta bilər.
Hazırda hökumət kiçik və orta müəssisələrlə bağlı siyasətə yön verəcək ətraflı strategiyaya, eləcə
də effektiv koordinasiya mexanizminə malik deyil. Kiçik və orta müəssisələrlə bağlı siyasət
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti Şöbəsinin tabeliyində olsa da,
siyasət tədbirlərinin hazırlanmasında və icra edilməsində məsul olan bir neçə başqa agentlik
mövcuddur. Onlar siyasətin icrasına görə cavabdeh rəsmi koordinasiya mexanizmi və ya müstəqil
struktur olmadan çalışırlar. Yeni strategiyadan həmçinin özəl sektorun iştirakının strukturlu
qaydada ələ alınması, eləcə də son illərdə tətbiqinə başlanmış bir neçə təşəbbüsün müntəzəm
monitorinq və qiymətləndirməsinin inkişaf etdirilməsi fürsəti kimi istifadə oluna bilər.
Maliyyə resurslarına çıxış imkanı Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı qarşısında əsas
maneələrdən biri olaraq qalır. İşgüzar Mühitin Vəziyyəti və Müəssisələrin İş Göstəriciləri üzrə
Sorğuya (BEEPS V – 2013-cü ildə Azərbaycanda 390 müəssisə arasında şirkətlər səviyyəsində
keçirilmiş sorğu) əsasən, 2009-cu ildəki 19.9% ilə müqayisədə, sorğuda iştirak edən şirkətlərin
yalnız 14.6% kredit almışdır və ya kredit xətti müqaviləsi bağlamışdır (AYİD, 2014). Bu, sorğuda
iştirak edən 30 ölkə arasında ən aşağı göstərici idi. Bundan əlavə, şirkətlərin yalnız 4.7%-i
dövriyyə kapitallarını banklar vasitəsilə maliyyələşdirdiklərini bildirmişlər, 92.8% isə bu kapitalı
daxili vəsaitlər hesabına maliyyələşdirib. Bu region üzrə ən yüksək göstərici idi (AYİD, 2014).
Qanunvericilik bazasının gücləndirilməsi istiqamətində müəyyən irəliləyiş əldə olunsa da, bəzi
çatışmazlıqlar hələ də aradan qalxmayıb: özəl kredit bürosu, daşınan girov reyestri və təminatlı
əqdləri tənzimləyən qanunvericilik hələ tamamlanmalı və/və ya icra edilməlidir.
İnnovasiya və beynəlmiləşdirməyə dəstək tədbirləri təqdim edilsə də, aydın strategiyalar və ya
koordinasiya mexanizmləri mövcud deyil. İnnovasiya ilə bağlı dövlət siyasəti hazırda İKT
sektoruna yönəlmiş dar çərçivəli diqqəti genişləndirməlidir. Həmçinin beynəlmiləşdirməyə
yönəlmiş dəstək də müəyyən ixrac təbliğatı ilə məhdudlaşmışdır və ixrac üçün maliyyə
resurslarının daxil edilməsi, eləcə də KOS-ların qlobal istehsalat-satış zəncirindən fayda əldə
etmələrinə imkan yaratmaq məqsədilə daha da genişləndirilə bilər. Hökumət biznesin inkişaf
etdirilməsi xidmətləri üçün ayrıca bazarı təşviq edə, KOS-ların iştirakının fəal təbliğatını
aparmaqla satınalma sistemində şəffaflıq və səmərəliliyi təkmilləşdirə bilər.
Cədvəl 12.1 Çətinliklər və fürsətlər
Güclü cəhətlər
Sabit makroiqtisadi mühit (məsələn, tədiyyə
balansındakı müsbət saldo), qlobal böhrandan sonra
inkişaf tempinin sürətli bərpası
Qeyri-
neft iqtisadiyyatının genişləndirilməsi (2014
-cü
Zəif cəhətlər
KOS siyasətinin bir neçə dövlət proqramı arasında
fraqmentlər halında paylanması, rəsmi koordinasiya
və hərtərəfli strategiyanın yoxluğu
Dövlət və özəl sektor arasındakı konsultasiyalarda