Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə14/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   10   11   12   13   14   15   16   17   ...   172

www.vivo-book.com 

 

79 



biləcək  ağrıyla  müqayisəedilməzdir.  XoĢuna  gəlmək 

istəyirəm, amma bu çətindir. 

– Sən həmiĢə xoĢuma gəlirsən, – o pıçıldayırdı. – Bunu 

daha nə qədər təkrarlamalıyam ki? 

– Heç vaxt nə fikirləĢdiyini bilmirəm. Bəzən elə qapalı 

olursan ki… ada-dövlət kimi. Məni qorxudursan. Buna görə 

sakitəm. Çünki bilmirəm, növbəti anda əhval-ruhiyyən necə 

olacaq. Yüzdə bir saniyədə kefin Ģimaldan cənuba və əksinə 

yerini dəyiĢir. Özümü itirirəm. Bir də ki, sənə toxunmağıma 

icazə  vermirsən,  mənsə  səni  necə  çox  sevdiyimi  göstərmək 

istəyirəm. 

O,  qaranlıqda  susurdu,  güman  ki,  nə  deyəcəyini 

bilmirdi  və  mən  də  daha  dözə  bilmirdim.  Təhlükəsizlik 

kəmərini  açdım  və  heyrət  içində  olan  Kristianın  dizləri 

üstündə oturdum. 

–  Səni  sevirəm,  Kristian  Qrey,  –  pıçıldadım, 

ovuclarımla  baĢını  tutdum.  –  Mənə  görə  buna  hazırsanmı? 

Mən  bütün  o  Ģeyləri  eləməyə  qabil  deyiləm,  bunu  qurban 

verə  bilərsənmi?  Bilmirəm,  bəlkə  də  zamanla,  bilmirəm… 



www.vivo-book.com 

 

80 



amma  təklifini  qəbul  eləyirəm,  hə,  qəbul  edirəm.  Ġmzamı 

harda qoymalıyam? 

О məni bağrına basıb qucaqladı. 

–  Ah,  Аnа!  –  o,  köks  ötürdü  və  burnunu  saçlarımın 

arasına dürtdü. 

QucaqlaĢaraq  oturmuĢduq  və  musiqi  dinləyirdik:  sakit 

Ģırıldayan  fortepiano  etüdü.  О,  hisslərimizi,  tufansonrası 

sakitliyi  əks  etdirirdi.  Mən  yerimi  rahatlamıĢdım  və  baĢımı 

onun çiyninə qoymuĢdum. О, nəvaziĢlə belimi sığallayırdı. 

–  Mən toxunuĢu qətiyyən  xoĢlamıram,  АnasteyĢa,  –  o 

pıçıldayırdı. 

– Bilirəm. Amma bilmirəm niyə. 

О susdu, sonra köks ötürdü və asta səslə dedi: 

–  Mən  qorxunc  uĢaqlıq  keçirmiĢəm.  Anamın 

sutenyorlarından  biri…  –  Onun  səsi  titrəyirdi  və  Kristian 

susur,  bədəni  isə  daĢlaĢırdı.  О,  hansısa  təsəvvür  edilməz 

dəhĢəti xatırlayır və ürpənirdi. – Heç nəyi unutmamıĢam. 

Ürəyim  sıxılır,  Kristianın  bədənindəki  yanıq  izləri 

yadıma düĢürdü. Ah Kristian! Onun boynunu daha möhkəm 

qucaqladım. 




www.vivo-book.com 

 

81 



–  О  səni  incidirdi?  Ananı  deyirəm,  –  səsim  titrəyirdi, 

gözlərimsə yaĢla dolmuĢdu. 

– Yox, heç xatırlamıram. O mənə heç fikir də vermirdi. 

Öz ―dost‖undan heç qorumurdu, – o ―hm‖ eləyir. – Məncə, 

mən onun qayğısına qalırdım, o isə mənim deyildi. Nəhayət, 

dünyasını dəyiĢəndə də bizi dörd gün sonra tapdılar… Bax 

bunu xatırlayıram. 

Özümü  saxlamaq  gücündə  deyildim.  Ġlahi!  Ödüm 

ağzıma gəlirdi. 

– XoĢ bir gün görməmisən, – pıçıldadım. 

– Zülmətin bütün əlli çalarını həyatımda görmüĢəm, – o 

donquldandı. 

Dodaqlarımla boynuna qısıldım, heyfsilənirdim, balaca 

və  çirkin  bozgözlü  oğlanı  təsəvvürümə  gətirirdim:  düĢkün 

və tənha, yanında da anasının meyiti. 

Kristian!..  Qoxusunu  içimə  çəkirdim.  Ġlahi,  bu  iĢıqlı 

dünyada  ən  sevimli  qoxu.  Kristian  məni  daha  möhkəm 

qucaqlayır,  saçlarımı  öpürdü.  Onun  ağuĢunda  əriyirdim, 

Teylor isə gecəni yararaq maĢını quduz sürətlə sürürdü. 

Oyananda biz artıq Sietldəydik. 




www.vivo-book.com 

 

82 



– Ey, – Kristian nəvaziĢlə dedi. 

– BağıĢla, – mırıldadım və qəddimi düzəldib gözlərimi 

döydüm.  Hələ  də  onun  dizləri  üstə  oturmuĢdum,  onun 

ağuĢundaydım. 

– Аnа, mən əbədi olaraq sənin necə yatmağına tamaĢa 

edə bilmərəm. 

– Yuxuda nəsə deyirdim? 

– Yox. Biz artıq sənin evinə çatırıq. 

Doğrudan? Belə tez? 

– Sizə getməyəcəyik? 

– Yox. 

Çevrilib ona baxdım. 



– Niyə yox? 

– Çünki sabah iĢə getməlisən. 

– А-а-а… – Dodaqlarımı büzüĢdürdüm. 

– Bəs sən nə fikirləĢirdin? 

– Bəlkə... – Bir qədər xəcalət çəkirdim. 

О, Ģən halda gülümsədi. 

– АnasteyĢa, sənə toxunmaq fikrim yoxdur, özün bunu 

xahiĢ edənə qədər. 




www.vivo-book.com 

 

83 



– Necə yəni? Anlamıram. 

–  Mənə  lazım  olan  mənimlə  əlaqəyə  girməyindir. 

Gələn  dəfə  seviĢərkən  nə  istədiyini  mənə  dəqiq  deməlisən. 

Dəqiq və ətraflı. 

Teylor  maĢını  evimin  yanında  saxladı.  Kristian 

maĢından çıxdı və qapını mənimçün açdı. 

– Səninçün bəzi Ģeylər hazırlamıĢam. 

О, baqajı açdı və ordan böyük, gözəl bir qutu çıxartdı. 

Maraqlıdır, bu nə idi belə? 

– Yuxarı qalxandan sonra açarsan. 

– Mənimlə gedəcəksən? 

– Yox, АnasteyĢa. 

– Səni haçan görə biləcəm? 

– Sabah. 

– Müdirim istəyir ki, sabah onunla restorana gedim. 

Kristianın siması ciddiləĢir. 

–  Doğrudan?  Niyə?  –  Onun  səsində  qapalı  təhdid  var 

idi. 


– Ġlk iĢ həftəmin bitməsi münasibətilə, – tələsik dedim. 

– Hara gedəcəksiniz? 




www.vivo-book.com 

 

84 



– Bilmirəm. 

– Səni ordan götürə bilərəm. 

– YaxĢı, SMS-lə sənə xəbər verərəm. 

– DanıĢdıq. 

О,  giriĢ  qapısınadək  məni  ötürdü  və  gözlədi,  mən 

çantamdan açarı çıxarıb qapını açdım. Sonra Kristian əyildi 

və  çənəmdən  tutaraq,  gözümdən  ağzımın  kənarınadək  öpüĢ 

cığırı açdı. 

Məndən asta bir ah çıxdı, içimdə hər Ģey əriyib axırdı. 

– Sabahadək, – o pıçıldadı. 

– Gecən xeyrə, Kristian, – səsimdə ehtiras var idi. 

О gülümsəyib əmr etdi: 

– Get. 

Vestibüldən keçdim, əlimdə sirli qutu var idi. 



– Hələlik, balaca. 

О  çevrildi  və  həmiĢəki  kimi,  rəvan  yeriĢlə  maĢına 

doğru getdi. 

Mənzildə qutunu açdım. Orda Mak Buk Pro leptopumu 

gördüm, ―blekberi‖ və daha bir düzbucaqlı qutu. Bəs orda nə 

var idi? GümüĢü kağızı açdım. Altında qara dəri futlyar. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə