Beynəlxalq banki 31 dekabr 2012-ci IL tarixinə bitən IL üzrə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix14.09.2018
ölçüsü3,93 Mb.
#68244
1   2   3   4   5   6   7   8   9   10   ...   39

 

18 


 

 

Təxirə salınmış vergi 

 

Təxirə  salınmış  vergi  konsolidə  edilmiş  maliyyə  hesabatlarında  əks  olunan  aktiv  və  öhdəliklərin 

balans  dəyəri  ilə  vergiyə  cəlb  olunan  mənfəətin  hesablanmasında  istifadə  edilən  müvafiq  vergi 

bazası  arasındakı  müvəqqəti  fərq  əsasında  tanınır.  Təxirə  salınmış  vergi  öhdəlikləri,  ümumi  hal 

olaraq,  vergiyə  cəlb  olunan  bütün  müvəqqəti  fərqlər  üçün  tanınır.  Təxirə  salınmış  vergi  aktivləri, 

ümumi hal olaraq, gəlirdən çıxarılan bütün müvəqqəti fərqlər üçün tanınır bu şərtlə ki, belə müvəqqəti 

fərqlərin  hesaba  alınması  üçün  gələcəkdə  vergiyə  cəlb  olunacaq  mənfəətin  əldə  olunması  ehtimal 

edilsin. Müvəqqəti fərqlər qudvildən, yaxud da nə vergiyə cəlb olunan mənfəətə, nə də ki, uçotda əks 

olunmuş  mənfəətə  təsir  göstərən  əməliyyatlar  üzrə  digər  aktiv  və  öhdəliklərin  ilkin  tanınmasından 

(müəssisə  birləşmələri  istisna  edilməklə)  irəli  gələrsə,  təxirə  salınmış  vergi  aktivləri  və  öhdəlikləri 

uçotda tanınmır. 

 

Qrupun  müvəqqəti  fərqlərin  geri  bərpa  edilməsinə  nəzarət  imkanı  olduğu  və  müvəqqəti  fərqlərin 



proqnozlaşdırıla  bilən  gələcəkdə  geri  bərpa  olunmayacağı  ehtimal  edildiyi  hallar  istisna  olunmaqla, 

təxirə  salınmış  vergi  öhdəlikləri  törəmə  və  əlaqəli  müəssisələrə  investisiya  qoyuluşları  və  birgə 

müəssisələrin kapitalındakı paylar ilə bağlı vergiyə cəlb olunan müvəqqəti fərqlər üçün tanınır. Sözü 

gedən investisiya qoyuluşları və paylar ilə bağlı gəlirdən çıxılan müvəqqəti fərqlərdən yaranan təxirə 

salınmış  vergi  aktivləri  yalnız  gələcəkdə  belə  müvəqqəti  fərqlər  əsasında  tətbiq  olunması  üçün 

kifayət  məbləğdə  mənfəətin  yaranacağı  mümkün  hesab  edildikdə  və  onların  proqnozlaşdırıla  bilən 

gələcəkdə geri bərpa olunacağı gözlənildikdə tanınır. 

 

Təxirə  salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat dövrünün  sonunda təhlil edilir və aktivin 



bütün  və  ya  müəyyən  hissəsinin  bərpa  olunması  üçün  yetərli  mənfəətin  yaranacağı  ehtimal 

edilməyən həddə qədər azaldılır.  

 

Təxirə  salınmış vergi aktivləri və öhdəlikləri hesabat dövrünün sonuna qanuni qüvvəsinə minmiş və 



ya  qismən  minmiş  vergi  dərəcələrinə  (və  vergi  qanunlarına)  əsaslanmaqla  aktivin  satıldığı  və  ya 

öhdəliyin  yerinə  yetirildiyi  dövrdə  tətbiq  olunacağı  gözlənilən  vergi  dərəcəsi  ilə  ölçülür.  Təxirə 

salınmış  vergi  aktivləri  və  öhdəliklərinin  ölçülməsi  Qrup  hesabat  dövrünün  sonunda  aktiv  və 

öhdəliklərin  balans  dəyərini  bərpa  edəcəyi  və  ya  ödəcəyini  gözlədiyi  halda  yarana  biləcək  vergi 

nəticələrini özündə əks etdirir. 

 

İl üzrə cari və təxirə salınmış vergi  

 

Cari  və  təxirə  salınmış  vergi  digər  məcmu  gəlirlər  haqqında  hesabatda,  yaxud  birbaşa  olaraq 



kapitalda  göstərilən  müddəalarla  bağlı  olduğu  və  nəticə  etibarı  ilə,  müvafiq  olaraq  digər  məcmu 

gəlirlər  və  ya  birbaşa  kapital  bəndi  kimi  tanındığı  hallar  istisna  edilməklə,  mənfəət  və  zərər 

hesabatında tanınır. Cari vergi və ya təxirə salınmış vergi müəssisələrin birləşməsi üzrə ilkin uçotdan 

yarandıqda, müəssisələrin birləşməsi üzrə ilkin uçota daxil edilir.  



 

Əməliyyat vergiləri  

 

Qrupun  fəaliyyət  göstərdiyi  ölkələrdə  qrupun fəaliyyəti  ilə  əlaqədar  olaraq  hesablanan  bir  sıra  digər 

vergilər  tətbiq  edilir.  Belə  vergilər  əməliyyat  xərcləri  müddəası  olaraq  məcmu  gəlirlər  haqqında 

konsolidə edilmiş hesabata daxil edilir.  

 

Ehtiyatlar  

 

Ehtiyatlar  Qrupun  keçmişdə  baş  vermiş  hadisənin  nəticəsi  olaraq  hazırda  öhdəliyi  (hüquqi  yaxud 

konstruktiv)  olduqda  tanınır;  bu  zaman  Qrupdan  öhdəliyin  yerinə  yetirilməsinin  tələb  olunacağı 

ehtimal edilir və öhdəlik məbləği etibarlı şəkildə hesablana bilir.  

 

Ehtiyatlar  kimi  tanınan  məbləğ  öhdəliklə  bağlı  risk  və  qeyri-müəyyənlikləri  nəzərə  almaqla  hesabat 



dövrünün  sonunda cari öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar tələb olunan məbləğlərin  ən düzgün 

hesablanmasıdır.  Ehtiyat  ayrırmaları  hazırkı  öhdəliyin  yerinə  yetirilməsi  üçün  hesablanmış  pul 

vəsaitləri  axınına  istinad  etməklə  ölçülərsə,  onun  balans  dəyəri  (pulun  vaxt  üzrə  dəyərinin  təsiri 

əhəmiyyətli olduqda) həmin pul vəsaitlərinin cari dəyərinə bərabər olur.  

 

Ehtiyatların  yerləşdirilməsi  üçün  tələb  olunan  müəyyən  və  ya  bütün  iqtisadi  mənfəətin kənar  qurum 



tərəfindən  bərpa  ediləcəyi  gözlənilirsə,  bu  vəsaitin  qaytarılması  və  alınacaq  belə  vəsaitlərin  düzgün 

qiymətləndirilməsi barədə qəti əminlik olduqda alınacaq məbləğ uçotda aktiv kimi tanınır.  




 

19 


 

 

Şərti aktiv və öhdəliklər 

 

Şərti  öhdəliklər  maliyyə  vəziyyəti  haqqında  konsolidə  edilmiş  hesabatda  tanınmır,  lakin,  onların 



yerinə  yetirilməsi  ilə  bağlı  xərclərin  yaranmasına  ehtimallar  reallıqdan  uzaq  olmayana  qədər  belə 

öhdəliklər  açıqlanmalıdır.  Şərti  aktivlər  maliyyə  vəziyyəti  haqqında  konsolidə  edilmiş  hesabatlarda 

tanınmır, lakin, onlarla bağlı iqitsadi mənfəətin əldə olunacağı ehtimal edildikdə açıqlanmalıdır. 

 

Sığorta əməliyyatları 

 

Sığorta müqavilələri – təsnifatı 

 

Qrup  sığorta  risklərini  ötürən  müqavilələr  tərtib  edir.  Sığorta  müqavilələri  əhəmiyyətli  sığorta  riskini 



ötürən müqavilələrdir. Ümümi qayda olaraq, Qrup əhəmiyyətli sığorta riski  kimi sığorta hadisəsi baş 

verməsinə  görə  sığorta  hadisəsi  baş  vermədiyi  halda  ödəniləcək  mükafatlardan  ən  azı  10%  yuxarı 

olan mükafatların ödənilməsi imkanının yaradılmasıdır.  

 

Mükafatlar 

 

Müqavilənin  başlanmasından  sonra,  polisin  əhatə  etdiyi  müddət  ərzində  cəmi  alınacaq  mükafatlar 



pro-rata  əsasında  polisin  əhatə  etdiyi  dövrdə  qazanılmış  kimi  hesab  olunur.  Qazanılmamış 

mükafatlar  üçün  ehtiyat  vaxt  bölgüsü  əsasında  hesabat  dövrünün  sonunda  qüvvədə  olan  polisin 

vaxtı bitməmiş şərtlərinə aid olan ildə silinmiş mükafatların bir hissəsinin təşkil edir. 

 

Zərərlər 

 

Zərərlər,  zərər  tənzimləmə  xərcləri  daxil  olmaqla  baş  verdikdə  məcmu  gəlirlər  haqqında  konsolidə 



edilmiş  hesabata  daxil  edilir.  Zərər  üzrə  ehtiyatlar  çəkilmiş  zərərə  görə  yığılmış  hesablamalardan 

ibarət  olan  iki  növ  ehtiyata  ayrılır:  bildirilmiş,  lakin  ödənilməmiş  zərərlər  ehtiyatı  (BÖZE)  və  baş 

vermiş,  lakin  bildirilməmiş  zərərlər  ehtiyatı  (BVBZE).  BÖZE  ödənilməmiş  hər  bir  iddia  üçün 

hesablanır.  BÖZE  üzrə  qiymətləndirmə,  hesabat  dövrü  başa  çatdıqdan  sonra  yerinə  yetiriləcək 

sığorta hadisələrinin araşdırılması zamanı Qrup tərəfindən alınmış məlumatlara əsasən irəli sürülür.  

 

Əgər zərərin məbləği müəyyən olunmayıbsa, sığorta polisində qeyd edilmiş sığorta limitindən çox 



olmayan zərərlərin maksimal mümkün məbləği BÖZE kimi qeyd edilir. BVBZE əvvəlki dövrün 

məlumatlarına, gözlənilən zərər əmsalllarına və bildirilmiş iddiaların inkişaf amillərinə əsaslanan 

zərərin inkişafı sxemini müəyyənləşdirmək üçün istifadə olunan aktuari metoduna əsasən müəyyən 

olunur. BVBZE, Qrup tərəfindən hər bir sığorta növü üzrə hesablanır; hesablama əvvəlki illərin 

zərərlərinin tənzimlənməsi üzrə gəlir və xərclərin tənzimlənməsi statistikasına əsaslanır. Gələcək pul 

vəsaitlərinin hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə olunan metodologiya və 

fərziyyələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm 

olaraq nəzərdən keçirilir. Ehtiyatların həcminin qiymətləndirilməsi və müəyyən edilməsi üsulları 

müntəzəm olaraq nəzərdən keçirilir və yenidən baxılır. Nəticədə, edilən düzəlişlər yarandığı zaman 

konsolidə edilmiş məcmu gəlirlər haqqında hesabatda (vergidən əvvəlki mənfəətdə azalma və ya 

artım kimi) əks etdirilir. Zərər üçün ehtiyat iddiaların kifayət qədər tez bir zamanda bildirılməsi və 

ödənilməsi ilə əlaqədar olaraq diskontsuz qaydada təxmin edilir. 



 

Təkrarsığorta 

 

Qrup  adi  fəaliyyət  gedişində  təkrarsığorta  öhdəliklərini  üzərinə  götürür,  yaxud  da  digər  tərəfə 

ötürür.  Lakin,  ötürülmüş  təkrarsığorta  müqavilələri  Qrupu  sığortalılar  qarşısındakı  öhdəliklərindən 

azad  etmir.Təkrarsığorta  üzrə  debitor  borclarına  sığorta  ödənişləri  ilə  əlaqədar  təkrarsığorta 

şirkətlərindən  alınacaq  məbləğlər,  o  cümlədən  iddiaların  tənzimlənməsi  üzrə  xərclər  və  Qrupa 

ötürülmüş  təkrarsığorta  haqları  daxildir.  Təkrarsığortaçılardan  əldə  edilə  biləcək  məbləğlər, 

təkrarsığortalama  polisi  ilə  bağlı  olan  iddia  öhdəliyinə uyğun  qaydada  müəyyən  edilir.  Təkrarsığorta 

üzrə kreditor borcları Qrupun təkrarsığorta haqlarının təkrarsığortaçılara ötürülməsi üzrə öhdəliklərini 

əks etdirir. 

 

Xarici valyutalar 

 

Qrupun  hər  fərdi  müəssisəsinin  maliyyə  hesabatları  hazırlanarkən,  müəssisənin  əməliyyat 



valyutasından  başqa  digər  valyuta  (xarici  valyutalar)  ilə  aparılan  əməliyyatlar  belə  əməliyyatların 

aparıldığı tarixdə üstünlük  təşkil edən  mübadilə məzənnələri ilə  qeydə alınır. Hər hesabat dövrünün 

sonunda,  xarici  valyuta  ilə  ifadə  olunmuş  monetar  müddəaların  valyuta  mövqeyi  ədalətli  dəyərin 

müəyyən  olunduğu  tarixdə  üstünlük  təşkil  edən  məzənnə  ilə  təkrar  qiymətləndirilir.  Xarici  valyutada 

ədalətli  dəyər  ilə  uçota  alınmış  qeyri-monetar  müddəalarin  valyuta  mövqeyi  ədalətli  dəyərin 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə