Microsoft Word Audit Ataholding ifrs cons fs 2013-az revised doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68253
1   2   3   4   5   6   7   8   9   10   ...   41

 

 

12

 



Bu  konsolidә  edilmiş  maliyyә  hesabatları  aşağıdakı  mühasibat  uçotu  qaydalarında  izah  edildiyi  kimi 

tarixi (ilkin) dәyәr әsasında hazırlanmışdır. 

 

Tarixi


 dәyәr adәtәn aktivlәrin mübadilәsi әvәzindә әldә olunan vәsaitlәrin әdalәtli dәyәrinә bәrabәrdir. 

 

 



Әdalәtli  dәyәr  bilavasitә  müşahidә  edilә  bilәn  olmasından  vә  ya  digәr  qiymәtlәndirmә  vasitәlәrini 

istifadә  etmәklә  hesablanmasından  asılı  olmayaraq  qiymәtlәndirmә  tarixindә  bazar  iştirakçıları 

arasındakı  әmәliyyat  üzrә  aktivin  satılması  üçün  alınmış  vә  ya  öhdәliyin  ötürülmәsi  üçün  ödәnilmiş 

qiymәtdir.  Qiymәtlәndirmә  tarixindә  bazar  iştirakçıları  aktiv  vә  ya  öhdәliyә  qiymәtqoyma  zamanı 

onların  xüsusiyyәtlәrini  nәzәrә  aldıqda  Qrup  da  hәmin  aktiv  vә  ya  öhdәliklәrin  әdalәtli  dәyәrini 

hesablayarkәn  onların  xüsusiyyәtlәrini  nәzәrә  alır.  Bu  maliyyә  hesabatlarında  qiymәtlәndirmә  vә/vә 

ya  açıqlama  mәqsәdlәri  üçün  әdalәtli  dәyәr  MHBS  2-yә  daxil  olan  pay  alәtlәri  әsasında  ödәmә 

әmәliyyatları, MUBS 17-yә daxil olan lizinq әmәliyyatları, elәcә dә әdalәtli dәyәr qiymәtlәndirmәsinә 

oxşar  olan,  lakin  әdalәtli  dәyәr  qiymәtlәndirmәlәri  olmayan,  mәsәlәn,  MUBS  2-dә  qeyd  edilәn  xalis 

satış  dәyәri  vә  ya  MUBS  36-da  qeyd  edilәn  istifadә  dәyәri  kimi  qiymәtlәndirmәlәr  istisna  olmaqla 

yuxarıdakı kimi müәyyәn edilir. 

 

Bundan  әlavә,  maliyyә  hesabatı  mәqsәdilә  әdalәtli  dәyәr  qiymәtlәndirmәlәri  belә  qiymәtlәndirmәlәr  



üçün  giriş  mәlumatlarının  müşahidә  edilә  bilmә  dәrәcәsindәn  vә  bütövlükdә  әdalәtli  dәyәr 

qiymәtlәndirmәlәri  üçün  giriş  mәlumatlarının  әhәmiyyәtliliyindәn  asılı  olaraq  Sәviyyә  1,  2,  3  kimi 

tәsniflәşdirilir. Bu sәviyyәlәr aşağıdakılardır:  

 

  Sәviyyә  1  giriş  mәlumatları,  qiymәtlәndirmә  tarixindә  müәssisәnin  istifadә  edә  bilәcәyi,  fәal 



bazarda eyni aktiv vә öhdәliklәr üçün tәyin edilәn (düzәliş edilmәmiş) qiymәtlәrdir; 

  Sәviyyә 2 giriş mәlumatları, Sәviyyә 1-ә daxil olan tәyin edilmiş qiymәtlәr istisna olmaqla, birbaşa 

vә ya dolayısı ilә aktiv vә öhdәliklәr üzrә müşahidә edilә bilәn giriş mәlumatlarıdır; vә  

  Sәviyyә  3  giriş  mәlumatları  aktiv  vә  ya  öhdәliklәr  üzrә  müşahidә  edilә  bilinmәyәn  giriş 

mәlumatlarıdır.   

 

Azәrbaycan  Respublikasında  qeydiyyatdan  keçmiş    Holdinq  vә  onun  konsolidә  edilmiş  törәmә 



müәssisәlәri  mühasibat  uçotunu  yerli  mühasibat  uçotu  qaydalarına  uyğun  olaraq  aparır.  Lakin 

Holdinqin  xarici  konsolidә  edilmiş  törәmәlәri  öz  mühasibat  uçotu  qeydlәrini  fәaliyyәt  göstәrdiklәri 

ölkәnin müvafiq qaydalarına uyğun aparırlar. Bu konsolidә edilmiş maliyyә hesabatları yerli mühasibat 

uçotu  qaydalarına  istinadәn  hazırlanmış  vә  MHBS-ә  uyğunlaşdırılması  üçün  onlara  düzәlişlәr 

edilmişdir.  

 

Qrup  maliyyә  vәziyyәti  haqqında  konsolidә  edilmiş  hesabatını  likvidlik  ardıcıllığı  ilә  geniş  şәkildә 



tәqdim edir. Hesabat (cari) tarixindәn sonrakı 12 ay әrzindә vә ya hesabat tarixindәn sonra 12 aydan 

çox  müddәt  (uzunmüddәtli)  әrzindә  әvәzlәşdirilәcәk  vә  ödәnilәcәk  mәblәğlәr  üzrә  tәhlil  36  saylı 

Qeyddә göstәrilir.  

 

Әsas mühasibat uçotu qaydaları aşağıda tәqdim olunur.   



 

Әmәliyyat valyutası 

 

Qrupun  maliyyә  hesabatlarına  daxil  olan  maddәlәr  müәssisәnin  fәaliyyәt  göstәrdiyi  әsas  iqtisadi 

mühitdәki  valyuta  mәzәnnәsindәn  (“әmәliyyat  valyutası”)  istifadә  etmәklә  qiymәtlәndirilir.  Qrupun 

әmәliyyat  valyutası  Azәrbaycan  manatıdır.  Bankın  maliyyә  hesabatlarının  tәqdim  edildiyi  valyuta 

Azәrbaycan  manatıdır.  Başqa  cür  qeyd  edilәn  hallar  istisna  olmaqla,  bütün  rәqәmlәr  manata 

uyğunlaşdırılaraq yuvarlaqlaşdırılır.    



  

Әvәzlәşdirmә 

 

Maliyyә  aktivlәri  vә  maliyyә  öhdәliklәri  yalnız  uçotda  tanınmış  mәblәğlәrin  әvәzlәşdirilmәsi  üçün 



qanuni  hüquq  mövcud  olduqda  vә  xalis  mәblәğ  әsasında  hesablaşmalar  aparılması,  yaxud  eyni 

vaxtda  aktivlәrin  satılması  vә  öhdәliyin  yerinә  yetirilmәsi  nәzәrdә  tutulduqda  bir-birinә  qarşı 

әvәzlәşdirilir, xalis mәblәği isә maliyyә vәziyyәti haqqında konsolidә edilmiş hesabatda bildirilir. Gәlir 

vә xәrc hәr hansı mühasibat uçotu standartları vә şәrhi ilә tәlәb olunan vә ya icazә verilәn vә Qrupun 

uçot  siyasәtindә  xüsusi  açıqlanan  hallar  istisna  olmaqla  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş 

hesabatda әvәzlәşdirilmir.    

 



 

 

13

 



Konsolidasiyanın әsasları  

 

Hazırkı  konsolidә  edilmiş  maliyyә  hesabatlarına  Holdinqin  vә  onun  nәzarәtindә  olan  müәssisәlәrin 



(struktur  müәssisәlәr  daxil  olmaqla),  elәcә  dә  törәmә  müәssisәlәrinin  maliyyә  hesabatları  daxildir. 

Nәzarәt aşağıdakı hallarda hәyata keçirilir:  

 

  Holdinq investisiya qoyulan müәssisә üzәrindә sәlahiyyәtә malik olduqda



  Holdinq  investisiya  qoyulan  müәssisә  ilә  iş  birliyindәn  gәlir  әldә  etdikdә  vә  ya  belә  gәlirlәr  üçün 

hüquqa malik olduqda; vә  

  Holdinq gәlirlәrә tәsir etmәk üçün öz sәlahiyyәtindәn istifadә etmәk qabiliyyәtinә malik olduqda.  

  

Fakt vә mövcud vәziyyәtlәr nәzarәtin yuxarıda qeyd olunan üç elementindәn birinә vә ya bir neçәsinә 



dәyişikliklәr edildiyini göstәrәrsә, Holdinq investisiya qoyulan müәssisәyә nәzarәt edib-etmәyәcәyini 

yenidәn qiymәtlәndirir.  

