“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

41 

 

 



 

FƏSİL 3. AZƏRBAYCANDA XARİCİ SƏRMAYƏLİ BANKLAR, ONLARIN 

TƏSNİFATI 

3.1. Xarici sərmayəli banklar, onların kapitallaşma səviyyəsi 

 

Azərbaycan bank sisteminin inkişafı sahəsində həyata keçirilən institusional 



və infrastruktur tədbirlər nəticəsində bankların xarici investorlar üçün cəlbediciliyi 

qorunub  saxlanmışdır.  İl  ərzində  fəaliyyət  göstərən  xarici  kapitallı  bankların  sayı 

22  olmuş  və  bank  sektoruna  xarici  kapital  investisiyalarının  həcmi  137,8 

mln.manat (42%) artaraq 468,1 mln.man. olmuşdur. 

Beynəlxalq maliyyə institutlarının və xarici bankların Azərbaycanın maliyyə 

və  bank  bazarına  marağı  azalmır.  Buna  əyani  misal  kimi  Azərbaycan  Mərkəzi 

Bankına  edilən  müraciətləri  göstərmək  olar.  Mərkəzi  Bank,  öz  növbəsində  bank 

sektorunda «brend» xarici bankların iştirakında maraqlı olduğundan hər müraciətə 

həssaslıqla yanaşır və onları müsbət qiymətləndirir. 

Hazırda  ölkədə  fəaliyyət  göstərən  44  kommersiya  bankının  yarısı  xarici 

sərmayəli banklardır. Onlardan 7-də xarici kapitalın iştirak payı 50-100% arasında, 

14-də  isə  50%-ə  qədərdir.  Ölkə  ərazisində  2  xarici  bank  filialı  və  5  xarici  bank 

nümayəndəliyi fəaliyyət göstərir. Bunlardan – Commerzbank, Siti bank və Societe 

General və s. göstərmək olar. 

Hazırda Azərbaycan Mərkəzi Bankında Türkiyənin «İş bankası»nın təklifinə 

baxılır  və  yaxın  gələcəkdə  onun  Azərbaycanda  mövcud  banklardan  birinin 

alınması və ya yeni bank açılması variantları nəzərdən keçirilir. 

Dünya  iqtisadiyyatında  davam  edən böhran,  investorların  «inkişaf  etməkdə 

olan ölkələrin»  iqtisadiyyatına  marağı  daha  da  artırır.  Azərbaycan iqtisadiyyatına 

maraq,  həm  ölkədə  bank  sektorunun  dayanıqlığı,  həm  də  iqtisadiyyatın  davamlı 

inkişafı  ilə  izah  olunur.  Dünyada  iqtisadi  böhranın  davam  etdiyi  müasir  şəraitdə, 

Azərbaycan  iqtisadiyyatı,  xüsusilə  qeyri-neft  sektorunun  inkişafı  diqqətdən 

kənarda  qala  bilməz.  Azərbaycanda  bank  sektorunun  likvidliyi  daha  təqdirə 

layiqdir.  Bir  neçə  bankda  bu  göstərici  100%-dən  çox  təşkil  edir.  2014-cü  ilin 

axırına  əhalinin  banklarda  21  faizini,  kredit  portfelinin  19  faizini,  likvid 



42 

 

 



 

aktivlərinin 18 faizini təşkil edirdi. Bu və digər göstəricilər ölkədə bank sektoruna 

xarici investorların marağını daha da artırır. 

Azərbaycanda bank sektorunun cəlbediciliyi Beynəlxalq reytinq agentlikləri 

və  ekspertləri  tərəfindən  də  diqqətlə  izlənilir.  Moody’s  Beynəlxalq  reytinq 

agentliyini  buna  əyani  misal  kimi  göstərmək  olar.  Bu  agentlik  ölkənin  kredit 

bazarında xüsusi bank sektorunun rolunu qeyd edir. 

Standard  Poor’s  beynəlxalq  reytinq  agentliyinin  analitikləri  –  ölkədə  bank 

sektorunun likvidliyi problemi olmadığını göstərirlər. 

Bu  yaxınlarda  Azərbaycanın  suveren  reytinqi  «BB+»-dan  «BBB»-dək 

qaldırılaraq  investisiya  yönümlü  kimi  qiymətləndirilmişdir.  Azərbaycan  bank 

sektoruna  xarici  investorların  marağını  nəzərə  alaraq  Mərkəzi  Bank  01  yanvar 

2004-cü  ildən  Azərbaycanın  bank  bazarında  «xarici  kapitalın»  iştirakına 

məhdudiyyətlər  aradan  qaldırılmışdır.  Bu  gün  Azərbaycanda  qeyri-rezident 

bankların sayı  (5) beşdir.  Bunlar  –  İran Milli  Bankı,  Pakistan  Milli  Bankı,  VTB, 

Nikoyl Bank və Yapı kredit bankdır (Türkiyə). 

Azərbaycan  Respublikasında  bank  fəaliyyətini  ölkənin  Mərkəzi  Bankı 

tənzimləyir.  Mərkəzi  Bankın  başlıca  vəzifəsi  Azərbaycanın  bank  sistemini 

beynəlxalq standartlara uyğunlaşdırmaqdan ibarətdir.  

Bu  gün  Azərbaycanda  mülkiyyətindən  asılı  olmayaraq  bütün  bankların 

aktivlərinin  məbləği  26,0  mlrd.manat  civarındadır  ki,  bunun  da  içərisində  xarici 

kapitalın  payı  kifayət  qədərdir.  Bu  fakt  Azərbaycanın  Dünya  Ticarət  Təşkilatına 

üzv olması danışıqlarında öz müsbət rolunu oynamalıdır. 

Mərkəzi  Bankın  hesabatına  görə  01  avqust  2015-ci  il  tarixinə  bankların 

kredit  portfeli  –  ümumilikdə  20,6  mlrd.manata  yaxın  olmuşdur  ki, bunun  da  12,4 

mlrd.man. (61,3%) kommersiya banklarının payına, 7,2 mlrd.manat (35,6%) dövlət 

banklarının payına, 100 %-li xarici banklar 1,4 mlrd.man  

 

 




43 

 

 



 

(3,1%) paya malik olmuşlar. Ümumilikdə xarici kapitalın iştirakı ilə hesabat 

ilində 6,0 mlrd. manata yaxın kredit verilmişdir. 

2015-ci ildə Mərkəzi Bankın qərarı ilə kommersiya banklarının nizamnamə 

kapitalının 50,0 mln.manata qaldırılması, xarici investorlar üçün  əlavə stimul rolu 

oynamalıdır.  Artıq  bir  neçə  xarici  brend  banklar,  o  cümlədən  alman 

«Commerbank» və amerikan «Citi bank» Azərbaycanın maliyyə və bank bazarında 

iştirak istəklərini bildirmişlər. 

Bankların  kapitallaşma  səviyyəsinin  yüksəldilməsi  (10,0  mln.man-dan  – 

50,0  mln.manatadək)  beynəlxalq  maliyyə-kredit  təşkilatlarının  –  o  cümlədən 

Avropa  Yenidənqurma  və  İnkişaf  Bankının,  Beynəlxalq  Valyuta  Fondunun  və  s. 

Azərbaycanın bank sektoruna marağını artırmış, onların yerli banklarla əməkdaşlıq 

arzularını  canlandırmışdır.  Öz  növbəsində  Azərbaycanda  İqtisadi  Əməkdaşlıq 

Təşkilatı  tədbirlərində  aktiv  iştirak  etməyə  başlamışdır.  Bu  gün  İran,  Türkiyə  və 

Pakistan  tərəfindən  təsis  edilmiş  ECOBANK-ın  10  təsisçisindən  biri  də 

Azərbaycandır.  Ölkənin  iqtisadi  inkişafı,  iri  və  orta  kapitallı  bankların  olmasına 

ehtiyacı  artırmışdır.  2003-cü  illə  müqayisədə  iqtisadi  göstəricilərin  hazırda  3 

dəfədən  çox  artması,  bazarda  rəqabəti  gücləndirməklə  əhaliyə  bank  xidmətlərinin 

də genişləndirilməsini qaçılmaz etmişdir. 

Mütəxəssislərin  rəyinə  görə  hazırki  şəraitdə  bankların  birləşərək 

iriləşdirilməsinə böyük ehtiyac var və bu barədə bir neçə bank arasında danışıqlar 

davam  edir.  İri  bankların  yaranmasının  əhəmiyyəti  Avropa  Yenidənqurma  və 

İnkişaf  bankı  (AYİB)  timsalında  daha  əyani  görünür.  Hazırda  fəaliyyət  göstərən 

Unibank  iki  kommersiya  bankının  –  Mbank  və  Promtexbank  birləşməsindən 

meydana gəldi ki, bu halda AYİB-i 15% iştirak payına malik oldu. 

Təcrübə  göstərir  ki,  bankların  birləşərək  irləşdirilməsi  bazar  iqtisadiyyatı 

tələblərinə uyğun olmaqla, onların gəlirlərinin artmasına və rəqabət qabiliyyətinin 

yüksəlməsinə səbəb olur. Bu ənənə Azərbaycan bank sisteminə də aid oluna bilər. 

Belə ki, son 15 ildə Azərbaycanda bankların sayı 250-dən 43-ə endirilib ki, bu da 

bankların kapitallaşma səviyyəsinin yüksəldilməsinə şərait yaratmışdır.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə