Bu sual sizi insanlara münasibətdə tələsik və başdansovdu yanaşmadan, öz
fərdi arzularınız barədə faydasız çərənləmələrdən saxlaya bilər.
Nyu-Yorkun hotellərindən birində mən mühazirələr kursunu oxumaq üçün
bal zalını hər mövsümdə iyirmi günlüyə icarəyə götürürdüm. Bir mövsümün
başlanğıcında mənə gözlənilmədən bildirdilər ki, əvvəllər olduğundan üç dəfə
artıq haqq ödəməli olacağam. Bu xəbər mənə artıq elanlar yapışdırılmış,
biletlərin hamısı möhürlənmiş və satılmış olandan sonra çatmışdı.
Mən, təbii ki, artırılmış haqqı ödəmək istəmirdim, lakin hotelin inzibatçısı ilə
mənim danışmağımın nə faydası? Onları maraqlandıran özlərinin nə istədikləri
idi.
Üstündən bir neçə gün keçəndən sonra mən işlər müdirinin yanına getməli
oldum.
“Sizin məktubunuzu alanda mən bir qədər sarsılmışdım, – dedim, – ancaq
heç də sizi günahlandırmıram. Sizin yerinizdə olsaydım, özüm də, çox güman, bu
cür bir məktub yazardım. İşlər müdiri kimi sizin borcunuz – mümkün qədər çox
fayda götürməkdir. Əgər siz bunu etməsəniz, onda sizi işdən çıxararlar. İndisə
gəlin bir kağız-qələm götürək və əgər siz haqqın artırılmasında təkid edirsinizsə,
sizi gözləyən fayda və ziyanları götür-qoy edək”.
Mən poçt kağızı vərəqini götürdüm və ortasından xətt çəkərək sütunun
birinə “fayda”, digərinə “ziyan” başlığı yazdım. “Fayda” altında yazdım: “boş bal
zalı” və mülahizələrimi davam etdirdim: “Siz zalı rəqs və iclaslar üçün icarəyə
verməklə fayda götürəcəksiniz. Bu, böyük faydadır, çünki bu cür tədbirlərə görə
siz mühazirələr kursunun oxunması üçün almaq mümkün olandan xeyli çox icarə
haqqı alacaqsınız. Əgər mən zalı mövsüm ərzində iyirmi dəfə tuturamsa, bu, sizin
üçün, əlbəttə, hansı isə sərfəli bir işin itirilməsi deməkdir. İndi ziyanları nəzərdən
keçirək. Birincisi: mənim ödəyəcəyim haqqın yüksəldilməsi hesabına sizin gəliri-
nizin artması əvəzində, siz onu itirirsiniz, çünki mən sizin tələb etdiyiniz məbləği
ödəyə bilmirəm və mühazirələrimi başqa yerdə keçirmək məcburiyyətində
qalacağam. Sizin üçün də ziyanlar vardır. Bu mühazirələr sizin hotelə savadlı və
mədəni insanların böyük izdihamını cəlb edir. Bu, sizin üçün yaxşı reklamdır, elə
deyilmi?
Əlavə elədim: əgər siz qəzetlərdə reklamlara beş min dollar xərcləsəydiniz,
hotelə mən öz mühazirələrimlə cəlb etdiyim qədər adam cəlb edə bilməzdiniz”.
Bunu deyə-deyə mən bu iki ziyanı sütuna yazdım və vərəqi işlər müdirinə
təqdim edərək əlavə elədim: “Arzu edirəm ki, gözlədiyiniz faydanı olduğu kimi,
sizə dəyə biləcək ziyanı da diqqətlə nəzərdən keçirəsiniz və mənə öz qərarınızı
bildirəsiniz”.
Növbəti gün icarə haqqımın cəmi 50% artırıldığı barədə məlumat məktubu
aldım.
Diqqət yetirin, mən bu endirimi özümün nə istədiyim barədə bir kəlmə belə
kəsmədən aldım və bütün görüşümüz ərzində yalnız başqasının nə istədiyi və
onun buna necə nail ola biləcəyi barədə danışırdım.
Ehtimal edək ki, mən tamamilə təbii olaraq, hisslərimi cilovlamadan, ehtimal
edək ki, inzibatçının kabinetinə soxulub deyəydim: “Biletlərin satıldığını və
elanların yerləşdirildiyini gözəl bildiyiniz halda, sizin icarə haqqını 300%
downloaded from KitabYurdu.org
artırmağınız nə deməkdir? 300%! Dəhşətdir! Absurddur! Mən bu qədər pul
ödəməyəcəyəm!”
Bu halda nə baş verərdi?
Mübahisənin gedişində qızışardıq, qaynar qazan pıqqıldayardı, məsələnin
məğzi itirilmiş olardı. Bu cür səhnələrin nə ilə qurtardığını siz bilirsiniz. Hətta
onun haqlı olmadığını ona inandırmış olsaydım belə, inzibatçının qüruru ona geri
çəkilməyə və öz sözündən keçməyə imkan verməzdi.
İnsanlar arasında qarşılıqlı münasibətlərin ən yaxşı məsləhəti Henri Fordun
bu sözlərində verilmişdir: “Əgər uğurun hansısa bir sirri mövcuddursa da, bu,
başqa adamın nöqteyi-nəzərini qəbul etmək və şeyləri onun baxış bucağı
altından, öz fərdi mövqeyindən olduğun kimi yaxşı görmək qabiliyyətindən
ibarətdir”. Bu çox yaxşı deyilmişdir. Bu, o qədər sadə, o qədər aşkardır ki, belə
sözlərin ədalətli olduğunu hər kəs ilk baxışdan görməlidir. Ancaq yer üzərindəki
insanların 90%-i 100 hadisədən doxsanında həmin həqiqətə saymazyana
yanaşır.
Sizə nümunə lazımdır? Sabah sizin stolunuzun üstündə qalaqlanacaq
məktublara baxın və görəcəksiniz ki, sağlam təfəkkürün bu yüksək prinsipi
onların əksəriyyətində pozulur. Məsələn, götürək filialları bütün kontinentə
səpələnmiş iri reklam agentliyinin radio şöbəsinin rəhbəri tərəfindən yazılmış
məktubu. Bu məktub yerli radiostansiyaların işlər müdirlərinə göndərilmişdi.
Mötərizələrdə mən hər bir abzasa öz rəyimi bildirmişəm.
“M-r Con Blenk. Blenkvil. İndiana
Əziz m-r Bledi!
Bizim kompaniyamız radioreklam sahəsində öz lider mövqeyini qoruyub
saxlamağı arzulayır. (Sizin kompaniyanızın arzuları kimi maraqlandırır axı? Mən
öz problemlərimdən başımı itirmişəm. Bank məni öz evimi girovdan çıxarmaq
hüququmdan məhrum edib, mən bağçamdakı qızılgülləri zay eləmişəm, fond
birjasında dünən qiymətlər düşüb və səhər üçün mən səkkizin on beşə
nisbətində itirmişəm. Məni dünən Djonsonların evində keçirilən gecəyə dəvət
etməyiblər. Həkim dedi ki, məndə qanın təzyiqi aşağıdır, nevrit və saçımda qovaq
var. Hə, nə olsun? Belə bir halda səhər kontora gəlirəm, poçta baxıram və Nyu-
Yorkdan olan bir miskin burnufırtıqlının öz kompaniyasının arzuları barədə
çərənləməsinə rast gəlirəm. Bah! Əgər o, öz məktubunun necə təəssürat
yaradacağını hiss edə bisəydi, reklam işini dərhal atardı və qoyun birəsinə qarşı
vasitələrin istehsalı ilə məşğul olardı).
Bizim reklam agentliyimiz ümummilli miqyasda iş aparır və radioverilişlər
şəbəkəsinin birinci dayağı hesab olunur. Verilişlərin vaxtının haqqının əlavə
ödənilməsi ilə bağlı bizim praktikamız ildən-ilə birinciliyini saxlayır. (Siz
qüdrətlisiniz və varlısınız, birincilik sizin haqqınızdır. Hə, nə olsun? Tüpürmək
istəyərdim mən sizin qüdrətinizə; lap əgər siz “Ceneral motors”, “Ceneral
elektrik”, yaxud ABŞ ordusunun Baş Qərargahı qədər qüdrətli olsanız da. Siz heç
olmasa toyuq qədər beynin sahibi olsaydınız, ağlınız kəsərdi ki, məni sizin yox,
özümün nə qədər qüdrətli olduğum maraqlandırır. Sizin ölçüyəgəlməz
uğurlarınız barədə bütün bu ibarələriniz məni yalnız özümün balaca və
əhəmiyyətsiz olduğumu bir daha hiss eləməyə məcbur edir).
downloaded from KitabYurdu.org