 

Holdinq, investisiya qoyulan müәssisәnin sәsvermә hüquqlarının daha az hissәsinә sahib olarsa, belә 



müәssisә üzәrindә sәlahiyyәtә o zaman malikdir ki, sәsvermә hüquqları hәmin müәssisәnin müvafiq 

fәaliyyәtini birtәrәfli qaydada idarә edә bilmәk üçün kifayәt etsin. Holdinq investisiya qoyulan şirkәtdә 

olan  sәsvermә  hüquqlarının  ona  nәzarәt  etmә  sәlahiyyәti  vermәk  üçün  yetәrli  olub-olmamamasını 

müәyyәn etmәk mәqsәdilә bütün uyğun faktları vә halları, elәcә dә aşağıdakıları nәzәrә alır:  

 

  Qrupun  sәsvermә  hüquqlarının  hәcminin  digәr  sәsvermә  hüququna  malik  tәrәflәrin  hüquqlarının 



hәcminә vә bölgüsünә nisbәti;  

  Holdinqin, digәr sәs sahiblәrinin vә tәrәflәrin sahib olduğu potensial sәsvermә hüquqları;  

  Digәr razılaşmalardan irәli gәlәn hüquqlar; vә   

  Sәhmdarların әvvәlki yığıncaqlarındakı sәs bölgüsü daxil olmaqla, qәrarların qәbul edilmәli olduğu 

zaman  Holdinqin  müvafiq  fәaliyyәtlәri  idarә  etmәk  qabiliyyәtinin  olub-olmamasını  göstәrәn  hәr 

hansı әlavә faktlar vә hallar. 

 

Törәmә müәssisәnin konsolidasiyası Holdinq bu törәmә müәssisә üzәrindә nәzarәt әldә etdiyi zaman 



başlayır  vә  Holdinq  bu  nәzarәti  itirdiyi  zaman  dayandırılır.  Xüsusilә,  il  әrzindә  törәmә  müәssisәnin 

әldә edilәn vә ya xaric olunan gәlir vә xәrclәri Holdinqin müvafiq nәzarәti әldә etdiyi tarixdәn vә belә 

nәzarәtin dayandırıldığı tarixә qәdәr mәnfәәt vә ya zәrәr vә digәr mәcmu gәlirlәr haqqında konsolidә 

edilmiş hesabata daxil olunur.    

 

Mәnfәәt vә ya zәrәr vә digәr mәcmu gәlirlәrin hәr bir komponenti Holdinqin sәhmdarlarına vә qeyri-



nәzarәt paylarına aid edilir. Törәmә müәssisәlәrin cәmi mәcmu gәliri, hәtta qeyri-nәzarәt payları üzrә 

balansda kәsir yaransa belә, Holdinqin sәhmdarlarına vә qeyri-nәzarәt paylarına aid edilir. 



 

Lazım  olduqda  törәmә  müәssisәlәrdә  tәtbiq  edilәn  mühasibat  uçotu  qaydalarının  Qrupdakı  digәr 

müәssisәlәr  tәrәfindәn  istifadә  olunan  mühasibat  uçotu  qaydalarına  uyğunlaşdırılması  üçün  törәmә 

müәssisәlәrinin maliyyә hesabatlarına düzәlişlәr edilir. 



 

Bütün qrupdaxili aktivlәr vә öhdәliklәr, kapital, gәlir, xәrclәr vә Qrupun üzvlәri arasında әmәliyyatlarla 

bağlı pul vәsaitlәri konsolidasiya zamanı tam çıxarılır.  

 

Qeyri-nәzarәt payları  

 

Qeyri-nәzarәt payları Qrupun birbaşa vә ya dolayısı ilә sahib olmadığı törәmә müәssisәlәrinin mәnfәәt 



vә ya zәrәrinin, habelә xalis aktivlәrinin bir hissәsidir.  

 

Qeyri-nәzarәt payları mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda, elәcә dә maliyyә vәziyyәti 



haqqında  konsolidә  edilmiş  hesabatda  ana  müәssisәnin  sәhmdar  kapitalından  ayrılıqda  kapital  üzrә 

göstәrilir.  



 

Qrupun hazırkı törәmә müәssisәlәrin kapitalındakı iştirak payında dәyişikliklәr  

 

Qrupun törәmә müәssisәlәr üzәrindә nәzarәtinin itirilmәsinә sәbәb olmayan törәmә müәssisәlәrin 



kapitalındakı iştirak payında dәyişikliklәr kapital әmәliyyatları kimi uçota alınır  Qrupun törәmә 

müәssisәlәrdәki aidiyatı payları üzrә dәyişikliklәri әks etdirmәk mәqsәdilә Qrupun paylarının vә qeyri-

nәzarәt paylarının balans dәyәrlәrinә düzәlişlәr edilir. Qeyri-nәzarәt paylarına düzәliş olunan mәblәğ 

ilә ödәnilmiş vә ya alınmış mәblәğin әdalәtli dәyәri arasındakı hәr hansı fәrq birbaşa kapitalda tanınır 

vә ya Qrupun tәsisçilәrinә aid edilir.  



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə