www.vivo-book.com
26
boğmaq istəyirdim. Kristianın siması yumĢaldı və
təbəssümün kölgəsi onun füsunkar dodaqlarını bəzədi.
– Hə? – o artıq incə tərzdə inad edirdi.
– Ötən cümə, balıqqulağılı tort, – pıçıltıyla cavab
verdim.
O, gözlərini örtdü. Üzündən qəzəb və yəqin ki, təəssüf
kölgəsi keçirdi.
– Aydındır, – sakit səslə dedi. – Bir neçə funt, bəlkə də
daha çox arıqlamıĢ görünürsən. XahiĢ edirəm, yemək ye,
АnasteyĢa.
BaxıĢlarımı endirib dolaĢmıĢ barmaqlarıma baxırdım.
Niyə onun yanında özümü səfeh və fərsiz uĢaq kimi hiss
edirdim?
О mənə sarı çevrildi.
– ĠĢlər necədir? – incə tərzdə soruĢdu.
Hə, ümumiyyətlə, dəhĢət idi… Boğazımdakı bəlğəmi
uddum.
– YaxĢıdır desəm, yalan danıĢmıĢ olaram.
О, kəsik-kəsik nəfəsini buraxırdı.
www.vivo-book.com
27
– Elə mənim iĢlərim də, – donquldandı və əlimi sıxdı. –
Sənsiz darıxırdım.
Оy, yox! Dərimdə barmaqlarının hərarətini duyurdum.
– Kristian, mən…
– Аnа, xahiĢ edirəm, biz danıĢmalıyıq.
Az qala ağlayacaqdım. Yox!
– Kristian, mən… lazım deyil… o qədər ağlamıĢam ki,
– hisslərimi cilovlamağa çalıĢaraq pıçıldadım.
– Lazım deyil, balaca! – О, əlimi dartdı və özümə
gəlməmiĢ onun dizlərinə çökdüm. Məni qucaqladı və
burnuyla saçlarıma toxundu: – Səndən ötrü elə darıxmıĢdım
ki, АnasteyĢa, – güclə eĢidiləcək tərzdə dedi.
Onun qolları arasından qurtulmaq, məsafə saxlamaq
istəyirdim, amma alınmırdı. О məni bağrına basdı. Fərəhdən
donub-qalmıĢdım. Аh, kaĢ həmiĢə belə olaydı!
BaĢımı onun çiyninə qoydum, o isə saçlarımı öpüĢlərə
qərq edirdi. Halım yaxĢı idi, sanki evdə idim. Ondan
təmizlik, alt paltarı üçün kondisioner və bədən gelinin ətri
gəlirdi, üstəlik, Kristian ətri – və bu mənim ən sevimli ətrim
idi. Bir anlıq özümə ―hər Ģey yaxĢı olacaq‖ illüziyasına
www.vivo-book.com
28
inanmaq izni verdim. О, məlhəm kimi bütün əldən düĢmüĢ
ruhumdan keçib gedirdi.
Bir neçə dəqiqədən sonra Teylor ―Audi‖ni səkinin
kənarında əylədi, amma biz hələ də Ģəhərdəydik.
– Gedək, – Kristian astaca məni qaldırdı, – çatmıĢıq.
Nə, nə?
– Orda helikopter meydançası var – evin damında. –
Kristian baĢını geriyə atıb əlini yellədi.
Hə, əlbəttə, ―Çarli Tanqo‖. Teylor mənimçün qapını
açdı və mənə hərarətli, himayəedici təbəssümlə baxdı.
QarĢılığında mən də gülümsədim.
– Sizə cib dəsmalınızı qaytarmalıyam.
– Özünüzə saxlayın, miss Stil, ən xoĢ istəklərimlə.
Mənə elə gəldi ki, baĢdan-ayağa pörtdüm. Kristian
maĢından çıxdı və əlimdən tutdu. О, sual dolu nəzərlə
Teylora baxdı, o isə sakit tərzli baxıĢla cavab verdi.
– Doqquzda? – Kristian soruĢdu.
– Bəli, ser.
Kristian məni ikiqat qapılardan nəhəng foyeyə keçirdi.
Əlimi sıxan uzun, Ģəhvani barmaqların hərarətindən
www.vivo-book.com
29
xoĢhallanırdım, onlarda həyəcanverici cərəyan var idi. Bu
olmadan da Kristian məni özünə doğru çəkdi – GünəĢ Ġkarı
özünə cəzb elədiyi kimi. Mən artıq yanıb kül olmuĢdum,
bununla belə, yenidən onun iĢığına doğru uçurdum.
Liftə yaxınlaĢırdıq, o, çağırıĢ düyməsini basdı. Gözucu
baxıb onun dodaqlarında sirli yarıtəbəssüm gördüm. Qapılar
aralandı. О, əlimi buraxdı və yüngülcə məni kabinəyə
itələdi. Liftin qapıları bağlandı. Bir daha baxıĢlarımı
Kristiana tuĢlamaq riskinə giriĢdim. О, boyu bərabərində
mənə boylandı və sanki hava elektriklə doldu, ağırlaĢdı,
aramızda nəbz vurmağa baĢladı. Ġstəyirsən ona toxun,
istəyirsən ye. Bizim aramızda qarĢılıqlı cazibə var idi.
– Ġlahi, – köks ötürdüm, bu instinktiv, həyat kimi
qədim-qaim cazibə qüvvəsindən qurtula bilmirdim.
– Mən də bunu hiss edirəm, – o dedi. Onun gözləri
ehtirasdan dumanlanmıĢdı.
Ġstək tünd, ölümcül plazmayla qarnımı doldururdu.
Kristian əlimi, baĢ barmağı ilə çeçələ barmağımın donqarını
sıxdı və bədənimin bütün əzələləri Ģirin ürpəntiylə yığıldı.
Mənim üzərimdə bu qədər hakimiyyət onda hardan idi?
www.vivo-book.com
30
– АnasteyĢa, dodağını diĢləmək lazım deyil, –
pıçıldadı.
Mən diĢlərimi qıcayıb yalvarıĢlı nəzərlə ona baxdım.
Onu istəyirdim, dərhal, burda, elə liftdə. BaĢqa cür ola
bilərdimi?
– Mənimçün nə demək olduğunu özün bilirsən.
Оoo, deməli, mən ona lazım idim! Daxili ilahəm,
özümü dəyərləndirməyim, beĢ günlük ümidsizlikdən sonra
yuxudan oyanırdı.
Qəfildən liftin qapayıcı xətti aralandı, biz sehri
dağıdaraq dama çıxırdıq. Bura küləkli idi. Əynimdəki qara
gödəkcəyə baxmayaraq donurdum. Kristian çiyinlərimi
qucaqlayıb məni özünə sıxdı və biz tələsik helikopter
meydançasının ortasına keçdik. Orda ―Çarli Tanqo‖
dayanmıĢdı və pərləri asta-asta fırlanırdı.
Kabinədən ucaboy, sarıĢın, kvadrat çənəli biri əyilərək
bizə doğru qaçırdı. Kristianla bir-birlərinin əllərini möhkəm
sıxaraq rotorların səs-küyü arasından qıĢqırdı:
– MaĢın hazırdır, ser. Ġxtiyarınızdadır!
– Hər Ģeyi yoxladın?
Dostları ilə paylaş: |