Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
29
istifadə edilməsinin genişləndirilməsi, torpaqların çirklənməsinə və deqradasiyasına səbəb ola bilən
texnologiyalardan istifadə olunmasının qarşısının alınması.
Turizm sahəsinə dair əsas tədbirlər bunlardan ibarətdir: milli turizm proqramının
hazırlanmasında davamlı inkişaf prinsiplərinin nəzərə alınması, hər cür zona üçün ətraf mühitə
maksimum yol veriləsi turist təzyiqinin müəyyənləşdirilməsi və həmin normaların yerinə
yetirilməsinə nəzarət edilməsi, ekoloji turizm və turizmin digər yeni formalarının inkişaf
etdirilməsi.
Elm, təhsil və mədəniyyətə dair tədbirlər arasında ali məktəblər üçün davamlı inkişaf üzrə
tədris vəsaiti və proqramının hazırlanması, elmi kadr potensialının gücləndirilməsi, elmi-tədqiqat
işlərinin aparılmasının stimullaşdırılması və s. nəzərdə tutulub.
BMT-nin 2000-ci ildə keçirdiyi toplantısında imzalanmış “Minilliyin Bəyannaməsi”
sənədində qarşıya qoyulan məqsədlərə nail olmaq, zəruri tədbirləri ardıcıl şəkildə həyata keçirmək
məqsədilə 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasında “Yoxsulluğun Azaldılması və
Đ
qtisadi Đnkişaf üzrə Dövlət Proqramı” (YAĐĐDP) tətbiq edilməkdədir. Bu proqram Dünya Bankı və
Azərbaycan Hökuməti tərəfindən, BMT-nin Đnkişaf Proqramının fəal iştirakı ilə işlənib
hazırlanmışdır. YAĐĐDP-də Azərbaycandakı mövcud yoxsulluq səviyyəsi və onun səbəbləri təhlil
edilmiş, yoxsulluğun azaldılması məqsədilə iqtisadiyyatda, sosial sahədə islahatların, institusional
dəyişikliklərin əsas istiqamətləri müəyyənləşdirilmişdir. YAĐĐDP-də nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsi nəticəsində əhalinin gəlir əldə etmə imkanı artacaq, sosial müdafiə sistemi
təkmilləşdiriləcəkdir. Yoxsulluqla mübarizə üçün YAĐĐDP həm də Azərbaycanın iqtisadi
inkişafında müşahidə olunan regional qeyri-bərabərliyin aradan götürülməsini nəzərdə tutur. Belə
ki, sənaye potensialının əksər hissəsinin Bakıda yerləşməsi, regionlarda olan bir çox müəssisələrin,
istehsal və xidmət obyektlərin fəaliyyətinin zəifləməsi və ya tamamilə dayanması əhalinin ölkə
paytaxtına axınını sürətləndirmişdir. Bu, regionların inkişafı arasında fərqin artmasına, bir çox
yerlərdə sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətin ağırlaşmasına səbəb olmuşdur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq “Azərbaycan Respublikası regionlarının sosial-
iqtisadi inkişafı Dövlət Proqramı” hazırlandı. Həmin proqram Azərbaycan Respublikası
Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq olundu. Proqramda 2004-2008-ci illərdə
Azərbaycanın ayrı-ayrı rayonlarında iqtisadiyyatın inkişafını sürətləndirən amillər, bununla bağlı
dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətləri müəyyən edildi. Proqram 10 iqtisadi rayon
üzrə tərtib olunub: Abşeron iqtisadi rayonu (Abşeron və Xızı rayonları, Sumqayıt şəhəri), Gəncə-
Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir,
Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri), Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax,
Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları), Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik,
Masallı, Yardımlı, Lənkəran rayonları), Quba-Xaçmaz iqtisadi rayonu (Dəvəçi, Xaçmaz, Quba,
Qusar, Siyəzən rayonları), Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar,
Göyçay, Hacıqabul, Đmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları,
Ə
li Bayramlı, Mingəçevir, Yevlax şəhərləri), Yuxarı Qarabağ iqtisadi rayonu (Ağdam, Tərtər,
Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri), Kəlbəcər-Laçın iqtisadi
rayonu (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları), Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu,
Đ
smayıllı, Qobustan, Şamaxı rayonları), Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa,
Ordubad, Sədərək, Şahbuz, Şərur rayonları).
Proqramın əsas məqsədi rayonlarda mövcud potensialdan səmərəli istifadə etməklə istehsal
müəssisələrinin
fəaliyyətinin genişləndirilməsinə,
ixrac
yönümlü
məhsul
istehsalının
stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin
edilməsinə nail olmaqdır. Bu məqsədə çatmaqdan ötrü proqramda müəssisələrin istehsal fəaliyyətini
bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq, yerli resurslardan istifadənin səmərəsini
artırmaq, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək,
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
30
aqrar sektorda islahatları sürətləndirmək, toxumçuluq bazasını genişləndirmək, texnika ilə təminatı
yaxşılaşdırmaq, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin
etmək, yeni iş yerlərinin yaradılmasını həvəsləndirmək, əhalinin kommunal xidmətlərlə təminatını
yaxşılaşdırmaq nəzərdə tutulur.
Regionların sosial-iqtisadi inkişafı proqramında kənd təsərrüfatına dair müxtəlif tədbirlər, o
cümlədən mövcud meliorasiya-irriqasiya sistemlərinin bərpası və yenidən qurulması, yeni
sistemlərin tikilməsi hesabına suvarılan torpaqların su təminatının yaxşılaşdırılması, torpaq
ş
oranlaşmasının qarşısının alınması, magistral kollektorlar vasitəsilə şor suların Xəzərə axıdılması,
su çatışmazlığının aradan qaldırılması, bu məqsədlə yeni su anbarlarının, magistral kanalların və
digər su təsərrüfatı obyektlərinin tikilməsi, torpaq eroziyasına qarşı müvafiq tədbirlərin həyata
keçirilməsi, torpaqların rekultivasiyası layihələrinin hazırlanması və s. tədbirlər vardır. Regionlarda
infrastrukturun inkişafına dair dövlət siyasətinin əsas istiqaməti müasir tipli elektrik stansiyalarının,
yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin inşası, yenidənqurulması və
inkişafı layihələrinin həyata keçirilməsidir. Proqramda əhalinin elektrik enerjisi, su, qaz, rabitə və s.
ilə təminatının müasir tələblər səviyyəsinə çatdırılmasına, rayonlarda turizmin inkişaf etdirilməsinə
xüsusi diqqət yetirilir. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi
inkişafında mühüm rol oynayacaqdır.
Beləliklə, inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da təbiətin və ətraf mühitin
qorunması iqtisadiyyatla bir sırada, eyni dərəcədə vacib məqsəd kimi baxılır. Ölkənin ərazi
inkişafının daimi təmin olunmasına yönələn, elmi tədqiqatlara əsaslanan həllərin axtarışı siyasət və
idarəçiliyin fundamental məsələləri hesab olunur. Landşaft planlaşdırılması bu məsələlərin həllini
ə
həmiyyətli dərəcədə həyata keçirməyə imkan verir, onun böyük və hərtərəfli təcrübəsi müxtəlif
səviyyələrdə, ərazi planlaşması sisteminin işləyib hazırlanmağa və zənginləşdirməyə qabildir, və bu
da yuxarıda şərhi verilən dövlət proqramlarının həyata keçirilməsi üçün bir vasitədir.
“Region” anlayışı özlüyündə Azərbaycanda iqtisadi-coğrafi və inzibati rayonları birləşdirir.
Onlar bir qədər iri miqyasda təbii-coğrafi vilayətlər şəkilində birləşirlər (şəlkil 2.2). Azərbaycanda
Regionların Đnkişafı Proqrami 10 iqtisadi-coğrafi rayon üçün hazırlanmışdır. Yuxarıda deyilənlər
ə
sasında, iqtisadi-coğrafi rayonlar üçün Landşaft Proqramı, inzibati rayonlar üçün isə Landşaft
Planı hazırlamaq dövlət proqramlarının həyata keçirilməsinə kömək edər.
Azərbaycan ərazisinin böyük hissəsi arid zonada yerləşir, bu yerlərdə intensiv şəkildə gedən
səhralaşma müşahidə olunur, xüsyusi deqradasiya yay və qış otlaqlarında gedir, torpağın
ş
oranlaşması güclənir. Bu sahədə landşaft planlaşdırılmasının əsası kimi iqlimin dəyişməsi və
səhralaşmaya qarşı mübarizə üzrə Milli Məclisin ratifikasiya etdiyi beynəlxalq konvensiyalar,
təbiəti mühafizəyə dair Azərbaycanın qanunlari, regionların sosoial-iqtisadi inkişafı, kasıbçılığın
ləğv olunması və iqtisadi inkişaf proqramları, və həm də, su və torpaq kadastrları ola bilərlər.
2000-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Torpaq Kodeksi ilə əlaqədar
təsdiq etdiyi normativ-hüquqi sənədlər lanşaft planladırılması üçün lazım olan torpaq
zonalaşdırılmasının ümumi müddəaları və prinsiplərini nəzərdə tutur.
Azərbaycanın səth sularının böyük hissəsi qonşu ölkələrin ərazilərində formalaşır. Kür çayı,
özünün qolları ilə birlikdə, bütün Cənubi Qafqazın, və xüsusən Azərbaycanın, əsas su arteriyasıdır.
Kür çayı üçün hazırlanmış USAĐD və TACĐS kimi beynəlxalq proqramların cəhdi hiss olunacaq
nəticə verməmişdir. Bu çayın su resurslarının idarə olunmasında və ekoloji vəziyyətinin
mühafizəsində hələ xeyli problemlər mövcuddur. Əgər nəzərə alsaq ki, landşaft planlaşdırması
təbiətdən istifadəçilərin maraqlrını müəyyən edən və təbiətin mühafizəsi baxımından onları ortaq
məxrəcə gətirən, konfliktləri həll edən və razılaşdırılmış fəaliyyət və tədbirlər planı işləyən
kommunikativ prosesdir, onda Kür çayının resurslarının idarə olunması üçün landşaft
planlaşdırılmasının nə qədər faydalı olduğu aydınlaşır. Landşaft planlaşdırmasının bu məsələlərin
həllinə planlaşdırma ərazisindəki bütün təbiəti mühafizə və təsərrüfat subyektlərini cəlb etdiyini
xüsusi qeyd etmək lazımdır.
Dostları ilə paylaş: |