Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   2   3   4   5   6   7   8   9   ...   39

 

14 


 

Maliyyə aktivlərinin tanınmasının dayandırılması 

 

Maliyyə aktivinin (və ya maliyyə aktivinin bir hissəsi və oxşar maliyyə aktivlərindən təşkil etdiyi 



qrupun bir hissəsi) tanınması aşağıdakı hallarda dayandırılır:  

 

 



Aktivdən pul daxilolmaları üzrə onun müqavilə hüquqlarının vaxtı bitmişdir; 

 

Qrup aktivdən pul daxilolmalarını mənimsəmək hüququnu digər tərəfə ötürmüş və ya aktivdən 



pul daxilolmalarını mənimsəmək hüququnu özündə saxlamaqla onları üçüncü tərəfə heç bir 

əhəmiyyətli gecikmə olmadan tam şəkildə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür; və  

 

Qrup ya (a) aktiv üzrə bütün əhəmiyyətli risk və mükafatları digər tərəfə ötürmüş; ya da (b) aktiv 



üzrə bütün əhəmiyyətli risk və mükafatları nə digər tərəfə ötürmüş, nə də özündə saxlamış, 

lakin aktiv üzrə nəzarəti digər tərəfə ötürmüşdür.    

 

Maliyyə aktivinin tanınması onun digər tərəfə ötürüldüyü və bu ötürmənin onların tanınmasının 



dayandırılması üçün əsas verdiyi zaman dayandırılır. Ötürmənin baş verməsi üçün Qrup ya (a) 

aktivdən pul daxilolmalarının mənimsənilməsi üzrə müqavilə hüquqlarını ötürür; ya da (b) aktivdən pul 

daxilolmalarının mənimsənilməsi hüququnu özündə saxlayır, lakin həmin pul daxilolmalarını üçüncü 

tərəfə ötürmək barədə müqavilə öhdəliyini öz üzərinə götürür. Qrup ötürmənin həyata keçirilməsindən 

sonra ötürülmüş aktivin mülkiyyət hüququ üzrə risk və mükafatları nə dərəcədə özündə saxladığını 

yenidən qiymətləndirir. Qrup köçürülmüş aktiv üzrə mülkiyyət hüququ ilə bağlı əhəmiyyətli risk və 

mükafatları özündə saxlayarsa, o, belə aktivi uçotda tanımağa davam edir. Əgər əhəmiyyətli risk və 

mükafatlar ötürülmüşdürsə aktivin tanınması dayandırılır. Əgər əhəmiyyətli risk və mükafatlar nə 

saxlanmış, nə də ötürülmüşdürsə Qrup aktiv üzərində nəzarəti saxlayib-saxlamadığını 

müəyyənləşdirir. Əgər Qrup nəzarəti saxlamayıbsa aktivin tanınması dayandırılır. Əgər Qrup aktiv 

üzərində nəzarəti saxlayarsa, o bu aktivi həmin müddət ərzində öz hesabatlarında tanımalıdır.  

 

Maliyyə öhdəlikləri və buraxılmış kapital alətlər  



 

Borc və ya kapital qismində təsnifləşdirmə  

 

Borc və kapital alətləri müqavilə şərtlərinə, habelə maliyyə öhdəliyi və kapital alətlərinə verilmiş tərifə 



əsasən maliyyə öhdəlikləri, yaxud da kapital müddəası kimi təsnif edilir. 

 

Kapital aləti  

 

Kapital  aləti  bütün  öhdəliklər  çıxıldıqdan  sonra  müəssisənin  aktivlərinə  qarşı  qalan  pay  hüququnu 



təsdiqləyən  hər  hansı  müqavilədir.  Qrup  tərəfindən  buraxılmış  kapital  alətləri  birbaşa  buraxılış 

xərcləri çıxılmaqla əldə edilmiş vəsaitlər kimi tanınır.  

 

Bankın öz kapital alətlərinin geri alınması birbaşa kapitalda tanınır və çıxılır. Eyni zamanda, Bankın 



öz kapital alətlərinin alınması, satılması və ya ləğv edilməsi mənfəət və zərər haqqında olan 

hesabatda nə mənfəət, nə də ki zərər kimi tanınır.  

 

Maliyyə öhdəlikləri  

 

Maliyyə  öhdəlikləri  həm  ədalətli  dəyəri  mənfəət  və  ya  zərərdə  tanınan  maliyyə  öhdəlikləri,  həm  də 



“digər maliyyə öhdəlikləri” kimi təsnif edilir. 

 

Ədalətli dəyəri mənfəət və ya zərərdə tanınan maliyyə öhdəlikləri 

 

Maliyyə öhdəlikləri, maliyyə öhdəliyi ticarət məqsədləri üçün saxlanıldıqda və ya ƏDMZ tanınan təyin 



edildikdə ədalətli dəyəri mənfəət və ya zərərdə tanınan öhdəliklər kimi təsnif edilir. 

 

Maliyyə öhdəliyi ticarət məqsədləri üçün saxlanılan kimi təsnif edilir, əgər:



 

 

 



Yaxın dövrlərdə yenidən almaq məqsədilə əldə edildikdə; və ya 

 

Qrupun  birlikdə  idarə  etdiyi  və  yaxın  dövrlərdə  gəlir  gotürmək  üçün  olan  maliyyə  alətləri 



portfelinin ilkin tanınması; və ya 

 

Hedcinq aləti kimi təyin edilməyən və və səmərəli olmayan törəmədirsə 



 

Ticarət  üçün  nəzərdə  tutulmayan  maliyyə  öhdəliyi  ilkin  tanınmada  ədalətli  dəyəri  mənfəət  və  ya 

zərərdə tanınan kimi təyin edilə bilər, əgər: 

 

 



Tanıma və ölçmə uyğunsuzluğunu ləğv edirsə və ya əhəmiyyətli dərəcədə azaldırsa; və ya 

 

Maliyyə öhdəlikləri qrupun maliyyə aktivlərinin və ya öhdəliklərinin bir hissəsini və ya hər ikisini 



təşkil  edirsə,  hansı  ki,  bilavasitə  Qrupun  sənədləşdirilmiş  risklərin  idarəedilməsi  və  investisiya 

strategiyası  və  qrupdaxili  məlumat  ilə  birgə  ədalətli  dəyər  əsasında  qiymətləndirilir  və  idarə 

edilirsə. 



 

15 


 

 

Bu  tərkibində  bir  və  ya  daha  çox  derivativ  saxlayan  müqaviləni  formalaşdırırsa  və  MUBS  39 



Maliyyə  Alətləri:  Tanıma  və  ölçmə  ədalətli  dəyəri  mənfəət  və  ya  zərərdə  tanınan  kimi  təyin 

edilən müqaviləni mümkün edirsə. 

 

Maliyyə öhdəlikləri mənfəət və zərərdə tanınmış yenidən qiymətləndirmədən irəli gələn hər hansı 



gəlir və itkilər nəzərə alınmaqla. mənfəət və ya zərərdə ədalətli dəyərdə əks etdirilir, Xalis gəlir və ya 

itki mənfəət və zərərdə ödənilmiş istənilən faizlə birləşdirilir və mənfəət və zərər hesabatında “digər 

gəlirlər və itkilər” kimi daxil edilir. Ədalətli dəyər 30 saylı qeyddə göstərilən üsulla təyin edilir. 

 

Digər maliyyə öhdəlikləri  

 

Digər  maliyyə  öhdəlikləri,  o  cümlədən  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankındakı  depozit 



alətlər,  digər  bankların  və  müştərilərin  depozitləri,  buraxılmış  borc  qiymətli  kağızları,  borca 

götürülmüş digər vəsaitlər və digər öhdəliklər ilkin anda əməliyyat  xərcləri çıxılmaqla ədalətli dəyərlə 

ölçülür.  

 

Digər maliyyə öhdəlikləri sonradan effektiv faiz metodu istifadə edilməklə və faiz xərcləri effektiv gəlir 



əsasında tanınmaqla amortizasiya olunmuş dəyərlə ölçülür. 

 

Effektiv  faiz  metodu  maliyyə  öhdəliyinin  amortizasiya  olunmuş  dəyərinin  hesablanması  və  faiz 



xərclərinin müvafiq  dövr  üzrə  bölüşdürülməsi  üsuludur.  Effektiv  faiz  dərəcəsi  təxmin  edilən  gələcək 

nağd  pul  ödəmələrini maliyyə  öhdəliyinin  güman  edilən  müddəti,  yaxud  (məqsədəmüvafiq  hallarda) 

daha  qısa  müddət  ərzində  ilkin  tanınma  zamanı  xalis  balans  dəyərinə  dəqiqliklə  diskontlaşdıran 

dərəcədir

 

Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması 



 

Qrup  ödəniş  öhdəliyini  yerinə  yetirərsə,  belə  öhdəlik ləğv  olunarsa,  yaxud  müddəti  başa  çatarsa  və 

yalnız  belə  olan  hallarda  maliyyə  öhdəliyinin  tanınmasını  dayandırır.  Mövcud  maliyyə  öhdəliyi  tam 

başqa  şərtlərlə  eyni  kreditorun  təqdim  etdiyi  digər  öhdəliklə  əvəzlənərsə,  yaxud  mövcud  öhdəliyə 

əhəmiyyətli  düzəlişlər  edilərsə,  belə  əvəzləmə  və  ya  düzəliş  ilkin  öhdəliyin  tanınmasının 

dayandırılması  və  yeni  öhdəliyin  tanınması  kimi  qəbul  edilir.  Tanınması  dayandırılmış  maliyyə 

öhdəliyinin  balans  dəyəri  və  nəzəri  olaraq  ödənilmiş  və  ödəniləcək  məbləğlər  arasındakı  fərq 

mənfəət və zərər uçotunda tanınır.  

 

Maliyyə zəmanəti müqavilələri  

 

Maliyyə  zəmanəti  müqaviləsi  borc  aləti  üzrə  şərtlərə  əsasən  ödənişin  edilməli  olduğu  tarixdə 



müəyyən  debitorun  belə  ödənişləri  yerinə  yetirə  bilməməsi  səbəbindən  qiymətli  kağızın  sahibinə 

dəymiş zərərin əvəzinin ödənilməsini emitentdən tələb edən müqavilə formasıdır.  

 

Qrup  tərəfindən  buraxılmış  maliyyə  zəmanəti  müqavilələri  ilkin  olaraq  ədalətli  dəyərlə  ölçülür  və 



MZƏD-də yer almadığı halda, sonradan aşağıdakı məbləğlərdən daha yüksəyi ilə ölçülür:  

 

 



Qiymətləndirilmiş  öhdəliklər  və  şərti  öhdəliklər  və  şərti  aktivlər  adlı  MUBS  37-ə  əsasən 

müəyyən olunduğu kimi müqavilə üzrə öhdəlik məbləğindən; və  

 

Məqsədəmüvafiq hallarda gəlirlərin tanınması qaydalarına əsasən uçotda tanınmış yığılan 



amortizasiya çıxılmaqla ilkin tanınmış məbləğdən.  

 

Derivativ maliyyə alətləri  

 

Qrup valyuta mübadiləsi ilə bağlı riskləri tənzimləmək məqsədilə xarici valyuta üzrə müxtəlif derivativ 

forvard müqavilələrini bağlayır.  

 

Derivativlər derivativ müqaviləsinin bağlanıldığı tarixdə  ilkin olaraq  uçotda ədalətli dəyərlə tanınır və 



sonradan onların  dövrün  sonuna olan ədalətli dəyərinə qarşı təkrar ölçülür. Nəticədə  yaranmış gəlir 

və ya zərər dərhal mənfəət və ya zərər hesablarında tanınır.  



 

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri  

 

Pul  vəsaitləri  və  pul  vəsitlərinin  ekvivalentləri  nağd  məbləğə  asanlıqla  çevrilə  bilən  və  dəyəri 



dəyişdikdə  cüzi  riskə  məruz  qalan  vəsaitlərdir.  Bütün  qısamüddətli  banklararası  yerləşdirmələr, 

overnayt  yerləşdirmələri,  digər  banklar  üzrə  debitor  borclara  daxildir.  Məhdud  xarakter  daşıyan 

fondlara aid edilən məbləğlər pul vəsaitləri və onların ekvivalentlərindən istisna olunur. Pul vəsaitləri 

və onların ekvivalentləri amortizasiya olunmuş dəyərdə qeydə alınır. 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə