Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

28 
 
bitkilər  nəmliyin  qənaətlə  işlədilməsinə  adət  edirlər.  Onların  kökləri  uzun, 
yarpaqları  isə  xırda  olur.  Səhra  heyvanları  su  hövzəsinə  çatmaq  üçün  uzun 
məsafəyə  sürətlə  qaçmalı  olurlar.  Onlarda  olan  piy  qatı  daxili  su  mənbəyi 
rolunu oynayır. Adətən 100 qr piy oksidləşdikdə ondan 100 qr su ayrılır. 
4.  Atmosfer  çöküntüləri.  Çöküntülər  su  buxarının  kondensasiyası 
nəticəsində yaranır. Bu çöküntülər yer üzərində suyun dövretməsində böyük 
rol oynayırlar.  Çöküntülərin  miqdarından asılı olaraq yer üzərini  iki zonaya 
bölürlər - humid (nəm) və arid (quraqlıq) zonaları. 
5.  Atmosfer  havası.  Canlı  və  cansız  aləmin  mövcudluğunu  təmin 
edən oksigen və karbon qazının havadakı miqdarı müvafiq olaraq 21 və 0,3 
% təşkil edir. 
Bu  baxımdan  yerüstü  ekosistemdə  havanm  tərkibi  (atmosfer  havası) 
nisbətən sabit qalır. Havaya oksigen  yaşıl bitkilərdən daxil olur.  CO
2
 günəş 
və  yer  üzərində  gedən  şüalanma  proseslərindən  yaranır.  Atmosferin  ozon 
qatı yer kürəsini günəş spektrinin ultrabənövşəyi şüalardan mühafizə edir. 
6.  Ətraf  mühitin  temperaturu.  Yer  üzərində  temperatur  əsasən 
atmosferin  istilik  rejimi  və  günəş  şüaları  ilə  yaranır.  Temperatur  mühitin 
məhdudlaşdırıcı  faktorlarmdan  biridir.  Müxtəlif  növlərin  yer  üzərində 
yerləşməsi  (yayılması)  və  populyasiyaların  sayı  temperatur  faktorundan 
köklü  surətdə  asılıdır.  Yer  üzərində  bitki  və  heyvanların  yerləşdiyi  mühitin 
optimal  temperaturu  15-30°  C  həddində  olur.  Bəzi  bakteriya,  su  bitkiləri 
qaynar  mühitdə,  yəni  70-90°C  temperamr  mühitində  yaşayırlar.  Sərt  soyuq 
şərait  bir  çox  cücülərin,  balıqların  və  dəniz  otlarının  həyatlarının 
dayanmasına  səbəb  olur  (anabioz).  Lakin  yaz  vaxtı  don  açılanda  onlar  öz 
əvvəlki  həyat  tərzlərini  davam  etdirirlər.  Canlıların  öz  bədənlərinin 
temperaturu  isə  sabit  qalır.  Bunun  üçün  onlarda  xarici  mühitə  alışma 
qabiliyyəti mövcuddur. 


29 
 
7.  Su  hövzələrinin  abiotik  faktoru.  Yer  kürəsi  səthinin  71%-i 
okcanların  payına  düşür.  Suyun  sıxlığı  havanın  sıxlığından  800  dəfə, 
özlülüyü  isə  55  dəfə  çoxdur.  Su  hövzəsi  axarlığı,  şəffaflığı,  duzluluğu, 
temperatur  tutumluğu  ilə  başqa  sahələrdən  seçilir.  Bu  xüsusiyyət 
bakteriyaların, planktonların fotosintez proseslərinə böyük təsir edir. 
Ətraf  mühitin  biotik  faktoru.  Biotik  faktor  dedikdə  bir  orqanizmin 
digərlərinin həyat fəaliyyətinə təsirləri başa düşülür. 
Ətraf  mühitin  antropogen  faktoru.  Antropogen  faktor  dedikdə 
insanlann istehsalat və məişət fəaliyyəti nəticəsində ətraf mühitə edilən təsiri 
nəzərdə  tutulur.  İstehsalat  fəaliyyəti  dedikdə  sənayedə,  kənd  təsərrüfatmda, 
neft-qazçıxarma,  dağ-mədən  işlərində  və  s.  göstərilən  fəaliyyət  nəzərdə 
tutulur. 
Məhdudlaşdırıcı  faktorlar:  minimum  və  tolerant.  Minimum 
qanunu 1840-cı ildə U.Libix tərəfındən irəli sürülmüşdür. Bu qanuna əsasən 
bitkilərin  inkişafi  onların  torpaqda  çoxluq  təşkil  edən  maddələr  ilə  yox, 
orada  olan  elementlərinin  cüzi  miqdarı  ilə  limitləşdirilir  (məhdudlaşdırılır). 
Minimum haqqında qanun özünün doğruluğunu xüsusilə  insanlarda və hey-
vanlarda  sübut  edir.  Məsələn,  insanların  sağlamlığı  onların  bədənində  cüzi 
miqdarda olan maddələrdən - vitaminlərdən asılıdır. 
Bütün  canlı  orqanizmlərə  temperatur,  nəmlik,  qida  ümumilikdə  tam 
yox,  yalnız  onların  müəyyən  həddi  lazımdır.  Ekoloji  minimum  ilə  ekoloji 
maksimum  arasındakı  diapazon  dəyanətlılik  həddi  adlandırılır.  Başqa  sözlə 
bu orqanizmin tolerantlığı (tolerant qanunu) adlandırılır.  Bu qanun 1910-cu 
ildə V.Şelferd lərəfindən irəli sürülmüşdür. 
Məhdudiyyət  faktorunun  qiyməti  ondan  ibarətdir  ki,  o,  ən  mürəkkəb 
ekoloji halların tədqiq edilməsinə imkan verir. Əgər orqanizm geniş tolerant 
faktoru  diapazonuna  malikdirsə,  onda  belə  faktor  məhdudlaşdırıcı  ola 


30 
 
bilməz.  Orqanizm  kiçik  diapazon  tolerantlığa  malikdirsə,  bu  hal  tədqiq 
olunmalıdır. 
III FƏSIL. EKOSISTEMDƏ MADDƏLƏRIN DÖVR ETMƏSİ. 
3.1. Biosfer haqqında ümumi məlumat 
 Biosfer anlayışını elmi ədəbiyyata 1875-ci ildə avstriyalı geoloq-alim 
Eduard  Zyuss  gətirmişdir.  O,  biosferə  canlı  orqanizmlərin  mövcud  olduğu 
atmosfer, litosfer və hidrosfer sahələrini aid etmişdir. 
Böyük  rus  alimi  V.Y.Vernadski  (1863-1945)  keçmişdə  canlı 
orqanizmlərin mövcud olduqları sahələri də buraya əlavə edərək yeni analoji 
ekologiya  elmini  yaratmışdır.  V.İ.Vernadskiyə  görə  canlı  orqanizmlərin 
yaşadığı  və  ya  vaxtı  ilə  yaşamış  olduqları  mühit  biosfer  kimi  başa 
düşülməlidir.  
Biosferin  hal-hazırda  canlı  orqanizmlər  mövcud  olan  sahələri 
neobiosfer,  qədim  zamanlarda  canlı  orqanizmlərin  yaşadığı  sahələr  isə 
paleobiosfer və ya ağ biosfer adlandırılır. 
Neobiosferə atmosferin ozon qatına qədər olan sahəsi (qütblərdə 8-10 
km,  ekvatorda  17-18  km,  yer  səthinin  qalan  hissələrində  20-25  km)  aid 
edilir.  Ozon  qatından  yuxarı  hissədə  kosmik  ultrabənövşəyi  şüaların  təsiri 
nəticəsində  həyat  mümkün  deyil.  Bütün  hidrosfer,  o  cümlədən  ən  böyük 
dərinliyə  malik  olan  okeanın  Marian  çökəkliyi  (11022  m)  belə  neobiosferə 
aid olunur. 
Litosferin yalnız münbit torpaq hissəsi neobiosferə aid edilir. 
Paleobiosferin neoblosferlə atmosferdə olan sərhədləri üst-üstə düşür. 
Hidrosferin  dib  hissəsində  olan  çöküntü  süxurlar  paleobiosferə  aid  olunur. 
Yer qabığının bütün çökmə süxur sahələri paleobiosferə aid edilir. 
Beləliklə, demək olar ki, biosfer canlı orqanizmin özünün və ya izinin 
mövcüd olduğu sahə adlanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə