Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə9/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   5   6   7   8   9   10   11   12   ...   172

www.vivo-book.com 

 

49 



Kristian  ovsunlanmıĢ  kimi  uzun-uzadı  hər  bir  portretə 

baxırdı. 

–  Deyəsən,  təkcə  mən…  –  sirli  Ģəkildə  mızıldanırdı. 

Onun dodaqları möhkəm bir xətdə birləĢmiĢdi. 

Məncə, o hirslənmiĢdi. 

–  BağıĢla,  –  iti  baxıĢları  ilə  üzümü  dələrək  dedi  və 

inzibatçının masasına doğru yönəldi. 

Noolub?  Mən  ovsunlanmıĢ  kimi  onun  miss  Qısa  Saç-

Qırmızı  Pomada  ilə  necə  coĢqun  söhbətini  müĢahidə 

edirdim. O, pulqabından kredit kartını çıxartdı. 

Aha! Ola bilsin ki, o, portretlərdən birini satın alırdı. 

– Ey, deməli, ilham pərisi sənsən? Əla fotodur. 

 

Gur  sarıĢın  saçlı  oğlan  yenidən  gözünü  mənə 



zilləmiĢdi.  Biləyimdə  isti  ovucu  duyurdum.  Kristian 

qayıtmıĢdı. 

–  Sən  bəxtəvərsən,  –  sarıĢın  oğlan  ona  dedi  və  cavab 

olaraq buz kimi baxıĢlarla qarĢılaĢdı. 

–  Əlbəttə,  bəxtəvərəm,  –  Kristian  qaĢqabaqlı  halda 

donquldandı və məni kənara çəkdi. 




www.vivo-book.com 

 

50 



– Portretlərdən birini aldın? 

– Birini? –fotolardan gözünü çəkməyərək fınxırdı. 

– Birdən çox almısan? 

О, qaĢlarını qaldırdı. 

– Hamısını aldım, АnasteyĢa. Ġstəmirəm ki, əcaib tiplər 

sənin  fotona  göz  zilləsinlər,  bircə  bu  qalıb  ki,  onları  alıb 

evlərinin divarlarından assınlar. 

Az qala güləcəkdim. 

– Bunu özün eləmək fikrindəsən? – gülümsədim. 

О, acıqlı halda mənə baxdı, ola bilsin ki, kobudluqdan 

özünü itirmiĢdi, amma heyrətini gizləməyə çalıĢırdı. 

– Sözün düzü, hə. 

– Pozğun, – gülməməkdən ötrü dodağımı diĢlədim. 

 Onun ağzı açıla qaldı və indi heyrətlənməyi açıq-aĢkar 

idi. O, düĢüncəli halda çənəsini ovuĢdururdu. 

–  Bu  cür  dəyərləndirməyə  etiraz  edə  bilmərəm, 

АnasteyĢa, – o, baĢını yana əydi, gözlərində gülüĢ oynaĢırdı. 

– Sonra səninlə bu haqda danıĢarıq, mən tam məxfilik 

vəd edirəm. 

О, köks ötürdü və uzun-uzadı mənə baxdı. 




www.vivo-book.com 

 

51 



– Və sənin əziz, kobud ağzını neyləmək barədə, – güclə 

eĢidiləcək tərzdə mızıldandı. 

Nəyi nəzərdə tutduğunu düĢünərək ürkdüm. 

–  Çox  kobudsan,  –  üzümə  dəhĢət  ifadəsi  verməyə 

çalıĢdım və bu alındı. Doğrudanmı onun üçün icazə verilən 

hədd anlayıĢı yoxdur? 

О gülümsədi, sonra qaĢlarını çatdı. 

–  Bu  fotolarda  çox  sərbəstsən.  Səni  həmiĢə  belə 

görmürəm. 

Nə? Aha! Mövzu dəyiĢkənliyi: oynaqdan ciddiyə. 

Qızardım  və  baxıĢlarımı  yerə  dikdim.  О,  çənəmdən 

tutdu  və  baĢımı  qaldırmağa  məcbur  elədi.  Onun 

toxunuĢundan həyəcanlanırdım, havam çatmırdı. 

–  Ġstəyirəm  ki,  mənimlə  də  bu  cür  sərbəst  olasan,  – 

pıçıldadı. Bütün yumor iĢartıları yox olmuĢdu. 

Ġçimin dərinliyində yenidən sevinc qımıldanırdı. Amma 

bu mümkün idimi? Axı problemlərimiz vardı. 

– Bunu istəyirsənsə, bəsdi məni qorxutdun, – diĢlərimi 

qıcadım. 



www.vivo-book.com 

 

52 



– Sənsə mənimlə ünsiyyətdə olmağı və nə  duyduğunu 

mənə deməyi öyrən, – diĢlərini qıcayıb gözləri parıldayaraq 

cavab verdi. 

Ah çəkdim. 

–  Kristian,  məni  öz  kölən,  cariyən  kimi  görmək 

istəyirsən.  Problem  bundadır.  Budur  ―sabmissiv  qadın‖ 

ifadəsinin tərifi, bunu mənə haçansa poçtla da göndərmiĢdin, 

– susdum, onun ismarıĢını sözbəsöz xatırlatdım. – Deyəsən, 

sinonimlər bu idi, sitat gətirirəm: ―həlim, üzüyola, güzəĢtçi, 

passiv,  itaətkar,  dözümlü,  mülayim,  iradəsiz…‖  Mən 

baxıĢlarımı  sənə  zilləyə  bilmərəm.  Ġcazən  olmadan  danıĢa 

bilmərəm.  BaĢqa  nə  gözləyirdin  ki?  –  kinayəylə 

maraqlandım. 

 

О,  getdikcə  daha  çox  kədərlənirdi,  mənsə  davam 



edirdim: 

–  Mən  ümumiyyətlə  baĢa  düĢmürəm  ki,  sən  nə 

istəyirsən.  Gah  xoĢuna  gəlmir  ki,  səninlə  mübahisə  edirəm, 

gah  da  mənim  ―kobud  ağzımı‖  tərifləyirsən.  Məndən  itaət 




www.vivo-book.com 

 

53 



gözləyirsən ki, sözündən çıxdıqda cəzalandıra biləsən. Mən 

heç bilmirəm səninlə birgə olsam, bu iĢ nəylə bitəcək. 

Onun gözləri qəzəbli dəliklərə çevrilmiĢdi. 

– Noolar, miss Stil, məntiqiniz güclüdür, – buz kimi səs 

ahəngiylə yavaĢca dedi. – Ġndi səninlə Ģam yeməyi yeyərik. 

– Axı burda cəmi yarım saat olmuĢuq. 

– Fotolara baxdın, oğlanla söhbət elədin. 

– Onun adı Xosedir. 

– Xoseylə söhbət elədin. Yeri gəlmiĢkən, onu sonuncu 

dəfə gördükdə sərxoĢ idin, o isə dilini sənin ağzına soxmağa 

cəhd eləyirdi. 

–  O  bircə  dəfə  də  olsun  məni  vurmayıb,  –  zərbəni 

qaytardım. 

Kristian qaĢlarını düyünlədi, qəzəb burun dəliklərindən 

sıçrayırdı. 

–  Bu  qadağan  olunmuĢ  zərbədir,  АnasteyĢa,  –  deyə  o 

pıçıldadı. 

Rəngim  ağardı,  Kristian  isə  güclə  boğulan  qəzəbindən 

dimdik  qalxmıĢ  kəkilini  sığallayırdı.  Amma  mən  təslim 



www.vivo-book.com 

 

54 



olmağa  hazırlaĢmırdım  və  döyüĢə  hazır  vəziyyətdə  ona 

baxırdım. 

–  Sən  təcili  olaraq  nəsə  yeməlisən.  Göz  qabağında 

solursan. Oğlanı tap və onunla sağollaĢ. 

– XahiĢ edirəm, gəl bir azca da burda qalaq. 

– Yox. Get. Dərhal. SağollaĢ. 

 Mən  hirslənirdim,  qanım  coĢurdu.  Lənətə  gəlmiĢ 

axmaq, ona kim əmr eləmək hüququ vermiĢdi? Qəzəb yaxĢı 

Ģey idi. Qəzəb göz yaĢından yaxĢı idi. 

 BaxıĢlarımı Kristiandan güclə ayırıb Xoseni axtardım. 

О, bir qrup qızla söhbət edirdi. Ona doğru getdim. Axı niyə 

Kristianın sözüylə oturub-durmalıydım? Yalnız ona görə ki, 

məni  bura  o  gətirmiĢdi?  Lənət  Ģeytana!  Ümumiyyətlə,  o 

özünü nə hesab edirdi? 

 Qızlar Xosenin hər sözünü havadaca tuturdu. Onlardan 

biri, sözsüz ki, portretlərə əsasən məni tanıyırdı və heyrətdən 

ağzı açıla qalmıĢdı. 

– Хоse! 


– Аnа! BağıĢlayın, qızlar. 

 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə