“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   2   3   4   5   6   7   8   9   ...   22

14 

 

 



 

Bu  gün  Azərbaycan  bank  sistemində  xeyli  irəliləyişlər  nəzərə  çarpır.  Bu 

inkişaf,  dinamika  özünü  bütün  bank  xidməti  sahələrində,  bank  məhsullarının 

istehsalında, istifadə qaydalarında, bank xidmətlərindən istifadədə ETT-nin yüksək 

səviyyədə  tətbiqində,  bunun  dünya  standartlarına  uyğunlaşdırılmasında,  müştəri 

rahatlığının  təmin  edilməsi  üçün  internet-bankinq  xidmətinin  tətbiqində, 

hesablaşma-köçürmə  əməliyyatlarının  təcili həyata keçirilməsində  və  s. sahələrdə 

göstərir. 

Məsələn,  Mərkəzi  Bankın  2014-cü  ilin  sonu  2015-ci  ilin  əvvəlinə  olan 

maliyyə  sabitliyi  icmalına  istinad  etsək  görərik  ki,  2014-cü  ildə  bank  sektorunun 

inkişaf trendi saxlanılmış, bankların ölkə iqtisadiyyatında rolunu xarakterizə edən 

makro göstəricilərin müsbət dinamikası davam etmişdir. 

2014-cü  ildə  mürəkkəb  qlobal  iqtisadi  proseslər  fonunda  Azərbaycan 

iqtisadiyyatında dinamik inkişaf və makroiqtisadi sabitlik davam etmişdir. Qeyri-

neft  sektoru  iqtisadi  artımın  əsas  mənbəyi  olmuş,  investisiya  fəallığı  yüksək 

səviyyədə  qalmışdır.  Tədiyə  balansının  profisiti  strateji  valyuta  ehtiyatlarının 

artımını təmin etmişdir. Azərbaycan dünya ölkələri arasında makroiqtisadi sabitlik 

üzrə  onluqdakı  yerini  qorumuşdur.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyevin  uğurla  həyata  keçirdiyi  iqtisadi  artım  və  şaxələnmə  siyasətinə, 

«Azərbaycan  2020:  gələcəyə  baxış»  İnkişaf  Konsepsiyasında  öz  əksini  tapmış 

strateji  inkişaf  prioritetlərinə  uyğun olaraq  Mərkəzi  Bank 2014-cü ildə də ölkədə 

makroiqtisadi sabitliyin təmin olunmasında fəal iştirak etmişdir. Mərkəzi Bank öz 

fəaliyyətini  inflyasiyanın  aşağı  təkrəqəmli  səviyyədə  saxlanılması,  manatın 

məzənnəsinin  və  bank  sektorunda  maliyyə  sabitliyinin  qorunması,  bankların 

iqtisadi inkişafda rolunun artırılmasına yönəltmişdir. Qlobal iqtisadi mühitdən irəli 

gələn  risklərə  baxmayaraq,  bütün  bu  məqsədlərə  nail  olunmuşdur.  Makroiqtisadi 

sabitlik  qorunmuş,  manat  bir  daha  özünü  sabit  valyuta  kimi  təsdiq  etmişdir.  İl 

ərzində  dayanıqlı  maliyyə  sabitliyi  təmin  olunmuş,  bank  sektorunun  iqtisadi 

artımda  və  investisiya  fəallığının  dəstəklənməsində  rolu  daha  da  artmış,  maliyyə 

xidmətlərinə  və  resurslarına  çıxış  imkanları  genişlənmişdir.  Ölkə  iqtisadiyyatının 

şaxələndirilməsi siyasətinə uyğun olaraq Mərkəzi Bank 2016-cı ildə makroiqtisadi 



15 

 

 



 

və  maliyyə  sabitliyinin  qorunmasına,  bank  sektorunun  maliyyə  dərinliyinin 

artırılmasına,  maliyyə-bank  infrastrukturunun  inkişafına  yönəlmiş  fəaliyyətini 

davam etdirəcəkdir.   

2014-cü  ildə  ölkədə  qiymətlərin  sabitliyi  təmin  edilmiş,  inflyasiya  aşağı 

təkrəqəmli  səviyyədə  təmin  olunmuşdur.  Dünya  İqtisadi  Forumunun  son 

hesabatına  görə  Azərbaycan  dünyada  inflyasiyanın  ən  aşağı  olduğu  ölkələrdən 

biridir. Cari ilin 11 ayında orta illik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 

0,8 faiz bəndi azalaraq 1,5% təşkil etmişdir. Bu, ticarət tərəfdaşı ölkələrindəki orta 

inflyasiyadan  (5,2%)  əhəmiyyətli  səviyyədə  aşağıdır.  Mərkəzi  Bank  il  ərzində 

inflyasiyaya təsir edən amilləri daim nəzarətdə saxlamışdır. Məqsədyönlü monetar 

tənzimləmə,  daxili  tələblə  müqayisədə  təklifin  daha  çox  genişlnəməsi,  dünya 

bazarlarında ərzağın ucuzlaşması inflyasiyaya azaldıcı təsir etmişdir. 

Bank sektorunun aktivləri il ərzində 4 797 mln.manat (24%) artaraq 25 183 

mln.manat  səviyyəsinə  çatmışdır.  Bank  sektorunun  maliyyə  vasitəçiliyini 

xarakterizə  edən  göstəricilərdən  biri  olan  aktivlərin  qeyri-neft  ÜDM-ə  nisbətən  il 

ərzində 8 f.b. artaraq 76%-ə yüksəlmişdir. 

Aktivlərin uzunmüddətli dinamikası bank sektorunun sürətli artım fazasının 

daha təmkinli artımla əvəz olunmasını əks etdirir. Bank sektorunun artım tempinin 

iqtisadiyyatın  artım  tempi  ilə  uzlaşması,  bank  ekspansiyasının  stabilləşməsi 

Mərkəzi Bankın bu sahədə apardığı tədbirlərin nəticəsidir. Belə ki, bank xidmətləri 

bazarında  hərarətlənmə  və  risklərin  akkumulyasiyasının  preventiv  qaydada 

qarşısının alınması məqsədilə Mərkəzi Bank bir sıra «soyuducu» tədbirlər həyata 

keçirmiş,  banklarla  mövcud  və  potensial  risklər  barədə  daimi  dialoq  aparmış, 

banklar  üzərində  nəzarət  rejimini    sərtləşdirmişdir.  Əhalinin  müxtəlif  növ  bank 

xidmətlərindən  istifadə  səviyyəsi  artmışdır.  Əhalinin  əmanətlərinin  artım 

dinamikası  davam  etmiş,  qeyri-neft  ÜDM-ə  nisbəti  20,8%-ə  çatmışdır.  Bank 

xidmətlərindən  istifadənin  genişləndirilməsi,  həmçinin  əhalinin  və  korporativ 

sektorun  banklara  etimadının  artırılması  məqsədilə  AMB  tərəfindən  bank 

xidmətləri  istehlakçılarının  maraqlarının  müdafiəsi  sisteminin  gücləndirilməsi 

istiqamətində nəzarət tədbirləri görülmüşdür. Maliyyə maarifləndirilməsi sahəsində 



16 

 

 



 

AMB banklar, beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birgə silsilə tədbirləri 

davam etdirmişdir.  

2014-cü  ildə  Mərkəzi  Bank  əlverişli  xarici  iqtisadi  mövqeyə  əsaslanan 

məqsədyönlü  məzənnə  siyasəti  həyata  keçirərək  milli  valyutanın  –  manatın 

sabitliyini  qorumuşdur.  Mərkəzi  Bank  valyuta  bazarındakı  proseslərə  çevik 

reaksiya  verərək  burada  tarazlığı  təmin  etmişdir.  Məzənnə  siyasəti  makroiqtisadi 

və maliyyə sabitliyi, habelə qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunması 

hədəfləri  nəzərə  alınmaqla  həyata  keçirilmişdir.  Məzənnə  siyasətinin  həyata 

keçirilməsi  mexanizmi  dəyişməz  saxlanılmış,  ABŞ  dolları/manat  ikitərəfli 

məzənnəsi  bu  siyasətin  əməliyyat  hədəfini  təşkil  etmişdir.  Bir  sıra  xarici  ticarət 

tərəfdaşı  ölkələrində  milli  valyutaların  əhəmiyyətli  devalvasiyaya  uğraması 

şəraitində  2014-cü  ildə  manatın  ABŞ  dollarına  qarşı  məzənnəsi  demək  olar  ki, 

dəyişməmişdir. Daxili inflyasiyanın partnyor ölkələrdəki inflyasiyadan əhəmiyyətli 

aşağı  olması  isə  real  effektiv  məzənnəyə  azaldıcı  təsir  etmişdir.  Valyutaya  tələb, 

nağd  və  qeyri-nağd  bazarda  xarici  valyutanın  alışı  mənbələri  və  motivləri,  təklif 

mənbələri, bəzi tərəfdaş ölkələrin valyutalarının dəyərsizləşməsi ilə bağlı psixoloji 

amillər  Mərkəzi  Bank  tərəfindən  operativ  tənzimlənmişdir.  Bu  əsasda  müvafiq 

tənzimləmə  tədbirləri  görülmüş,  nəticədə  valyuta  bazarında  sabitlik  qorunmuş  və 

manatın  məzənnəsində  tərəddüdlər  baş  verməmişdir.  Azərbaycan  iqtisadiyyatının 

mövcud  xüsusiyyətləri  şəraitində  manatın  məzənnəsinin  sabitliyi  bir  daha  öz 

makroiqtisadi  əhəmiyyətini  təsdiq  edir.  Sabit  məzənnə  inflyasiya  və  inflyasiya 

gözləntilərinin idarə olunmasında, əhalinin və real sektorun aktivlərinin dəyərinin 

qorunmasında, bank sektorunun maliyyə sabitliyində əhəmiyyətli amildir. 

İstehlak  kreditləşməsi  seqmentində  ixtisaslaşan banklarda  kreditləşmə  daha 

çox azalmışdır. Belə ki, bu qrup banklarda il ərzində avtomobil, kredit kartları və 

«Digər istehlak kreditləri» müvafiq olaraq 39%, 107% və 92% azalmışdır. Bununla 

yanaşı daha uzunmüddətli olan yaşayış tikintisi və təmirinə ayrılan kreditləri 114% 

artmışdır. 

İqtisadi  artımın  daxili  və  xarici  amillərin,  ümumən,  iqtisadi  tsikldəki 

meylləri  nəzərə  alaraq  Mərkəzi  Bank  pul  siyasətini  yumşaltmışdır.  Qeyri-neft 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə