Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə2/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   2   3   4   5   6   7   8   9   ...   172

www.vivo-book.com 

 

10 



Çantamı götürdüm, gödəkcəmi geyindim və qapıya sarı 

irəlilədim. Sietlin küçəsinə çıxaraq ciyərdolusu nəfəs aldım. 

Amma axĢamçağının havası döĢ qəfəsimdəki boĢluğu, Ģənbə 

səhəri  duyduğum,  itirdiyim  haqqındakı  ağrılı  xatirəni  – 

həmin  o  vakuumu  doldura  bilmirdi.  Məyusluqla  ayaqlarımı 

avtobus  dayanacağına  doğru  sürüməyə  baĢladım  və  indi 

sevimli  yoldaĢım  –  ―Vanda‖sız,  …  ya  da  ―Audi‖siz  necə 

yaĢayacağım barədə düĢünürdüm. 

O  dəqiqə  fikrimi  yayındırmağa  çalıĢdım.  Yox.  Onun 

haqqında  düĢünmə!  Hə,  əlbəttə,  özümə  indi  maĢın  ala 

bilərəm,  daha  gözəl,  daha  yeni  maĢın.  Yəqin  ki,  mənimçün 

pul  kisəsini  səxavətlə  açacaq…  Bu  fikirdən  ağzımda  acılıq 

yarandı,  amma  vecimə  almadım.  Hər  Ģeyi  baĢımdan 

atmalıydım.  Heç  nəyi  düĢünməmək,  heç  nə  duymamaq… 

Və 

onun 


barəsində 

fikirləĢməmək. 

Yoxsa 

yenə 


hönkürəcəkdim,  elə  indi,  küçənin  ortasında.  Bircə  bu 

çatıĢmırdı. 

Keytsiz  mənzil  boĢ  və  darıxdırıcı  idi.  Yəqin,  indi  o, 

sərin  kokteyl  içərək  Barbarosdakı  çimərlikdə  Ģellənirdi. 

Yastı ekranlı televizoru yandırdım ki, səs boĢluğu doldursun 



www.vivo-book.com 

 

11 



və  heç  olmasa,  elə  bir  ovqat  yaratsın  ki,  guya,  otaqda  tək 

deyiləm,  amma  televizora  nə  baxır,  nə  də  səsini  eĢidirdim. 

Oturub  küt  nəzərlə  divara  baxırdım.  Heç  nə  hiss  etmirdim, 

ağrıdan baĢqa. Buna daha nə qədər dözməliydim? 

 Məni bu qıc olmadan ev xəbərçisinin zəngi çıxardı və 

diksindim. Bu kim idi? Ġnamsız halda düyməni basdım. 

 – Miss Stil üçün bağlama var. 

 

Tənbəl,  darıxdırıcı  səs  və  mən  pəriĢanlığa  büründüm. 



Pilləkənlərlə  aĢağı  düĢdüm.  AĢağıda,  giriĢ  qapısına 

söykənmiĢ  oğlan  uĢağı  əlində  karton  qutu  tutmuĢdu  və 

saqqız  çeynəyirdi.  Qəbzdə  imzamı  cızma-qaralayıb  qutunu 

təhvil  aldım.  О,  böyük  də  olsa,  nədənsə  yüngül  idi.  Ġçində 

iki düjin ağ qızılgül və vizit-kartı var idi. 

        “İlk iş günü münasibətiylə təbrik edirəm. 

Əminəm ki, yaxşı keçdi. 

Planerə görə də çox sağ olun. Çox nəzakətli jest idi. 

        Yazı stoluma çox yaraşdı. 

Kristian” 



www.vivo-book.com 

 

12 



Karta  və  üstündəki  hərflərə  baxırdım,  içimdəki  boĢluq 

böyüyürdü.  ġübhə  etmirdim  ki,  bunları  onun  katibəsi 

yollayıb, nəinki Kristianın özü... Bunu düĢünmək çox ağrılı 

idi.  Qızılgüllərə  göz  yetirdim:  gözəl  idilər  və  onları 

tullamağa  əlim  gəlmirdi.  Nə  edəcəyimi  bilmədim,  mətbəxə 

gedib güldan axtarmağa baĢladım. 

 Həyatım  bax  beləcə  keçirdi:  oyanmaq,  iĢ,  axĢam  isə 

göz  yaĢları  və  yuxu.  Daha  doğrusu,  mürgüləmə  cəhdi. 

Kristian  yuxuda  belə  məni  izləyirdi.  Parıldayan  boz  gözlər, 

tünd  mis  rəngli  parlaq  saçlar…  Və  musiqi…  bol  musiqi  – 

artıq,  ümumiyyətlə,  onu  eĢidə  bilmirdim.  Ondan  qaçırdım. 

Mən,  hətta  qonĢuluqdakı  çörək  dükanının  zınqırovunun 

səsindən də diksinirdim. 

Bu  haqda  heç  kimə  danıĢmamıĢam,  hətta  anama  və 

Reyə  də.  Buna  taqətim  yox  idi.  Və  ümumiyyətlə,  heç  nə 

istəmirdim.  Ġndi  kimsəsiz  adada,  savaĢın  yandırıb-yaxdığı, 

ot  belə  cücərməyən,  üfüqün  tünd  və  boĢ  olduğu  yerdə 

qalmıĢdım.  Hə,  mən  belə  idim.  ĠĢdə  hamıyla  təmasda  ola 

bilmirdim,  iĢdən  kənarda  da  heç  kimlə.  Vəssalam.  Anamla 



www.vivo-book.com 

 

13 



danıĢsaydım, tamam sınacaqdım, onsuzda içimdə bütöv heç 

nə qalmamıĢdı. 

 

ĠĢtaham  itmiĢdi.  ÇərĢənbə  günü  bir  stəkan  yoqurtu 



güclə  yedim,  ötən  cümə  günündən  bəri  ilk  yediyim  bu  idi. 

Varlığımı  kappuçino  və  pəhriz  ―kola‖sı  ilə  qoruyurdum. 

Mədəmi  kofeinə  təslim  etmiĢdim  və  bu  heç  də  yaxĢı  nəticə 

vəd etmirdi. 

Cek tez-tez mənə yaxınlaĢıb bezdirirdi, Ģəxsi həyatımla 

bağlı  sualı  suala  calayırdı.  Ona  nə  lazım  idi  ki?  Nəzakətli 

olmağa çalıĢsam da, yaxına buraxmırdım. 

Kompüter  qarĢısında  oturub  Cekin  poçt  qutusuna 

baxırdım  və  sevinirdim  ki,  bu  küt  iĢ  məni  problemlərdən 

yayındırır. Öz poçtumdan siqnal gəldi, tez baxdım ki, görüm 

məktub kimdəndir. 

Lənət Ģeytana, bu nə xəbərdir! Məktub Kristiandan idi. 

Bircə bu çatıĢmırdı! Niyə bura yazmıĢdı ki? 

 

Kimdən: Kristian Qrey 

Mövzu: Sabah 



www.vivo-book.com 

 

14 



Tarix: 8 iyun 2011-ci il. 14:05 

Kimə: AnasteyĢa Stil 

 

Əziz Anasyeşa 



 Bağışla ki, iş yerinə yazıram. Ümid edirəm ki, sənə çox 

da mane olmayacam. Sənə göndərdiyim güllər çatdı? 

 Bilirəm ki, sabah qalereyanın açılışıdır, sənin tanışının 

vernisajı  olacaq.  Uzaq  yoldur,  avtomobil  almağa  isə  yəqin 

ki, vaxtın olmayıb. Səni ora aparmaqla çox xoşbəxt olardım, 

– əgər istəsən. 

 Xəbər ver. 

 Kristian Qrey,  

 “Qrey enterpraysez” holdinqinin baş direktoru”  

 

Gözlərimdən yaĢ axırdı. Yerimdən atılıb tələsik tualetə 



yollandım  və  baĢımı  kabinəyə  çırpdım.  Xose!  Tamam 

unutmuĢdum,  halbuki  onun  vernisajında  iĢtirak  edəcəyimə 

söz  vermiĢdim.  Lənət  Ģeytana,  Kristian  haqlıdır:  ora  necə 

gedəcəkdim? 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə