2
Elmi redaktor:
fizika‐riyaziyyat elmləri doktoru, prof. Ə.Ş.Abdinov
Rəyçilər:
−
fizika‐riyaziyyat elmləri doktoru, prof. Ə.X. Muradov,
−
fizika‐riyaziyyat elmlər doktoru, prof. Y.Q. Nurullayev
Abdinov Ə.Ş., Mehdiyev R.F., Hüseynov T.X.
Fiziki elektronikanın tarixi və metodologiyası.
Ali məktəblər üçün dərs vəsaiti. 165 s.
Kitabda elektronikanın, başlıca olaraq isə fiziki elektronikanın
yaranma tarixi və inkişafı mərhələləri haqqında xronoloji məlu‐
matlar, eləcə də bu elm sahəsinin metodologiyasının əsas məqam‐
ları şərh olunur. O, ali məktəblərin uyğun istiqamət və ixtisas‐
laşmalar üzrə təhsil alan magistrantları üçün dərs vəsaiti kimi
hazırlansa da, ali məktəb tələbələri, aspirantlar, mühəndis və elmi
işçilər, müəllimlər tərəfindən də istifadə oluna bilər.
Kitab 165 səhifədən, 55 illüstrasiyadan və 17 adda ədəbiyyatın
siyahısından ibarətdir.
©
“...................” nəşriyyatı, 2008
3
MÜNDƏRİCAT
Giriş ............................................................................................. 5
I fəsil
FİZİKİ ELEKTRONİKANIN YARANMASI
§1.1. Fiziki elektronika ilkin mərhələdə .......................................... 7
§1.2. Fiziki elektronikanın ikinci inkişaf mərhələsi.
Elektrovakuum lampaları ...................................................... 14
§1.3. İlk sənaye lampaları ................................................................ 23
II fəsil.
TRANZİSTORLAR ELEKTRONİKADA
§2.1. Fiziki elektronikanın üçüncü inkişaf mərhələsi ................... 34
§2.2. Sahə tranzistorunun yaradılması ........................................... 42
§2.3. Yarımkeçirici cihazların impuls və rəqəm
texnikasında tətbiqi ................................................................. 48
III fəsil
İNTEQRAL MİKROSXEMLƏRİN KƏŞFİ.
MİKROELEKTRONİKANIN İNKİŞAF MƏRHƏLƏLƏRİ
§3.1. İlk inteqral mikrosxemlər ....................................................... 58
§3.2. Mikrotexnologiyanın yaranmasının ilkin şəraiti
və inkişafı.................................................................................. 63
§3.3. Litoqrafiya ................................................................................. 68
§3.4. Mikroelektronikanın inkişaf mərhələləri .............................. 74
§3.5. İndikator və displeylərin mikroelektronikada
tətbiqi ........................................................................................ 75
4
IV fəsil
FİZİKİ ELEKTRONİKANIN YENİ SAHƏLƏRİ
§4.1. İfrat yüksək tezliklər elektronikası ....................................... 86
§4.2. Tunel diodları .......................................................................... 94
§4.3. Qann effekti və Qann cihazları.............................................. 99
§4.4. Optoelektronika..................................................................... 104
§4.5. Kvant elektronikası ............................................................... 127
V fəsil
ELEKTRONİKA MÜASİR DÖVRDƏ
§5.1. Fiziki elektronikanın yeni sahəsi – nanoelektronika ........ 138
§5.2. Bioelektronika ........................................................................ 146
VI fəsil
AZƏRBAYCANDA FİZİKİ ELEKTRONİKA
§6.1. Elmi mühitin formalaşması................................................... 150
§6.2. Əsas istiqamətlər..................................................................... 159
§6.3. Qeydedicilər ............................................................................ 160
§6.4. İnfraqırmızı və aşağı temperaturlar elektronikası ............. 162
Ədəbiyyat ............................................................................... 164
5
Azərbaycanda fiziki elektronikanın əsasını qoymuş və
onun formalaşıb inkişaf etməsində böyük xidmətləri olmuş
görkəmli alimlərin, sevimli müəllimlərimiz akademik
HƏSƏN MƏMMƏDBAĞIR oğlu ABDULLAYEVIN 90 və
professor QAFAR IBRAHIM oğlu ƏFƏNDIYEVIN 85
illiyinə həsr edirik.
Müəlliflər
GİRİŞ
Fiziki elektronika müasir elm və texnikanın ən sürətlə inkişaf
edən sahələrindəndir. O, müxtəlif cihazlarda fiziki və mühitlərdə
(bərk cisimlərdə, mayelərdə, qazlarda və plazmada) baş verən
elektron və ion proseslərini öyrənir. Elektron cihazlarının yara‐
dılması və istifadəsi ilə məşğul olan texniki və sənaye elektroni‐
kasının ideya əsası elmin bu sahəsidir. Bütövlükdə elektronika
dedikdə məhz bu üç sahə (fiziki elektronika, texniki elektronika
və sənaye elektronikası) birlikdə nəzərdə tutulur.
Elektronika radiotexnika ilə sıxı əlaqədə inkişaf edir. Elm və
texnikanın müxtəlif sahələri, o cümlədən radioelektronika, elek‐
tronika və radiotexnika vəhdət təşkil edir. Radioelektronika
radio və optik tezlik diapazonunda dalğaların və elektromaqnit
rəqslərinin köməyi ilə informasiyanın çevrilməsi, ötürülməsi və
qəbulu problemləri ilə məşğul olur. Elektron cihazları radiotex‐
niki qurğuların əsas işçi elementləri olub, radio cihazlarının
mühüm göstəricilərini müəyyənləşdirir. Həmin cihazlardan ra‐
dio və televiziya qurğularında səsin yazılması və canlandırıl‐
masında, radiolokasiyada, radiomüşahidədə, radioteleidarəetmə‐
də, radioölçmələrdə və digər yerlərdə də geniş istifadə edilir.
Texnikanın müasir inkişaf mərhələsi insanların həyat fəaliy‐
yətinə elektronikanın daha çox nüfuz etməsi ilə xarakterikdir.
Amerika Birləşmiş Ştatlarının statistik göstəricilərinə görə dün‐
yanın ümumi sənayesinin 80%‐i elektron sənayesinin payına