115
olacaq 7 yaşlı Nigarı buraxdı.Xudadat bəydən sonra ailəsi didərgin düşdü,
başqa adlar altında yaşamağa məcbur oldu.
Həmin ağır günlər haqqında Rəfibəylilər nəslinin tədqiqatçısı, tanınmış
alim Rafael Hüseynov belə yazır: Sovet dövləti Rəfibəyliləri doqquz dəfə ən
sərt repressiyalara məruz qoydu. Həbs etdi, sürgünlərə yolladı, güllələdi.
Gözlədi ki, yeni Rəfibəylilər yetişsin, sonra eyni bəlaları onların başına
gətirdi. Rəfibəylilərin iri dəstəsi isə İrana, Türkiyəyə mühacirət etdi.
Amma şər imperiyasının caynağından qurtulmuş mühacir Rəfibəylilər
xaricdə də rahat yaşaya bilmədilər. Təqiblər orda da davam etdi. Rəfibəylilər
izi itirmək üçün Türkiyədə 3 müxtəlif soyadla ömür sürdülər - Arran, Sayqın,
Əsgəran. Sovet İttifaqında qalanlar da bəyliklərini, Rəfibəyliliklərini
gizlətmək üçün Rəfiyev oldular, Rəfizadə oldular, Babayev oldular, Kərimov
oldular”...
Amma 70 ildən sonra Xudadat bəy Rəfibəyliyə günahı olmadığı barədə
bəraət verildi.
Son söz əvəzi
Azərbaycan xalqının düşmənlərinin Rəfibəylilər nəslini yer üzündən
silmək cəhdlərinə baxmayaraq, bu şərəfli nəslin nümayəndələri öz
mübarizələrindən dönmədilər. Bir vaxt atası gedər-gəlməzə göndəriləndə 7 yaşı
olan Nigar xanım və digərləri ata-babalarının haqq yolunu davam etdirdilər, bu
nəslin görkəmli davamçıları olaraq tarixdə iz buraxdılar. Onların yolunu isə Xalq
yazıçısı Anar davam etdirir.
Yazını ulu öndər Heydər Əliyeyin bu məşhur nəsil haqqında dedikləri
ilə bitirmək istəyirəm:“İyirminci illərin repressiyalarında, outzuncu illərin
repressiyalarında çox dəyərli gəncəlilər- ziyalılar məhv edilmişdir. Onlardan
biri də Nigar xanımın atası Xudadat bəy Rəfibəyli - Azərbaycanın ilk
müstəqil hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsini tutmuş bir
insan, sonra repressiya qurbanı olmuşdur. Ancaq tarix hər şeyi öz yerinə
qoyur. Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım
Rəfibəyli böyük bir yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi
uğrunda çalışmışdır. O, öz həyat yoldaşı - Azərbaycanın böyük şairi Rəsul
Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol
oynamışdır və məmnunam ki, onların övladı, Azərbaycanın böyük yazıçısı,
Yazıçılar Birliyinin sədri, hörmətli Anar da əcdadlarının, anasının, atasının
işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına
öz xidmətlərini göstərir. Görürsünüz, Gəncə nə qədər böyük insanlar
yetişdirir. Bir ailədə üç Xalq yazıçısı- Rəsul Rza, Nigar Rəfibəyli, Anar”.
Zaman.-2013.-6 fevral.-S.12.
116
Xudadat Bəy Rəfibəyli
Anarın ana babası Xudadat bəy Rəfibəyli 1918-1920-ci illərdə fəa-
liyyət göstərən Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri
olmuşdur. 1918-ci ildə Gəncədə ilk müstəqil Azərbaycan Cümhuriyyəti
qurulan zaman Xudadat bəy Fətəli xan Xoyskinin hökümətində ilk Səhiyyə
və Sosial Təminat Naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru
vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs
edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Xudadat bəy Gəncənin məşhur Rəfibəylilər nəslindəndir. Atası
Ələkbər bəy Rəfibəyli - el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siya-sı
partiya olan «Difai» partiyasının yaradıcılarındandır.
Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk ali təhsilli cərrahlarındandır.
O, Xarkov Tibb Universitetini (Ukrayna) bitirdikdən sonra 17 il Gəncə
xəstəxanasının baş həkimi və Həkimlər Cəmiyyətinin sədri kimi çalışmışdır.
"Söz verirəm ki, daxil olduğum silkin şərəfini qətiyyən ləkələmə-
yəcəyəm…" Xarkov İmperator Universitetinin məzunu Xudadat bəyin
dilindən fakultə andının bu təntənəli sözləri 1904-cü ilin baharında çıxmışdır.
Buraxılış imtahanları arxada qalmışdı. Yenicə təqdim olunmuş diplomda
deyilirdi ki, ona "bütün hüquqlar və imtiyazlarla birlikdə" həkim dərəcəsi
verilirdi. İşə təyinat da vermişdilər - Xarkov untversitetinin qospital cərrahlığı
klinikasında ştatdan əlavə ordinator işləməli idi.
1907-ci ildə o, təcrübəli həkim kimi Gəncəyə qayıtdı və Yelizavetpol
şəhər idarəsinin təqdimatı ilə 6 nömrəli şəhər müalicəxanasının direktoru
vəzifəsinə təyin olundu. Yaşlı adamlar xatırlayırlar ki, Xudadat bəy
gəncəlilərin təkidi ilə daha sonralar şəhər qubernatorunun vəzifəsinin icrasına
başlayandan sonra da həkimliyi yerə qoymadı. Onun yeganə şərti belə idi:
günün birinci yarısında xəstələri müalicə edəcəm, qalan vaxtda isə
quberniyanın işləri ilə məşğul olacağam…
Gəncədə elə həkimlər çox az idi ki, kömək üçün onlara gecə-gündüz
müraciət etmək mümkün olsun. Əla cərrah olan Xudadat bəy çoxlu əməliyyat
aparırdı. Çox vaxt xəstələri müalicə edərkən qabaqcadan bilirdi ki, onların
həkimə verməyə pulu yoxdur. Kasıbın yanına gələndə isə nüsxə yazıb yanına
qoyurdu ki, dərman alsın…
Xudadat bəy gənc yaşlarında "Yelizavetpol Tibb Cəmiyyəti" yarat-
mışdı və bu cəmiyyətin üzvləri Gəncə yoxsullarına pulsuz tibbi yardım
göstərirdilər. Bəli, Xudadat bəy siyasi və ictimai xadim olmaqla yanaşı, eyni
117
zamanda peşəsinə sadiq gözəl bir həkim idi. Və bu xeyirxah insanın şəfqətli
əlləri bir çox insana şəfa bəxş etmişdi…
Xudadat bəy Azərbaycan Cümhuriyyətinin Səhiyyə və Sosial Təminat
Naziri təyin edildikdən sonra onun bütün diqqəti Azərbaycanda səhiyyə
ocaqlarının artırılmasına, epidemiya və digər xəstəliklərlə mübarizəyə həsr
edildi. Onun göstərişi ilə ölkə ərazisində pulsuz müalicə göstərən bir neçə
xəstəxana açıldı, kənd yerlərində yeni müalicəxana və feldşer məntəqələrinin
tikintisinə başlandı, ekspertizalar üçün labaratoriya təşkil olundu. Gəncə
yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya yaradıldı.
Təəsüf ki, nəzərdə tutulan işlərin hamısını görmək mumkün olmadı. 1918-
ci ilin dekabrında Xoyskinin höküməti istehfa verdi və Xudadat bəy ölkənin
Səhiyyə və Sosial Təminat Naziri vəzifəsini tərk etdi.
Gəncə əhalisinin ciddi təkid və tələblərindən sonra 1919-cu ildə
Xudadat bəy Gəncə quberniyasının general-qubernatoru vəzifəsinə təyin
edildi. Gəncə quberniyası o illərdə heç də sakit bir əyalət deyildi. Kəndli
çıxışları, əhalinin vahiməyə salan quldur dəstələrinin özbaşınalığı, heç bir
hakimiyyəti tanımayan anarxist qrupların mənəm-mənəmliyi Gəncədə
həyatın ahəngini pozurdu. Bir il sonra Sovet Ordusunun Azərbaycana
müdaxiləsi zaman həbs edilən Xudadat bəy istintaq zamanı bunları demişdi:
"Quberniyanı idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki,əmin-
amanlıq yaradım. Görülən tədbirlər nəticəsində bütün quberniyadan quldur
dəstələri təmizləndi və ləğv olundu, onların bəzi başçıları öz ayaqları ilə gəl-
dilər, məhkəmə tədqiqatına və istintaqa qədər pulla zaminə buraxıldılar.
Nəticədə xeyli sakitlik yaramağa başladı".
1920-ci aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti quruldu.
Aprelin 30-da Xudadat bəy Gəncə qeneral-qubernatorluğu vəzifəsindən istefa
etdi. Onun qubernator kimi imzalamış olduğu axırıncı sənəd birlikdə işləmiş
olduğu adamların hamısına müraciət idi. Xudadat bəy yazırdı:
"Bir ilə yaxın Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum
ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm
də mənə tabe olan polis idarəsinin qulluqçuları onlara həvalə olunmuş
vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-
amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini
əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini tərk edərkən adlarını
saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətlərə və qeyrətlə
işlədiklərinə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm və
ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi
Dostları ilə paylaş: |