İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
ƏMƏYİN GİGİYENASI ÜZRƏ SANİTAR HƏKİM (SƏNAYE-SANİTARİYA
LABORATORİYASI) VƏZİFƏSİ ÜZRƏ
MÖVZULAR
1. Sanitar gigiyena normaları, müvafiq sahə üzrə beynəlxalq standartların tələbləri
2. İş yerlərində sanitariya-gigiyena tədqiqatlarının aparılması qaydaları
3. İş yerlərində əmək şəraitinin öyrənilməsi metodu
4. İstehsalatda texnoloji proseslər nəticəsində yarana biləcək insan sağlamlığı üçün
təhlükəli parametrlərin müəyyən edilməsi
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
1. Xroniki peşə xəstəliyinin (zəhərlənmənin ) sonuncu diaqnozu haqqında
məlumat alandan sonra bu xəstəliyin və ya zəhərlənmənin həkim gigiyenist
tərəfindən araşdırılması neçə müddət ərzində aparılır?
A) 3 sutka
B) 5 gün
C) 1 sutka
D) 20 gün
E) 10 gün
2. Peşə xəstəliklərinin (zəhərlənmələrinin) araşdırmalarını aparan zaman aktda
hansı məsələləri əks etdirirlər?
A) Baş vermə şəraiti, səbəbləri, görüləcək profilaktik tədbirlərin siyahısı və yerinə
yetirilmə müddəti
B) Laborator və cihazların müayinəsinin nəticələri
C) Qayda-qanunun pozulmalarına yol verənlərin məsuliyyəti
D) Baş vermə şəraiti, səbəbləri, laborator və cihazlarla müayinəsinin nəticələri,
profilaktik tədbirlərin siyahısı və onların yerinə yetirilmə müddəti
E) Təhlükəsizlik qaydalarına cavab verən mühüm şəxslərin məsuliyyəti
3. İstehsalat müəssisələrində fəhlələrə tibbi xidmət hansı prinsipə görə təşkil
edilir?
A) Müəssisələrin işçilərinin yaşına görə
B) Müəssisələrin statusuna görə
C) İqtisadi prinsipə
D) Ərazi-istehsalat
E) Sosial prinsipə
4. İşə qəbul olunan zaman tibbi komissiyanın rəyi olmadan şəxsin işə qəbul
edilməsi haqda hüquqi cavabdehliyi kim daşıyır?
A) Tibb bacısı
B) Müəssisənin rəhbərliyi
C) Sex həkimi
D) Əmək gigiyenası üzrə həkim
E) Müəssisənin tibbi-sanitar hissənin baş həkimi
5. İş yerlərin havasının tərkibində olan fibrogen təsirli aerozolların nəzarəti
zamanı onların hansı konsentrasiyası yoxlanılır?
A) Birdəfəlık minimal
B) Yol verilən hədd konsentrasiyası
C) Orta növbə
D) Birdəfəlik maksimal
E) Orta sutka