Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə4/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   94

 
 
12 
 
rın optimal çeşidi tərtib edilir. 
Funksional  tələblər  -  məmulatın  əsas  funksiya-
sının  yerinə  yetirilməsinə  verilən  tələblərdir.  Əgər  mal 
funksional tələblərə  müvafiq olmazsa, bu zaman o, öz tə-
yinatına görə istifadə oluna bilməz. 
Estetik  t ələblər  - məmulatın formasına, konstruk-
siyasına,  xarici  tərtibatına  və  digər  xüsusiyyətlərinə  veri-
lən  tələblərdir.  Onlar  malın  ictimai  dəyərini,  yararlığını, 
səmərəliliyini, funksional məqsədə uyğunluğunu, istifadə-
sinin  rahatlığını,  həmçinin  əhalinin  zövqünə  və  modaya 
müvafıqliyini aşkar edir. 
Məmulatın  forması  təyinatı  ilə,  yaşayış  mənzilinin 
xüsusiyyətləri  ilə  (ölçüsü,  işıqlanması)  və  binanın  daxili 
görünüşü ilə təzad yaratmalıdır. 
Estetik  tələblər  məmulatın  üsluba,  modaya,  zövqə 
müvafıqliyini nəzərdə tutur. Moda dedikdə, adətə,  müəy-
yən ictimai şəraitdə bu və ya digər zövqlərin məi-şətin za-
hiri  formalarında,  paltarda,  ayaqqabıda  nisbətən  yayılmış 
təzahür  forması  başa  düşülür.  Sosioloji-iqtisadi  şəraitin 
dəyişilməsi  və  müəyyən  vaxtın  keçməsi  ilə  əlaqədar  ola-
raq moda dəyişilir. 
Məişət  mallarının  tərtibatında  və  həmçinin  memar-
lıqda, incəsənətdə nisbətən uzun müddət dəyiş-mədən qa-
lan, tarixi olaraq yaranan ümumiləşmiş vəsaitlər sistemi və 
bədii təsviri üsullar STİL (üslub) hesab edilir. 
Üslubun  təzahür  xüsusiyyətlərini  mebelin  tərtibatı-
nın, xalçaların, hörmələrin və tikmə naxışlı məmu-latların, 
daşdan,  ağacdan,  metaldan  olan  məmulatların,  həmçinin 
zərgərlik, bəzək şeylərinin, heykəllərin və s. konstruksiya-
sında və xarici tərtibatında müşahidə etmək olar. 
Dəqiqləşdirilmiş və  ümumən  qəbul edilmiş,  göstəri-


 
 
13 
 
lən əşyaların zahiri tərtibatında və izlərini saxlamış üslub-
lara  roman,  qotik,  intibah  dövrü,  barokko,  rokoko,  ampir 
üslubları hesab edilir. Üslub modanın müxtəlifliyini və on-
un istiqamətini nəzərdə tutur. 
Erqonomik  tələblər   məmulatın istismar prose-
sində  istifadə  rahatlığını,  onun  insan  orqanizminin  xüsus-
iyyətlərinə müvafiq olmasını və onun məişətdə insan tərə-
findən istismarının optimal şəraitinin təmin edilməsini nə-
zərdə tutur. 
Erqonomik  tələblər  gigiyenik,  antropometrik,  fizio-
loji, psixo- fızioloji və psixoloji tələblərə bölünür. 
Gigiyenik tələblər - insanın məmulatla və mühit-
lə  qarşılıqlı  əlaqədə  olduğu  vaxtda  onun  həyat  fəaliyyə-
tində təhlükəsiz və zərərsiz şəraiti nəzərdə tutulur. 
Bu tələblər polimer materiallarından və plastik kütlə-
dən  hazırlanan  mallar  üçün  mühüm  əhəmiyyət  kəsb  edir. 
Malların  tərkibində  insan  orqanizmi  üçün  zərərli  olan 
maddələr  yol  verilməyən  miqdarda  olarsa,  o,  öz  təyinatı 
üzrə  istifadə  edilə  bilməz  (qab-qacaq,  ətriyyat,  ayaqqabı, 
paltar və s.). Bu tələblərin tərtib  edilməsinə  və onlara  də-
qiq riayət edilməsinə böyük diqqət yetirmək vacibdir. 
İnsanla bilavasitə təmasda olan, kütləvi istehsala bu-
raxmazdan qabaq 
onların  insan  üçün  zərərsiz  olması 
haqqında  Səhiyyə  Nazirliyinin  Respublika  Gigiyena  və  
Epidemiologiya  Mərkəzinin  icazəsi tələb edilir. 
Sənaye  ticarətə  göndərilən  malların  tərkibi,  məmu-
latın  xassələri,  onlardan  istifadə  qaydaları,  təhlükəsizlik 
tədbirləri, qorunma üsulları, ilk yardım haqqında tam mə-
lumat verməyə borcludur. Bu məlumatlar malın üzərin-də-
ki  etiketlərdə,  yaxud  da  xüsusi  yaddaş  dəftərçəsi  halında 
malın yanına qoyulmalıdır. 


 
 
14 
 
Antropometrik  t ələblər  məmulatın,  yaxud  onun 
ayrı-ayrı detallarının  insan  bədəninin forma  və ölçülərinə 
müvafiq  olmasını,    fizioloji  tələblər  -  məmulatın  isti-
fadə  zamanı  insanın  fiziki  imkanlarına  müvafiq  olmasını; 
psixofizioloji  t ələblər  -  məmulatın  insanın  hiss  üzvlə-
rinin xüsusiyyətlərinə müvafiq olmasını nəzərdə tutur. 
Hazır  məmulatların  insan  psixologiyasının  xüsusiy-
yətlərinə  müvafiqliyini xarakterizə  edən  tələblər  psixoloji 
tələblərə aiddir. 
Texnoloji t ələblər, hər şeydən əvvəl, materiallara, 
misal  üçün,  parçalara,  ipliyə,  boyalara,  inşaat  materialla-
rına verilir. Belə materiallar istifadə zamanı yüngüllüyünə 
və  sadəliyinə  görə  fərqlənməli,  onların  emalında  müasir 
metodların tətbiq edilməsinə imkan yaratmalıdırlar. 
Məmulatın etibarlılığına verilən tələblər, onla-
rın istismar zamanı etibarlığını təmin edir. Etibarlılıq mə-
mulatın verilmiş funksiyalarını tələb edən vaxt ərzində ye-
rinə  yetirmə  qabiliyyətini  xarakterizə  edir.  Etibarlılığı 
yüksək  olan  malların  istehsalı  əlavə  maddi  nemətlər  sərf 
edilmədən  eyni  cür  əlavə  məmulatın  buraxılmasına  bəra-
bərdir. 
Məmulatın  etibarlılığına  verilən  tələblər  öz  növbə-
sində  onun  təmirə  yararlılığına,  saxlanmasına,  uzunömür-
lülüyünə verilən tələblərlə ifadə edilir ki, bu da məmulatın 
xidmət müddətinin uzanmasına imkan yaradır. 
 
1.3. Məhsulun keyfiyyət anlayışı və göstəriciləri 
 
Buraxılan  məhsulun  keyfiyyətinin  yüksəldilməsi  və 
çeşidinin yaxşılaşdırılması respublikamızın iqtisadi inkişa-
fına böyük təkan vermiş olacaqdır. 


 
 
15 
 
Hər  bir  sənaye  müəssisəsindən  ötrü  keyfiyyətin  tə-
min olunması problemi çox vacibdir. Buna görə də müasir 
şəraitdə məhsulun keyfiyyətinin idarə olunması sisteminin 
işlənib hazırlanması və həyata keçirilməsi yolu ilə müəssi-
sələr məhsulun yüksək keyfiyyətinin təmin edilməsinə xü-
susi diqqət verirlər. 
Keyfiyyətin  təmin  edilməsi  keyfiyyət  standart-ları-
nın,  keyfiyyətə  görə  məsuliyyətin  bölüşdürülməsinin  və 
işlərin keyfiyyətinə nəzarətin işlənib hazırlanmasını nəzər-
də tutur. Keyfiyyət günün tələbidir. Hal-hazırda yeni mo-
delli,  keyfiyyətli  məhsul  istehsalının  böyük  əhəmiyyəti 
vardır. 
Keyfiyyət fəlsəfi kateqoriyadır. Belə hesab edirlər ki, 
həmin  məsələ  hələ  eramızdan  əvvəl  III  əsrdə  Aristotel 
tərəfindən nəzərdən keçirilib, o, keyfiyyət anlayışı adı al-
tında əşyalar arasında «yaxşı-pis» əlamətlərini nəzərdə tut-
muşdur.  Məsələn,  keyfiyyətin  Hegel  tərəfindən  verilmiş 
fəlsəfi tərifi vardır: «Keyfıyyət ilk növbədə gerçəklik kimi 
ehtiva olunan müəyyənlikdir, çünki keyfiyyətini itirən hər 
bir şey öz mövcudluğunu itirmiş olur‖. Bazar münasibətlə-
ri şəraitində məhsulun keyfiyyətinin yüksəldilməsinin çox 
böyük əhəmiyyəti vardır. 
Məşhur Yapon alimi K. İsikava keyfiyyət anlayışı al-
tında  istehlakçıları  real  surətdə  razı  salan  xüsusiyyətlərin 
anlaşıldığını bildirirdi. 
Curan C. keyfiyyət anlayışını ikitərəfli nəzərdən ke-
çirirdi:  obyektiv  cəhətdən  keyfiyyət-istifadə  üçün  yararlı-
lıq (təyinatına müvafiqlik); subyektiv cəhətdən isə-keyfıy-
yət istehlakçını razısalma dərəcəsidir (keyfiyyətin reallaş-
dırılmasından ötrü istehsalçı istehlakçının tələbatını öyrən-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə