Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   2   3   4   5   6   7   8   9   ...   47

 
10 

 
sadə  məsələlərin  həlli  üçün  müxtəlif  strukturlu  alqoritmlər  tərtib  edir, 
proqramlar hazırlayır və icra edir; 

 
sadə informasiya modellərinə uyğun informasiyaların işlənməsi alqoritm-
lərini qurur və qurulmuş modeli kompüterdə tədqiq edir; 

 
kompüterdə  istifadə  olunan  əməliyyat  sistemini  tənzimləyir  və  lazımi 
əməliyyatları icra edir; 

 
qrafiki redaktorda  müxtəlif  təsvirlərin  hissələrindən  istifadə  edərək  yeni 
təsvir  yaradır,  mətn  redaktorunda  cədvəl-mətnlər  yığır,  formatlaşdırır, 
cədvəllər üzərində hesablamalar aparır, sənədləri çap edir; 

 
müxtəlif  təqdimatlar  hazırlayır,  redaktə  edir  və  ona  multimedia 
effektlərini əlavə edir;  

 
elektron  cədvəl  prosessorunda  və  verilənlər  bazasında  müvafiq 
əməliyyatları icra edir; 

 
internetin  əsas  xidmətlərindən  istifadə  edir,  müxtəlif  dizaynlı  web-
səhifələr yaradır. 
 
1.2. Məzmun xətləri 
 
İnformatika  fənni  üzrə  məzmun  xətti  ümumi  təlim  nəticələrinin 
reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən əsas məzmunun zəruri hesab 
edilən tərkib hissəsidir. Bu   məzmun xətləri şagirdlərin öyrənəcəyi materialı daha 
aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır.  
Mövcud dünya təcrübəsinin öyrənilməsi  və təhlili əsasında  informatika  fənni
 
təliminin aşağıdakı məzmun xətləri müəyyənləşdirilmişdir: 

 
İnformasiya və informasiya prosesləri     

 
Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və 
proqramlaşdırma 

 
Kompüter, informasiya və kommunikasiya texnologiyaları 
və sistemləri 

 
Cəmiyyətin  informasiyalaşdırılması 
İnformatika  fənninin  həmin  məzmun  standartları  sinifdən-sinfə  dəyişsə
 
də,
 
məzmun xətləri müəyyən mənada bütün siniflərdə dəyişməz qalır. Lakin məzmun 
xətlərinin  hər  birindəki  məzmunun  sadədən  mürəkkəbə  doğru  dəyişməsi, 
dərinləşməsi  və  genişləndirilməsi  nəzərdə  tutulur.    Buna  gürə  də  məzmun  xətləri 
yalnız  kurikulum  quruluşunu  tərtib    etməyə  və  bu  haqda  mülahizə  yürütməyə 
xidmət edir.  Qeyd etmək lazımdır ki, fənnin  məzmununa daxil olan hər hansı bir 
anlayış  və  ya  bacarıqlar  yalnız  bir  məzmun  xətti  çərçivəsində  məhdudlaşmaya 
bilər.  Məzmun  xətləri  müəyyənləşdirilərkən  nəzərdə  tutulur  ki,  informatika 
təlimində siniflər üzrə onların hər birinə eyni dərəcədə əhəmiyyət  veriləcəkdir. 
 
İnformasiya və informasiya prosesləri 
 
 İnformatikanın  əsas  anlayışlarından  biri  olan  informasiyaya  təbiətdə, 
cəmiyyətdə,  insanların  qarşılıqlı  münasibətlərində  hər an rast  gəlinir. İnformasiya 


 
11 
öyrənilən  obyektlər  və  hadisələr  haqqında  olan  bilik  və  məlumatları  göstərir. 
Həmin  biliklər  müəyyən  faktlar  və  onlar  arasındakı  asılılıqlar  şəklində  ifadə 
olunur.  Ümumi  yanaşmada  informasiya  insanın  onu  əhatə  edən  ətraf  aləmdən 
aldığı biliklər və məlumatlardır.   
 İnformasiya  prosesləri  informasiyalar  üzərində  yerinə  yetirilən  müxtəlif 
proseslərin  məcmusu  kimi  başa  düşülür.  İnformasiya  proseslərinə  müxtəlif  təlim 
prosesində,  idarəetmədə  qərar  qəbul  etmədə  texniki  layihələrin  işlənməsi  və  s. 
zamanı alınan informasiyalar da aiddir. 
Müasir  dövrdə  kompüter  texnikasının  inkşafı  nəticəsində  informasiya 
proseslərinin  avtomatlaşdırılması  səviyyəsi  daha  da  sürətlənmiş  və  hazırda 
informatikanın əsas probleminə çevrilmişdir.  
Məlum  olduğu  kimi,  toplanan  informasiyanın  emal  edilməsi  üçün  o,  emal 
vasitələri  ilə  işlənilməli  və  nəticə  lazımi  ünvana  ötürülməlidir.  Yaxın  məsafəli 
ötürmələrdə  kabellərdən,  uzaq  məsafəli  ötürmələrdə  isə  müxtəlif  növ  rabitə 
kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə olunur. 
İnformasiya  axtarışı  və  emalı  prosesi  informatikanın  əsas  problemi  hesab 
olunur.  İnformasiyanın  emalı  əslində  qarşıya  qoyulan  məsələnin  həlli  deməkdir. 
Avtomatlaşdırılmış  üsulla  (kompüterlə)  emal  olunan  informasiya  istifadəçilərə 
adətən kompüterin  xaricetmə qurğuları  ilə  (monitor, printer, qrafikçəkən qurğu  və 
s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
 
Qeyd  olunanları  yekunlaşdıraraq  belə  qənaətə  gəlmək  olar  ki,  şagird    öz 
fəaliyyəti  və  təhsili  prosesində  ətraf  aləmdən  informasiya  almadan  keçinə  bilməz  
və bu əsasda onu əhatə edənlərlə informasiya mübadiləsində olur, həmin proseslərə 
şüurlu, hərtərəfli  və məntiqi yanaşır.  Ona görə də bu istiqamətdə təhsil şagirdlərə 
aşağıdakı imkanları verir. 
 
Ümumi nəticələr 
Şagird: 

 
informasiya,  onun  növləri,  xassələri  (aydınlıq,  faydalılıq,  tamlıq, 
aktuallılıq  və  etibarlılıq),  formaları,  yaranma  mənbələri  haqqında 
bildiklərini nümayiş etdirir; 

 
informasiya proseslərinin  mahiyyətini şərh edir; 

 
informasiyanın  təsviri üsullarını sadalayır; 

 
həyatda, cəmiyyətdə, elm və texnikanın müxtəlif sahələri üzrə insanların 
fəaliyyətində informasiyaların alınması, ötürülməsi, saxlanılması və emal 
edilməsini izah edir;  

 
müxtəlif  növ  informasiyalarla  işləməyi  bildiyini  və  onlardan  istifadə 
bacarığını nümayiş etdirir;  

 
informasiya daşıyıcıları ilə necə işləməyi göstərir və icra edir; 

 
müxtəlif  növ  informasiyaların  həcmini  müəyyənləşdirir,  ölçür  və  onları 
əlamətlərinə görə sistemləşdirir. 
 
Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə