Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

49 
 
Göstərilən  cədvəllərdə  hər  bir  komponentin  BBQ-göstərilmişdir. 
Qarışıqda  bir  neçə  komponent  olarsa  onların  BBQ  hesablanması  müvafıq 
bölmələrdə verilmişdir. 
V FƏSİL. URBANİZASİYANIN EKOLOJİ PROBLEMLƏRİ 
Urbanizasiya  şəhərlərin  kənd  sahələrinin  və  əhalisinin  hesabına 
böyüməsi  və  inkişafi  ilə  baş  verən  və  ictimaiyyətın  inkişafınının 
yüksəldilməsinə yönəldilmiş tarixi prosesdir. 
Müasir şəhər təkcə külli miqdarda insanların yaşayış məntəqəsi yox, o, 
həmçinin ətraf mühitə təsir edərək onun dəyişliməsinə səbəb olan  güclü bir 
sistemdir. Lakin, bu dəyişikliyin müsbət istiqamətdə olmasını demək olmaz. 
Şəhər  meşələrdən  uzaqlaşır,  torpaq  çılpaqlaşır,  çaylar  suyunu  şəhərlərə 
verərək tanınmaz hala düşür. Yaxın  keçmişdə bu prosesə vacib bir hal  kimi 
baxanlar hal-hazırda  bunlara qarşı  kəskin  mübarizə  aparmağın  labüdlüyünü 
qeyd edirlər. 
Milyon  əhalisi  olan  ilk  şəhər  3000  il  bundan  əvvəl  (eramızdan  əvvəl 
44-10-cu  illərdə) Yuli  Sezar  vaxtmda  Roma olmuşdur.  Şəhərlərin  yarandığı 
tarixdən ətraf aləmin mühafizəsi qiydaları mövcud olmuşdur.  Bu şəhərlərdə 
təkmilləşdirilmiş  su  təchizatı  sistemləri  yaradılrmış,  hətta  özünəməxsus 
kanalizasiya  xətləri  quraşdırılmışdır.  Təxmini  olaraq  həmin  illərdə  təbiətin 
mühafizəsi  qanunu  qəbul  edilmişdir.  Bu  qanuna  əsasən  dəri  emalı, 
dəmirçıxarmalar  və  s.  zərərli  istehsalat  müəssisələrinin  yalnız  şəhərdən 
kənarda  yerləşdirilməsi  tələb  olunurdu.  Məqsəd  «tüstü  və  hislə  havanı 
zəhərləməmək»dən ibarət idi. 
Şəhərlərin meydana gəlməsinin başlıca məqsədi ticarətlə məşğul olmaq, 
ən vacibi  düşmənlərdən  müdafıə  olunmaq  idi.Buna  görə  də  şəhərlər strateji 
məntəqələrdə  (müdafıə  məqsədilə)  və  ya  dəniz  və  çayların  sahillərində 


50 
 
(ticarət və rabitə əlerişli olduğu üçün) salınırdı. Sənayedə baş vermiş inqilab 
urbanizasiya prosesini sürətləndirən əsas amillərdən biri olmuşdur. 
Ümumiyyətlə şəhərlərin salınmasında onun arxitekturası, əhalinin rahat 
yaşaması  prinsipi  əsas  götürülür.  Şəhərin  yerləşdiyi  sahədən  və  onun 
əhəmiyyətlilik dərəcəsindən asılı olaraq hər bir küçəyə və ya meydana ciddi 
tələblər  qoyulur.  1800-cü  ildə  dünya  əhalisinin  yalnız  3  faizi  şəhərlərdə 
yaşayırdı. XX əsrə qədər hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə belə 
əhalinin  əksəriyyəti  kənd  yerlərində  yaşayırdı.  Onların  əsas  yaşayış 
tələbatını kənd təsərrüfatı ödəyirdi. 
BMT-nin  məlumatına  əsasən  minilliklər  ərzində  əhalinin  artımı  çox 
ləng  getmişdir.  Neolit  dövründə  dünyamn  əhalisi  6-10  mln  təşkil  etmişdir. 
Bu dövrdə əhali artımı 0,002%-ə qə-dər olmuşdur. Yalnız axırıncı yüzillikdə 
bu  rəqəm  0,1  faizə  çatmışdır.  Yeni  eranın  əvvəlində  planetdə  yaşayan 
əhalinin  sayı  300-400  mln-a  çatmışdır.  1800-cü  ildə  bu  roqəm  bir  milyard 
nəfərə  qədər  olmuşdur.  1930-cu ildə əhalinin  sayı  2  mlrd-a; 1960-cı  ildə 3; 
1975-ci ildə 4; 1987-ci ildə 5; 2000-ci ildə 6 -milyard nəfər olmuşdur. 
1991-1995-ci  illərdə  yer  üzərində  doğulanların  sayı  gözlənilən  saydan 
29 mln az olmuşdur. BMT ekspertlərin fıkrincə dünyada əhali artımının orta 
səviyyəsi  sonrakı  illərdə  də  gözləniləndən  az  olmuşdur.  Bu  hal  bəzi 
ölkəldərdə  ölümün  çox  olması,  Afrika  ölkələrində  isə  müharibələrin  və 
SPİD-in təsiri ilə baş vermişdir. Şərqi Avropa və MDB ölkələrində isə əhali 
artımının aşağı olmasının əsas səbəbi iqtisadi çətinlik olmuşdur. 
BMT-nin  məlumatma  görə  2050-ci  ildə  yer  üzərində  əhalinin  sayı  9 
mlrd-a  çatacaqdır.  50  ildən  sonra  Hindistan  əhalisinin  sayının  1,53  mlrd-a 
qədər çatacağı gözlənilir. Hal-hazırda əhalinin sayına görə birinci yerdə olan 
Çinin  ikinci  yerə  enəcəyi  gözlənilir.  Bunun  səbəbi  dövlət  tərəfındon  irəli 
sürülən «bir ailə - bir uşaq» prinsipidir. 1950-ci illərdə  Çində hər bir ailəyə 


51 
 
orta  hesabla  6,2  uşaq  düşürdüsə  1999-cu  ildə  bu  rəqəm  1,8-ə  enmişdir. 
BMT-nin ekspertləri belə hesab edirlər ki, əhali artımı əsasən inkişafda olan 
ölkələrdə daha yüksək olacaqdır. Ən çox artım Pakistanda (156 mln-dan 345 
mln-a) və Nigeriyada (112 mln-dan 244 mln-a) gözlənilir. Ümumiyyətlə in-
kişafda olan  ölkələrdə əhalinin sayının  2050-ci  ildə  4,8  mlrd-dan 7,8  mlrda 
çatacağı  gözlənilir.  Belə  artım  bir  çox  problemlərin    yarannmasına  səbəb 
olacaqdır.  Bu  problemlərə,  qida  məhsulları    nın  çatısmaması,  ekoloji-krizis 
və  s.  aid  etmək  olar.  Eyni  zamanda  ekspertlər  30  ölkədə  əhalinin  sayının 
azalacağı  fıkrini  irəli  sürürlər.  Bu  ölkələrə  Almaniya,  Yaponiya,  Rusiya 
daxil edilmişdir. 
Urbanizasiya  prosesi  demoqrafık  artıma  nisbətən  daha  sürətlə  inkişaf 
edir. 2000-ci ildə milyonçu şəhərlərin sayı 300-ə çatmışdır. Təxminən həmin 
şəhərlərin yarıdan çoxunun əhalisi 3 mln -dan artıqdır. Əhalisi daha çox olan 
şəhərlərə  Mexiko  26,3  mln,  San-Paulo  24  mln,  Tokio-  17,1,  Kəlkuttə  -  16 
mln, Nyu-York - 15,5 Şanxay - 13,3 mln aid edilir.V 
2000-  ci  ildə  Berlində  keçirilmiş  «Urban  XXI»  beynəlxalq 
konfransında  qeyd  olunmuşdur  ki,  yer  üzərində  əhalinin  çox  hissəsi
 
şəhərlərdə yaşayacaqdır. Yaxın 25 il ərzində şəhər əhalisinin  sayının 5 mlyd 
artacağı,  hər  beş  nəfərdən  üçünün  şəhərlərdə  yaşayacağı  gözlənilir.  Bu 
illərdə  milyonçu  şəhərlərin  və  27  meqapolislərin  (əhalisi  10  mln-dan  çox 
olan şəhərlər) höyük hissəsi inkişafda olan ölkələrdə olacaqdır. 
Rusiya  Federasiyasında  son  10  il  ərzində  əhalinin  sayı  2  mln.  azalmış 
dır.  Burada  əhalisi  1  mln-dan  çox  olan  13  şəhər  vardır.  Moskvada 
yaşayanların  sayı  9  mln-a bərabərdir.  Milyonçu şəhərlər  siyahısına  Bakı  da 
aiddir. Burada 1,9 mln. nəfər əhali  yaşayır (şəhər ətrafı ilə birlikdə 3,2 mln. 
nəfər). 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə