N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

Qruplar işlərini təqdim etməzdən əvvəl mətndaxili suallar cavablandırılır.
Cavablar və qrupların işi müzakirə olunandan sonra dinləmə mətni oxunur.
Şa girdlərə tapşırılır ki, mətni dinləyən zaman poçtun əsas xüsusiyyətlərini öz -
lərində qeyd etsinlər. Daha sonra bu məlumat oxu mətnindən əldə olunan in-
formasiya ilə müqayisə ediləcək və ümumiləşdirmə aparılacaqdır. Bu
ümu   mi  ləşdirmə dərsin tədqiqat sualının cavabı olmalıdır.
Dinləmə
(St. 1.1.2) 
Müəllim dinləmə mərhələsinə belə bir sualla başlaya bilər:
– Adi poçtla elektron poçt arasında hansı fərqlər var?
Dinləmə mətni
POÇTUN TARİXİ
Poçt  bir-birindən uzaq məsafədə yaşayan insanlardan xəbər tutmaq və
onlara xəbər çatdırmaq ehtiyacından yaranmışdır. Lap qədim zamanlarda in-
sanlar məlumatı səs vasitəsilə çatdırırdılar. Lakin insanın səsi ancaq yaxın
məsafələrdə eşidilə bilər. Bəsit məlumatları (“Müharibəyə başlayırıq”, “Toxum
səpini başlanır”, “Toplantıya gəlin” və s.) səs vasitəsilə çatdırmaq üçün
təbillərdən, müxtəlif alətlərdən və s.-dən istifadə  edirdilər. Şərti səs siqnalları
vasitəsilə xəbərlər bir yaşayış məntəqəsindən digərinə ötürülürdü.
Daha sonra məlumatların tez və vaxtında çatdırılması üçün xüsusi adam -
lar – qasidlər təyin edilməyə, məlumat çatdırma xidmətləri yaranmağa
başlandı.  
Yazının meydana gəlməsi ilə poçt əlaqəsinin əsası qoyuldu. İlk məktub
5000 il bundan əvvəl Mesopotamiyada gil üzərində yazılmış məlumat hesab
edilir. Kağızın ixtirasından sonra poçt göyərçinlə rin dən də istifadə olundu.  
Yunanıstanda poçt həm quru, həm də dəniz yolu ilə fəaliyyət göstərirdi.
Quruda at, at qoşulmuş faytonlar, dilicanlar, dənizdə isə xüsusi gəmilərlə mək -
tublar sahiblərinə çadırılırdı. 
Artıq poçt idarələri açılmağa başlayırdı. Dövlətə məxsus olan bu idarələrdə
məktublar üçün xüsusi kağızlar, zərflər, markalar, möhürlər saxlanılırdı. 
Beləliklə, poçt işi inkişaf edərək elektron poçt səviyyəsinə çatdı. Müasir
dövrdə məlumatın uzaq məsafəyə ötürülməsi xeyli asanlaşmışdır...
– Müasir dövrdə məlumatın ötürülməsi yollarını sadalayın. Sosial şəbəkə -
ləri poçt adlandırmaq olarmı? Nə üçün?
Söz ehtiyatı
(St. 2.1.1) 
3-cü tapşırığın tələbinə əsasən, “virtual”, “format”, “asosiallıq”
sözlərinin kon tekstə uyğun mənası qarşılığını tapmaqla izah edilir.
2-ci mətndaxili tapşırıq da “Söz ehtiyatı” standartına xidmət edir. Bu tap -
64
II 
BÖLMƏ


şırığı yerinə yetirmək üçün şagird rus və ingilis dillərində müəyyən söz
ehtiyatına malik olmalıdır.
Feysbuk: face [feys] – sifət, book  [buk] – kitab
Mayspeys: my  [may] – mənim, space  [speys] – kosmos
Vkontakte: əlaqədə
Tvitter:  quş səsi çıxardan (burada hər klik – tıklama bir tvit – quş səsi
sayılır)
Odnoklassniki: bir sinifdə oxuyanlar (məktəb dostları)
Vatsap (WhatsApp): nə var, nə yox?
Instaqram: ani teleqram (instant – an, telegram – teleqram)
Danışma
(St. 1.2.1,  1.2.4) 
4-cü tapşırıq. Müəllim verilmiş tapşırığı genişləndirərək
aşa ğı dakı şəkildə qura bilər.
Sinif sosial şəbəkələrin adını daşıyan (Mayspeys, Feysbuk, Odnoklassniki,
Tvitter, Vatsap, İns taq ram, Skayp, Ekspert) kiçik qruplara bölünür. Onlara
evdə işləmək üçün araşdırma tipli tapşırıq verilir. Araşdırmanın nəticəsi olaraq
aşağıdakı sxem doldurulmalıdır. 
Cədvəlin sonuncu sütunu xüsusi əhəmiyyət kəsb edir. Çünki şagird burada
qazandığı biliklərdən çıxış edərək öz düşüncələrini, arzu və təkliflərini yaz -
ma lıdır. 
Növbəti saatda hər qrup öz qeydləri əsasında audi to riyanın səviyyəsinə
uyğun təqdimat edir. Təqdimatların mü za ki rəsi zamanı yaranan müxtəlif möv -
qeli fikirlər “Ekspert” tərəfindən ümu  miləşdirilir.
Dil qaydaları
(St. 4.1.2) 
Dərsliyin müvafiq səhifəsindəki 5-ci tapşırıqdan istifadə etməklə
motivasiya yaratmaq mümkündür. Mətndə göy rənglə verilmiş söz birləş -
mələrinin (in sa nın gözünə baxıb, dil öyrənmək, bu virtual dünyanın təklif et-
diyi) əsas tərəflərinin ifadə olunduğu təsriflənməyən feil formaları müəyyən
edilir. Elə oradaca əsas tərəfi məsdər, feili sifət,  feili bağlama ilə ifadə olunan
söz birləşmələrinin feili birləşmə olduğu deyilməklə yanaşı, onların cümlə da -
xilində məsdər tərkibi, feili sifət tərkibi və feili bağlama tərkibi adlandığı qeyd
edilir. Təsriflənməyən feillərin qrammatik əlamətləri haqqında VII sinifdə mə -
Sosial şəbəkənin adı __________________________________
Yaradıcısı
Yaranma zamanı
və yer
Təklif etdiyi 
imkanlar
Daha hansı imkan-
lar ola bilərdi?
65
İNFORMASİYA VƏ KOMMUNİKASİYA 


lumat alan şagirdlər həmin əlamətlər vasitəsilə 6-cı tapşırığı icra edir, verilmiş
feili birləşmələri qruplaşdırırlar. 
Feili birləşmələrin asılı tərəfləri aid olduqları təsriflənməyən feilləri müxtəlif
cəhətdən aydınlaşdırır. Şagirdlər həmin sözlərin birləşmə daxilindəki
funksiyasını müəyyən edib 7-ci tapşırıqda nəzərdə tutulmuş cədvələ yazırlar.
Həmin funk siyanı da şıyan söz təsriflənən feilə aid olduqda müstəqil cümlə
üzvü, təsrif lən  mə yən feilə aid olduqda isə feili birləşmənin asılı tərəfi olur. 
Yadda saxlamaq lazımdır ki, təsriflənməyən feillər özün dən əvvəlki sözləri
özünə tabe edərək feili birləşmə yaradır. lakin bəzən məsdər və feili sifət
mənsubiyyət şəkilçisi qəbul edə bilir. Belə olan halda birləşmənin əsas tərəfi
kimi çıxış edirsə, belə birləşmə ismi birləşmə hesab edilir (onun oxuması,
uşağın oxuyanı).
8-ci tapşırıq təsriflənməyən feillərin iştirakı ilə həm ismi, həm də feili
birləşmələr yaratmağı nəzərdə tutur.
9-cu tapşırıqda müxtəlif feili birləşmələr yaratmaq təklif edilir.
10-cu tapşırıqda mürəkkəb feillər, frazeoloji birləşmələr və feili birləşmələr
seçilərək qruplaşdırılır. Bunu edə bilmək üçün əvvəllər əldə olunmuş ba ca -
rıqlarla feili birləşmələr, söz birləşmələri arasında inteqrasiya aparmaq la zım -
dır. Mürəkkəb feillər köməkçi sözlər vasitəsilə yaranır. Frazeoloji bir ləşmələrin
tərəfləri məcazi mənada işlənərək birləşmə daxilində ilkin mənasını itir di -
yindən onlarda əsas və asılı tərəflər olmur. Feili birləşmələr isə ən azı iki
müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsi yolu ilə yaranır və
onların əsas və asılı tərəfləri var. 
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
66
II 
BÖLMƏ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə