“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   14   15   16   17   18   19   20   21   22

66 

 

 



 

xarici  kapitalın  axmasına  imkan  yaradır.  Çünki  xarici  şirkətlər  bu  beynəlxalq 

təşkilatların mötəbər rəylərinə inamla yanaşırlar. 

Azərbaycan  tarixən  dünyada  neft  ölkəsi  kimi  tanınıb  və  bu  gün  də  belədir. 

Bununla  belə,  ölkəmizdə  qeyri-neft  sektorun  inkişafına  ciddi  önəm  verilir  və  bu 

məqsədlə  bir  sıra  uğurlu  layihələr  həyata  keçirilir.  Bunun  nəticəsidir  ki,  hazırda 

Azərbaycanda yüzlərlə iri və orta qeyri-neft sənayesi müəssisəsi fəaliyyət göstərir 

və  onlar  keyfiyyətli  məhsul  istehsal  edir.  Hətta  bu  məhsulların  bir  çoxu  dünya 

bazarında  analoji  mallarla  ciddi  rəqabət  aparır  və  özünə  alıcılar  tapır.  Yeri 

gəlmişkən bir faktı qeyd edək ki, yalnız ötən il qeyri-neft sektorunda 9,7 faiz artım 

qeydə alınmışdır. Bu da ölkə iqtisadiyyatını şaxələndirməklə bağlı dövlətin həyata 

keçirdiyi uğurlu kapital qoyuluşu siyasətinin bəhrəsidir. 

Azərbaycanda  xarici  və  daxili  kapitalın  paralel  şəkildə  istifadə  olunmasına 

böyük əhəmiyyət verilir. Son illər isə iqtisadiyyata daxili investisiyaların qoyuluşu 

üstünlük  təşkil  edir.  Bunun  iki  səbəbi  var.  Birincisi,  dünya  maliyyə  böhranı 

şəraitində  xarici  sərmayədarların  kapital  qoymaq  imkanları  azalıb.  İkincisi  isə 

ölkəmiz  neftdən  dəha  çox  gəlir  əldə  etdikcə  daxili  investisiyaların  iqtisadiyyata 

qoyulmasına  şərait  yaranır.  Ötən  il  Azərbaycan  iqtisadiyyatına  22  milyard 

dollardan  çox  kapital  qoyulub.  Onun  13  milyardı  daxili,  9  milyard  dollara  yaxını 

xarici  investisiyadır.  Azərbaycan  kimi  kiçik  bir  ölkəyə  9  milyard  xarici 

investisiyanın qoyulması çox uğurlu nəticədir. 

Qlobal  maliyyə  böhranının  sona  çatmadığı  bir  şəraitdə  də  ölkəmizə  xarici 

kapital  qoyuluşu  davam  edir.  Bu,  vacib  əhəmiyyət  daşıyan  məsələdir.  Öz 

ölkələrində kapital qoyuluşuna ümidini itirmiş şirkətlər Azərbaycanda iş görməyə 

maraq  göstərirlər. Burada bir  məqama  xüsusi  toxunmaq  istərdik.  Ötən  əsrin 90-cı 

illərində Azərbaycana gələn hətta orta və kiçik şirkətlər də kapital qoyuluşu üçün 

dövlətdən xüsusi zəmanət istəyirdilər. Ancaq indi ölkəmizə yüz milyonlarla dollar 

sərmayə qoyan xarici investorlar bu barədə düşünmürlər. 

 

 



67 

 

 



 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

Bank  sektorunda  dayanıqlı  inkişaf  prosesləri  davam  etdirilmişdir.  Bank 



sistemində  risklərin  artmasının  qarşısını  almaq,  bankların  idarəedilməsini 

təkmilləşdirmək və maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində hələ çox 

çalışmaq  lazımdır.  Bazel  III  –  standartları  nəzərə  alınmaqla  nəzarət  prosesi 

təkmilləşdirilməli, bank sektorunun kapitallaşma səviyyəsi yüksəlilməlidir. 

Görülmüş  tədbirlər  nəticəsində  bank  sektorunda  maliyyə  sabitliyi 

qorunmağa  çalışmış,  sektorun  başlıca  dayanıqlıq  göstəriciləri  beynəlxalq 

normalara  yaxın  olmuşdur.  İl  ərzində  öhdəliklərin  və  hesablaşmaların  icrası 

fasiləsiz  həyata  keçirilmiş,  aktivlərin  keyfiyyət  göstəriciləri  məqbul  həddə 

saxlanılmış, bank sektorunun mənfəət göstəriciləri qənaətbəxş olmuşdur. 

Beynəlxalq  maliyyə  institutlarının  və  xarici  bankların  Azərbaycanın  bank 

bazarına marağı daha da yüksəlmişdir. Mərkəzi Bank tərəfindən xarici sərmayənin 

Azərbaycan  bank  sektorunda  iştirakına  qarşı  bütün  məhdudiyyətlər  aradan 

qaldırılmışdır.  Təsadüfi  deyildir  ki,  bu  gün  Azərbaycanda  fəaliyyət  göstərən 

kommersiya  banklarının  yarısından  çoxunda  xarici  kapitalın  iştirakı  mövcuddur. 

Bunun əsas şərtlərindən biri 01 yanvar 2004-cü ildən xarici bankların ölkənin bank 

sektorunda  iştirakı  limitinin  aradan  qaldırılmasıdır.  Bununla  yanaşı  Mərkəzi 

Bankın  sədri  bank  sektorunda  «brend»  bankların  iştirakına  üstünlük  verilməsini 

qeyd etmişdir. Mərkəzi Bank hesab edir ki, xarici kapitalın ölkə bank sektorunda 

iştirakı,  banklararası  rəqabəti  gücləndirməklə,  yeni  bank  texnologiyalarının  geniş 

tətbiqinə,  xarici  bankların  özəlləşmə  prosesində  iştirakına,  eləcə  də  bank 

xidmətlərinin çeşid və keyfiyyətinin yüksəldilməsinə kömək edəcəkdir.  

Bununla  yanaşı  Azərbaycan  bankları  da  xarici  ölkələrdə  öz  filial  və 

nümayəndəlikləri  ilə  təmsil  olunmuşdur.  Buna  əyani  misal  kimi,  Azərbaycan 

Beynəlxalq  Bankını  göstərmək  olar.  Bu  bankın  Rusiya  və  Gürcüstanda  filialı, 

ABŞ,  Rusiya,  Almaniya,  İngiltərə,  Ərəb  Əmirlikləri,  Lyuksemburq  və  digər 

ölkələrdə nümayəndəlikləri müvəffəqiyyətlə fəaliyyət göstərməkdədirlər. 




68 

 

 



 

Bankların  kapitallaşma  səviyyəsinin  5    dəfə  qaldırılması  (10,0  mln.  AZN-

dən  50,0  mln.  AZN)  onların  real  sektorda  iştirakı  imkanlarını  genişləndirməklə, 

banklararası rəqabəti gücləndirəcək, yerli bankların daha yaxşı işləmələrini təmin 

etməklə,  onların  konsolidasiyası  və  menecer  xidmətinin  yüksəldilməsi,  yeni 

texnologiya və nou-xaun tətbiqinə marağı artırmalıdır. 

Dünya  bazarında  neftin  qiymətinin  kəskin  azalması  nəticəsində  baş  verən 

manatın  devalvasiyası  Azərbaycanın  bank  sektoruna  mənfi  təsir  etməklə,  onların 

problemli kreditlərdən yaranan zərəri təmin etməsində çətinlik yaratmışdır. «Fitch» 

beynəlxalq  reytinq  agentliyi  problemli  kreditlərin  həcminin  daha  da  artacağını 

ehtimal  edir.  Ekspertlər  hesab  edirlər  ki,  bank  sektoru  üzrə  problemli  kreditlərin 

(90  günü  keçən)  məcmu  kreditlərdə  xüsusi  çəkisi  2015-ci  ilin  sonunda  9,5  faizə 

yüksəlmişdir. 2014-cü ildə bu 8,3 faiz olmuşdur. 

Agentlik  Azərbaycan  banklarının  kapitallaşma  səviyyəsinin  də  aşağı 

olmasını qeyd edir. Agentlik qeyd edir ki, devalvasiya bankların 2015-ci ili zərərlə 

başa vurmasına səbəb olmuşdur. Dekabr 2015-ci il yanvar 2016-cı ildə əhali bank 

depozitlərinin 10-15 faizini geri götürmüşdür. Bu gün banklarla bağlı əsas məsələ 

problemli kreditlər və kapitallaşma səviyyəsinin aşağı olmasıdır. 

Beynəlxalq bankın problemli kreditləri böyük problemlər yaradır. Bu bankın 

3  milyard  manatlıq  problemli  krediti  dövlət  vəsaiti  hesabına  sağlamlaşdırıldısa, 

daha 3 milyard manatlıq problemli kredit qalmaqdadır. Onların sağlamlaşdırılması 

hələ  ki,  real  görünmür.  Bu  səbəbdən  də  ölkənin  bank  sektoru  gələcəkdə  də 

çətinliklərlə üzləşməli olacaqdır.  

Banklar  neftin  qiyməti  yüksək  olduqda,  gəlirlərin  çox  olmasından  istifadə 

edərək  müştərilərə  bahalı  kreditlər  verirdilər.  İndi  isə  neftin  qiymətinin 

ucuzlaşması əhalinin gəlirlərini azaltmaqla kreditlərin qaytarılmasında problemlər 

yaradıb.  Amma  banklara  zərbəni  neftin  ucuzlaşması  deyil,  devalvasiya  vurdu. 

Manatın kəskin devalvasiyası baş verməsəydi bankların kapitallaşma səviyyəsi ilə 

bağlı  çətinliklər  meydana  çıxmazdı.  İndi  neft  nisbətən  bahalaşsa  da,  bizim 

iqtisadiyyat  üçün  bu  yetərli  deyil.  Neftin  qiyməti  bundan  sonra  da  bahalaşsa, 




69 

 

 



 

banklar əvvəlki səviyyədə işləyə bilməyəcək. Devalvasiyanın zərbəsindən çıxmaq 

xeyli zamandan sonra mümkün ola biləcək.  

«Fitch»  agentliyi  bildirir  ki,  dollarla  olan  kreditlərin  qaytarılması  yaxın 

gələcəkdə  daha  da  dərinləşəcək.  Çünki  xarici  valyutada  kredit  götürən 

vətəndaşların  sosial  durumu  xeyli  çətinləşib.  Hökumət  dəstək  verməsə,  həmin 

kreditlərin  qaytarılması  daha  da  çətinləşəcək.  Bu  proseslərin  yumşaldılması, 

ölkənin sosial-iqtisadi inkişafında bank sektorunun rolunun artırılması üçün, ölkə 

başçısının 

müəyyənləşdirdiyi 

siyasətin 

prioritet 

istiqamətlərindən 

biri 


iqtisadiyyatın  şaxələndirilməsi,  qeyri-neft  sektorunun  dinamik  inkişafının  təmin 

edilməsi,  rəqabətqabiliyyətliliyinin  artırılması  və  həmin  sahəyə  investisiya 

qoyuluşunun  sürətləndirilməsidir.  Biznes  mühitinin  yaxşılaşdırılması,  ixrac 

potensialının  artırılması,  xarici  sərmayənin  Azərbaycana  cəlb  edilməsi,  yerli 

istehsalın artırılmasında bankların iştirakının vacibliyi qeyd olunur. Maliyyə nizam 

- intizamı və şəffaflıqla bağlı tədbirlərin həyata keçirilməsi daha qətiyyətlə davam 

etdiriləcəkdir. 

Azərbaycan  Prezidenti  qeyd  etmişdir  ki,  Azərbaycanda  bütün  iqtisadi-

maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər 

əsasında  inkişaf  etdiriləcəkdir.  İlk  növbədə  bank  sektoru  real  iqtisadiyyatla  daha 

sıx  əlaqə  qurmalı,  şəffaflıq  tam  formada  təmin  olunmalı,  kreditə  görə  bank 

faizlərinin aşağı salınması yolları axtarılmalı, xarici sərmayəli bankların fəaliyyəti 

daha da canlandırılmalıdır.  

Bu  baxımdan  «Cənub»  Qaz  Dəhlizi  Məşvərət  Şurasının  Bakıda  keçirilən 

ikinci  iclasında  Beynəlxalq  maliyyə  qurumlarının  fəal  iştirak  etməsinin  vacibliyi 

diqqət mərkəzində olmuşdur. 

Milli  valyutanın  devalvasiyasının  və  qiymət  artımının  təsirlərinin 

azaldılması  məqsədilə  müxtəlif  sosial  ödənişlərin,  o  cümlədən  əmək  haqlarının, 

pensiya  və  müavinətlərin  artırılması,  əhalinin  aztəminatlı  qrupları  üzrə  güzəştli 

ipoteka  kreditlərinin  verilməsi,  bank  sektoruna  əhalinin  inamının  artırılması  və 




70 

 

 



 

digər  məsələlər  yaxın  illərdə  hökumətin  ciddi  nəzarəti  altında  olacaqdır.  Bank 

sektorunun  möhkəmləndirilməsi  və  sağlamlaşdırılması  istiqamətində  önəmli 

addımlar  atılacaqdır.  Qeyri-neft  sektorunun  sürətli  inkişafı  bundan  sonra  da 

qətiyyətlə təmin olunmalıdır. Artıq indi bu sahədə iki milyard manatlıq dəyəri olan 

layihələr  tərtib  edilərək  reallaşmasını  gözləyir.  İndi  iş  adamları  bu  layihələri  icra 

etməlidirlər. Bu işlərdə əlbəttə özəl bankların rolu kifayət qədər yüksək olmalıdır. 

Bank  sektorunun  sağlamlaşdırılması  konkret  olaraq  bu  məsələyə  münasibətdə 

əyani olaraq görünəcəkdir. Banklar indi kreditlər vermək üçün layihələr axtarırlar 

ki,  o  layihələr  özlüyündə  gəlir  gətirsin.  Buyursunlar,  belə  layihələr  ortadadır. 

Burada  məqsəd  qeyri-neft  sektorunun  inkişafı  ilə  ölkə  iqtisadiyyatının  inkişafına 

nail  olmaqdır.  Bu  məsələlərdə  xarici  sərmayənin  cəlb  olunması  daha  önəmlidir. 

Qeyd  etmək  lazımdır  ki,  xarici  kapital  ölkə  bankları  arasında  qeyri-bərabər 

bölünür.  Xarici  sərmayə  daha  çox  Azərbaycan  Beynəlxalq  Bankına,  Standart 

Banka, Bank of Bakıya təmsil olunurdu. Azərbaycana xarici sərmayə daha böyük 

həcmdə  gətirəcəkdir.  Çünki,  xarici  sərmayələri  cəlb  etmək  üçün  hüquqi  baza, 

şəffaf  iqtisadi  və  maliyyə  sistemi  olmalıdır  və  qanunun  aliliyi  təmin  edilməlidir. 

Digər  ölkələrin  təcrübələri  də  göstərir  ki,  sürətli  inkişaf  yoluna  qədəm  qoymuş 

ölkələr  bu  yolla  getməklə,  öz  ölkələrini  xarici  sərmayə  üçün  cəlbedici  ölkəyə 

çevirə biliblər. 

Bu  məsələlərin  qaydasında  olması,  əhalinin  banklara  olan  inamını  bərpa 

etmək  məqsədilə  aşağıdakı  təxirəsalınmaz  tədbirlərin  həyata  keçirilməsi 

məqsədəuyğun hesab edilir: 

- bankların iriləşdirilməsi, yeni bank texnologiyalarının tətbiqi; 

- bankların real sektorla əlaqələrinin genişləndirilməsi

- xarici kapitalın cəlb edilməsi üçün əlavə tədbirlərin işlənilməsi; 

-  azərbaycan  banklarının  xarici  ölkələrdə  filial  və  nümayəndəliklərinin 

yaradılmasına nail olmaq




71 

 

 



 

- dövlətin pul və valyuta siyasətini əsaslandırılmış qaydada müəyyən edərək, 

həyata keçirmək. Bu məsələyə daha məsuliyyətli yanaşmaq. 

Qeyd  olunan  təkliflərin  həyata  keçirilməsi  ölkənin  bank  sektorunda 

vəziyyətin  daha  da  yaxşılaşdırılmasına,  xarici  sərmayəli  bankların  sayı  və 

kapitallaşma səviyyəsinin yüksəldilməsinə səbəb ola bilər. 

 

 

 



 

  

 



 


72 

 

 



 

ƏDƏBİYYAT  SİYAHISI 

 

1. AR Mərkəzi Bankı haqqında qanun. Bakı, 2009 



2. Banklar haqqında qanun. 

3. Bank olmayan kredit təşkilatları haqqında. Bakı, 2009 

4. Z.F.Məmmədov. Banklar haqqında normativ hüquqi aktlar toplusu. Bakı, 

2009  


5. Z.F.Məmmədov. Dövlət maliyyəsi normativ-hüquqi aktlar toplusu. Bakı, 

2010 


6. Z.F.Məmmədov və b. Bank işi və elektron bankçılıq. Bakı, 2003 

7. Z.F.Məmmədov və b. Bank fəaliyyətinin əsasları. Bakı, 2013 

8. Ş.Abdullayev və R.Əsgərova. Bank işi. Dərslik. Bakı, 2010 

9. R.Bəşirov. Bank işi. Dərslik. Bakı, 2007 

10. Z.İbrahimov. Pul, kredit və banklar (suallara cavab) 

11. M.Bağırov. Bank işi. Dərslik. Bakı, 2003 

12. Z.İbrahimov. Qlobal maliyyə böhranı – səbəb və nəticələr. Maliyyə-uçot. 

Bakı, 2009 

13. E.Sadıqov. Bank əməliyyatları. Bakı, 2010 

14. AR Statistik məlumatlar. Bakı, 2011-2014 

15. AR Mərkəzi Bankının illik hesabatı. Bakı, 2014 

16. Dövri mətbuat 

 

 



73 

 

 



 

Azərbaycan  Dövlət  İqtisad  Universiteti  Magistratura  Mərkəzi  əyani 

şöbənin  604  qr.  magistri  Qasımov  Elvin  Rövşən  oğlunun 

«Azərbaycanda  xarici  sərmayəli  bankların  bank  sektorunda  rolu» 

mövzusunda magistr dissertasiyasının  

 

REFERATI 

 

Dünyada iqtisadi böhranın davam etdiyi neftin qiymətinin dünya bazarında 



dəfələrlə  aşağı  düşməsi  nəticəsində  Azərbaycan  iqtisadiyyatı  ciddi  sınaqla 

qarşılaşmışdır.  2016-cı  ilin  dövlət  büdcəsi  gəlirləri  xeyli  azalmağa  başlamış  və 

deməli  xərclərə  də  yenidən  baxılması  nəzərdə  tutulur.  2015-ci  ildə  milli  valyuta 

manatın  dəyərinin  təxminən  100%  aşağı  düşməsi,  süni  qiymət  artımlarına  cəhd 

edilməsi  digər  sahələr  kimi,  bank  sektorunda  da  ciddi  işlərin  aparılmasını  tələb 

edir.  Adamların  banklara    inamı  azalmış,  Beynəlxalq  reytinq  agentliyi  olan 

«Standard & Poor’s»-un çox operativ olaraq Azərbaycanın kredit reytinqini aşağı 

salması  bank  sektorunda  ciddi  islahatlar  aparılmasını  qaçılmaz  etmişdir.  Bütün 

bunlar dissertasiya mövzusunun aktuallığını bir daha sübut edir. 

Mövzunun aktuallığı onunla izah edilir ki, bu günkü böhran şəraitində xarici 

sərmayəli  banklara  daha  çox  ehtiyac  duyulur.  Kommersiya  bankları  öz  vəsaitləri 

ilə  yanaşı  daha  çox  cəlb  edilmiş  vəsaitlərin  artırılmasına  çalışmalıdırlar.  Bu  gün 

ölkədə  olan  kommersiya  banklarının  yarısının  bank  kapitalının  formalaşmasında 

xarici  sərmayə  iştirak  edir.  Əlbəttə  onların  iştirak  payı  müxtəlif  banklarda 

müxtəlifdir.  Yaxın  gələcəkdə  ölkənin  bank  sektorunda  gözlənilən  islahatlar 

(bankların  konsolidasiyası,  faiz  siyasəti,  gəlirin  şəffaflığı  və  s.)  daha  çox  xarici 

sərmayənin cəlb edilməsinə yönəldilməlidir. 

Tədqiqatın məqsədi xarici sərmayənin ölkənin bank sektorunda iştirak payını 

artırmaq  məqsədilə  əsaslı  islahatların  aparılmasına  diqqəti  artırmaq,  xarici 

sərmayənin  ölkəyə  gətirilməsini  stimullaşdırmaq  məqsədilə  dövlət  mülkiyyətində 




74 

 

 



 

olan obyektlərin şəffaflıqla özəlləşdirilməsinə başlamaqla,  xarici investorlar üçün 

əlverişli şəraitin yaradılmasına nail olmaqdır. 

Tədqiqatın predmeti – ölkənin  bank sektorunda  bank faizi, onların növləri, 

depozit 

faizi  məsələlərini  hərtərəfli  təhlil  etməklə,  onların  optimal 

bölüşdürülməsini  xarici  sərmayədarların  da  maraqla  nəzərə  alınmaqla  həyata 

keçirməkdən ibarətdir. 

Tədqiqatın  obyekti  –  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının 

normativ  sənədləri,  kommersiya  banklarının  hesabatları,  eləcə  də  Azərbaycan 

Respublikası Banklar Assosiasiyasının aylıq və illik hesabatları təşkil edir. 

Tədqiqatda  elmi  yenilik  bank  sektorunda  mövcud  durumu  ətraflı  təhlil 

etməklə, bank-müştəri münasibətlərini öyrənmək, bank qanunvericiliyində onların 

tətbiq edilməsi xüsusiyyətlərini yaxşılaşdırmaq üçün tövsiyyələr verməkdir. 

Tədqiqatın  təcrübi  əhəmiyyəti  –  magistr  dissertasiyasında  irəli  sürülən 

təkliflərin  Mərkəzi  Bank  və  kommersiya  bankları  tərəfindən  öyrənilərək  tətbiqi 

xarici  sərmayədarların  ölkənin  bank  sektorunda  iştirakını  yaxşılaşdırmaqla, 

bütövlükdə  banklararası  rəqabətin  gücləndirilməsinə,  bankların  real  sektorla 

əlaqələrinin gücləndirilməsinə səbəb ola bilər. 

Magistr  dissertasiyas  73  səhifədən,  giriş,  üç  fəsil,  nəticə  və  təkliflər  və 

ədəbiyyat siyahısından ibarətdir. 

Girişdə mövzunun aktuallığı, xarici sərmayənin bank sektorunda iştirakının 

əhəmiyyəti  göstərilir.  İşin  birinci  fəsli  Azərbaycanın  bank  sistemi,  onun  əsas 

xüsusiyyətlərinə həsr olunur. Burada bankların yaranması haqda nəzəriyyələr, bank 

sisteminin  inkişafı  və  öhdəlikləri  təhlil  edilmişdir.  İkinci  fəsildə  kommersiya 

bankları ölkə iqtisadiyyatının inkişafında onların rolu təhlil edilmişdir. İşin üçüncü 

fəsli  Azərbaycanda  xarici  sərmayəli  bankların  təsnifatı,  onların  kapitallaşma 

səviyyəsi,  böhran  şəraitində  bank  sektorunun  inkişafı  istiqamətləri  verilmişdir. 

Nəticə  və  təkliflərdə  müəllif  aparılan  təhlil  nəticəsində  yekun  fikirlər  verməklə, 

onların tətbiqi sayəsində xarici sərmayənin cəlb edilməsi yolları göstərilmişdir. 

 



75 

 

 



 

РЕЗЮМЕ

 

Азербайджанский 



банковский 

рынок 


остается 

чрезвычайно 

интересным  для  иностранного  капитала.  Иностранные  активы  продолжают 

довольно  интенсивно  осваивать  банковское  пространство  Азербайджана.  В 

настоящее  время  из  44  банков,  действующих  в  Азербайджане,  в  23  – 

присуствует иностранный капитал. 

Интерес международных финансовых институтов и зарубежных банков 

к  азербайджанскому  рынку  не  перестает  расти.  Из-за  повышения 

инвестиционной  привлекательности  банковского  рынка  страны  в 

Центральный  банк  Азербайджана  продолжают  поступать  обращения  от 

желающих инвестировать в банковскую систему страны. 

Центральный  банк  Азербайджана,  в  свою  очередь,  заинтересован  во 

вхождении  во  отечественный  банковский  рынок  «брендовых»  банков  и 

всегда  поддерживал  выход  иностранных  банков  на  местный  рынок.  На 

сегодня в Азербайджане нет органичений для участия зарубежного капитала 

в банковском секторе. 

Присутствие  за  рубежом  азербайджанских  банков  в  настоящее  время 

незначительное.  Анализ  развития  банковской  системы  Азербайджана 

показывает,  что  наиболее  вероятным  участником  интеграции  в  мировую 

финансовую  систему  является  Международный  Банк  Азербайджана  МБА 

имеет  филиалы  в  России  и  Грузии,  а  также  представительство  в 

Великобритания  (Лондон),  Германия  (Франфурт-на-Майне),  США  (Нью-

Йорк), ОАЭ (Дубай) и в Люксембурге. 

В  число  других  азербайджанских  банков,  имеющих  потенциальные 

возможности и перспективы выхода на международные рынки  – ПашаБанк, 

Халг  Банк,  Банк  Стандарт  и  Техника  Банк,  которые  по  величине  активов  и 

совокупного  капитала  входят  вместе  с  МБА  в  пятерку  ведущих 

отечественных кредитных учреждений республики. 

Все эти вопросы подробно анализируется в магистрской диссертации. 



76 

 

 



 

SUMMARY 


Azerbaijani  banking  market  remains  very  interesting  for  foreign  capital. 

Foreign assets continue to develop quite intensively banking space of Azerbaijan. 

Currently, of the 44 banks operating in Azerbaijan, 23 - existents foreign capital. 

The  interest  of  international  financial  institutions  and  foreign  banks  in  the 

Azerbaijani  market  does  not  cease  to  grow.  Due  to  the  increase  of  investment 

attractiveness of the banking market in the Central Bank of Azerbaijan to continue 

treatment come from wanting to invest in the country’s banking system. 

Central  Bank  of  Azerbaijan,  in  its  turn,  is  interested  in  entering  into  the 

domestic banking market, «brand» of the banks, and always supported the exit of 

foreign  banks  on  the  local  market.  At  present,  Azerbaijan  No  Limit  to  the 

participation of foreign capital in the banking sector. 

The presence of foreign banks in Azerbaijan is currently negligible. Analysis 

of the development of the banking system of Azerbaijan shows that the most likely 

party  to  integrate  into  the  global  financial  system  is  the  International  Bank  of 

Azerbaijan (IBA) has branches in Russia and Georgia, as well as an office in the 

United  Kingdom  (London),  Germany  (Frankfurt  am  Main),  the  US  (New  York), 

United Arab Emirates (Dubai) and in Luxembourg. 

Other Azerbaijani banks, which have the potential and prospects for access 

to  international  markets  -  Pasha  Bank,  Xalq  Bank,  Bank  Standard  and  Bank 

Technology, which in terms of assets and the total capital included with the MBA 

in the top five domestic credit institutions of the republic. 

All these issues are analyzed in detail in the master’s thesis. 



 

 

 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə