www.muselmanlar.com
49
kişiyana mesajlar vermək üçün yaradılan və seksual gücü
artıran kişilik dəyərlərindən birini təşkil edir.
Qeyd edək ki, bığ və saqqalın əleyhinə şərtləndirici mədəni
korlanmaya məruz qalmayan şəxslər tərəfindən bığ-saqqal və
seks arasındakı əlaqə bilinən və dilə gətirilən bir həqiqətdir.
Yeri gəlmişkən, burada bığın seksual münasibətlərə sirayət
edən müsbət və mənfi cəhətlərinə də toxunmaq lazımdır. Belə
ki, bığ və saqqal, yaxud da təkcə bığ saxlayan mömin bir şəxs
onun formasına, habelə, təmizlik məsələsinə çox fikir
verməlidir.
61
Çünki haradasa ağıza girən bığ xüsusən də cinsi
əlaqədən qabaq yaxşı-yaxşı yuyulub ətirlənməsə, seksual
nifrətə səbəb ola bilər. Axı dodaqlar sevişməyin əsas
elementləridir!
Allahın elçisi buna görə belə demişdir:
“Bığını qısaltmayan biz
im yaşayış tərzimizdə olanlardan
deyil.”
62
Ona aid olunan bir hədisdə isə baxılıb düzəldilməyən
bığın sekslə bağlı eybini tarixi bir həqiqətə toxunaraq belə izah
etmişdir:
61
Allahın elçisinin hədislərinə əsasən saqqalın uzunluğu ən boy-buxunlu kişilərdə
belə, bir tutumu keçməməli və ümumiyyətlə kişinin bədən quruluşuna uyğun
olmalıdır. Bığ isə elə olmalıdır ki, üst dodağın dərisi görünməlidir (tüklərin arasında
itib batmamalıdır).
62
Tirmizi, Ədəb, 16.
www.muselmanlar.com
50
“Bığlarınızı
(dodaqlarınızı keçməyən formada yaxşıca)
qısaldın. Bəzi İsrail oğulları bığlarını kəsib düzəltmədiklərinə görə
(bəzilərinin) qadınları zina etdilər.”
63
Bir təsbit
64
Kitabımızın
bu
fəslini
“Oxşamalardan
qorunmaqla
müsəlman kimliyimizi mühafizə etmək” adlı kitabımızdan
iqtibas etdiyimiz bir təsbitlə başa vururuq:
Saqqal və bığ xüsusilə mədəniyyət sahəsindəki imperializmin
hökm sürdüyü dövrlərdə müəyyən qədər İslam qadınının örtüyü
kimidir. Örtük şüurlu surətdə İslam iman və yaşayış tərzini
simvollaşdıran libasu-t-təqvanın üstündən taxıldığı vaxt öz əxlaqi
məqsədinə çatır. Eynilə bunun kimi, saqqal və bığ da öz məqsədinə
ancaq libasu-t-təqva ilə birləşdiyi vaxt çata bilər. Buna görə də saqqal
və bığ saxlanmalı, amma müsəlman kimliyini təmsil edə bilən bir
kamilliyə çatmağa da səy göstərilməlidir. Əks təqdirdə, savab və
faydanın əvəzinə günah və zərər bir yerə cəm olar.
Seksual cəhətdən xoşbəxtlik üçün yerinə
yetirilməli olan öhdəliklər – 5
Seksual xarakterli yad təsirlərdən qorunmaq
Ər və arvad ailə həyatında cinsi həyatın qarşılıqlı doyum
çərçivəsində davam etməyi üçün bir-birinə sevgi bəsləməli və
hörmət etməlidir. Əlavə olaraq, seks baxımından sadəcə olaraq
63
Hədislər üçün baxın: Tirmizi, Ədəb, 16; əl-Camiu-s-səğir, 2/87; Ləvamiu-l-uqul,
3/562.
64
Burada: Əvvəl deyilmiş bir sözün, fikrin və s.-nin düzgünlüyünü təsdiq etmə, qəbul
etmə, sabitləşdirmə. Azərbaycan dilinin izahlı lüğəti, Şərq-Qərb nəşriyyatı, Bakı, 2006-
cı il, 4-cü cild, s. 327.
www.muselmanlar.com
51
bir-birlərindən istifadə hüququna malik olduqlarını da şüurlu
surətdə bilməlidirlər.
Bu hiss və şüurlu tutumu davam etdirmək üçün də ailə
yuvasını xüsusilə seksual xarakterli yad təsirlərdən qorumaq
lazımdır.
Qeyd edək ki, qorunma və qoruma ilk növbədə kişinin
yerinə yetirməli olduğu bir öhdəlikdir. Çünki ailənin üzvləri
arasında dolanışıq xərclərini təmin etməyə görə cavabdeh olan
əsas şəxs odur. Deməli, ailədənkənar münasibətlər kişi
tərəfindən tənzimlənməlidir. İslam dininin prinsip halına
gətirdiyi məsləhət-məşvərət qaydasına əsasən qadının fikirləri
də nəzərə alınıb hörmətlə qarşılansa da, nəticə etibarilə kişinin
apardığı tənzimləməyə üstünlük verilir.
Aşağıdakı hədis müəyyən edir ki, qadın ərinin timsalında
evlilik əqdinin xüsusilə sekslə bağlı öhdəlikləri məsələsində
itaətkar olmalıdır.
Muaz ibn Cəbəl Allahın elçisinin (əs) belə dediyini nəql
edir:
“Allaha iman gətirən qadının ərinin istəmədiyi şəxsi evinə qəbul
etmək və ərinin evində başqa bir şəxsə itaət etməyə ixtiyarı yoxdur.
Ərindən xəbərsiz ictimai münasibətlər qurmağa, əlavə olaraq, ərinin
yatağından uzaqlaşıb onu seksual haqlarından məhrum etməyə də
haqqı yoxdur.”
65
İndi isə ailənin seksual cəhətdən xoşbəxtliyi üçün yad
seksual təsirlərdən qorunmaq məqsədilə yerinə yetirilməli
65
Hakimdən Hüsnü-l-üsvəti, bab 470 (fi tərğibi-z-zövci fi-l-vəfai, s. 554).
Buna oxşayan, ancaq səhih olan hədislər üçün baxın: Tirmizi, Rəda, 11; İbn Macə,
Nikah,
3; ət-Tac, 2/313.
www.muselmanlar.com
52
olan öhdəliklərə bəzi misallar verəcəyik. Təbii ki, bu misalları
çoxaltmaq da mümkündür.
Mənfi mühitlər və dost-tanışlar
Kişi onu eşqbazlıq və nəticədə zinaya aparan iş-güc
mühitlərindən uzaq durmalıdır. Haram əyləncə və zinaya
aludə olan şəxsləri dost tutmaqdan da uzaq olmalıdır.
Əri tərəfindən İslami və elmi-əqli cəhətdən gözəl işlərə
dəvət olunub xəbərdar edilməli olan qadın da ata, qardaş və
dayı kimi məhrəmi olanlardan başqa kişilərlə münasibətini
vacib olub olmamaq meyarına əsasən məhdudlaşdırmalıdır.
Bunlardan lazımlı olan işləri də ictimai yerlərdə, yaxud da
üçüncü şəxslərin şahid olduğu bir şəraitdə görməlidir.
66
Ərdə olan bir qadın öz azad iradəsi ilə müsəlmanlıqdakı
örtünmə əmrinə laqeyd yanaşan, münasibətləri zina həddinə
çatmasa belə, kişilərlə oturub duran qadınlarla da daimi
surətdə görüşməməlidir. Əri ilə münasibətlərindən, yaxud da
seksual fantaziyalarından bəhs edib emosinal azğınlığa səbəb
olan qadınlarla qonşuluq münasibətlərini də zərurət-vaciblik
prinsipinə əsasən tənzimləməlidir.
Yeri gəlmişkən, şəxsi münasibətlərdə ehtiyatlı olmaq lazım
gələn digər məsələləri “Qadın-kişi birgəliyi” fəslində izah
etməyə çalışacağıq.
Deməli, yuxarıda izah olunan məsələlərə diqqət yetirilsə,
seksual hislərin kənara çıxmağının qarşısı əsas etibarilə alınar.
66
Əziz peyğəmbərimiz (əs) qadınları zərurət sərhədlərindən kənar formada xüsusi
yerlərdə naməhrəm kişilərlə danışıb söhbət etməkdən çəkindirmişdir. Müsəlman
qadın da öz növbəsində bu qadağanı pozmaqdan çəkinməlidir. Baxın: Təbəri,
Mümtəhinə, 60/12; İbn Kəsir, Mümtəhinə, 60/12.