Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə8/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 
İbrahim  Həbibov 
 
26 
Kafedra müəllimləri ilə xoş münasibəti ilə  fərqlənən Cahangir müəllim 
söhbətlərimizdə Böyükağa Quliyev, Oqtay Qurbanov, Ədalət Babayev, Abduləli 
Əsədov və Zöhrab Kərimov ilə daha yaxın olduqlarını  və bundan şərəf duyduğunu 
bildirərək danışdı. Mən kafedrada işləməyə başlayanda bu münasibətləri həmişə 
görürdüm, sonralar da onların tez-tez birlikdə olduqlarının şahidi olmuşam. 
Cahangir müəllim səyahət etməyi, ovçuluğu və balıq tutmağı çox xoşlayır. O 
öz avtomobili ilə Azərbaycanın çox rayonlarına,  Gürcüstana, Qərbi Azərbaycan 
torpaqlarına, Qara Dəniz sahillərinə və Krıma səyahətə çıxmışdır.        
Onunla bir vaxtlar Əlcəzairdə olan dostları və tanışları Cahangir müəllimin 
balıqçılığından  maraqla danışırlar. 
Cahangir müəllim ixtisasına və bütövlükdə neft elminə olan məhəbbətini 
zaman-zaman övladlarına ötürə bilmişdir. 
 
 
1982-ci il ovdan sonra 
Məktəbi bitirdikdən sonra 
Aydın, Elvira və  Səbinə  tərəddüt 
etmədən neftçi ixtisasını seçdiklərini 
bildiriblər və  sənədlərini M.Əzizbə-
yov adına Azərbaycan Neft və Kimya 
institutuna verərək oranın “Qazneft-
mədən” fakültəsində təhsil alıblar.  
Aydın və Səbinə neft yataqları-
nın işlənməsi sahəsində dissertasiya-
lar müdafiə edərək texnika elmlər 
namizədi adına layiq görülmüşlər. 
Aydın British Petrolium (BP) 
şirkətinin Çıraq və Günəşli yatağının 
işlənməsi  şöbəsində laylar üzrə 
mühəndisdir. Elvira Neft-qaz elmi 
tədqiqat və layihə institutunun «Elmi 
texniki informasiya və patent»  


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
27 
şöbəsində mühəndis, Səbinə isə həmin institutun «Layların neft veriminin artırılma 
üsulları» laboratoriyasında elmi işçi vəzifəsində çalışırlar. 
 
5 dekabr 2011 — Ad günündə 
Cahangir müəllim beş  nəvənin babasıdır. Onlardan biri hal-hazırda 
Almaniyada kimya mühəndisliyi ixtisasının sirlərini öyrənir, dördü məktəblidir. 
 
 
İxtisasartırma kurslarında  - 2012-ci il 
Cahangir müəllim bu gün də aktiv həyat mövqeyindədir. Daim öz üzərində 
çalışır. Bu böyük ailəyə sağlamlıq, xoşbəxtlik və qarşılıqlı hörmət arzulayıram.  
 
 
 


 
İbrahim  Həbibov 
 
28 
 
PRİNSİPİAL İNSAN, SƏDAQƏTLİ YOLDAŞ, MEHRİBAN ATA 
 
 
Əsədov Abduləli Şahmalı oğlu 
«Mühəndis qrafikası» kafedrasının aparıcı 
müəllimlərindən biri, korifeyi Abduləli  müəllim 
Azərbaycan Dövlət Neft Akademiyasında öz 
prinsipiallığı və obyektivliyi ilə seçilən, tələbə və 
müəllim  heyəti arasında böyük hörməti olan 
şəxsiyyətlərdəndir. Bərabər çalışdığımız  müd-
dətdə  həmişə onun məsləhətinə  və  dəstəyinə 
ehtiyac duymuşam və bu gün də duymaqdayam. 
Abduləli müəllim 1934-cü il iyun ayının 5-də Yevlax rayonunun Borçalı 
adlanan kiçik bir kəndində kolxozçu ailəsində doğulmuşdur. Anası  Məmmədova 
Bülbül xanımı erkən itirən Abduləlinin uşaqlıq dövrü atası Məmmədov Şahmalı və 
nənəsi Məmmədova Gülxanımın himayəsində keçmişdir. 
O, orta məktəbin I-IV siniflərini Hürüuşağı adlanan qonşu kənddə 
bitirmişdir. Bu kəndlə Borçalı kəndi arasında 2 kilometrlik məsafə vardır. Hər gün 
bu yolu gedib-gəlmək məktəbli uşaqlar üçün çox ağır bir işə çevrilmişdi. Xüsusən 
də, payız və qış aylarında palçıqlı yollarla məktəbə getmək, soyuq otaqlarda dərs 
oxumaq  və piyada geri qayıtmaq 7-10 yaşlı  uşaqlar üçün olduqca çətin idi. 
Mənimlə söhbətlərində həmin illəri yada salaraq danışanda, müharibənin aclıq və 
səfalətini gözləri önünə gətirərək susurdu. 
O, ibtidai məktəbi bitirdikdən sonra Mingəçevir kənd orta məktəbinin V 
sinfinə keçmiş  və orta təhsilini bu məktəbdə başa vurmuşdur. Bu müddətdə o, 
Mingəçevirdə  həkim işləyən dayısı  Dəmir Musayevin evində yaşamışdır. Öz 
evlərinə həftənin yalnız istirahət günlərində gələ bilirdi. Anasının vəfatından sonra 
nəvazişi, istiliyi nənəsində tapan Abduləli üçün bu vəziyyət çox çətin idi.  
1951-ci ildə Mingəçevirdə tam təhsilini başa vuran Abduləli neftçi olmaq 
arzusu ilə Bakı  şəhərinə  gəlir. 1952-ci ildə Azərbaycan Sənaye institutunun 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
29 
“Qazneftmədən” fakültəsinin axşam bölməsinə daxil olur. Ailələrində maddi 
durumun ağır olması, onlardan heç bir köməyin olmaması səbəbindən o, həmin il 
Azərbaycan elmi-tədqiqat neftçıxarma institutunda texnik vəzifəsində  əmək 
fəaliyyətinə başlayır. 1958-ci ildə ali təhsilini başa vuran Abduləli müəllimə «Dağ 
mühəndisi» ixtisası verilir və bu tarixdən onun həyatında yeni mərhələ başlanır.  
Özü haqqında belə söyləyir: «Mən elmi-tədqiqat institutunda əmək 
fəaliyyətinə başlayanda Böyük Yaradan mənə dövrün böyük şəxsiyyətləri ilə çiyin-
çiyinə işləmək kimi şans vermişdi. İnstitutun direktoru Mahmud Abdullayev, Əşrəf 
Əlizadə, Nəriman Tahirov, Şükür  Əliyev kimi görkəmli, alicənab alimlərlə tanış 
olmaq, onların məktəbini keçmək hər adama nəsib olmurdu. Allah onların 
hamısına rəhmət eləsin. Onlar biz gənclərə ata əvəzi idilər, hər birimizə böyük 
qayğı ilə yanaşırdılar. Bu alimlərin içərisində  Nəriman Tahirovun mənim 
həyatımda oynadığı rolu ömrüm boyu unutmaram. O, həyatın kələ-kötürlü 
yollarında hərəkət etməyi, elmin mənasını  mənə  hələ ali təhsil almamışdan 
anladırdı. Nəriman müəllim çox gənc yaşında texnika elmlər doktoru alimlik 
dərəcəsi almışdır. O, çalışırdı ki, gənclər elə  gənc yaşlarında alim olsunlar. 
Nəriman müəllimin təşəbbüsü ilə mən 1958-ci ildə institutu bitirən kimi elmi işlə 
məşğul olmağa başladım. Apardığım elmi işlərin ilk nəticələrini «Elmlər 
Akademiyasının Xəbərləri»ndə  dərc etdirmək arzusunda idim. Mənim elmi 
fəaliyyətim belə başladı».  
Abduləli müəllim elmi-tədqiqat institutunda işlədiyi müddətdə başına gələn 
maraqlı epizodlardan çox həvəslə danışır. Xüsusən institutun direktoru Mahmud 
müəllimin mərd xarakterindən və insani keyfiyyətlərindən. Onun işə  qəbulu ilə 
bağlı söhbəti isə xüsusi olaraq tərbiyəvi xarakter daşıyır.  
Məsələ belə olmuşdur. İşə qəbul olmaq məqsədi ilə, Mahmud Abdullayevin 
qəbulunda olduqda o, gənc mütəxəssisdən soruşur: 
- Ay bala, sən niyə neftçi olmaq istəyirsən?  
- Mən Azərbaycan Sənaye institutuna  ürəyimin istəyi ilə daxil olmuşam. 
Sevdiyim peşəyə yiyələnmək üçün — deyə Abduləli müəllim cavab verir. Mahmud 
müəllim telefonun dəstəyini qaldıraraq kimi isə yanına çağırır. Sonra üzünü 
Abduləliyə tutaraq deyir:  


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə