“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   2   3   4   5   6   7   8   9   ...   22

11 

 

 



 

Ümumiyyətlə,  klassik  nəzəriyyə  tərəfdarları  makroiqtisadi  səviyyədə 

istehsalın  həcminə,  məşğulluq  səviyyəsinə  dövlətin  müdaxilə  etməsini 

məqsədəuyğun hesab etmirdilər. 

İqtisadiyyatın  dövlət  tənzimlənməsinin  nəzəri  əsaslarını  1929-1933-cü  illər 

dünya iqtisadi böhranından sonra Keyns yaratmışdır. Keyns «Məşğulluğun, faizin 

və  pulun  ümumi  nəzəriyyəsi»  əsərində  sübut  edirdi  ki,  dövlət  tələb  səviyyəsinə 

təsir  göstərməklə  bütünlükdə  iqtisadiyyatı  tənzimləməlidir.  Keynsçilərə  görə 

dövlət  iqtisadi  stabilliyi  qorumaq,  böhranın  fəsadlarını  yumşaltmaq  və  aradan 

qaldırmaq üçün iqtisadi proseslərə fəal müdaxilə etməli, sərt fiskal və pul siyasəti 

yeritməlidir.  Onlara  görə,  bazardakı  bütün  uğursuzluqlar  dövlətin  düşünülməmiş 

siyasəti və müdaxiləsi nəticəsində baş verir. 

2015-ci ildə milli valyutanın iki dəfə (fevral və dekabr ayları) devalvasiyaya 

uğrayaraq  dəyərsizləşməsi  buna  əyani  misaldır.  İqtisadi  sistem  özünütənzimləmə 

qabiliyyətinə  malikdir.  Yeganə  şərt  -  bazarda  inhisarçılıq  olmasın.  Bizim 

iqtisadiyyatın  ən  böyük  problemi  inhisarçılığın  mövcudluğu  və  hökumətin  bu 

sahədə yarıtımaz fəaliyyətidir. 

Müasir şəraitdə pul-kredit siyasəti iki model – keyns və monetarist ideyalar 

əsasında formalaşmaqdadır. Bunu aşağıdakı cədvəldə göstərmək olar. 

Cədvəl 1 

Keynsçilər 

Monetaristlər 

İqtisadi artım nəzəriyyəsi 

İqtisadi tarazlıq nəzəriyyəsi 

Dövlət müdaxiləsinin zəruriliyi 

Bazarın özünü tənzimləmə qabiliyyəti 

Məşğulluğun məcmu tələbdən asılılığı 

Məşğulluq və istehsal səviyyəsinin iqtisadiyyatın 

özü tərəfindən müəyyən edilməsi 

İstehsalda pul kütləsinin neytrallığı 

Qiymət artmasının və konyuktur dəyişikliklərin 

pul kütləsindən asılılığı 

Əsas məsələ: işsizliyin aradan qaldırılması

 

Əsas məsələ: inflyasiyanın aradan qaldırılması 



Çevik pul siyasəti 

Sabit pul siyasəti 

Ümumilikdə  pul-kredit  tənzimlənməsi  yolu  ilə  dövlət  iqtisadi  böhranları 

yumşaltmağa, inflyasiyanın qarşısını almağa çalışır. Bu siyasət həm dolayı, həm də 

birbaşa təsir üsullarına malikdir. Bunların fərqi ondadır ki, Mərkəzi Bank ya kredit 

müəssisələrinin  likvidliyi  vasitəsilə  pullu tələbə  təsir göstərir, ya  da  ki, bankların 

fəaliyyətinin kəmiyyət və keyfiyyət parametrləri üzrə limitlər müəyyən edir.  

 

 




12 

 

 



 

1.2. Bank sisteminin dinamikası, inkişafı və öhdəlikləri 

 

Bank  sistemi  –  vahid  maliyyə-kredit  mexanizmi  ilə  çıxış  edən  qarşılıqlı 



rabitəli müxtəlif banklar və digər kredit təsisatlar məcmusudur. 

Azərbaycan  Respublikasının  bank  sistemi  Azərbaycan  Respublikasının 

Mərkəzi  Bankından  və  kredit  təşkilatlarından  ibarətdir.  Mərkəzi  Bank  dövlətin 

mərkəzi  bankıdır  və  onun  fəaliyyəti  Azərbaycan  Respublikasının  Konstitusiyası, 

«Azərbaycan 

Respublikasının 

Mərkəzi 

Bankı 


haqqında» 

Azərbaycan 

Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun 

və  buna  müvafiq  olaraq,  qəbul  edilmiş  digər  normativ  hüquqi  aktlar,  habelə 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. 

Azərbaycan  Respublikasında  kredit  təşkilatlarının  fəaliyyəti  Azərbaycan 

Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi, 

«Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında»,  «Bank  olmayan  kredit 

təşkilatları  haqqında»  və  «Kredit  İttifaqları  haqqında»  Azərbaycan  Respublikası 

qanunları,  Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi  aktları,  Mərkəzi 

Bankın  bunlara  müvafiq  olaraq  qəbul  edilmiş  normativ  xarakterli  aktları,  habelə 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. 

Azərbaycan  Respublikasının  bank  sisteminin  institusional  və  hüquqi 

quruculuğu  1991-ci  ildə  dövlət  müstəqilliyinin  əldə  edilməsindən  sonra 

başlanmışdır. Bank sisteminin inkişaf mərhələsində qarşıda duran əsas vəzifə bank 

sisteminin  institusional  və  infrastruktur  quruculuğunun,  ödəniş  sisteminin  normal 

işinin təmin edilməsi olmuşdur. 

1992-ci  ildə  «Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında»  və 

«Azərbaycan  Respublikasında  banklar  və  bank  fəaliyyəti  haqqında»  qanunların 

qəbul olunması ilə bank sisteminin hüquqi-normativ bazasının əsası yaradılmışdır. 

Bank sisteminin quruculuğunun ilkin mərhələsi bank bazarına daxilolmanın 

liberal  şərtləri  ilə  müəyyən  edilmişdir.  Bank  sisteminin  institusional  quruculuğu 

prosesini  stimullaşdırmaq  məqsədilə  ilkin  mərhələdə  Milli  Bank  kapitalla  bağlı 

aşağı  tələblər  qoymaqla  və  bank  fəaliyyətini  tənzimləmək  üçün  kifayət  qədər 




13 

 

 



 

yumşaq nəzarət mexanizm və alətlərindən istifadə edirdi. Bu prosesin nəticəsində 

233 bank qeydə alınmış və fəaliyyət göstərirdi. 

1996-cı  ilin  iyun  ayında  «Azərbaycan  Respublikasının  Milli  Bankı 

haqqında» və «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» 

qanunların  yeni  redaksiyada  qəbulundan  sonra  Milli  Bank  tərəfindən  bank 

sektorunun  tənzimlənməsi  məqsədilə  istifadə  edilən  inzibati  alətlər  tədricən 

prudensial nəzarətlə əvəz edildi. 

Bank  sisteminin  inkişafının  bu  mərhələsində  dövlət  banklarının  dünya 

səviyyəsinə  uyğun  olaraq  yeniləşdirilməsi  məqsədilə  bankların  kapitallarının 

səhmləşdirilməsinə  və  dövlətin  bank  sektorunda  mülkiyyətçi  kimi  payının 

azaldılmasına  başlandı.  Dövlət  banklarının  özəlləşdirilməyə  hazırlanması  və 

institusional inkişafı məqsədilə Tvinninq Proqramları həyata keçirildi. 

Bank  sisteminin  inkişafı  və  sağlamlaşdırılması  iki  istiqamət  üzrə  həyata 

keçirildi: 

 



Dövlət banklarının dünya standartlarına uyğun inkişafı 

 



Özəl bank sisteminin dünya standartlarına uyğun inkişafı 

2000-ci  ilin  ikinci  yarısında  özəl  bank  sisteminin  sağlamlaşdırılmasının  ən 

mühüm 

mərhələsi 



başlamışdır. 

Bankların 

keyfiyyət 

parametrlərinin 

dəqiqləşdirilməsi  və  problemli  bankların  müəyyən  edilməsi  məqsədilə  bankların 

maliyyə  vəziyyətlərinin,  kapitallaşmasının,  likvidliklərinin,  mənfəətliyinin, 

idarəetmə  mexanizm  və  sistemlərinin,  daxili  proseduralar  və  digər  aspektlərin 

qiymətləndirilməsi  istiqamətində  yoxlamalar  aparıldı.  Bununla  da  maliyyə 

vəziyyətinin  yaxşılaşdırılması  üçün  tədbirlər  planı  həyata  keçirilmiş  oldu  və  hal-

hazırda bu plan tez-tez yenilənir və dövrə uyğunlaşdırılaraq həyata keçirilir. 

Dünya təcrübəsində bank sisteminin inkişafının digər şərti də əhalinin bank 

sisteminə  etimadının  gücləndirilməsi  məqsədilə  Fiziki  Şəxslərin  əmanətlərinin 

Sığorta Fondunun yaradılmasıdır. Hal-hazırda bank sistemində də bu proses xeyli 

inkişaf  etmiş  və  qoyulan  əmanətlərin  30  000  AZN  məbləğə  qədər  vəsait 

Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə