Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə95/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   91   92   93   94   95   96   97   98   ...   168

 

315 


Bu ailə “konsert”ləri xüsusi musiqi keyfiyyətlərinə malik 

olan Asəfə bədii təsir göstərmişdir. Hələ Dərbənddə yaşayarkən 

Zeynallı, dərs proqramında müəyyən yeri musiqi dərsləri tutan, 

realnı məktəbinə daxil olur. Burada Asəf trubada çalmağı öyrə-

nir və məktəb orkestrində iştirak edir.  

Ancaq, Zeynallı ailəsinə Dərbənddə yaşamaq çətin olduğun-

dan onlar iş axtarmaq üçün 20-ci illərin əvvəllərində Bakıya kö-

çürlər. Asəf doqquzillik məktəbdə oxuyub, daha sonra hərbi 

məktəbə daxil olur, məktəbin nəfəsli alətlər orkestrində çalır. 

1923-cü ildə Zeynallını türk musiqi məktəbinə, truba sinfinə 

qəbul edirlər. Gözəl musiqi istedadı, həssas qavrama qabiliyyəti 

ilə Asəf müəllimlərin, xüsusən də onun əsas musiqi rəhbəri olan 

Ü.Hacıbəylinin diqqətini özünə cəlb edir. 

Tezliklə onu professor Okorokovun violonçel sinfinə keçirir-

lər. Bu sahədə də Zeynallı şagird orkestrində iştirak etməklə və 

dəfələrlə konsertlərdə solist kimi çıxış etməklə böyük uğurlara 

nail olur.  

Qeyri-adi istedadını nəzərə alaraq onu musiqi texnikumunun 

ən yaxşı pedaqoqlarından olan N.V.Jenetskayanın fortepiano 

sinfinə keçirirlər. Burada o, fortepiano ilə ikinci ixtisas fənni ki-

mi məşğul olmağa başlayır.  

Nəzəri fənləri və Azərbaycan xalq musuqisinin əsaslarını 

Ü.Hacıbəyli tədris edirdi. Bu isə onun həm bir insan, həm də 

bəstəkar kimi şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir.  

1925-ci ildə türk məktəbinin adını  dəyişərək Türk Musiqi 

Texnikumu adlandırırlar, 1926-cı ildə isə ASSR Narkomprosu-

nun qərarına əsasən texnikumu konservatoriya ilə birləşdirirlər. 

Həmin ildə Asəf konservatoriyaya daxil olur. Burada onun qey-

ri-adi istedadı özünü biruzə verir. Tələbəlik illərində Zeynallının 

hərtərəfli maraq dairəsi və bacarıqları üzə çıxır. O, kontrapunkt 

sinfindəki məşğələlərə də (prof. Karaqiçevin sinfi), Azərbaycan 

xalq musiqisinin əsaslarına da (prof. Ü.Hacıbəylinin sinfi) eyni 

həvəslə, eyni maraqla yaradıcı tərzdə yanaşır. 

“Asəf kompozisiyaya aid bütün fənləri öyrənməklə yanaşı, 

“Azərbaycan xalq musiqisinin əsasları” öyrənilməsi sinfinə 

(prof. Ü.Hacıbəylinin sinfi) həvəslə gedir, lad musiqisinin bəstə-




 

316


ləmək tapşırıqlarının hamısını səylə yerinə yetirir. Mərhum Asəf 

ümumiyyətlə, bütün məşğələlərə çox ciddi yanaşar, hərtərəfli 

musiqi biliyinə malik olmağa, bəstəkarlıq sənətinə  dərindən 

yiyələnməyə çalışardı”.

1

  

20-ci illərin sonu, 30-cu illərin əvvəllərində, Ü.Hacıbəylinin 



yuxarıda adı çəkilən məruzəsındə qeyd etdiyi kimi, bütün ittifaq 

üzrə kadrların hazırlanması haqqında şüar irəli sürüləndə, mək-

təbin tədris-metodiki həyatını təcrübəyə yönəltməklə onun yeni-

dən qurulması  zərurəti yaranır. Buna biganə qalmayan A.Zey-

nallı Bakı Dram Teatrının bədii hissəsinə  rəhbərliyi öz üzərinə 

götürür. O, teatrın təkcə texniki və inzibati işləri ilə məşğul ol-

mur, həm də tamaşalara musiqi yazmağa da xeyli vaxt ayırırdı.  

O, bütün əsas vokal və kamera-instrumental əsərlərini məhz tə-

ləbəlik illərində yazmışdır. Onların içərisində  məşhur “Ölkəm”, 

“Sual” romansları ilə , skripka ilə fortepiano üçün çox incə “Lay-

la”sı, Azərbaycan xalq musiqisinin əsaslı surətdə öyrənilməsinin 

məhsulu olan, skripka ilə fortepiano üçün romantik, temperamentli 

“Muğamsayağı”  əsəri xüsusilə seçilir. Belə  əsərlərə orkestrlə xor 

üçün “Şikəstə”ni və fortepiano üçün “Çahargah”ı da aid etmək olar.  

Zeynallı 1931-ci ildə konservatoriyada təhsilini başa vurduq-

dan sonra paytaxtın musiqi həyatı ilə tanış olmaq məqsədilə 

Moskva və Leninqrada getməyə  qərar verir. Səfərdən sonra o, 

bir müddət bəzi ideyaların təsiri altına düşərək yanlış mövqedə 

durur, keçmiş irsi inkar edir, xalq çalğı alətlərinin gərəksizliyini 

sübut etməyə çalışır. Yəqin ki, bəstəkarın bu nöqsanını onun da-

im axtarışlarda olan yaradıcı  təbiəti, bol enerjisi, fəal fəaliyyət 

yanğısı ilə izah etmək olar.  

Lakin, tezliklə A.Zeynallı öz baxışlarının yanlışlılığını anla-

yır, milli incəsənəti layiqincə  dəyərləndirərək musiqi mədəniy-

yətimizin inkişafı uğrunda mübarizəyə başlayır.  

Zeynallı Bakı Fəhlə Teatrında işlədiyi vaxt bir çox tamaşala-

ra musiqi yazmışdır. Onların arasında Azərbaycan və rus yazıçı-

larının pyesləri də var.  

                                                 

1

 Hacıbəyli Ü. “Azərbaycan musiqi sənəti haqqında”. Azərb. Dövlət Nəş-



riyyatı, Bakı, 1966, s. 119. 

Bəstəkar Asəf Zeynallının vəfatının ildönümü ilə bağlı məruzə. 




 

317 


Bu dövrdə Zeynallı pyeslərinin musiqi materialları əsasında 

simfonik suita yazır. “Fraqmentlər” adlanan bu süita onun yega-

nə böyük simfonik əsəri olmuş  və musiqi cəmiyyəti tərəfindən 

kifayət qədər yüksək qiymətləndirilmişdir.  

Bu simfonik əsər Leninqradda keçirilən Azərbaycan bəstə-

karlarının  əsərlərindən ibarət konsertin proqramına daxil edil-

mişdi. Leninqrad cəmiyyətini Azərbaycan musiqi sənəti ilə tanış 

etmək məqsədilə keçirilən bu konsertin fəal təşkilatçıları Asəf 

Zeynallı və Niyazi idi. Konsertdən əvvəl giriş sözü ilə A.Zeynal-

lı da çıxış etmişdi. Leninqrad filarmoniyasında keçirilən gecənin 

proqramına “Fraqmentlər”dən başqa, həmçinin, A.Zeynallının 

orkestrlə  səs üçün “Dağlar”, “O qara qaşlar”, Ü.Hacıbəylinin 

“Azərbaycanın sovetləşməsinin 10 illiyinə himn” və Müslim 

Maqomayevin “Azərbaycan çöllərində” və digər  əsərlər daxil 

edilmişdi.  

Leninqraddan qayıtdıqdan sonra bəstakarda yeni yaradıcılıq 

planları yaranır. O, Vətənə  həsr edilmiş “Bakı” adlı simfoniya 

yazmağı düşünür. Bu, xalqın azadlıq uğrunda mübarizəsi haqda, 

azadlığın  əldə edilməsi haqda, yaradıcı  əmək haqda simfoniya 

idi.  


Artıq yeni əsərin konturları da nəzərdə tutulmuşdu. İşləmək 

üçün ona müxtəlif növ materiallar, o cümlədən folklor material-

ları lazım idi. Buna görə də Azərbaycanın müxtəlif rayonlarına 

səfərlər edir. Bundan başqa, 1932-ci ilin yayında Bülbül və Zey-

nallı Azərbaycan Dövlət Konservatoriyasının elmi kabinəsinin 

təşkilatçılığı ilə xalq mahnı və rəqslərini toplamaq üçün Qaraba-

ğa ekspedisiyaya yola düşürlər. Onlar xeyli miqdarda material 

toplayırlar. Lakin onlardan istifadə etmək bəstəkara qismət ol-

mur. O, Bakıya qayıdarkən yolda ağır xəstələnir və  həmin ilin 

oktyabrında vəfat edir.  

 

 

 

 

 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə