Cümşüdlü Vüqar
Uçot-iqtisad fakültəsi
Qrup 400
XIV əsrin sonu XV əsrdə Azərbaycan feodal dövlətləri
XIV əsrin sonu və XV əsrlə Azərbaycan tarixində dövlətçilik ənənəsini bərpasının qorunub
saxlanılması və güclü dövlətlərin yaranması ilə xarakterizə olunur. Bu dövrdə öncə Şirvanşahlar və
Qaraqoyunlular, daha sonra isə Ağqoyunlular və Şirvanşahlar dövləti mövcud idi. Bu dövlətləri
nəzərdən keçirək.
Qaraqoyunlular Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamışlar. Oğuz tayfalarından olan
baharlılar Qaraqoyunlulara başçılıq edirdi. Qaraqoyunlular XV əsrin sonlarına yaxın Şərqi
Anadoluda bəylik yaradırlar. Bu bəyliyi yaradan Bayram Xoca Cəlairi Sultan Üveysin Təbriz
sarayında nüfuzlu əmirlərdən biri idi. Bir müddət keçdikdən sonra Qaraqoyunlu tayfa başçıları və
Cəlairilər arasında gedən mübarizə nəticəsində bu bəylik zəifləyir.
Bayram Xocanın ölümündən sonra oğlu Qara Məhəmməd Cəlairilərlə münasibətləri
yaxşılaşdıraraq onlarla qohum oldu. Bu qohumluq hər iki tərəf arasında münasibətlərin
yaxşılaşmasına kömək etdi. Bu vəziyyət dən məharətlə istifadə edən Qara Məhəmməd tayfaların
əksəriyyətini öz ətrafında birləşdirərək mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqının əsasını
qoyur.
Qara Məhəmməd Azərbaycanda öz ağalığını yaymağa çalışırdı. Bu məqsədlə o, Cəlairilərlə
qohumluğa məhəl qoymayaraq 1382-ci ildə Təbrizə hücum etdi. Şəhər ətrafında baş tutan döyüşdə
Qaraqoyunlular qalib gəldilər.
Qaraqoyunluların bu dövrdə iki əsas rəqibləri var idi. Bunlar biri Əmir Teymurun başçılığı ilə
Teymurilər, digəri isə Ağqoyunlu tayfa ittifaqı idi.
1387-ci ilin yazında Teymur Naxçıvandan Qaraqoyunlular üzərinə Ərzurum-Çapaqçur
yürüşünə çıxır. Qara Məhəmməd Çapaqçur dərəsinə Əmir Teymurdan tez çatıb, burada olan bütün
sərt və əhəmiyyətli keçidləri tutur. Qara Məhəmməd əsgərləri ilə birlikdə igidlik göstərərək
Teymurun qüvvələrini geri çəkilməyə məcbur edir.
Bundan sonra 1394-cü ildə Bağdad yaxınlığında bir daha Qaraqoyunlu və Teymuri qoşunlara
üzbəüz gəlirlər. Bu döyüşdə Cəlairilə də Qaraqoyunluların müttəfiqi kimi çıxış edir, lakin buna
baxmayaraq, Teymurilər qalib gəlirlər.
Teymurun ölümündən sonra, 1408-ci ildə Sərdrud adlı yerdə Qaraqoyunlular Teymuriləri
məğlub etdilər. Bu döyüşdə Miranşah da öldürüldü. Qara Yusifin bu qələbəsinin Azərbaycan üçün
çox mühüm tarixi əhəmiyyəti oldu-Azərbaycanda Teymuri ağalığına son qoyuldu. Qara Yusif
Azərbaycanın şimal hissəsini də özünə tabe etməklə vahid Azərbaycan dövləti- Qaraqoyunlu dövləti
yaratmaq istəyirdi.
Şəki və Şirvan yürüşləri də bunu sübut edirdi. Bütün bunlar Sultan Əhməd Cəlairini qorxuya
salırdı və nəticədə onun Qara Yusiflə münasibətləri pozuldu. 1410-cu il avqustun 30-da Təbriz
yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusif keçmiş müttəfiqi Sultan Əhmədin qoşunlarını
darmadağın etdi. Qara Yusif Sultan Əhməddən Azərbaycanda və İraqda hakimiyyətdən əl çəkməsi
haqqında yazılı iltizam alır və onu hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə qol
çəkməyə məcbur edir. Ertəsi gün Sultan Əhmədi edam etdirir. Beləliklə Cəlairilərin hakimiyyətinə
son qoyulur. Qara Yusif bu qələbədən sonra oğlu Pirbudağı Sultan təyin edir.