Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə5/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   94

 
 
16 
 
məli və öz məhsulunu elə düzəltməlidir ki, məhsul həmin 
tələblərə cavab vermiş olsun). 
ГОСТ  15467-79  ğörə  məhsulun keyfiyyəti  onun tə-
yinatına  müvafiq  surətdə  müəyyən  tələbatları  ödəməkdən 
ötrü məhsulun yaralılığını şərtləndirən xüsusiyyətlər məc-
musu kimi şərh edilirdi. 
1986-cı  ildə  Standartlaşdırma  üzrə  Beynəlxalq  Təş-
kilat (ISO) tərəfindən biznes və sənayenin bütün sahə-ləri 
üzrə keyfiyyət ilə bağlı terminlər formalaşdırıldı. Keyfiy-
yət məhsulun, yaxud xidmətlərin elə xüsusiyyətləri və xa-
rakteristikaları məcmusudur ki, onlar məhsula, yaxud xid-
mətlərə  şərtləndirilmiş,  yaxud  nəzərdə  tutulan  tələbatları 
ödəmək qabiliyyəti verir. 
1994-cü ildə terminologiya dəqiqləşdirilmişdir. Key-
fiyyətin  aşağıdakı  tərifi  standartlaşdırılmışdır:  keyfiyyət 
obyektin müəyyən olunmuş və nəzərdə tutulan qabiliyyət-
lərini  ödəmək  tələbatlarına  cavab  verən  xrakteristikaları-
nın məcmusudur. 
Beləliklə,  biz  görürük  ki,  iqtisadi  ədəbiyyatlarda 
keyfiyyət  anlayışı  müxtəlif  cür  şərh  olunur.  Lakin  key-
fiyyət  anlayışlarındakı  əsas  fərq  inzibati-amirlik  və  bazar 
iqtisadiyyatı şəraiti anlayışları arasındakı fərqlə müəyyən-
ləşdirilir. Beləliklə, inzibati-amirlik iqtisadiyyatında keyf-
iyyət istehsalçının mövqeyindən şərh edilir, halbuki bazar 
iqtisadiyyatında  keyfiyyət  istehlakçı  mövqeyindən  nə-
zərdən keçirilir. 
Bununla  birlikdə  istehsalçı  və  istehlakçının  mövqe-
yindən  keyfiyyəti  təcrid  olunmuş  şəkildə  nəzərdən  keçir-
mək  olmaz.  Bir  qayda  olaraq,  obyektin  keyfiyyəti  onun 
ayrı-ayrı  xüsusiyyətlərindən  ibarət  deyildir,  bütövlükdə 
obyektlə  bağlıdır,  onu  tamamilə  əhatə  edir  və  obyektdən 


 
 
17 
 
ayrılmazdır. Məhsulun keyfiyyətinin daxılı və zahiri kom-
ponentləri  (tərkib  hissələri)  vardır.  Keyfiyyətin  daxili  tər-
kib hissələri buraxılan məhsula xas olan daxili xarakteris-
tikalardır:  etibarlılıq  müddəti,  qüsurların  olma-ması,  tex-
niki xarakteristikalar,  dizayn (tərtibat)  məhz  bu qəbildən-
dir.  Zahiri  komponentlər  istehlakçının  zövqlərinə  müva-
fiqlikdən, rəqabət qabiliyyətindən ibarətdir. 
Son vaxtlar «keyfiyyətin» «yaxşı-pis», «Ən yaxşı-ən 
pis»,  «yuxarı-aşağı»  kimi  anlayışlarla  bağlı  olan  qeyri-
standart  (reklam)  terminləri  daha  geniş  yayılmışdır.  Bir 
qayda  olaraq,  texniki  qiymətləndirmələrin  keçirilməsi  za-
manı üstünlük dərəcəsinin və miqdar xarakteris-tikalarının 
bildirilməsindən  ötrü  «keyfıyyət» terminindən təcrid edil-
miş tərzdə istifadə  olunmur; həmin  məlumatların  bildiril-
məsindən  ötrü  keyfiyyət  səviyyəsi,  yaxud  istehlakçı  qiy-
mətinin ümumiləşdirilmiş ölçüləri təqdim edilməlidir. Mə-
sələn, aşağıdakı terminlərdən istifadə oluna bilər: 
-
 
―nisbi keyfıyyət‖; 
-
 
―keyfıyyət səviyyəsi‖ 
 
1.4. Keyfiyyətə nəzarətin kateqoriyası 
 
Məlumdur ki, müvafiq keyfiyyətə nəzarətdə  5 qrup 
sənaye məhsullarının 13 xüsusiyyəti standartlaşdırılmışdır. 
Həmin təsnifata müvafiq surətdə məhsulun aşağıdakı key-
fiyyət göstəriciləri mövcuddur: 
1)
 
funksional  yararlılıq  –  göstəricisi  məhsulun  tət-
biqi  sahəsini  və  onun  yerinə  yetirilməsi  nəzərdə  tutulan 
funksiyalarını xarakterizə edir. Bunun əsasında konkret is-
tifadə  şəraitində  həmin  məhsulun  tətbiqi  sayəsində  əldə 


 
 
18 
 
edilən  faydalı  səmərənin  qiyməti    barədə  fikir  yürütmək 
olur; 
2)
 
etibarlılıq – məhsulun öz istehlak xüsusiyyətləri-
ni qoruyub saxlamaq qabiliyyətini xarakterizə edən göstə-
ricidir. Aşağıdakı etibarlılıq göstəriciləri mövcuddur: 
-
 
sazlıq (arasıkəsilməzlik, dayanmazlıq, müntəzəm-
lik); 
-
 
uzunömürlük (davamlılıq);  
-
 
təmirəyararlılıq; 
3)  erqonomiklik  –  məhsulu  əmək  əməliyyatlarının 
icrası,  yaxud  tələbat  zamanı  insan  orqanizminin  xüsusiy-
yətlərinə müvafiqliyi (insanın istehsalat və məişət proses-
lərində təzahür edən gigiyenik, antropometrik, fizioloji xü-
susiyyətləri) baxımından xarakterizə edən göstərici
4) estetiklik – informasiya təsirliliyini (formanın sə-
mərəliliyini,  kompozisiyasının  bütövlüyünü,  məhsulun  is-
tehsalatda icrasının mükəmməlliyini və əmtəə görkəminin 
sabitliyini)  xarakterizə  edən  parametrdir,  məhsulun  zahi-
rən  qavranılmasını  modelləşdirir  və  onun  elə  zahiri  key-
fiyyətlərini  əks  etdirir  ki,  bunlar  istehlakçı  üçün  daha  va-
cib  rola  malik  olur.  Həmin  göstərici  konkret  məhsul  nö-
vündən ötrü əhəmiyyətlilik baxımından sıralanır; 
5)texnolojilik  –  məhsulun  işlənib  hazırlanması  və 
buraxılışı zamanı istifadə olunan texnoloji üsulların mütə-
rəqqiliyini  xarakterizə  edən  göstərici.  Həmin  qrup  aşağı-
dakı göstəricilərdən ibarətdir: 
-
 
istehsalatda texnolojilik; 
-
 
tətbiq zamanı texnolojilik 
6)ehtiyat tələbatı
7)təhlükəsizlik  –  məhsulun  istehlakı,  yaxud  istifa-
dəsi zamanı həyat fəaliyyətini təmin edən göstərici


 
 
19 
 
8)ekolojilik – məhsulun istehsalı zamanı ətraf mühi-
tə zərərli təsirin səviyyəsini xarakterizə edən göstərici
9)təsnifat  göstəricisi  -  məhsulun  müəyyən  sinfə 
mənsubluğunu xarakterizə edən göstərici. 
  Bu haqda növbəti fəsildə ətraflı məlumat verəcəyik. 
Azərbaycanda iqtisadi islahatlar inkişaf etdikcə key-
fiyyətə daha çox diqqət verilir. Hazırda Azərbaycan müəs-
sisələrində ən ciddi problem rəqabət qabiliyyətli məhsulun 
istehsalının təmin edilməsinə imkan verən keyfiyyət siste-
minin  yaradılmasından  ibarətdir.  Keyfiyyət  sistemi  anla-
yışı altında keyfiyyətə ümumi rəhbərliyin (keyfiyyət inzi-
bati  idarəetmənin)  həyata  keçirilməsindən  ötrü  zəruri  he-
sab  edilən  təşkilat  strukturu,  metodikalar,  proseslər  və 
ehtiyatların məcmuu anlaşılır. 
İstehsalçının  keyfiyyət  sisteminin  və  həmin  sistemə 
nüfuzlu sertifikatlaşdırma orqanı tərəfindən verilmiş serti-
fikatın mövcudluğunu vacib şərt hesab edən əcnəbi sifariş-
çilərlə danışıqların aparılması zamanı keyfiyyət sisteminin 
olması  mühüm  əhəmiyyətə  malikdir.  Keyfiyyət  sistemi 
müəssisəsinin xüsusiyyətlərini nəzərə almalı, məhsulun iş-
lənib  hazırlanmasına  və  onun  tətbiqinə  edilən  xərclərin 
minimuma endirilməsini təmin etməlidir. Həm bizim ölkə-
də, həm də xarici ölkələrdə keyfiyyəti idarəetməyə sistem-
li  yanaşmanın  formalaşdırılması  mərhələlərini  bilmədən 
səmərəli keyfiyyət sistemi yaradılması mümkün deyildir. 
 
 
1.5. Keyfiyyətin idarə edilməsi sistemlərinin  
inkişaf tarixi 
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə