Microsoft Word Audit Ataholding ifrs cons fs 2013-az revised doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68253
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

 

 

16

 



Kreditlәr vә debitor borcları 

 

Sabit  vә  ya  müәyyәn  oluna  bilәn  ödәnişlәri  olan  vә  fәal  bazarda  qiymәti  bәyan  edilmәmiş  ticarәt 



debitor  borcları,  kreditlәr  vә  digәr  debitor  borcları  “kreditlәr  vә  debitor  borcları”  kimi  tәsnif  edilir. 

Kreditlәr  vә  debitor  borcları  effektiv  faiz  dәrәcәsi  metodundan  istifadә  etmәklә  dәyәrsizlәşmә 

çıxıldıqdan sonra amortizasiya olunmuş dәyәrdә ölçülür. Faiz gәliri, faizin tanınması cüzi әhәmiyyәt 

kәsb  etdiyi  qısamüddәtli  kreditlәr  istisna  edilmәklә,  effektiv  faiz  dәrәcәsini  tәtbiq  etmәklә  uçotda 

tanınır. 

 

Qiymәtli kağızların geri alışına dair (әks-repo) müqavilәlәr  

 

Adi biznes fәaliyyәtindә Qrup maliyyә aktivlәrinin satışı vә geri alışına dair müqavilәlәr (“әks- repo”) 



bağlayır. Әks-repo müqavilәlәri xәzinәnin idarә edilmәsi elementi kimi Qrup tәrәfindәn istifadә edilir. 

 

Әks-repo müqavilәlәri çәrçivәsindә alınan aktivlәr qiymәtli kağızlar vә digәr aktivlәr ilә tәmin edilmiş 



depozitlәrә yerlәşdirilmiş nağd pul şәklindә konsolidә edilmiş maliyyә hesabatlarında qeydә alınır vә 

banklardan  alınacaq  vәsaitlәr  vә/vә  ya  müştәrilәrә  verilәn  kredit  vә  avanslar  çәrçivәsindә 

tәsniflәndirilir.  

 

Maliyyә aktivlәrinin dәyәrsizlәşmәsi  

 

Әdalәtli


 dәyәri mәnfәәt vә zәrәrdә tanınan aktivlәr istisna olmaqla, digәr maliyyә aktivlәri hәr hesabat 

dövrünün  sonunda  dәyәrәsizlәşmәnin  müәyyәn  edilmәsi  mәqsәdilә  nәzәrdәn  keçirilir.  Maliyyә 

aktivlәrinin ilkin tanınmasından sonra baş vermiş bir vә ya bir neçә hadisә nәticәsindә investisiyalar 

üzrә  gәlәcәk  pul  daxilolmalarının  tәsirә  mәruz  qaldığını  göstәrәn  obyektiv  sübut  olarsa,  maliyyә 

aktivlәri dәyәrsizlәşmiş hesab edilir. 

 

Satılabilәn  kimi  tәsniflәşdirilmiş  listinq  subyekti  olmayan  kapital  investisiyaları  halında,  tәminatın 



әdalәtli  dәyәrinin  onun  öz  dәyәrindәn  әhәmiyyәtli  dәrәcәdә  vә  ya  uzun  müddәtә  azalması 

dәyәrsizlәşmә üçün әsas ola bilәr.  

 

Bütün digәr maliyyә aktivlәri üçün dәyәrsizlәşmәni göstәrәn amillәrә aşağıdakılar aid ola bilәr: 



 

 

Emitent vә ya qarşı tәrәfinin әhәmiyyәtli maliyyә çәtinliklәri; yaxud  



 

Faizlәrin  vә  ya  әsas  borc  mәblәğinin  vaxtında  ödәnilmәmәsi  vә  ya  ödәmә  öhdәliyinin  yerinә 

yetirilmәmәsi halları kimi müqavilә şәrtlәrinin pozulması; vә ya 

 

Borcalanın  müflisliyә  uğrayacağı  vә  ya  maliyyә  strukturunun  yenidәn  tәşkil  edәcәyi  güman 



olunduqda; yaxud  

 

Maliyyә  çәtinliklәri  sәbәbindәn  qeyd  olunan  maliyyә  aktivinin  tәqdim  edildiyi  fәal  bazar 



mәkanlarının yox olması.  

 

Kreditlәr  vә  debitor  borcları  kimi  müәyyәn  maliyyә  aktivi  kateqoriyaları  halında,  ayrı-ayrılıqda 



dәyәrsizlәşmәdiyi  müәyyәn  edilәn  aktivlәr,  әlavә  olaraq,  dәyәrsizlәşmәnin  müәyyәn  olunması 

mәqsәdilә  birlikdә  tәhlil  edilir.  Kreditlәr  vә  debitor  borcları  portfelinin  dәyәrsizlәşdiyini  göstәrәn 

obyektiv sübutlara Qrupun ödәnişlәrin yığılması ilә bağlı keçmiş tәcrübәsi, portfeldә vaxtı gecikdirilәn 

ödәmәlәrin sayının artması, elәcә dә debitor borcu öhdәliyinin yerinә yetirilmәmәsinin әlaqәlәndirildiyi 

yerli iqtisadi şәraitlәrdә müşahidә olunan dәyişikliklәr aid edilә bilәr.  

 

Amortizasiya olunmuş  dәyәrlә  qeyd  edilәn  maliyyә  aktivlәri  halında,  uçotda  tanınmış  dәyәrsizlәşmә 



zәrәrinin  mәblәği  aktivin  balans  dәyәri  ilә  maliyyә  aktivinin  ilkin  effektiv  faiz  dәrәcәsindә 

diskontlaşdırılmış tәxmin edilәn gәlәcәk pul hәrәkәtinin cari dәyәri arasındakı fәrqdәn ibarәtdir.  

 

İlkin  dәyәri  ilә  qeyd  edilәn  maliyyә  aktivlәri  halında  isә,  ehtimal  olunan  dәyәrsizlәşmә  zәrәrinin 



mәblәği aktivin balans dәyәri ilә bәnzәr maliyyә aktivi üçün tәtbiq olunan cari bazar gәlirlilik norması 

dәrәcәsindә diskontlaşdırılmış tәxmin edilәn gәlәcәk pul vәsaitlәri hәrәkәtinin cari dәyәri arasındakı 

fәrqlә ölçülür. Belә dәyәrsizlәşmә zәrәri sonrakı dövrlәrdә әvәzlәşdirilmir.   

 

Maliyyә aktivinin balans dәyәri, belә dәyәrin ehtiyatlar hesabına azalmasını nәzәrdә tutan kreditlәr vә 



debitor  borcları  halı  istisna  edilmәklә,  bütün  maliyyә  aktivlәri  üçün  birbaşa  olaraq  ehtimal  olunan 

dәyәrsizlәşmә  zәrәri  mәblәğindә  azaldılır.  Kreditlәrin  vә  ya  debitor  borclarının  yığılması  mümkün 

olmadıqda,  belә  mәblәğlәr  ehtiyatlar  hesabına  silinir.  Әvvәllәr  silinmiş  mәblәğlәrin  daha  sonra 

qaytarılması  ehtiyat  hesabına  kreditlәşdirilir.  Ehtiyatlar  hesabının  balans  mәblәğindәki  dәyişikliklәr 

mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda tanınır.  

 



 

 

17

 



Satılabilәn  maliyyә  aktivi  dәyәrsizlәşmiş  hesab  olunduqda  digәr  mәcmu  gәlir  üzrә  tanınmış  mәcmu 

gәlir vә ya zәrәrlәr dövr üzrә mәnfәәt vә ya zәrәr şәklindә yenidәn tәsniflәşdirilir.   

  

Amortizasiya  olunmuş  dәyәrlә  qiymәtlәndirilәn  aktivlәr  halında,  sonrakı  dövrdә  ehtimal  olunan 



dәyәrsizlәşmә  zәrәri  azalarsa  vә  bu  azalma  dәyәrsizlәşmәnin  uçotda  tanındığı  andan  sonra  baş 

vermiş  hadisә  ilә  obyektiv  şәkildә  әlaqәlәndirilә  bilәrsә,  bundan  qabaq  uçotda  tanınmış 

dәyәrsizlәşmә zәrәri mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda әvәzlәşdirilir, bu şәrtlә ki, 

dәyәrsizlәşmәnin  әvәzlәşdirildiyi  tarixdә  investisiyanın  balans  mәblәği  dәyәrsizlәşmә  uçotda 

tanınmadığı tәqdirdә amortizasiya dәyәrindәn artıq olmasın.   

 

Satılabilәn  pay  qiymәtli  kağızlarına  gәldikdә,  әvvәllәr  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş 



hesabatda  tanınmış  dәyәrsizlәşmә  zәrәrlәri  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda 

әvәzlәşdirilmir.  Dәyәrsizlәşmә  zәrәrindәn  sonra  әdalәtli  dәyәrdә  baş  vermiş  hәr  hansı  artım  digәr 

mәcmu gәlirlәr haqqında hesabatda tanınır vә investisiyaların yenidәn qiymәtlәndirilmәsi üzrә ehtiyat 

başlığı altında toplanılır



 

SB  borc  qiymәtli  kağızları  halında  isә,  investisiyaların  әdalәtli  dәyәrindәki  artım  dәyәrsizlәşmә 



zәrәrinin  tanındığı  andan  sonra  baş  vermiş  hadisә  ilә  obyektiv  şәkildә  әlaqәlәndirildikdә, 

dәyәrsizlәşmә zәrәrlәri mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda әvәzlәşdirilir.   

 

Şәrtlәri tәkrar razılaşdırılmış kreditlәr  

 

Mümkün  olan  hallarda  Qrup  girova  sahib  çıxmaq  әvәzinә  kreditin  ödәmә  vaxtının  tәkrar 

razılaşdırılmasına çalışır. Bu, ödәniş müddәtinin uzadılması vә yeni kredit şәrtlәrinin razılaşdırılmasını 

nәzәrdә tuta bilәr. Şәrtlәr yenidәn razılaşdırıldıqda, hәr hansı dәyәrsizlәşmә şәrtlәrdә dәyişikliklәrin 

edilmәsindәn әvvәl hesablanmış ilkin effektiv faiz dәrәcәsindәn istifadә etmәklә ölçülür vә kredit vaxtı 

ötmüş  hesab  edilmir.  Rәhbәrlik  bütün  meyarlar  üzrә  tәlәblәrin  yerinә  yetirildiyini  vә  gәlәcәk 

ödәnişlәrin  baş  tutacağını  tәmin  etmәk  mәqsәdilә  şәrtlәri  tәkrar  razılaşdırılmış  kreditlәri  nәzәrdәn 

keçirir. Kreditlәr, ilkin effektiv faiz dәrәcәsindәn istifadә etmәklә hesablanan dәyәrsizlәşmә üzrә fәrdi 

vә ya birgә qiymәtlәndirmәnin obyekti olmağa davam edir.  

 

Kreditlәrin vә avansların silinmәsi  

 

Kreditlәr  vә  avanslar,  yığılması  mümkün  olmadıqda  ehtimal  olunan  dәyәrsizlәşmә  zәrәri  üçün 



ehtiyatlar  hesabına  silinir.  Rәhbәrlik  Qrupa  ödәnilmәli  olan  borcların  yığılması  üçün  bütün  mümkün 

vasitәlәrdәn istifadә etdikdәn vә Qrup saxladığı bütün girov vәsaitlәrini satdıqdan sonra kreditlәr vә 

avanslar  hesabdan  silinir.  Әvvәllәr  hesabdan  silinmiş  mәblәğlәrin  sonradan  bәrpa  edilmәsi 

ödәnişlәrin  qaytarılması  dövründә  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda  maliyyә 

aktivlәrinin  dәyәrsizlәşmәsi  mәblәğinә  qarşı  әvәzlәşdirilir.  Yerli  qanunvericiliyin  tәlәblәrinә  görә 

kreditlәr yalnız Müşahidә Şurasının razılığı ilә vә müәyyәn hallarda, mәhkәmәnin müvafiq qәrarı ilә 

silinә bilәr.  

 

Maliyyә aktivlәrinin tanınmasının dayandırılması  

 

Qrup yalnız aktivdәn pul daxilolmaları üzrә onun müqavilә hüquqlarının vaxtı bitdikdә, yaxud maliyyә 



aktivini vә aktiv üzrә mülkiyyәt hüquqları ilә bağlı bütün risk vә mükafatları әsas etibarilә digәr tәrәfә 

ötürdükdә maliyyә aktivinin tanınmasını dayandırır. Qrup aktiv üzrә mülkiyyәt hüquqları ilә bağlı bütün 

risk vә mükafatları әsas etibarilә digәr tәrәfә köçürmәzsә vә ya özündә saxlamazsa vә köçürülmüş 

aktiv  üzәrindә  nәzarәtini  davam  etdirәrsә,  o,  aktiv  üzrә  saxlanılmış  payını  vә  bununla  әlaqәdar 

ödәyәcәyi mәblәğlәr müqabilindә öhdәliyi uçotda tanıyır. Qrup ötürülmüş aktiv üzrә mülkiyyәt hüququ 

ilә bağlı risk vә mükafatları әsas etibarilә özündә saxlayarsa, o, belә maliyyә aktivini uçotda tanımağa 

davam edir vә aldığı mәblәğlәr ilә әlaqәdar girovu tәmin edilmiş borc vәsaitlәrini dә uçotda tanıyır.  

 

Maliyyә aktivinin tanınması tamamilә dayandırıldığı halda, maliyyә aktivinin balans dәyәri ilә alınmış 



vә alınacaq mәblәğlәr vә digәr mәcmu gәlirlәrdә tanınmış vә kapitalda toplanmış mәcmu gәlir vә ya 

zәrәrlәr arasındakı fәrq mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda tanınır. 

 

Maliyyә  aktivinin  tanınmasının  tamamilә  dayandırılması  halından  başqa  digәr  hallarda  (mәs.,  Qrup 



ötürülmüş aktivlәrin bir hissәsini almaq hüququnu saxlayırsa), Qrup maliyyә aktivinin әvvәl müәyyәn 

edilmiş  balans  dәyәrini  iştirakın  davam  etdiyi  müddәtdә  tanımağa  davam  etdiyi  hissә  ilә  aktivlәrin 

ötürülmәsi tarixindә hәmin hissәlәrin nisbi әdalәtli dәyәrlәri әsasında artıq tanınmayan hissә arasında 

bölüşdürür.  Artıq  tanınmayan  hissәyә  aid  edilmiş  balans  dәyәri  ilә  artıq  tanınmayan  hissә  üzrә 

alınmış  ödәniş  mәblәği  vә  ona  aid  edilmiş,  digәr  mәcmu  gәlirlәr  haqqında  hesabatda  tanınmış  hәr 

hansı yığılmış gәlir vә ya zәrәr arasında fәrq mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda 

tanınır.  



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə