Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   53

24 
 
olunan  enerjinin  bir  hissəsi  orqanizmlər  tərəfındən  ifraz  olur,  digər  hissəsi 
isə orqanizmin tələbatına uyğun onun özündə cəmləşir. 
Gida və enerji balansı heyvanat aləmi üçün belə ifadə olunur. 
                       
 
burada           E
q
-       qida ilə alınan enerji; 
E
n
-  nəfəs alma, hərəkət, ürək döyünməsinə sərf olunan enerji; 
E
in 
-inkişafa (orqanizm tərəfmdən saxlanılan) səri olunan enerji; 
E
xo
 -xaric olan maddələrə sərf olunan enerji. 
Orqanizm tərəfindən sərf  olunan  enerji  müxtəlif periodlarda  müxtəlif 
olur. O, bəzən orqanizmdə toplanır, bəzən isə tam sərf olunur. Enerjinin bir 
trofiki səviyyədən digərinə keçidi qəbul edilən qida enerjisinin 10%-ni təşkil 
edir. Bu ekologiyada «on faiz qaydası» adlandırılır. 
Ekosistem  və  biosfer  bütünlükdə  termodinamikanın  qanunlarına  tabe 
olaraq  onlarla  tənzim  olunurlar.  Canlı  aləmin  bu  baxımdan  cansız  aləmdən 
fərqi  ondan  ibarətdir  ki,  canlı  orqanizmlər  «özünübərpa»  xassəsinə 
malikdirlər. 
Ekosistemdə  enerji  çevrilməsini  yaxşı  anlamaq  üçün  termo-
dinamikanın birinci və ikinci qanunlarına nəzər salaq. 
Termodinamikanın  birinci  qanunu  və  yaxud  enerjinin  saxlanılması 
qununu:  Enerji  bir  formadan  digərinə  keçə  bilər,  o,  nə  yox  olur  nə  də 
yenidən  yaranır.  Termodinamikanın  ikinci  qanunuunda  deyilir:  Öz-özünə 
çevrilmədə  kinetik  enerjinin  potensial  enerjiyə  çevrilməsi  100%-dən 
aşağı  olur.  Başqa  sözlə  desək  enerjinin  öz-özünə  çevrilməsi  prosesi  mər-
kəzləşdirilmiş şəkildə yox, səpələnmiş şəkildə olur. 
Termodinamikanın  ikinci  qanunu  «entropiya»  ilə  əlaqədardır. 
«Entropiya»  latınca  «entrofa»  -  çevrilmə,  dönmə  deməkdir.  Entropiya 


25 
 
dedikdə əlaqəli enerjinin yayılaraq istifadə üçün əlçatmazlığının ölçüsü kimi 
başa düşülür. 
Ekosistem  enerji  çevrilməsini  tənzimləmə  qabiliyyətinə  malikdir.  O, 
həmişə bu prosesdə entropiyanın minimal həddə saxlanılmasına çalışır. 
2.5. Ekosistemin inkişaf dinamikası. Suksessiya 
Hər  bir  ekosistem  xarici  mühitin  dəyişməsinə  uyğunlaşmaq  üçün 
daima dinamiki vəziyyətdə olur. Bu dinamiki vəziyyət ekosistemin ayrı-ayrı 
bölmələrinə  və  yaxud  bütünlükdə sistemin özünə aid  edilə bilər.  Bu zaman 
dinamika  ekosistemə  təsir  edərək  onun  dəyişməsinə  və  ya  yenisinin 
yaranmasına təsir edən faktorlara uyğunlaşma ilə əlaqədar ola bilər. 
Dinamikanın  ən  sadə  növü  sutkalıq  dinamikadır.  Bu  bitki  aləminin 
fotosintezi  və  suyun  buxarlanmasının  sutka  ərzində  dəyişməsi    ilə 
əlaqədardır. 
Dəyişmələr 
mövsüm 
xarakterli 
olduqda 
orqanizmlər 
dəyişmələrə daha aktiv  meyl göstərirlər.Dinamika  vaxtaşırı təkrar olunduğu 
üçün o, dövrü dinamika adlanır.. Ekosistemin inkişafına təsir edən dinamika 
istiqamətlənmış dinamika adlandırılır. 
Dövrü  təkrar  olan  dinamika  tsikllə  dəyişən  və  ya  «fuluktuasiya» 
adlandırılır.  İstiqamətlənmiş  dinamika  ekosistemin  inkişaf  dınamikası 
adlandırılır.  Bu  dinamika  ekosistemin  və  ya  biosenozun  dəyişməsi  ilə 
nəticələnir. Bu proses «suksessiya» adlandırılır. 
«Suksessiya» iki hissəyə ayrılır - ilkin və ikinci. 
Ilkin  «suksessiya»  inkişafını  yaşayış  mövcud  olmayan  obyektdən 
başlayır. 
Ikinci «suksessiya» isə yaşayış «sıfır» olan nöqtədən yox, ekosistemin 
dağılması və ya digər dəyişiliklərdən, həyat tərzini dəyişməsindən yaranır. 
«Suksessiya» 
prosesinin 
gedişatı 
üçün 
aşağıdakı 
ümumi 
qanunauyğunluq mövcuddur. 


26 
 
1.  «Suksessiya»  inkişafının  ilk  dövrlərində  onların  növ  müxtəlifliyi, 
məhsuldarlığı  və  bioloji  kutləsi  cüzi  olur.  Suksesiyanın  inkişafı  ilə  bu 
göstəricilər artır. 
2.  «Suksessiya»  cərgəlori  inkişaf  etdikcə  orqanizmlər  ara-lulda 
qarşıhqh əlaqə artır. 
3. Ayrı-ayrı növlərin sayının kəskin artması ehtimalı az olur. 
4.  Maddələrin  dövretməsi,  ekosistemin  nəfəs  alması  və  enerji 
prosesləri intensiv olur. 
5. «Suksessiya» prosesinin  sürəti  orqanizmlərin  yaşayış  müddətindən 
və ekosistemin fəaliyyətindən asılı olur. 
6. «Suksessiya» prosesinin sona çatması dinamiki yox tədrici xarakter 
daşıyır. 
2.6. Ekoloji faktorlar 
Ətraf  mühitin  vəziyyətinə  və  canlı  orqanizmlərə  müxtəlif  ekoloji 
faktorlar güclü təsir göstərirlər. Canlı orqanizmlərə bilavasitə və ya bilvasitə 
təsir  edən  hər  hansı  bir  mühit  ekoloji    faktor  adlandırılır.  Ekoloji  faktorları 
üç kateqoriyaya bölürlər: 1) Cansız təbiət faktoru — abiotik faktor; 2) Canlı 
təbiət  faktoru  —  biotik  faktor;  3)  İnsan  fəaliyyəti  faktoru  -  antropogen 
faktor. 
Orqanizmlərin  bu  və  ya  digər  faktor  təsirinə  uyğunlaşması  həmin 
təsirin  (faktorun)  dövrlülüyündən  asılı  olur.  Birinci  dövrü  faktora  yerin 
firlanması, ilin fəsillərinin dəyişməsi, gündəlik işıq dəyişməsi və s. aid edilir. 
Bu  faktorlar  hələ  həyatm  yaranması  vaxtından  əvvəl  mövcud  olmuşdur. 
Yaranan  orqanizmlər  bu  şəraitə  uyğunlaşmaq  məcburiyyətində  qalaraq  on 
lara uyğunlaşmışlar. 
İkinci  dövrü  faktora,  ətraf  mühitin  temperaturu,  nəmliyi,  atmosfer 
çöküntüləri və s. aid edilir. 


27 
 
Dövrü  olmayan  faktorlara  təbii  fəlakətlər  və  texnogen  xarakterli 
faktorlar aid edilir. 
Yer üzərindəki abiotik faktorlar: 
1.  İşıq.  İrəlidə  göstərildiyi  kimi  günəşdən  gələn  şüanın  47%-ni 
görünən spektr təşkil edir.  Bu spektrdə  dalğaların   uzunluğu  380-750 nm-ə 
bərabərdir.  45%  günəş  şüası  narıncı  qırmızı  şüalardır  ki,  bunlar  fotosintez 
üçün  böyük  rol  oynayırlar.  Dalğasının  uzunluğu  750  nm-dən  çox  olmayan 
infra  qırmızı  şüalar  heyvanlar  və  bitkilər  tərəfındən  hiss  olunmamasına 
baxmayaraq  əsas  istilik  enerji  mənbəyi  sayılır.  Günəş  enerjisinin  7%-i 
ultrabənövşəyi  şüaların  hesabına  düşür  ki,  bu  spektrdə  dalğanın  uzunluğu 
400 nm-dən çox olur. 
2.  İonlaşdırıcı  şüalar.  Bu  şüalar  yüksək  enerjiyə  malikdirlər.  Onlar 
bir  elementin  atomundan  onun  elektronunu  çıxarıb  başqa  bir  elementə 
birləşdirərək mənfi və müsbət ionlardan ibarət cüt yaradırlar. 
İonlaşdırıcı  şüaların  mənbəyi  radioaktiv  maddələr  və  kosmik 
şüalardır.  Günəş radiasiyasının atmosferin  yuxarı sərhəddindəki  intensivliyi 
1380  vt/m2  və  ya  1,980  kal/(dəqiqə-sm
2
)çatır.  Yer  üzərinə  çatan  günəş 
radiasiyası atmosferin yuxarı sərhəddinə nisbətən az olur. 
Şüanın  udulma  dozası  "ber"  ilə  ölçülür.  Ber-rentgenin  bioloji 
ekvivalentidir. 1 ber 0,01 coul/kq-a bərabərdir. İnsan il ərzində
 
orta hesabla 
0,1 ber şüaya məruz qalır. 
3.  Atmosfer  havasının  nəmliyi.  Ekoloji  baxımdan  ətraf  mühitdə 
mövcud  olan  su  məhdudlaşdrrıcı  fiziki  faktordur.  Su  heyyvanat  və  bitki 
aləminin  əsas  kütləsini  təşkil  edir.  Canlı  orqanizmlərin  50-80%-i  sudan 
ibarətdir. Bəzi heyvanlarda bu rəqəm hətta 95%-ə çatır. Atmosfer havasında 
nəmlik dedikdə onun su buxarı ilə doyma dərəcəsi başa düşülür. İnsan həyatı 
üçün  havadakı  su  buxarının  miqdarı  40-60%  normal  sayılır.  Səhralarda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə