Konsaltinq xidmətinin keyfiyyətini neçə ölçməli və ya “keyfiyyətli məsələt” nədir?
Əsas diqqət hüquq konsaltinqinədir, ancaq burada göstərilən prinsiplər digər sahələrdəki konsaltinqə aid
edilə bilərlər
Hüquqi məsləhətin müştəri üçün dəyəri olmalıdır
Hərdən “mənə nə üçün pul verməlidirlər” sualını vermək məqəsədə uyğundur. Bir çox
inkişaf etməkdə olan bazarlarda qeyri-maddi nemətlərə dəyər verən çox olmur – bu
cəmiyyətlərdə insanlar düşünürlər ki, yalnız maddə əmlakın dəyəri vardır. Ancaq
bazar inkişaf etdikcə bu məsələ də öz həllini tapır. Hüquqşünaslar “dəyər gətirirlər”.
Ən azından müştərini düzgün və təhlükəsiz yola istiqamətləndirə bilərlər. Bu zaman
hüquqi məsləhətin daha yüksək dəyəri olması üçün aşağıdakıları nəzərə almağı
tövsiyyə edərdik:
(i)
Müştəriyə verilən məsləhət konkret, birmənalı və aydın olmalıdır. Bəzən
görürük ki, hüquqşünas üzərinə risk götürmək istəmir, hüquqi təhlil aparır və
müştəriyə bir neçə mümkün yoldan birini seçməyi təklif edir. Çox hallarda bu,
müştəri üçün məqbul deyil, çünki müştəri konkret və aydın bir cavab gözləyir.
Əgər müştəri seçim edəsi olsaydı, o zaman bəlkə də hüquqşünasa müraciət
etməzdi.
Əlbəttə konkret və aydın məsləhət vermək daha çətin işdir. Ancaq
hüquqşünasa məhz ona görə pul verirlər ki, onlar yol göstərsinlər.
Nadir hallarda suala konkret cavab vermək və ya konkret yol göstərmək
olmur. Bu hallarda konkret cavabın mümkün olmadığını müştəriyə çalışıb izah
etmək lazımdır.
(ii)
Bəzən hüquqşünasların verdikləri məsləhətdə nəzəri təhlil həddən artıq çox
olur. Müəyyən qədər nəzəri təhlil aparmaq yaxşıdır – bu o deməkdir ki,
hüquqşünas məsələ barədə kifayət qədər dərin fikirləşir və məsələni ciddi
qəbul edir. Ancaq bütün təhlillərin nəticəsi olaraq müştəriyə praktik, konkret
və aydın cavab vermək lazımdır.
Müştəriyə verilən məsləhəti aysberq kimi təsəvvür etsək, nəzəri təhlillər çox
vaxt aysberqin altıdır. Üstü isə müştəriyə təqdim edilməli olan çox sadə,
anlaşılan və konkret məsləhət olmalıdır. Yəni müştəri “bunu et” və ya “bu
yolla get” məsləhətini gözləyir.
Xüsusən müştəriyə təqdim edilən memorandumda və ya digər sənəddə qanun
və qaydaların maddələrinə istinad çox olur. Bəzən haqlı olaraq müştərilər
bundan narazıdırlar. Çünki, əksər hallarda, müştərilər üçün maddələrin o
qədər də əhəmiyyəti yoxdur. Əksər hallarda onlar nəticəyə baxırlar və
nəticəni görmək istəyirlər.
(iii)
Məsləhət icra edilə bilən olmalıdır. Bəzən məsləhət texniki (hüquqi və ya
riyazi və sair) cəhətdən düzgün olur, ancaq onu icra etmək mümkün deyil və
Remells haqqında
Biz Azərbaycanda fəaliyyət
göstərən
və
təcrübəli
hüquqşünaslardan
ibarət
müstəqil hüquq şirkətiyik. Biz
yerli və beynəlxalq müştərilərə
korporativ və kommersiya
hüququ
sahəsidə
xidmət
göstəririk.
rashid.aliyev@remells.com
Mobil: +99450.386.32.34
www.remells.com
2
ya çətin olur. Bu cür məsləhətlərin müştəri üçün faydası yoxdur.
Hüquqi xidmət ilk növbədə müştəriyə xidmətdir
Əksər hallarda hüquqşünas müştəriyə xidmət edir – çox nadir hallarda hüquqşünas
“müstəqil üçüncü tərəf” kimi çıxış edir. Özəl hüquq şikətlərində çalışanlar adətən
onlara sifariş verən və ödəniş edən şəxslərə xidmət edirlər. İn-house hüquqşünaslar
çalışdıqları şirkətə xidmət edirlər. Hər hansı işi görməyə başlamazdan əvvəl
müştərinin kim olduğu barədə əmin olmaq lazımdır. Bəzi hallarda bu aydındır, ancaq
bəzi hallarda bu məqam aydın olmaya da bilər:
(i)
Hər müştərinin işi özünəməxsusdur. Ona görə hər bir müştəriyə özünəməxsus
qaydada yanaşmaq lazımdır. Standart fikirlər və hüquqi mövqelər ola bilər,
ancaq standart situasiyalara nadir hallarda rast gəlinir. Fərqli müştərilərin
işlərinə standart kimi yanaşmaq təhlükəlidir, çünki mühüm amillər və faktlar
hüquqşünasın diqqətindən kənarda qala bilər.
(ii)
Müştəriyə yüksək keyfiyyətli xidmət göstərmək üçün müştərinin iqtisadi və
biznes maraqlarını nəzərə almaq zəruridir. Hüquqşünas qanun və qaydalarla
işləyirlər. Ancaq bu qanun və qaydalar müəyyən iqtisadi və biznes hallarına
tətbiq olunur.
(iii)
Müqavilə hazırlayarkən, xüsusən də müqavilənin “operativ” maddələrini, siz
müqaviləyə bir qayda olaraq öz müştərinizin maraqlarına cavab verən
müddəaları daxil etməlisiniz. Ən azından bu fakturou nəzərə almaq lazımdır.
Əlbəttə bir çox maddələr, çox zaman standard və ya ingilis dilində
“boilerplate” maddələri, “balanslaşdırılmış” olur və adətən belə olması
məqəsəduyğundur. Biz praktikada görürük ki, xüsusən gənc hüquqşünaslar
müqaviləyə digər tərəfin hüquqlarını təmin edən maddəni daxil etmək
istəyirlər və bunu ədalətin təmin edilməsi ilə izah edirlər. Əgər “ədalət” özü
müştəri deyilsə, buna ehtiyac yoxdur. Digər tərəfin hüquqlarının qorunması
digər tərəfin məsuliyyətidir.
(iv)
İn-house hüquqşünas hüquqi şəxs (şirkət) üçün çalışdıqda, onun müştərisi
hüquqi şəxdir, həmin hüquqi şəxsin direktoru və ya digər vəzifəli şəxsi deyildir.
Müştəri hüquqi şəxsin sahibləri də deyildir, hərçənd hüquqi şəxsin vəzifəli
şəxsləri bir qayda olaraq “iştirakçılar (səhmdarlar) üçün dəyər” yaratmalıdırlar.
Bəzən hüquqi şəxsin özü, sahibi və direktoru arasında olan fərq itir, və çox
vaxt bu normal haldır. Ancaq müştərinin kim olması aspektini nəzərə almaq
çox vacibdir.
Tapşırığa ehtiyyatla yanaşma
Tapşırığı aldıqdan sonra onun üzərində yaxşıca düşünmək lazım olur. Müştəri çox
zaman sadəcə son nəticəni görür – hansısa malı alır, investisiya qoyur və gəlir əldə
edir, şirkəti alır və sair. Onun üçün son nəticə vacibdir. Sırf hüquqi nöqteyi-nəzərdən
həmin nəticənin əldə olunması prosesi çox vaxt müştəri üçün önəmli deyildir. Müştəri
tapşırıq verərkən hüquqi detalları çox vaxt nəzərə almır və nəticədə onun tapşırığı
hüquqşünası səhv istiqamətə apara bilər.
(i)
Bəzən ən dərin düşünən və ağıllı müştərilərin verdikləri tapşırıqda “hüquqi
səhvlər” ola bilər. Hüquqşünas onu əsas götürməməlidir ki, müştərinin
3
tapşırığını olduğu kimi icra etməsin. Ona görə çox vaxt tapşırığın üzərində
düşünmək lazımdır. Əgər sonradan hər hansı səhv olarsa, çox vaxt müştəri
demir ki, “mən tapşırığı düz verməmişəm”. Əksinə onlar deyirlər ki,
“hüquqşünas sənsən, sən bizə düzgün istiqamət göstərməli idin”.
(ii)
Bəzən ən aydın görünən tapşırıqlar belə üzərində bir qədər düşündükdən
sonra ən qeyri-müəyyən tapşırıqlara çevrilir.
(iii)
“Bir zəhmət olmasa bu məsələyə tez bax və mənə tez de...” tapşırığına
ehtiyyatla yanaşmaq lazımdır. Çox məsələlər onların düşündüyü kimi tez
baxılıb və deyilməli olan məsələlər olmur.
Araşdırma aparmadan hüquqi rəy
Biz çalışırıq hər hansı məsələ üzrə araşdırma aparmadan hüquqi rəy verməyək.
Araşdırma aparmadan hüquqi rəy vermək bəzən cəlbedici bir addım kimi gələ bilər.
Düşünə bilərsiniz ki, bilikli görünəcəksiniz. Ancaq burada bir təhlükə vardır. İnkişaf
etmiş dövlətlərdə fəaliyyət göstərən hüquq şirkətlərində dar ixtisaslaşma gedir.
Bunun sayəsində onlar hər hansı bir məsələ üzrə kifayət qədər bilik və təcrübə
toplayırlar. Bu şəraitdə çalışan hüquqşünaslar, həmişə olmasa da, bəzi hallarda
araşdırma aparmadan hüquqi məsləhət verə bilərlər. Azərbaycanda isə bu cür dar
ixtisaslaşma mümkün olmur.
(i)
Bəzən bir araşdırma aparmadan hüquqi rəy söyləməyə məcbur oluruq. Bu
hallarda adətən əmin olduğumuz ümumi qaydaları söyləmək və müştəriyə
təqribi bir rəy vermək olar. Müştəri bilməlidir ki, bu rəy ilkin bir rəydir və daha
dəqiq cavab vermək üçün araşdırma lazımdır.
(ii)
Bəzən ən çox əmin olduğumuz hallarda belə araşdırma aparmadan verilən
hüquqi rəy yalnış ola bilər.
(iii)
Hər bir müştərinin qarşılaşdığı hal çox zaman özünəməxsus olur.
Bütün sahələrin “mütəxəssisi”
Biz praktikada özlərinin hüququn bütün sahələrində eyni dərəcədə yaxşı ekspert ola
biləcəyinə inanan hüquqşünaslara rast gəlirik. Ancaq bu çətin bir işdir. Əlavə olaraq
müştəri üçün risk yaradır. Hər hansı bir dar sahədə belə, mütəxəssis olmaq üçün uzun
müddətli təcrübə lazımdır, qaldı ki, bütün sahələrdə.
İşləri düzgün təşkil etmək vacibdir
Praktikada biz görürük ki, hüquqşünasın işinin keyfiyyətinin mühüm bir hissəsini işlərin
təşkili tutur. Yəni hüquqşünasın işləri nə qədər yaxşı təşkil olunarsa, həmin işlərin
nəticəsi bir o qədər daha keyfiyyətli olar. İşin “təşkilinin” mühüm hissəsi vaxtın təşkili
ibarətdir. Vaxtın təşkili ilə bağlı material çoxdur və onlar hüquqşünaslara işlərin təşkil
edilməsində yardımçı ola bilərlər. Sırf hüquqi işlərin təşkilində bunları nəzərə almağı
tövsiyyə edərdik:
(i)
Bir məsələ üzərində çalışan zaman “prosesin sahibini” müəyyən etmək
lazımdır. Bəzən kimin konkret hansı iş üçün və ya hansı işin hansı hissəsi üçün
məsuliyyət daşıdığı barədə qeyri-müəyyənlik olur. Bu da sonda probemlərə
4
gətirib çıxarır. Bu situasiyalar xüsusən in-house hüquqşünasların işlərində
olur. Adətən bir şəxs gördüyü işlərdən də əlavə, koordinator və ya layihə
meneceri rolunu oynamalıdır.
(ii)
Parkinson qanunu – işin nə qədər vacib olması həmin işə ayrılan vaxtdan
asılıdır. Bilmirik bu qanun nə dərəcədə düz və ya səhvdir. Ancaq bunu nəzərə
almaq vacibdir və bizə çox kömək edər.
İnzibati orqanlarla iş
İnzibati orqanlarda faydalı məlumatlar olur:
(i)
İnzibati orqanlar onların sahələrinə aid olan qanun və qaydaların gündəlik
tətbiqi ilə məşğuldurlar. Bu səbəbdən onlarda həmin qanun və qaydaların
tətbiqinə dair dəyərli məlumatlar olur.
(ii)
Biz heç də hər zaman inzibati orqanın mövqeyi ilə razılaşmırıq. Ancaq hər bir
halda onların mövqeyini bilmək çox vacibdir.
(iii)
Bəzən qəliz məsələləri araşdıran zaman biz inzibati orqanlarla əlaqə saxlamalı
oluruq. Biz tövsiyyə edirik ki, bu cür qəliz məsələyə dair qəliz sualı birbaşa
inzibati orqana verməyəsiniz. Onlar da araşdırma aparmadan bu cür suallara
cavab verə bilməzlər və əgər versələr də cavabları səhv ola bilər. Qəliz sualı
onlar ya başa düşməyəcəklər, ya da onların verəcəkləri cavab da qəliz alınacaq
və bizə aydın olmayacaq. Ona görə adətən biz qəliz məsələni xırda hissələrə
bölür və hissələrdən ən vacibini seçir və inzibati orqana bu vacib hissə barədə
sadə sualı veririk.
Beynəlxalq əqdlərdən doğuran məsələlər
Beynəlxalq əqdlər üzərində çalışan zaman müəyyən çətinliklər əmələ gəlir. Bir ölkənin
hər hansı bir konkret məsələyə dair qanun və qaydaları digər ölkənin həmin məsələyə
dair qanun və qaydalarından fərqlənə bilər. Bunu nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |